REKLAM




+ Konuyu Cevapla

Soçi paxlavası resepti

  1. Yazan: Sarsın
    No Avatar

    REKLAM


    Soçi paxlavası resepti - Soçi paxlavası terkibi - Soçi paxlavasının hazırlanması



    Register

    Ərzaqlar:
    3 stəkan un
    200 qram kərə yağı
    1 ç.q. vanil
    1 x.q. şəkər pudrası
    200 qram xama
    1/2 ç.q. çay sodası
    3 yumurtanın sarısı
    1 yumurtanın ağı

    İç üçün:
    300 qram qoz ləpəsi və yaxud fındıq (zövgə görə)
    300 qram şəkər tozu
    1 ç.q. döyülmüş hil
    1/2 ç.q. darçın

    Şirə üçün:
    2 x.q. su
    2 x.q. şəkər tozu
    limon dilimi
    50 qram kərə yağı

    Hazırlanma qaydası:
    Qoz ləpəsini blenderdən (sürtkəcdən) keçirib, üzərinə şəkər tozu və ədavaları əlavə edərək, qarışdırın.
    Una xırda doğranılmış kərə yağı, vanilin və şəkər pudrası əlavə edib, bıçaqla iri umac əldə edənə qədər döyün. Sonra üzərinə yumurtanın sarısını, ağını, xama və çay sodasını əlavə edib, xəmir yoğurun. Xəmir yumuşaq və zərif olmalıdır.
    Xəmiri kündələyib, soyuducuda 2-3 saat ərzində saxlayın. Daha sonra xəmiri soyuducudan çıxardıb, 3 hissəyə bölərək, kündələrə tutun. Sonra kündələrin hər birini ayrılıqda 3 mm qalınlığında, yayın.
    Soba listinə falqa kağızı qoyub, yağlayaraq, xəmiri içinə yerləşdirin. Sonra üzərinə yumurtanın ağını çəkib, hazırladığınız için yarısını tökərək, bərabər şəkildə yayın. İkinci kündəni də eyni şəkildə yayıb, birinci layın üstünə qoyun. Üzərinə yumurtanın ağını çəkib, qalan içi tökün. Üçüncü kündəni açıb, ikinci layın üstünə qoyaraq, üzərinə yumurta sarısı sürtün. Sonra bıcaqla romb şəklində kəsin. Hər paxlavanın ortasına yarım qoz ləpəsi qoyun.
    Daha sonra soçi paxlavasını 180 dərəcə qızdırlmış sobada 30-35 dəqiqə ərzində üstü qızarana qədər bişirin. Bişmiş paxlavanın üzərinə şirə töküb, soyumaq üçün kənara qoyun. Soyuduqdan sonra, paxlavaları listdən çıxardın.

    Nuş olsun...


    Facebook




    Üyelik



  1. Yazan:
    no avatar


    REKLAM



Benzer Konular

  1. Kakaolu Türk Paxlavası
    Konuyu Açan: SU-PERISI, Forum: Azərbaycan Mətbəxi.
    Cevaplar: 0
    Son Mesaj : 24.09.2013, 22:51
  2. Bulka resepti
    Konuyu Açan: Sarsın, Forum: Azərbaycan Mətbəxi.
    Cevaplar: 1
    Son Mesaj : 21.04.2013, 12:14
  3. Paxlava Resepti - Naxçıvan Paxlavası
    Konuyu Açan: Leyl-i Lal, Forum: Azərbaycan Mətbəxi.
    Cevaplar: 0
    Son Mesaj : 23.03.2011, 01:53
  4. Paxlava hazırlanması - Gəncə paxlavası
    Konuyu Açan: Leyl-i Lal, Forum: Azərbaycan Mətbəxi.
    Cevaplar: 2
    Son Mesaj : 08.03.2011, 23:32
  5. Şəki paxlavası
    Konuyu Açan: Leyl-i Lal, Forum: Azərbaycan Mətbəxi.
    Cevaplar: 1
    Son Mesaj : 08.03.2011, 23:32

copyright

Soru Cevap

izmit düğün salonları - grafimx