REKLAM
Tortlar Hazırlanması
-
11.05.2011, 20:28 Yazan: AYIŞIĞI REKLAM
Tortlar hazırlanması haqqında
Nağıl tortu
Tərkibi:
Xəmir üçün:
marqarin, – 100 q,
toz şəkər – 1st,
bal – 1 x.q,
yumurta – 2əd,
soda – 2 ç.q,
un – 3st.
Krem üçün:
kərə yağı – 100q,
qatlaşdırılmış süd – 1 banka.
Üzəri üçün:
şəkərlənmiş meyvə və ya şokolad (zövqə görə)
Hazırlanması:
Marqarin qızdırılıb şəkər, bal, yumurta elavə edin, isidərək çalın,soda əlavə edib qatı xamaya oxşar kütlə alınana qədər çalaraq un əlavə edib xəmir yoğurun, 8 kündə hazırlayıb nazik yayın və un səpilmiş qənnadı listlərində bişirin. Soyuduqdan sonra aralarına krem sürtüb üst – üstə qoyun. Zövqə görə tortun üzərini şəkərlənmiş meyvə və ya şokoladla bəzəmək olar.
Abşeron tortu
Tərkibi:
3 st. un
4 yumurta
2 st.şəkər tozu
4 xörək qaşığı sirkə
0.5 çay qaşığı soda
4 xörək qaşığı mürəbbə suyu
1 paket vanil
Üstü üçün krem:
Kremşanti
1 st süd
Içi üçün krem:
1 banka qatlaşdırılmış süd
200 qr. kərə yağı
Hazırlanması:
Yumurta və şəkər tozu yaxşıca çalınır. Stəkana 4 xörək qaşığı sirkə tökürsən. Və üstünə 0.5 çay qaşığı sodanı onun üstünə töküb qaşıqla qarışdırırsan. Bu zaman sirkə köpürür. Bu qarışığı yumurta və şəkər tozu qarışığına töküb, sonra mürəbbə suyunu, vanilı əlavə edib, qarışdırırıq. Xəmiri 3 hissəyə bölüb bişiririk. Yağlanmış tavaya 1-ci hissə tökülür. 180°C-də əvvəlcədən qızdırılmış sobaya verilir. Üzəri qızılı rəng alanda götürülür. Digər hissələrdə bu qayda ilə bişirilir.Kekslərin arasina qatlaşdırılımış südlə 200 qr. kərə yağında hazırlanmış krem yayılır. Və qoz ovuntusu səpilir. Tortun üstünə kremşanti sürtülür.
REKLAM
-
11.05.2011, 20:29 Yazan: AYIŞIĞI Bananlı tort
Bananli tort ağli başdan alan əsl ailəvi bayram xörəyidir. Beləsini balacadan böyüyə kimi hami xoşlayir – özünüz də əmin ola bilərsiniz. Amma onu əvvəlcədən hazirlamaq lazimdir ki, hər şeyi canina çəksin. Bu müddətdə onu soyuducuda saxlamaq daha yaxşidir (soyuducunun da əla ətri olur).
Hazirlanma müddəti: təqribən 1 saat
Lazim olan ərzaqlar: 2 yumurta,
1 banka qatilaşdirilmiş süd,
250 qr marqarin,
1/3 çay qaşiği soda,
1 xörək qaşiği bal,
2 stəkan un.
Krem üçün: 800 qr xama, 0,5 stəkan şəkər.
8 yetişmiş banan, albali da əlavə etmək olar.
Bananli tort ağli başdan alan əsl ailəvi bayram xörəyidir. Kremi yağsiz olduğuna görə, tort o qədər də kalorili deyil, əvəzində doyumludur və böyük alinir. Beləsini balacadan böyüyə kimi hami xoşlayir – özünüz də əmin ola bilərsiniz. Amma onu əvvəlcədən hazirlamaq lazimdir ki, hər şeyi canina çəksin. Bu müddətdə onu soyuducuda saxlamaq daha yaxşidir (soyuducunun da əla ətri olur).
