Tovuz Quşu Məzəsi

  1. Register
    Tərkibi:
    Badımcan
    Pendir
    Sarımsaq
    Mayonez
    Un,bitki yağı
    Bəzək üçün:
    Xiyar
    Pomidor
    Zeytun


    Qeyd: Tərkibdə göstərilən ərzaqların miqdarı zövqə görə götürülür.

    Badımcan halqa-halqa doğranır,duzlanır və acı suyunun çıxması üçün 20-30 dəqiqə gözlədilir.
    Acı suyu çıxmış badımcan halqaları süzgəcdə soyuq su altında yuyulur və mətbəx dəsmalı ilə suyu alınır.
    Hər bir badımcan halqası una batırılaraq bitki yağında hər iki tərəfdən qızardılır,yağının süzülməsi üçün kağız salfetka üzərinə qoyulur.
    Sərt pendir kiçik gözlü rəndədən keçirilir,əzilmiş sarımsaq və mayonezlə qarışdırılır.
    Pendirli qarışıq isti badımcan halqalarının üzərinə çəkilir.
    Bişmiş badımcan halqaları hazır olduqdan sonra "TOVUZ QUŞU"nun quyruğu şəklini düzəltməyə başlayırıq.
    Bəzək üçün pomidor,xiyar və qara zeytunlardan da istifadə olunur.Zeytunlar ikiyə bölünmüş halda qoyulur.




    Nuş olsun!

     

     

    Leyl-i Lal - 28.05.2010 - 14:09



Benzer Konular

  1. Tovuz quşu lələklərindən gəlinlik
    Konuyu Açan: Leyl-i Lal, Forum: Moda və Stil.
    Cevaplar: 0
    Son Mesaj : 12.01.2012, 14:41
  2. Ov quşu ilə plov
    Konuyu Açan: Sarsın, Forum: Azərbaycan Mətbəxi.
    Cevaplar: 0
    Son Mesaj : 03.08.2011, 11:19
  3. 67 ədəd ov quşu yandırılıb
    Konuyu Açan: byHaktan, Forum: Azərbaycanca xəbərlər.
    Cevaplar: 0
    Son Mesaj : 19.02.2011, 19:09
  4. Ermənistanda əsir saxlanılan Tovuz sakinindən məktub gəlib
    Konuyu Açan: Lady_rap, Forum: Azərbaycanca xəbərlər.
    Cevaplar: 0
    Son Mesaj : 20.05.2010, 17:57
  5. Simurğ quşu
    Konuyu Açan: Leyl-i Lal, Forum: Azərbaycan Ədəbiyyatı və İncəsənət.
    Cevaplar: 0
    Son Mesaj : 01.01.2010, 23:13

copyright

Soru Cevap