Ramazan ayı haqqında 22 maraqlı fakt

  1. Ramazan ayı - Ramazan ayı haqqında 22 maraqlı fakt



    1. Orucun ən qədim ibadət növü sayıldığını, bəşəriyyətin yaranması ilə orucun da meydana çıxdığını, oruc tutan ilk şəxsin Adəm peyğəmbər (Ona salam olsun!) olduğunu, özü də hər ayın üç günündə oruc tutduğunu bilirdinizmi?

    2. Ramazan orucunun müsəlmanlara birbaşa deyil, islamın yaranmasından on beş il sonra vacib qılındığını bilirdinizmi? Çünki islam meydana gəldiyi ilk dövrlərdə insanlara imanı, rəbləri ilə əlaqələri möhkəmlətməyin yollarını öyrədirdi.

    3. Oruc ibadətinin bütün səmavi dinlərdə mövcud olduğundan xəbəriniz vardımı? Bilirdinizmi ki, bütün peyğəmbərlər və davamçıları müxtəlif formalarda da olsa oruc tutmuşlar? Məsələn, Davud peyğəmbər (Ona salam olsun!) bir gündən bir oruc tutarmış.

    4. Ramazan orucundan qabaq müsəlmanların hər ayın üç gününü, xüsusilə də Aşura günündə oruc tutduqlarını bilirdinizmi?

    5. Bilirdinizmi ki, Ramazan orucu əvvəl-əvvəl ixtiyari ibadət olmuşdur? Belə ki, istəyən bu ayda oruc tutur, istəyən də tutmur, amma hər gün üçün bir kasıbı yedirdirdi. Bu ona görə idi ki, insanlar Ramazan orucuna alışsınlar. Sonralar Ramazanda oruc tutmaq icbari oldu.

    6. Bilirdinizmi ki, oruc tutmaq müsəlmanlara Peyğəmbər (Ona Allahın xeyir-duası və salamı olsun!) Məkkədən Mədinəyə hicrət etdikdən iki il sonra, Şaban ayında vacib edilmişdir?

    7. Bilirdinizmi ki, müsəlmanların oruc tutduqları ilk gün bazar gününə, miladi təqvimlə 624-cü ilin fevral ayının 26-a təsadüf etmişdi?

    8. Bütün səmavi kitabların Ramazan ayında nazil edildiyini bilirdinizmi? Belə ki:
    - İbrahim peyğəmbərin (Ona salam olsun!) “səhifələr”i Ramazanın ilk gecəsi nazil olmuşdu;
    - Tövrat Ramazan ayının 6-da Musa peyğəmbərə (Ona salam olsun!) göndərilmişdi;
    - İncil İsa peyğəmbərə (Ona salam olsun!) Ramazan ayının 13-də endirilmişdi;
    - Zəbur Davud peyğəmbərə (Ona salam olsun!) Ramazan ayının 18-də nazil edilmişdi;
    - Qurani-Kərim Məhəmməd peyğəmbərə (Ona Allahın xeyir-duası və salamı olsun!) Ramazan ayının 24-də nazil edilmişdi.

    9. Bilirdinizmi ki, Quranın ilk ayəsi – “Yaradan rəbbinin adı ilə oxu” ayəsi Məhəmməd peyğəmbərə (Ona Allahın xeyir-duası və salamı olsun!) 610-cu il Ramazan ayının 17-i, bazar ertəsi nazil edilmişdir?

    10. Bilirdinizmi ki, ramazan sözü “bərk isti” deməkdir? Eradan əvvəl 412-ci ildə, Peyğəmbərin (Ona Allahın xeyir-duası və salamı olsun!) beşinci babası Kilab ibn Mürrənin zamanında bu ayda bərk istilər olduğundan onu belə adlandırmışdılar.

    11. Bilirdinizmi ki, Ramazan orucu vacib qılındıqdan sonra Peyğəmbər (Ona Allahın xeyir-duası və salamı olsun!) vəfat edənədək doqquz il oruc tutmuşdur?

    12. Ramazan sözünün Quranda cəmi bir dəfə işlədilməsindən xəbəriniz vardımı? O, ərəb aylarından Quranda xatırlanan yeganə aydır. Oruc sözü isə bu müqəddəs kitabda 14 dəfə işlədilib.

