REKLAM




+ Konuyu Cevapla

Yuxu yozmaları

  1. Yazan: Sarsın
    No Avatar

    REKLAM


    Yuxu - Yozmalar - Yuxu yozmaları



    Register

    Abajur – Röyada abajur, abajurlu lampa görmək, yaxud belə bir lampa hazırlamaq – yaxın gələcəkdə bir işin xeyirlə, faydayla başa çatacağını bildirir.
    Abdal – Yuxuda abdal və axmaq bir adamla qarşılaşmaq – düşmənlərinizin saf qəlbli olmağınızdan və temizliyinizdən faydalanaraq sizə zərər verəcəklərini göstərir. Abdal, axmaq adamla söhbət eləmək – iş həyatınızda yanlış bir addım ataraq zərərə düşəsəyinizə işarədir.
    Abdəst – Röyasında abdəst aldığını görən adam, ümumi yozumlara görə, muradına yetişər. belə bir yuxu görən Allah adamı kimi qəbul edilir. Şərqin yuxu yozucuları çeşidli durumlara görə, abdəst ilə bağlı röyaları bu şəkildə yozmuşlar:
    Abdəst namaz üçün alınmışsa – müqəddəs və mənəvi anlamda bir yaxşılığa işarədir.
    Abdəst tamamlanmaq üçünsə: arzu edilən bir işin olacağı deməkdir.
    Abdəst hamamda, yaxud təzə tikilmiş bir evdə alınmışsa düşmənlərdən, yağı xislətli rəqiblərdən, pisliklərdən qurtulacağınıza işarədir.
    Abdəst təmiz su ilə alınmışa – böyük bir borc qısa müddət ərzində ödənəcəkdir.
    Abdəst dəniz kənarında alınırsa – bir xəstəliyin yaxşılaşacağını, sərvətə qovuşulacağını göstərir.
    Abdəstli olduğu halda ikinci dəfə abdəst alınırsa – şan və şərəfin, sayğı və etimadın artacağı deməkdir.
    Abdəstsiz namaz qılınırsa – sənətkarsa-emalatxana, tacirsə-sərmayə sahibi olacağına yozulur.
    Abdəst pozmaq – Röyada bir kimsənin özünü abdəst pozarkən görməsi-onun qısa bir müddət içərisində sıxıntılardan qurtulacağı anlamına gəlir.
    Abdəstxana – Röyada bir abdəstxanaya girmək-mühim bir işin qısa müddətdə çözələnib aydınlaşacağı kimi yozlur.
    Absent (yovşan arağı) – Röyada absent deyilən içkidən içmək-həyatda bir çox bədbəxtliklərlə qarşılaşacağınıza işarədir.
    Avqust – yuxuda bir adamın avqust ayını görməsi-evlənmək, boşanmaq, bir işə girmək və bu kimi mühim işlərin o qədər də uğurlu olamayacağını göstərir. Şərqli və qərbli yuxuyozucularının eyni qənaətinə görə, bu cür röya görənlər ailə daxilində də çətin vəziyyətə düşə bilərlər.
    Avqust böcəyi (cırcırama) – Yuxuda avqust böcəyi (cırcırama) görmək, əsasən, könül xoşluğu anlamına gəlir. Ancaq qərbli röya yozucuları şərq və müsəlman yozucularından fərqli olaraq avqust böcəyini heç də xeyirə yozmurlar.
    Avtobus – İçi adamla dolu səyahət avtobusu-röya sahibinin çox gurultulu və təntənəli bir toplantıya (məclisə) gedəcəyini xəbər verir. Özünü avtobusun arxasından tutub sallanmış görmək-çox təhlükəli bir macəraya sürüklənəcəksiniz.
    Avtomobil – Röyada içi adamla, yaxud yüklə dolu bir avtomobili idarə etdiyini görən adamın istikbalı macəralı və əndişəli olacaqdır. Başqasının idarə etdiyi avtomobilə minmək-röya sahibi kişidirsə, yaxın günlərdə əlinə yaxşı fürsət keçəcək və bundan yüksək səviyyədə istifadə edə biləcəkdir. Əgər evli deyilsə-pul məsələsində təhlükəli bir işə girişəcəkdir.
    Ağac – Röyada ağac görülməsi, ümumiyyətlə, xeyirə yozulur. Belə ki:
    -Meyvəli ağac görmək-yuxu görənin ümidlərinin doğrulacağına və mənfəət əldə edəcəyinə yozulur.
    -Meyvəsiz ağac-ümumiyyətlə, yalan və ümidsizliyə işarədir.
    -Ağacın növü bilinməzsə-qazanca, mənfəətə, sevincə işarədir.
    -Ağaclarla örtülü yamyaşıl bağça-sağlamlıq və var-dövlət bəlirtisidir.
