REKLAM
Tərkibi:
Əla növ un 400 qr
Yaş maya 20-25 qr və ya quru maya 10 qr
Zeytun yağı 6-8 yemək qaşığı
Duz,su
Hazırlanması:
Un ələkdən keçirilir
Əvvəlcədən ilıq suda isladılmış maya una qatılır,duz,su əlavə edilib yumşaq xəmir yoğrulur
Daha sonra xəmir masanın üzərində yaxşıca yoğrulur,qulaq məməsi yumşaqlığı alana qədər xəmir yoğrulmaya davam edilir
Xəmir yumurlanır ,üzərinə un səpilir
Xəmirin üzəri təmiz örtü və ya neylonla örtülür,isti yerə gəlməsi üçün qoyulur.Neylon örtdüyünz zaman xırda dəliklər açın ki,xəmir nəfəs alsın.
Xəmirin gəlməsi üçün 2 saat vaxt yetər,sonra xəmiri qabdan alın
Xəmirə yenidən un səpilib kündə hazırlanır
Xəmiri pizza bişirəcəyiniz listin formasına görə 1-2 sm qalınlığında yayın
Yaydığınız yuxanı yağlanmış tavaya ,ya da duxovka listinə qoyun
Çəngəllə yuxanın bir neçə yerindən dəlin ki,bişərkən birtərəfli köpməsin
Pizzanın üstü üçün tərkib malzəmərini hazırlayana qədər 10 dəqiqə isti duxovkada saxlayın
Nuş olsun
REKLAM