    13. Bilirdinizmi ki, Cənnətin səkkiz qapısından biri yalnız oruc tutanlar üçündür? Oruc tutanlardan qeyrisinin daxil ola bilmədiyi bu qapı “Rəyyan” adlanır.

    14. Bilirdinizmi ki, Ramazan ayının bütün fəsillər üzrə təkrarlanması sikli 33 qəməri ildir?

    15. Statistik göstəricilərə görə Ramazan ayında oruc tutan müsəlmanların sayının təxminən 800 milyon nəfər təşkil etdiyini bilirdinizmi? Bu rəqəm bütün müsəlmanlarının yarısı deməkdir.

    16. Hər il hər bir müsəlmanın oyaq qalıb ibadətlə keçirməyə can atdığı ən əzəmətli gecənin Qədir gecəsi olduğunu bilirdinizmi? Qədir gecəsi Ramazanın son günlərinə təsadüf edir. Allah təala Qurani-Kərimdə buyurur ki, bu gecə səksən üç ildən, yəni bir insan ömründən xeyirlidir. Qədir gecəsində Allah duaları qəbul buyurub, diləkləri gerçəyə çevirir.

    17. Bilirdinizmi ki, orucun ən uzun tutulduğu ölkələr Skandinaviya ölkələridir? Belə ki, burada insanlar iyirmi bir saata qədər oruc tuturlar. Orucun ən qısa tutulduğu ölkələr də elə Skandinaviya ölkələridir. Burada insanlar 3 saat oruc tuturlar.

    18. Ekvatorda yerləşən ölkələrdə hər il oruc saatlarının heç dəyişilmədiyini bilirdinizmi? Çünki bu ölkələrdə gündüz gecəyə bərabər olur.

    19. Bilirdinizmi ki, Allah təala gündüzlərin çox uzun olduğu ölkələrdə oruc tutanlara orqanizmlərinə zərər toxunmasın deyə bir qədər yemək, içmək və günün qalanını isə simvolik olaraq oruc tutmaq icazəsi vermişdir? Belə ki, onlar bu günlərin oruclarını ilin münasib vaxtlarında qəza edirlər.

    20. Bilirdinizmi ki, yayda və ya qışda günəşin doğmadığı və ya gündüz və gecənin altı ay davam etdiyi Qütb zonalarında yaşayan insanlar ən yaxın ölkələrin oruc vaxtlarından istifadə etməklə oruc tuturlar?

    21. Bilirdinizmi ki, zəkat və fitrə zəkatı (sədəqəsi) vermək, bayram namazı qılmaq orucun vacib qılındığını ilin Ramazan ayında müsəlmanlara əmr edilmişdir?

    22. Bilirdinizmi ki, islamı qorumaq üçün Peyğəmbərin (Ona Allahın xeyir-duası və salamı olsun!) apardığı ilk savaş – Bədir savaşı Ramazan ayının 17-də baş vermişdi?

     

     

    Sarsın - 31.07.2012 - 15:00



Benzer Konular

  1. İnsan bədəni haqqında 85 ən maraqlı fakt
    Konuyu Açan: BiR-DOST, Forum: Sağlamliq.
    Cevaplar: 0
    Son Mesaj : 01.12.2013, 23:54
  2. Bakı haqqında 10 maraqlı fakt
    Konuyu Açan: Sarsın, Forum: Azərbaycan Tarixi Ve Coğrafiyası.
    Cevaplar: 0
    Son Mesaj : 06.12.2012, 15:43
  3. Qadın və kişi: bilmədiyiniz 6 maraqlı fakt
    Konuyu Açan: Sarsın, Forum: Qadınlar üçün.
    Cevaplar: 0
    Son Mesaj : 24.02.2012, 14:22
  4. Marixuana haqqında 20 fakt
    Konuyu Açan: Wirinkaa, Forum: Azərbaycan Həyat tərzi.
    Cevaplar: 0
    Son Mesaj : 28.07.2011, 14:39
  5. İnsanlar haqqında 29 maraqlı fakt
    Konuyu Açan: Leyl-i Lal, Forum: Qadınlar üçün.
    Cevaplar: 0
    Son Mesaj : 29.01.2010, 14:00

copyright

Soru Cevap