    -Özünü ağacın üstündə yatmış görmək-çoxlu uşaq sahibi olmağa yozulur.
    -Tikanli ağac-ətrafınızdakı adamlara qarşı diqqətli olmağın gərəkliyini bildirir.
    -Öz bağında ağac əkmək-əkilən ağacın sayı qədər oğul-uşaq sahibi olacağınızı bildirir.
    -Gur yarpaqlı ağac-xoş güzəran, evdə, ailədə rahatlıq, can deyb can eşitmək deməkdir.
    -Dörd yanı bürünmüş çoxlu ağac görmək-yuxu görənin və dost-tanışın zənginliyinə, sərvət sahibi olacağına işarədir.
    -Ağacdan düşmək-xeyrə yozulmur, mal-mülk itkisini göstərir.
    -Ağacın qabığı-belə bir yuxu görmək, əsasən, xeyirə yozulsa da, bu yuxunu görən əgər qadındırsa və əgər evlidirsə gərək ərinə qarşı daha nəzakətli və qayğıkeş olsun. Yoxsa, ailədə əminamanlıqdan, xoşbəxtlikdən əsər-əlamət qalmaz və bunun da səbəbkarı qadın sayılır.
    -Ağac budağı-əgər budaq çiçək açmışsa, çox xeyirli və uğurlu xəbərə yozulur. Yuxuda quru budaq görmək-həm şərqli, həm də qərbli yuxuyozucuları tərəfindən xeyirə yozulmaz. Ancaq islam yuxu yozucularına görə, röyada görülən quru budaq da xeyirə yozulur.
    -Sınmış ağac budağı-Mühittdin Ərəbinin fikrincə, bu, yuxu sahibinin xasiyyətinə görə yozulmalıdır. Pis niyyətli adamlar üçün belə yuxu yaxşılığa yozulmaz. Yaxşı niyyətlilər üçün isə əksinədir. Uşaqların bu cür yuxu görməsi-həyatda uğur qazanacaqlarını göstərir.
    Ağarmaq - Yuxuda bir adamın saçında və saqqalında ağ tüklər görməsi-arvadı hamiləysə, dünyaya oğlan uşağı gətirəcəyinə yozulur. Digər yozumlar:
    -Saqqalda ya da saçda üç dənəyə qədər ağarmış tük görmək-yuxu sahibinin oğlu sahibi olacağını bildirir.
    -Bir qadın saçlarının ağarmağa başladığını görərsə-əri ona xəyanət edir.
    -Yuxuda saqqalın birdən-birə ağardığını görmək-var-dövlətin əldən gedəcəyi anlamına gəlir.
    -Səhhəti yaxşı olmayan bir adam saçlarının ağardığını görürsə-xəstəlikdən qurtarması müşkülləşir deməkdir.
    Ağız – Ağızla bağlı yuxular belə yozulur:
    -Ağızın yox olduğunu görmək-ölümə işarət sayılır.
    -Ağızı kiçildiyini görmək-bir qazancli işin gerçəkləşəcəyini bildirir.
    -Ağzı kilidlənmış halda görmək-kafirliyə və bir çox şər əməllərə işarədir.
    Ağız qarmonu – Nəşəli günlər ərəfəsində olduğunuzu xəbər verir.
    Ağıl – Röyada ağıl görmək xeyirə əlamət sayılır. Belə yuxu görən adam öz işində yüksələcəkdir. Tacirlər də böyük mənfəət intizarındadırlar və bu istək gerçəkləşəcəkdir. Ağıl röyası görən qadının isə əri ilə münasibətləri düzələcəkdir. Gənc qızlar muradlarına çatacaqlar.
    Ağır-ağır nəfəs almaq – Röyada çətinliklə, ağır-ağır nəfəs alan adam kiçik bir mədə rahatsızlığı keçirəcəkdir.
    Ağırlıq çökməsi – Röyada bir adamın üzərinə ağırlıq çökməsi və zəiflik hiss etməsi heç də yaxşılığa yozulmaz, ümumiyyətlə xəstəliklə bitəcək bir səfərdən xəbər verir.
    Ağrı – Röyada ağrı çəkmək və yaralanmaq da tərsi doğru olan bir yuxulardan bir örnəkdir. Yuxuda ağrı xeyrə yozulur. Rahat, sağlam və əmin-amanlıq içərisində yaşamaq deməkdir. Ağrının kəsdiyini görmək-gözləmədiyiniz halda son dərəcə mühim bir yardım alacaqsınız. Röyada ağrı çəkən bir insana, ya da bir canlıya əlac etmək, onu oxşayıb, əzizləmək və ovundurucu sözlər söyləmək-girişəcəyniz bütün işlərin uğurla nəticələnəcəyini göstərir.
    Ağ ciyər – Yuxuda çiy ağ ciyər-ölümə; bişmiş ağ ciyər isəəmin-amanlığa yozulur.
