REKLAM
Royal Salat tarifi
Bu salatın həm dadı,həm adı var. Əsl musiqili ovqat yaratmaqla yanaşı ,salat əməlli-başlı aclığ hissinə qalib gəlir!
Royal salatını hazırlamaq üçün bizə aşağıdakılar tələb olunur :
200 qr toyuq filesi
2 turşu soğan
4 yumurta
100 qr qoz
2 alma
Mayonez
Duz
Hazırlanma qaydası:
Toyuq ətini kubiklər formasında kəsirik.
Salatı lay-lay dayaz qaba əlavə edirik.Çalışmalıyıq ki, salat dördbucaqlı forması alsın:
-yumurtanın ağı (süzgəcdən keçirilmiş vəziyyətdə)
-toyuq(kibik formasında doğranmış halda)
-mayonez
-soğan(turşuya qoyulmuş)
- alma(süzgəcdən keçirilmiş)
- xırdalanmış qoz
- yumurta sarısı (süzgəcdən keçirilmiş)
Hər layın arasına duz,istiot əlavə etdikdən sonra mayonez çəkirik.
Pendir və zeytundan isə royalımızın dillərini hazırlayırıq.
Nuş olsun!
REKLAM



