Azeri mutfağı...MÜRƏBBƏLƏR

  1. Təmizlənib doğranmış heyva - 1kq, şəkər - 1,2kq.
    Heyva təmizlənir, 2 sm qalınlığında dilimlərə doğranır və qaynar suda 10-15 dəq. pörtülür. Sonra heyva dilimlərinin üzərinə qaynar şərbət əlavə edilir. Şərbəti heyva pörtülmüş su ilə hazırlayırlar. Mürəbə arada 8-10 dəq. qaynadılıb 8 saat saxlanılmaq şərti ilə 3-4 dəfəyə bişirilir.




    Əncir mürəbbəsi
    Əncir - 1kq, şəkər - 1kq, lumu turşusu - 1q, vanilin - 0,5q.
    Əncirdən qabıqlı və ya qabığı soyulmaş halda mürəbbə bişirilir. 1.Qabıqlı mürəbbə bişirdikdə əncirin saplağı kəsilir, 5 dəq istiliyi 80-850 S olan suda pörtülür. Əncirin üzərinə şərbət tökülür və 2 dəfəyə bişirilir. 2. Qabığı soyulmuş əncirin üzərinə şəkər tozu səpilir, 8-10 saat saxlanılıb zəif Alov üzərində 50-60 dəq. bişirilir. Hazır olana yaxın lumu turşusu və vanilin əlaə edilir.




    Zoğal mürəbbəsi
    Zoğal - 1kq, şəkər - 1,2kq.
    Zoğaldan bütöv və çəyirdəyi çıxardılaraq mürəbbə bişirilir. Şəkərə 2 stəkan su töküb şərbət hazırlanır. Şərbətin yarısı birinci bişirmədən əvvəl, yarısı isə 2-ci bişirmədən əvvəl tökülür. 5-8 saat saxlamaq şərti ilə 2 dəfəyə bişirilir. Bəzən zoğalın üzərinə şərbətin hamısı tökülür, qaynadılır və aradan 10-15 dəqiqə soyutmaq şərtilə 4-5 dəfəyə bişirilir.




    Qarpız mürəbbəsi


    Qarpız qabığı - 1kq, şəkər - 1,2kq, vanilin - 0,5q, lumu turşusu - 1,2q.
    Qarpız mürəbbəsi üçün qalınqabıq qarpız növləri götürülür. Əvvəlcə qabığın yaşıl hissəsi nazik kəsilib atılır, düzbucaq və romb (1,5-2) və ya kub (2-3 sm) formasında doğranılır. 0,8-1,0 saat əhəng suyunda saxlanılır. Sonra təmiz yuyulub üstünə qaynar şərbət tökülür, arada 8 saat saxlanılmaqla 3 dəfəyə bişirilir, hazır olana yaxın lumu turşusu və vanilin əlavə edilir.




    Ərik mürəbbəsi


    Ərik - 1kq, şəkər - 1,2kq.
    İri əriyin çəyirdəyi çıxarılır , xırdalar isə bütöv bişirilir. Əriyin səthi 8-10 yerdən deşdəklənir və 1 dəq. suda pörtülür. Üzərinə qaynar şərbət tökülür. 8-10 saat saxlanılır. Arada 8 saat saxlamaq şərtilə 3 dəfə mürəbənin şirəsi qaynadılıb əriyin üstünə tökülür və 4-cü dəfə hazır olana kimi bişirilir.




    Qoz mürəbbəsi


    Emal edilmiş qoz - 1kq, şəkər - 1,5kq, lumu turşusu - 3q, mixək - 3q, və ya hil - 3q, (50 ədəd qoza 1 kq şəkər).
    Mürəbbə bişirmək üçün diametri 24 mm-dən az olmayan qabığı odunlaşmamış sütül qoz götürülür. Qozun qabığı nazik soyulur, gündə 2-3 dəfə suyunu dəyişmək şərtilə 3 gün suda saxlanılır. Sonra qoz əhəng suyuna qoyulur. Gündə 4-5 dəfə qarışdırılmaq şərtilə 2-3 gün əhəng suyunda saxlanılır. Əhəng suyundan çıxarlımış qozları bir neçə yerindən deşdəkləyib yenidən gündə 2-3 dəfə suyunu dəyişmək şərtilə 3 gün suda saxlayırlar. Beləliklə, emal edilmiş qozlar qaynar suda 2025 dəq. pörtülür. Üzərinə şərbət əlavə edib arada 4-5 saat saxlamaq şərtilə 2-3 dəfəyə bişirilir. Axırda lumu turşusu, mixək və ya hil əlavə edilir və 20 gündən az olmayaraq yetişdirilir.
    Əhəng suyunu hazırlamaq üçün 500q təmiz əhəng 3 litr suda həll edilib, 3-4 saat saxlanılır və çökmüş əhəngin üst qatındakı şəffaf məhlul tənzifdən süzülür.