    Ad – Röyada öz adını çağrıldığını görmək-önəmli bir işə çağrılacağınıza işaədir. Çağrılan başqa adamın adıdırsa və röya sahibi oynadığı zaman bu adı xatırlayırsa, o bu adamla əsaslı münasibətə girişəcəkdir.
    Ada – röyada ada görmək-dostalarınızın sizi tərk edəcəyinə;
    -Bir adada gəzintiyə çıxmaq-vaxtınızdan səmərəli istifadə etmədiyinizə;
    -əgər adada gözəl bir havada gəzintiyə çıxmısınızsa-içinizdəki qüssə və kədərdən qurtula biləcəyinizə;
    -fırtınalı bir havada və ya qaranlıq bir gecədə adada dolaşmaq-istəklərinizdə qətiyyətsizliyə, kədər və istirablardan qurtula bilməyəcəyinizə;
    -bir adada ov ovlamaq-böyük bir təhlükədən sovuşacağınıza işarədir.
    Aday (namizəd) – Röyada özünüzü bir millət vəkili və ya bələdiyyə məclisi adayıkimi görmək-əgər doğrudan da namizəd göstərilmişsinizsə seçkidə uğur qazanacağınızı göstərir. Aday olmayanlar üçün belə yuxu həyat yarışında uğurla irəliləyiş qazanılacağına yozulur.
    Adam – Röyada bir adam görmək-evinizdə qısa sürəcək bir söz-söhbət, narazılıq olacağına;
    -adam daşlamaq-ticarət işlərinizdə zərərə uğrayacağınıza;
    -adam öldürmək-haqqınızda dedi-qodu çıxacağını;
    -bir adama yaxşılıq etmək-evinizdə kiminsə xəstələnəcəyinə;
    -bir adamdan nəsə almaq-xəstəliyə;
    -bir adamla münaqişəyə girmək-dostlarınızın sizə yaxşı münasibıt bəslədiyinə, xoş hisslərlə yanaşdığına;
    -ixtiyar bir qadın və ya kişi görmək-kədər və üzüntüyə;
    -cavan oğlanın gənc bir qız və ya gənc qızın cavan oğlanı görməsi-məsud və xoş bir həyatın başlanğıcına yozulur.
    Adaxlı – Röyada adaxlı olduğunuzu görmək-çox karlı və gəlirli işlərə girişəcəksiniz.
    Adaçayı – Röyada adaçayı içmək- xoş bir olayla qarşılaşacağınıza və bə
    xtinizin açılacağına işarədir.
    Adəm Əleyhissalam – Röyada Adəm Əleyhissalamı görmək uzun sürəcək bir kədər və əndişədən sonra böyük sevinclərlə qarşılaşacağınıza işarə sayıldığı kimi, həm də çoxlu uşaq sahibi olacağınıza və həccə gedəcəyinizə yozulur.
    Azad etmək – Yuxuda bir kişi özünü azad edərsə Allahın rizası üçün qurban kəsməlidir.
    -arvadını azad edərsə boşanmağa, ayrılığa yozulur. Röyada azad olduğunu görən adam günahkardırsa tövbəkar kafirdirsə müsəlman olur. Ulu Allah onu cəhənnəm odundan iraq tutar.
    Azğınlıq – Röyada görülə azğınlıq hərəkətləri dini baxımdan Allah yolundan sanmağa, imanın zəiflədiyinə yozulur.
    Ay – Cavan oğlan röyasında parlaq bir ay görərsə, ani bir dəyişikliklə gələcəyi çox parlaq olacaqdır. Evli isə-sevgisi uğurlu olacaq, yaşı keçmişsə-qaralıq və çətin işini yoluna qoyacaqdır. Gənc qız üçün yuxuda ay-xoşbəxt evliliyə, evli qadın üçün isə əyləncəli bir səyahətə yozulur.
    Digər yozumlar:
    -Ayı qucağında görmək-ay təki nurlu gözəl bir qızla evlənmək deməkdir.
    -Qadının ayı öz evində görməsi-gözəl bir oğlan uşağı olacağına, fəqət bu uşağın vəfat edəcəyinə.
    - ayın tərsinə doğduğunu görməsi-xeyir və şərdən hər hansı bir istəyin axtının yetişdiyinə.
    - ayı doğan görməsi-istəyində olan br şeyin ona nəsib olacağına.
    - ayın doğub evi aydınlatması-hökümət tərəfindən o evə xeyir və mənfəət veriləcəyinə yozulur.
    - Ayı yerdə görmək-yuxu görənin anasının vəfat edəcəyi anlamına gəlir. Birinin ayın aydınlığında gəzişdiyini görməsi-anası onu sevir və qoruyur deməkdir. Çünki ay ilə günəş ana ilə ata rəmzidir.
    - Yuxuda ayı seyr etmək yaxud ayda öz əks olunduğunu görmək-belə öya görən dərhal ölür. Qadın bu cür yuxu görərsə, çox gözəl bir oğlan uşanğı dünyaya gətirəcək.