Hazirlanma qaydasi: əvvəlcə yumurtalar çalinir, ona qatilaşmiş süd və ərinmiş marqarin əlavə edilir (isti olmasin, üstəlik marqarinin bir hissəsi sonra formada istifadə etmək üçün kənarda saxlanilir). Buna balda həll olmuş soda və unu əlavə edib qarişdirmaq lazimdir – kütlə axiciliq halina gələnə kimi. Sonra aliinmiş kütlədən iki fətir bişirmək lazimdir – onlar çox tez hazir olur.
Kremin hazirlanmasi: xamani şəkərlə qarişdirmaq.
Fətirlərə çaxir və ya konyak hopdurmaq, kremləmək, üstünə nazik doğranmiş bananlari düzmək lazimdir. Sonra üzərini ikinci qatla örtüb bunu təkrar edin, üstünü də bəzəyin.
-
11.05.2011, 20:31 Yazan: AYIŞIĞI Armud tortu
Lazım olan ərzaqlar:
3 ədəd yumurta
1 stəkan qatıq
1 stəkan duru yağ
1,5 stəkan şəkər tozu
3 stəkan un
1 paket vanil
1 paket pakmaya (qabartma tozu)
5 ədəd armud
1 qəhvə fincanı damla şokolad
2 yemək qaşığı şəkər tozu
yarım paket krem şanti
yarım stəkan soyuq süd
Hazırlanma qaydası:
Kasaya 3 yumurta vurulur, üzərinə 1,5 stəkan şəkər tozu əlavə olunur, şəkər həll oluna qədər miksərlə 7-8 dəqiqə qarışdırılır. Sonra bunun üzərinə qatıq, duru yağ, ələnmiş un, vanil, pakmaya əlavə olunaraq qarışdırılır. Ortası dəlik olmayan keks qəibi əvvəlcə yağlanır, sonra üzərinə un səpilir. Hazırlanmış keks qarışığının yarısı qəlibə qoyulur və düzəldilir. Onun üzərinə nazik kəsilmiş armud dilimləri düzülür. Armud dilimlərinin üzərinə əvvəlcə bir yemək qaşığı şəkər tozu, sonra maye şokolad səpilir. Armudların üzərinə qalan keks qarışığı qoyulur, onun üzərinə də armud dilimləri düzülür. Bütün bunların üzərinə şəkər səpilir. Hazırlanan keks əvvəlcədən qızdırılmış 175 dərəcə sobada təxminən 50 dəqiqə bişirilir. Sobadan çıxıb soyuyan kimi üzərinə 1 yemək qaşığı şəkər qarışığı səpilir. Ən axırda onun üzərinə südlə qarışdırılmış krem şanti örtülür, soyuducuda ən az 2 saat saxlanılır. Sonra bölünərək süfrəyə verilir.
-
11.05.2011, 20:32 Yazan: Sarsın Ellerine saglıklar....canım benim....Superler...

-
11.05.2011, 20:32 Yazan: AYIŞIĞI Anjelika tortu
Lazım olan ərzaqlar:
1 stəkan murəbbə siropu
1 cay qaşığı soda
1 stəkan şəkər tozu
1 stəkan qatıq
2 yumurta
2.5 stəkan un
Kremin icindəkilər:
200q kərə yağı
1 banka qatılaşdırılmış sud
Hazırlanma qaydası:
1 stəkan murəbbə siropuna 1 cay qaşığı soda tokub soyuducuya qoyun.1 saat qalıb kopəndən sonra 1 stəkan şəkər tozu, 1 stəkan qatıq, 2 yumurta, 2.5 stəkan un əlavə edib qarışdırın. Bişirib soyutduqdan sonra krem cəkin. Hazırdır.
-
Bugün, 12:21 Yazan:
tortlarin hazirlanmasi, tortlar, tortlarin resepti, tortlarin hazirlanmasi video, tortlarin reseptleri, tortlarin hazirlanma qaydasi, azerbaycan metbexi tortlar, azerbaycan tortlari, nagil tortu,

Flash Şiirler Müzikli Şiirler
Soru Cevap
SEO by vBSEO ©2011, Crawlability, Inc.