    Ağ gilas mürəbbəsi


    Çəyirdəyi çıxardılmış gilas - 1kq, şəkər tozu - 1,2kq, lumu turşusu - 2q, vanilin - 1q, və ya hil 3q.
    Mürəbbə bişirmək üçün ətli gilas növləri götürülür. Çəyirdəyi çıxarılmış gilasın üzərinə şəkər tozu əlavə edilir, 3-5 saat saxlanılır. Zəif Alov üzərində hər dəfə 6-8 dəqiqə qaynadılıb 5-6 saat saxlanılmaqla 3 dəfəyə bişirilir. Hazır olana yaxın lumu turşusu, vanilin və ya hil əlavə edilir.




    Qızıl gül mürəbbəsi


    Qızıl gül ləçəkləri - 100 q, şəkər - 900q, lumu turşusu - 2q.
    Ən yaxşı mürəbbə Qazanlıq qızıl gülünün ləçəklərindən alınır. Ləçəklərin aşağı ağ hissəsi kəsilib atılır, yuyulur və 5 dəqiqə qaynar suda pörtülür. Pörtülmək üsün istifadə olunan suda 40%-li şərbət məhlulu hazırlanır, ləçəklərin üstünə tökülür və bir dəfəyə hazır olunca bişirilir. Hazır olana yaxın lumu turşusu əlavə edilir. İtburnu gülünün ləçəklərindən də mürəbbə bişirilir.




    Badımcan mürəbbəsi


    Təmizlənmiş badımcan - 1kq, şəkər - 1,5kq, lumu turşusu - 1,5q, vanilin - 0,5q.
    Mürəbbə bişirmək üçün 3-4 günlük xırda badımcanlar götürülür. Saplağı kəsilir, qabığı soyulur və 5-6 satt soda məhlulunda saxlanılır. Sonra badımcanlar yuyulur, bir neçə yerdən deşdəklənir, üzərinə qaynar şərbət tökülüb 8-10 saat saxlanılır. İkinci gün şərbət süzülür, qaynadılır və badımcanların üstünə tökülür. Üçüncü gün əməliyyat təkrar edilir və 6-8 dəqiqə badımcanlar şərbətdə bişirilir. 4-cü gün isə mürəbbə hazır olana kimi bişirilir, lumu turşusu və vanilin əlavə olunur.




    Pomidor mürəbbəsi


    Pomidor - 1kq, şəkər - 1,3kq, vanilin - 0,5q.
    Mürəbbə bişirmək üçün xırda gavalıyaoxşar pomidorlar götürülür. Pomidorlar 5-8 saniya qaynayan suya salınıb dərhar soyuq suda soyudulur və qabığı təmizlənir. Pomidorların üzərinə qaynar şərbət tökülüb 1 gün saxlanılır. İkinci gün şərbət süzülür, qaynadılır və pomidorların üstünə tökülür. Üçüncü gün əməliyyat təkrar edilir. 4-cü günü isə mürəbbə hazır olana kimi bişirilir. Ətir üçün vanilin və ya meyvə cövhəri əlavə edilir.




    Feyxoa mürəbbəsi


    Feyxov - 1kq, şəkər - 1,2kq.
    Eyni ölçülü feyxoa yuyulur, 3,5 dəq qaynar suda pörtülür, qabığı soyulur və üzərinə şəkər tozu əlavə edilib. 18-20 saat saxlanılır. Sonra 100ml su əlavə edilib zəif Alov üzərində arada 8 saat saxlamaq şərtilə 2-3 dəfəyə bişirilir. Feyxoadan qabıqlı mürəbbə bişirdikdə əvvəlcə onları 7-8 yerdən deşdəkləyib 8-10 dəq. qaynar suda pörtürlər. Üzərinə şərbət əlavə edilir və 2-3 dəfəyə bişirilir.