    - Ayın yuxu sahibinə söz söylədiyini görmək-onun rəhbərliklə və yaxud nüfuzlu dövlət xadimləriylə yaxınlığına işrarədir.
    - Ay erkən səfərə də yozulur, bəzən də xəstəliyi bildirir.
    - Ayı sağında və ya solunda, arxasında yaxud önündə görmək-bu yuxunu görən qayğıya, tasaya, qorxuya düşəcək, çarəsizlikdən qaşmağa məcbur olacaq və ya bir bəla dolayısıyla ayrılığa düşüb məğlubiyyətə uğrayacaqdır.
    Ay işığı – Dadlı bir eşq sərgüzəşti yaşamağa işarədir. Ancaq səhhətinə fikir verməsə bi röyanın sahibi vərəm xəstəliyin də tutula bilər.
    Ayaq – Yuxuda ayaq görənin malı dəyərli və qalıcıdır (uzunömürlüdür), maliyyə, ticarət işlərində bəxti gətirəcək güvəncli olacaq.
    - Ayaq barmaqları-yuxu görənin yaxınları, arvadı, uşaqları pul, var-dövlət sarıdan korluq çəkməyəcək. Ayaq sümüklərini yuxuda görmək-özünə inam və ancaq öz əlinin gəliriylə zəhmətilylə yaşamağa yozulur.
    - Ayaq sümüklərinin bir parçasının göya çıxdığını görmək-ölümə; tüklü ayaq-röya sahibinin borcuna yozulur.
    -Ayaqların kəsildiyini görmək-mal-heyvanın mülkün tələf olacağına; öz ayaqlarından başqa bir ayağın olduğunu görmək-güzəranın yaxşılaşmasına; ayağının düz və gözəl olduğunu görmək-röya sahibinin dini və dünyavi gözəlliyinə yozulur.
    - Bir ölünün ayağının gözəl görünməsi- onun cənnətdə olmasına; günahkar bir adamın öz ayağının qəşəg olduğunu görməsi-onun günahlarından tövbə etməsinə, kafur üçün isə müsəlman olacağına yozulur.
    Ayaqqabı – Röyada təzə ayaqqabı görmək və ya ayaqqabı itirmək-oyuxunu görənin vəziyətinin çox sıxıntılı olduğunu bildirir. Ayağı sıxmayan rahat ayaqqabı isə rahat vəxoşbəxt yaşayış anlamına gəlir.
    Aydınlıq - Doğru yol və ehtiyatli olmaq kimi yozulur.
    Ayı – Yuxuda ayi görən adam düşmənilə mübarizədən qalib çıxacaq.
    Aypara – Minarə üstündəki ayparanı yuxuda görmək xeyri əlamətdir, bir sıxıntıdan qurtulacağınzıa işarədir.
    Akasiya – Yuxuda akasiya ağacı, ya da çiçəyni görmək uğura yozulur.
    Aktyor – Yuxuda aktyor görmək xeyrə yozulur. Ya yuxu görənin özünün, ya da dostlarından birinin başına dövlət quşu qonacağı anlamına gəlir. Röyada teatr aktyoru görmək kino aktyoru görməkdə daha yaxşıdır.
    Aktrisa – Əgər bir aktrisa yuxuya girərsə, aktyorun əksinə xeyrə yozulmaz. Aktrisa səhnədə oynayarkən görülmüşsə, bu röyanı görən səfalətə düşəcəkdir.
    Alabalıq (qızıl balıq) – Umulmayan yerdən böyük bir yardım almağa, gözləmədiyiniz bir dostla rastlaşacağınıza, arzu olunan bir səfərə çıxacağınıza, yolla getdiyiniz yerdə pul, ya da qiymətli daş-qaş tapacağınıza, gözəl, sevdalı günlər yaşayacağınıza yozulur.
    Alabaxta quşu – evinizdə xəyanətə, vəfasızlığa məruz qalacaqsınız .
    Ala-qaranlıq – Gözəl və təmiz gənc qıza könül verəcəyinizə işarə sayılır. Ancaq bu eşqiniz sizə xoşbəxtlikdən çox kədər və üzüntü gətirəcək, uzun müddət qəlbinizi və ruhunuzu dərin iztirablar saracaqdır
    -Axşamın ala-qaranlığında çöldə ətrafı seyr etmək: həyatınızın tərsinə dönəcəyinə, bir çox sıxıntı və çətinliklərlə mübarizə apamaq məcburiyətində qalacağınıza, lakin son nəticədə həyatınızın yenə də axarına düşəcəyinə yozulur.
    Albalı – röyada təzə albalı yemək-halal ruziyə, köhnə albalı-haram mala yozulur.
    Alət – Röyada bir kənd təsərrüfatı aləti görmək-üzünüzə gələn ilin bol və bərəkətli olacağına işarədir. Əgər görülənalət kotan olarsa


