Sulu yemekler

  1. Balıq küftəsi


    Balıq - 200q, noxud - 20q, düyü - 15q, alça - 10q, kartof - 150q, baş soğan - 20q, zəfəran - 0,05q, istiot, duz.
    Nərə və ya uzunburun balığın əti baş soğanla ətçəkən maşından keçirilir. Qiyməyə düyü, duz və istiot qatılıb qarışıdırılır. Qiymədən hər paya 1-2 ədəd küftə hazırlanır, içərisinə 2 ədəd alça qurusu qoyub yumurlanır. Balığın yeyilməyən hissəsindən hazırlanmış bulyon süzülür, əvvəlcədən isdadılmış noxud yarımhazır olunca bişirilir. Sonra ardıcıllıqla balıq ətindən hazırlanmış küftələr, kartov, xırda doğranmış soğan əlavə edilir, zəfəran şirəsi vurulub hazır olunca bişirilir.

    Qovurma bozbaş


    Qoyun əti - 163q, quyruq - 20q, baş soğan - 72q, kartof - 100q, şabalıd - 30q, təzə alça - 20q, və ya quru alça - 10q, keşniş - 10q, zəfəran - 0,1q, istiot, duz.
    Qoyun əti 30-35 q çəkidə doğranır, duz, istiot və baş soğanla yağda qızardılır. Bulyon əlavə edilib bişirilir. Hazır olana 30 dəqiqə qalmış kartov, təmizlənmiş şabalıd, alça qatılıb bişirilir. Süfrəyə verdikdə zəfəran şirəsi və göyərti əlavə edilir. Yay vaxtı zəfəran və alça əvəzinə 50 q qərmızı pomidor götürülür.

    Balva


    Düyü - 40q, yumurta - 1əd., ərinmiş yağ - 30q, lavaşana - 10q, buğda unu - 15q, göyərti (ispanaq, balva) - 100q, göy soğan - 15q, istiot, duz.
    Düyü 30 dəqiqə bişirilir, üzərinə xırda doğranmış göyərti, suda çalınmış un, hazır olana yaxın isə yağ, isladılmış lavaşana, duz, istiot və yumurta çalıntısı əlavə edilir.

    Ovdux-doğramac


    Qatıq - 200q, su - 100q, təzə xiyar - 100 q, göy soğan- 40q, keşniş - 10q, şüyüd - 10q, reyhan - 5q, yumurta - 1əd, mal əti - 100q, duz, sarımsaq.
    Ovdux hazırlamaq üçün qaynadılıb soyudulmuşsu qatıqla qarışdırılır. Qabığı soyulmuş xiyar və göyərti xırda doğranır, durulaşdırılmış qatıqla qarışdırılır, duz və sarımsaq qatılıb soyuduyucuya qoyulur. Ovdux soyuq halda süfrəyə verilir. Ovdux adətən ətsiz hazırlanır. Müstəsna hallarda ovduxa bişirilmiş xırda doğranmış mal əti və bərk bişirilmiş yumurat qatılır.


    Dovğa


    Qoyun əti - 108q, baş soğan - 15q, noxud 15q, qatıq - 200q, xama - 40q, yumurta 1/3 əd., un - 8q, düyü - 20q, göy soğan - 18q, ispanaq - 40q, keşniş, şüyüd, kəvər - 30q, nanə - 15q, kərövüz - 10q, istiot, duz, darçın.
    Dovğa hazırlamaq üçün qatıq və xama uni lə çalınır, üzərinə yumurta və düyü əlavə edilir. Qatıq çürüməsin deyə, kütləni arası kəsilmədən bir qaydada bulaya-bulaya qızdırırlar. Qaynadıqdan sonra üzərinə narın doğranmış göyərti və duz töküb hazır olana qədər bişirirlər. Dovğa ətli və ətsiz hazırlanır. Ətli dovğa bişirmək üçün ayrı qazanda əvvəlcədən isladılmış noxud qaynadılır, ət qiyməsindən xırda küftələr hazırlanır və noxudla birlikdə hazır olana kimi bişirilir. Sonra bişmiş noxud və küftələr əsas dovğa ilə qarışdırılır.

    Zəfəranlı bulyon


    Qoyun və ya mal sümüyü - 250q, baş soğan - 20q, yerkökü - 20q, cəfəri kökü - 10q, keşniş və ya şüyüd - 10q, zəfəran - 0,2q, duz
    Sümüklər yuyulur və xırda doğranır. Qazana yığılıb su ilə qızdırılır. Kəfi və üzərindəki yağ arabir yığılır, coşğun qaynamağa yol verilmir. Bulyon 5 saat bişirilir. Hazır olmağa 1-1,5 saat qalmış soğan, yerkökü, cəfəri kökü və duz qatılır. Hazır olduqdan sonra zəfəran şirəsi qatılıb süzülür. Bulyonu ətdan də hazırlayırlar. Süfrəyə verildikdə narın doğranmış göyərti əlavə edilir.

     

     

    CADIKIZ - 27.08.2009 - 00:31



Benzer Konular

  1. Tikə ətdən sulu yemək
    Konuyu Açan: BiR-DOST, Forum: Azərbaycan Mətbəxi.
    Cevaplar: 0
    Son Mesaj : 26.09.2013, 19:18
  2. Diyetlik Yemekler
    Konuyu Açan: AYIŞIĞI, Forum: Diyet Yemekleri.
    Cevaplar: 2
    Son Mesaj : 02.09.2011, 02:23
  3. Cevaplar: 1
    Son Mesaj : 13.11.2008, 05:29
  4. Yöresel Yemekler
    Konuyu Açan: Sari Menekse, Forum: Karaman.
    Cevaplar: 0
    Son Mesaj : 31.08.2007, 23:55
  5. Pratik yemekler
    Konuyu Açan: juliet, Forum: Diğer Yemek Tarifleri.
    Cevaplar: 14
    Son Mesaj : 21.03.2006, 02:24

copyright

Soru Cevap