Kəsmikli badımcan ruleti resepti

  1. Kəsmikli badımcan ruleti resepti - Kəsmikli badımcan ruleti terkibi - Kəsmikli badımcan ruletin hazırlanması





    Tərkibi:

    1-2 ədəd badımcan
    200-250 qram kəsmik (qaymaqlı pendirlə də əvəz edə bilərsiz)
    cəfəri, şüyüd, tarxun (1 x.q.)
    2 dilim sarımsaq
    1 x.q. xama və yaxud yağlı qaymaq (mayonezlə də əvəz edə bilərsiz)
    zeytun və yaxud bitki yağı
    duz, yeni döyülmüş istiot
    kahı yarpaqları və təzə tərəvəz (pomidor, xiyar, bolqar bibəri və b.)

    Hazırlanma qaydası:

    Badımcanları yuyub qurulayın və uzunsov şəkildə dilimləyin. Üzərinə duz səpib acısını cıxarın. Sonra onları yuyub təmiz dəsmalla qurulayaraq zeytun yağında hər iki tərəfini yaxşıca qızardın.
    Qızardılmış badımcanları tavadan götürüb boşqaba qoyun.

    İçlik hazırlamaq üçün:

    Sarımsağı təmizləyib yaxşıca əzin.
    Göyərtiləri yuyub qurulayaraq xırdalayın.
    Kəsmik və yaxud qaymaqlı pendiri boşqabda çəngəllə yaxşıca əzin. Üzərinə xırdalanmış göyərti və sarımsağı əlavə edib qarışdırın. Sonra xama (qaymaq və yaxud mayonez) əlavə edib, üzərinə duz və istiot səpərək yenidən yaxşıca qarışdırın.

    Daha sonra hər bir qızardılmış badımcan diliminin üzərinə 1 xörək qaşığı hazırladığınız içlikdən qoyub rulet kimi bükün.

    Süfrəyə soyuq halında verin. Süfrəyə verərkən göyərti, təzə tərəvəz və kahı yarpaqları ilə bəzəyin.

    Nuş olsun..

     

     

    Sarsın - 16.09.2011 - 01:35
  2. saol

     

     

    şeqer - 16.09.2011 - 12:07



Benzer Konular

  1. Ət ruleti
    Konuyu Açan: Sarsın, Forum: Azərbaycan Mətbəxi.
    Cevaplar: 0
    Son Mesaj : 12.02.2013, 03:37
  2. Badımcan Kotleti Resepti
    Konuyu Açan: Nerissa-Su, Forum: Azərbaycan Mətbəxi.
    Cevaplar: 0
    Son Mesaj : 01.05.2012, 19:35
  3. Göbələkli ət ruleti
    Konuyu Açan: Sarsın, Forum: Azərbaycan Mətbəxi.
    Cevaplar: 0
    Son Mesaj : 05.01.2012, 19:39
  4. Badımcan ruleti-2
    Konuyu Açan: Sarsın, Forum: Azərbaycan Mətbəxi.
    Cevaplar: 0
    Son Mesaj : 17.11.2011, 23:51
  5. Badımcan ruleti
    Konuyu Açan: Leyl-i Lal, Forum: Azərbaycan Mətbəxi.
    Cevaplar: 0
    Son Mesaj : 15.11.2009, 22:03

copyright

Soru Cevap