    Facebook




    Üyelik

  2. Yazan: Sarsın
    No Avatar
    BABA-Röyada babanızı görmək-çoxlu uşağınız olacaq və məsud bir həyat sürəcəksiniz deməkdir.

    BAQAJ (yük)-Röyada bi yığın şəxsi əşya və baqajla əlləşmək məcburiyyətində qalarsınızsa, bu-pulla bağlı bir çox dərdlərin və qayğıların fəna halda canınızı sıxacağı, sizi incidəcəyi anlamına gəlir.

    BAQQAL-Dini məsələlərlə dünya işlərindən daha çox vaxt ayırmanız üzündən gələcəkdə maddi baxımdan sıxıntılı günlər yaşayacağınıza işarədir.

    BAĞBAN-Röyada bağçada çalışan bir bağban görmək-ailə səadətiniz mükəmməl bir hal kəsb edəcəkdir.

    BAĞIRSAQ-Yuxuda bağırsağın qarından çıxıb görünməsi-arvadı boşamağa və ya ailədə bir nəfərin xəstələnəcəyinə; bağırsaqlardan birinin yarılıb dəlinməsi-ayrılığa və ya ölümə; yalnız bağırsaq görmək-mala, vara işarədir. Yuxuda bağırsağını yeyən adam öz malını yeyir deməkdir. Başqasının bağırsağını yemək-röya sahibinin əlinə bir qədər mal-dövlət keçəcəyinə yozulur.

    Yuxuda bir adamın bağırsağını çıxarıb qarnını su ilə doldurduğunu və ya təmizlədiyini görməsi-onun şəhid olacağına yozulur. Bağırsaq-eyni zamanda, gizli mal anlamına gəlir.

    BAĞÇA-Röyada bağça görmək qədər xeyrə əlamət sayılıan bir şey ola bilməz, bağça röyaları ən xoşbəxt, taleli yuxulardandır.

    Özünü bağçada gəzişən görmək-yorulmadan, tər tökmədən həyatın başlanğıcında uğurlar qazanacağınıza yozulur. Bağçada oturub dincəlmək-möhkəm sağlamlığa və xoşbəxt sevgiyə işarədir. Bağçada işlədiyini görən adam ömrünün yaşlı çağlarını səadət içərisində, sadiq və sevimli dostlarının arasında keçirəcəkdir. Yağlı boyayla işlənmiş tablolarda, bir rəsmdə və ya poçt açıqcasında bağça şəkli görən adam dünyanın hər yerindən gətirilmiş çeşid-çeşid əşyalarla dolu gözəl bir evə sahib olacaqdır. Röyada cənnət bağçasını görən isə çox maraqlı və ürəkaçan təcrübələr, eksperimentlər keçirəcəkdir.

