Azeri mutfağı BALIQ YEMƏKLƏRİ

REKLAM




+ Konuyu Cevapla

Azeri mutfağı BALIQ YEMƏKLƏRİ

  1. Yazan: CADIKIZ
    CADIKIZ - ait Kullanıcı Resmi (Avatar)

    REKLAM

    Təndirdə bişirilmiş Lənkəransayağı Çəki balığı


    Çəki balığı - 25q, baş soğın - 40q, lumu - 15q, cəfəri - 15q, istiot, duz.
    Çəki balığı təmizlənir, istiot və duz vurulub bütöv şəkildə təndirdə bişirilir. Süfrəyə verildikdə yanına dairəvi doğranmış lumu dilimləri və baş soğan qoyulur, cəfəri göyərtisi səpilir.


    Təndirdə qızardılmış kütüm


    Kütüm balığı - 250q, pomido - 50q, xiyar - 50q, baş soğan - 30q, keşniş göyərtisi - 15q, narşərab - 15q, istiot, duz.
    Balıq təmizlənir, yuyulur və istiot və duz vurulub bütöv şəkildə təndirdə qızardılır. Süfrəyə verdikdə yanına təə tərəvə qoyulur və göyərti səpilir. Ayrıca narşərab verilir.


    Kütüm ləvəngisi


    Təzə kütüm - 253q, qoz ləpəsi - 50q, baş soğan - 30q, ərinmiş yağ - 10q, zoğal axtası - 25q, kişmiş - 50q, duz.
    Balıq bütöv şəkildə təmizlənir, içalatı çıxarılır və yuyulur. Yağda qızardılmış soğana döyülmüş qoz, isladılıb xırda doğranmış zoğal axtası və kişmiş qatılıb qiymə hazırlanır. Balıq duzlanır, içinə qiymə qoyulub sapla sarınır, qızdırıcı şkafda bişirilir. Süfrəyə verildikdə eninə tərəfə tikələrə doğranır.


    Qızardılmış qızıl balıq
    Qızıl balıq - 248q, buğda unu - 10q, ərinmiş yağ - 25q, baş soğan - 40q və ya göy soğan - 50q, narşərab - 5q, cəfəri - 15q, istiot - 0,1q, duz.
    Qızıl balıq təmizlənir, girdə tikələrə doğranır. Duz, istiot vurulur, unla urvalanıb yağda iki tərəfi qızardılır və bir neçə dəqiqə qızdırığı şkafda bişirilir. Süfrəyə verdikdə yanına doğranmış baş soğan və ya göy soğan düzülür, üstünə göyərti səpilir, yanına narşərab qoyulur.


    Öz buğunda bişirilmiş kütüm
    Təzə kütüm - 253q, ərinmiş yağ - 15q, baş soğan - 30q, quru alça - 3q, lavaşana - 5q, keşniş - 15q, istiot - 0,1q, duz.
    Təmizlənib yuyulmuş balıq tikələrə doğranır, azacıq qızardılır və dayaz qazana yığılır. Üzərinə yağda qızardılmış soğan, alça, lavşana, su və istiot tökülüb öz buğunda bişirilir..Süfrəyə verdikdə üstünə xörəyin öz şirəsindən tökülür və göyərti səpilir.
    İçi doldurulmuş xəşəm: Məhsulların miqdarı və haırlanması qaydası kütüm ləvəngidə olduğu kimidir.

    REKLAM



    Facebook




    Üyelik



  1. Yazan:
    no avatar
    baliq yemekleri, baliq yemekleri reseptleri, baliq yemaklari, baliq dan yemekler, qizil baliq yemekleri, sobada baliq yemekleri, azerbaycan metbexi baliq yemekleri, kulinariya azerbaycan baliq yemekleri, balıq yemekleri,


copyright

Flash Şiirler Müzikli Şiirler

Soru Cevap
SEO by vBSEO ©2011, Crawlability, Inc.