Novruz süfrəsi üçün İrəvan kətəsi

  1. Novruz süfrəsi üçün İrəvan kətəsi terifi ve terkibi - İrəvan kətəsi hazırlanması




    Tərkibi:

    xəmir üçün:
    3 yumurta
    300 q kərə yağı
    200 q xama
    1 ç.q. soda
    3 st. un

    iç üçün:
    200 q yağ
    1,5 st. şəkər tozu
    1 st. un
    vanil
    hil (istəyə görə)

    arasına:
    100 q kərə yağı

    üstünə:
    1 yumurta

    Xəmir üçün olan ərzaqları qarışdıraraq xəmir yoğurun. 10-15 dəqiqə saxlayın.

    İç hazırlamaq üçün: çörək taxtasının üzərinə unu, şəkər tozunu, ədviyyatları səpin, üzərinə kərə yağını qoyub bıçaqla döyməyə başlayın. 5-10 dəqiqəyə axıcı quma bənzər qarışıq alınacaq.

    Xəmirdən üç kündə tutub sellofana qoyun. Birini 60-70 sm enində, 3-4 mm qalınlığında yayın. Yağı əridib üzərinə çəkin. Üzərinə bərabər qaydada iç səpin.

    Oxlovu lavaşın bir başından qoyub lavaşı ehtiyatla bükün, sonra elə çıxardın ki, «rulet» dağılıb, içi çölə tökülməsin. Əlinizlə qaydaya salın. Ruletin kənarlarından tutb azca dartın. Ya da oxlovla yüngülcə üstündən yastılayın. Naxışlı, ya da adi bıçaqla 4-5 sm enində doğrayın.

    Üzərinə yumurta çəkin. İstəsəniz, ortasına kişmiş, yaxud fındıq da basa bilərsiniz.

    200 dərəcə qızdırılmış sobada bişirin.

    Nuş olsun!

     

     

    Sarsın - 19.03.2012 - 22:41



Benzer Konular

  1. Novruz süfrəsi üçün - Qarabağ kətəsi
    Konuyu Açan: Sarsın, Forum: Azərbaycan Mətbəxi.
    Cevaplar: 0
    Son Mesaj : 18.03.2012, 21:06
  2. Novruz süfrəsi üçün badambura
    Konuyu Açan: Sarsın, Forum: Azərbaycan Mətbəxi.
    Cevaplar: 0
    Son Mesaj : 18.03.2012, 07:52
  3. Novruz süfrəsi üçün şorqoğal
    Konuyu Açan: Sarsın, Forum: Azərbaycan Mətbəxi.
    Cevaplar: 0
    Son Mesaj : 18.03.2012, 07:47
  4. Novruz süfrəsi üçün - Kala salatı
    Konuyu Açan: Sarsın, Forum: Azərbaycan Mətbəxi.
    Cevaplar: 0
    Son Mesaj : 18.03.2012, 07:21
  5. Novruz süfrəsi üçün paxlava
    Konuyu Açan: Sarsın, Forum: Azərbaycan Mətbəxi.
    Cevaplar: 0
    Son Mesaj : 15.03.2012, 02:18

copyright

Soru Cevap