Zeytun yağı

  1. Dəriyə qulluq məhsulları yalnız qadınlar üçün deyil, kişilər üçün də günümüzün imtina edilməz ehtiyaclarından biridir. Kosmetik məhsullara ciddi pullar ödəmədən evdəki vəsaitlər və təbii ki Zeytun yağı ilə edəcəyiniz sadə tətbiqlər dəri, saç və dırnaqlarınıza qulluq etməklə bərabər onların sağlam qalmasını da təmin edəcək.



    Zeytun yağı günəşin dəridə buraxdığı zərərli təsirləri aradan qaldırır.

    Yayın istisinin və günəşdən gələn zərərli şüaların dəridəki mənfi təsirlərini zeytun yağı ilə müalicə edən mütəxəssislər "Əvvəlcə günəşə birbaşa məruz qalmaqdan özünüzü qoruyun. Üzünüzü losyonla təmizlədikdən sonra üzünüzə çəkəcəyiniz zeytun yağı günəşin dəridə buraxdığı kanserogen təsiri aradan qaldırır. Yağlı dəri 1, quru dəri 2 saat sonra yuyunmalıdır. Əgər günəş vannası qəbul etdinizsə, bütün bədəninizə zeytun yağı çəkin və iki saat sonra yaxalanın." deyir.



    Dərinizə ən uyğun dəriyə qulluq məhsulunu istifadə etməmişdən əvvəl dərinizi tanıyın. Üzünüzü təbii zeytunyağı sabunuyla yuduqdan 2 saat sonra alın, burun və çənə yağlanıb yanaqlar quru qalsa, dəri qarışıq, bütün üzdə yağlanma varsa yağlı, bütün dəridə quruluq, gərginlik varsa, deməli dəriniz qurudur.

    Zeytun yağı ilə saça qulluq



    Zeytun yağı saçları qidalandırır, amma yuyarkən yağı aparmaq üçün saçlar daha çox zədələnir. Zeytun yağını vitaminlə qarışdırıb saçınızın diblərinə sürtün. 1 saat sonra 1 yumurta sarısını saçınızın diblərinə çəkin. Köpmə xüsusiyyəti olduğu üçün yumurta sarısı yağı asan təmizləyir. Saçınızı yuduqdan sonra 2 litr suya yarım limon suyu qatıb saçınıza çəksəniz, çox yağlanmasına mane olar.



    Dırnaq Sağlamlığı və Zeytun yağı



    Dırnaq baxımında isə, qat-qat soyulan dırnaqlar və yarılan dırnaq ətləri üçün bir fincan zeytun yağının içinə bir az limon sıxıb axşamlar 5 dəqiqə barmaqlarınızı içində saxlayın.

     

     

    Lady_rap - 19.03.2010 - 18:27



Benzer Konular

  1. Zeytun yağı ilə saça qulluq
    Konuyu Açan: Nerissa-Su, Forum: Qadınlar üçün.
    Cevaplar: 0
    Son Mesaj : 20.03.2012, 16:03
  2. Zeytun yağı və bal müalicəsi
    Konuyu Açan: Nerissa-Su, Forum: Qadınlar üçün.
    Cevaplar: 0
    Son Mesaj : 18.02.2012, 14:31
  3. Zeytun yağı ilə Gözəllik Sirləri
    Konuyu Açan: Nerissa-Su, Forum: Qadınlar üçün.
    Cevaplar: 0
    Son Mesaj : 24.01.2012, 15:05
  4. Zeytun yağı və laymadan maska
    Konuyu Açan: Sarsın, Forum: Qadınlar üçün.
    Cevaplar: 0
    Son Mesaj : 06.01.2012, 12:17
  5. Zeytun yağı haqqında hər şey
    Konuyu Açan: Lady_rap, Forum: Sağlamliq.
    Cevaplar: 0
    Son Mesaj : 19.07.2010, 16:08

copyright

Soru Cevap