    Cənnət almasından mürəbbə


    Alma - 1kq, şəkər - 1,3-1,5kq.
    Cənnət almasının çiçək kasacığını təmizləyirlər, saplağını isə yarıdan kəsirlər. Sonra almanı bir neçə yerdən deşdəkləyib 3-5 dəq 1000 S-də pörtürlər. Üzərinə şəkər şərbəti töküb 3-4 saat saxlayırlar. Zəif Alov üzərində qızdırılmaqla 5-7 dəq qaynadılıb 6-8 saat saxladıqdan sonra ikinci dəfə 7-10 dəq. hazır olana kimi bişirirlər.


    Naringi mürəbbəsi


    Naringi - 1kq, şəkər - 1,2kq.
    Bütöv naringiləri 900 S-də 15 dəq pörtülür, soyudulur və 10-12 saat soyuq suda saxlayırlar. Sonra naringiləri uzununa yarıya bölüb üzərinə şərbət tökür və 6-8 saat saxlayırlar. Şərbəti ayrıca qızdırıb naringinin üzərinə tökmək şərtilə mürəbbəni 4 dəfəyə bişirirlər.




    Tut mürəbbəsi
    Ağ tut - 1kq, şəkər - 1,2kq, lumu turşusu - 2q.
    Seçilmiş tutun üzərinə şəkər şərbəti əlavə edilir, və zəif Alov üzərində 5 dəqiqə qaynadılıb 20-250 S-yə qədər soyudulur. İkinci dəfə 8-10 dəqiqə qaynadılıb soyudulur və üçüncü dəfə hazır olana kimi bişirilir. Hazır olana yaxın lumu turşusu əlavə edilir.




    Xartut mürəbbəsi


    Aərbaycanda, xüsusən Abşeron yarımadasında bir çox qara tut sortları yetişir ki, bunlardan da ən keyfiyyətlisi xartut adlanır. Ağ tutdan olduğu kimi qara tutdan da azərbaycanlılar mürəbbə bişirirlər.
    Xartutun iri gğlələri seçilir və üzərinə şəkər tozu səpilib 8-10 saat saxlanılır. Mürəbbəni zəif Alov üzərində arada 8 saat saxlamaq şərtilə 2-3 dəfəyə bişirirlər. Xartut gilələrinin üzərinə qaynar şərbət töküb ağ tut mürəbbəsi kimi də bişirmək olar. 1 kq xartut üçün 1,3-1,5 kq şəkər götürülür.




    Alça mürəbbəsi


    Mürəbbə bişirmək üçün iri bağ alçası sortları,Ö xüsusilə Ərəş və İstambul alça sortları götürülür. Bu alçalar tam yetişdikdə qırmızı rəngdə olmaqla bir ədədin kütləsi 40 qrama çatır. Alçanın qabığı soyulur. 1,5-2,0 saat müddətində əhəng suyunda saxlanılır, təmiz yuyulur və bir neçə yerdən deşdəklənir. Beləliklə hazırlanmış alçanın üzərinə şəkər şərbəti tökülüb 6-8 saat saxlanılır. Mürəbbəni arada 8 saat saxlamaq şərtilə 2-3 dəfəyə bişirirlər. 1 kq təmizlənmiş alçaya 1,1kq şəkər və 1 stəkan su sərf edilir.

     

     

    CADIKIZ - 26.08.2009 - 23:21



Benzer Konular

  1. Azeri mutfağı XƏMİR XÖRƏKLƏRİ
    Konuyu Açan: CADIKIZ, Forum: Azərbaycan Mətbəxi.
    Cevaplar: 0
    Son Mesaj : 26.08.2009, 23:39
  2. Azeri mutfağı.DOLMALAR
    Konuyu Açan: CADIKIZ, Forum: Azərbaycan Mətbəxi.
    Cevaplar: 0
    Son Mesaj : 26.08.2009, 23:37
  3. Azeri mutfağı BALIQ YEMƏKLƏRİ
    Konuyu Açan: CADIKIZ, Forum: Azərbaycan Mətbəxi.
    Cevaplar: 0
    Son Mesaj : 26.08.2009, 23:35
  4. Azeri mutfağı ...QUTABLAR
    Konuyu Açan: CADIKIZ, Forum: Azərbaycan Mətbəxi.
    Cevaplar: 0
    Son Mesaj : 26.08.2009, 23:25
  5. Azeri mutfağı ...QƏLYANALTILAR
    Konuyu Açan: CADIKIZ, Forum: Azərbaycan Mətbəxi.
    Cevaplar: 0
    Son Mesaj : 26.08.2009, 23:23

copyright

Soru Cevap