REKLAM
Badambura resepti - Badambura terifi ve terkibi - Badamburanın hazırlanması
Terkibi:
Badamburanın içi üçün:
500 qram badam
300 qram şəkər tozu
1 paçka vanil
Xəmiri üçün:
700 qram un
300 qram yağ
4 yumurta
5 qram maya
1 çimdik Azərduz yodlu narın xörək duzu,
1 xörək qaşığı qənd tozu
süd aparan qədər
Hazırlanması:
Layların arasını yağlamaq üçün yağ
İlk olaraq badamları dağ qaynar suda 5 dəqiqə saxlayırıq və qabığını soyuruq qoyuruq qurumağa. Quruduqdan sonra isə çəkib şəkər tozunu vanili qatırıq
Xəmirimizi yoğururuq qoyuruq gəlməyə. Badamburanın xəmiri gəlməlidir.
Xəmir gəldikdən sonra üç kündə ayırırıq və hər üç kündəni yayıb üst üstə qoyaraq yağlayırıq
Bükdüyümüzün qırağını o formada ayırırıq və ayırdığımız hissəni xəmirin üzərinə qapaq forması şəklinə gətiririk
Daha sonra qıraqlarını yayırıq formaya salırıq elə etməliyik ki, xəmirin ortası şiş qalsın və şiş olan hissəni içliklə doldururuq bükürük və bişiririk
Nuş olsun...
REKLAM