    BAĞÇA DIRMIĞI-Yaxın günlərdə əlinizə çoxlu pul gələcəkdir.

    BAĞÇADA GÜL-ÇİÇƏK AÇMASI-Röyada gül-çiçək açmış bağça görmək-sərvəti, səhhəti, eşqi, xoşbəxtliyi, incə artistik zövqü və iqtidarı bildirir. Ayaq altında əzilən bahar çiçəkləri-məyusluğa, taleyin öz axarıyla getməyəcəyinə yozulur.

    BAĞÇA KÜRƏYİ (bel)-Yuxuda bel görmək və ya bağçada yer belləmək-yeni və zəhmətli işlərlə qarşılaşacağınıza yozulur.

    BAĞÇA ÇƏPƏRİ-Yuxuda bağçanızı divarla çəpərlənmiş görmək-gördüyünüz işlərin doğru-düzgün olduğuna, fəaliyyətinizin həm özünüz, həm də vətəniniz üçün faydalı və səmərəli nəticələr verəcəyinə işarə sayılır.

    BADAM-Bdam yemək çox sevincli bir hadisə ilə qarşılaşacağınıza; badam qırmaq-yeni bir işə qtılacağınıza və ya nişanlanıb evlənəcəyinizə; badam satın almaq-yüksək qiymətləndirdiyiniz tanınmış bir adam tərəfindən məsul bir vəzifəyə təklif olunacağınıza yozulur.

    BADAM AĞACI-Röyada çiçək açmış badam ağacı görmək-bir gənc qız, yaxud cavan oğlan tərəfindən bəyənilib seviləcəksiniz.

    Meyvələri yetişmiş badam ağacı-zənginliyə və rifaha yozulur.

    BADIMCAN-Şöhrətə yozulmaqla bərabər, etibarınızın sarsılacağına da işarə sayılır. Badımcan qızartması yemək-acı xəbərə yozulur. Uzun badımcan görmək-xoş xəbərdir.

    BAZAR-Röyada bazara girib ev ehtiyaclarını təmin etmək üçün alış-veriş etmək, yaxud sadəcə bazarı gözdən keçirmək-cavan oğlan üçün çox gözəl bir röya olub, işlərinin geniş miqyasda inkişaf edəcəyinə; yaşlı kişilər üçün-məqamında cürət və cəsarət göstərərək çox mənfəətli bir durum təmin etməyə; gənc qızlar üçün-taleyin və bəxtin açılacağına; yaşlı qadınlar üçün-çox rahat və sakit bir həyat sürməyə yozulur.

    BAZUBƏND-Röyada qolunda üzəri8ndə gümüşdən bir bazubənd və ya qolçaq taxılmış qumaş parçası görmək-röya sahibinin qardaşı qızıyla evlənməsinə işarədir. Əgər bazubənd muncuqlarla işlənmiş olarsa, röya sahibinin qardaş və bacısı bir-birinin ardınca yasa və üzüntüyə uğrayacaqlar.

    Röyada qadının ziynətli əşya taxması-o qadının ərinə işarədir. Yuxuda qolunda və ya üstündə ziynətli bir şey görən qadın maaşla dolanan adamdır. Görülən bazubənd çox yaraşıqlı olarsa, röya sahibinin şahidlik edəcəyini xəbər verir.

    BAYQUŞ-Yuxuda ötən bayquş görmək-aranız olmayan iş yoldaşlarınızın sizi böhtanlamağa çalışdıqlarına yozulur.

    BAYRAQ-Yuxuda bayraq görmək-önəmli bir iş və ya başqanlıq, eyni zamanda, alim, zəki, igid, zəngin, comərd və güclü adam anlamındadır.

    Bayraq görən röya sahibi camaat, xalq üçün çalışan bir adamdır. Qadının bayraq görməsi-ərinə işarədir.

    Bayraq-evlənməyi; hamilə qadın üçün-uşağı ifadə edir. Çoxlu bayraq-küləkli və yağmurlu havaları xəbər verir.

    Bayraq sahibi olmaq, yaxud bayra daşımaq-hakim olacağınıza işarədir.

    Öz evinin üstündə bayraq görmək-o evdə bir kimsənin öləcəyinə yozulur. Böyük bir bayraq daşımaq-röya sahibi evlənəcəkdir. Bayraq qırmızı isə-evləndiyi qadının əxlaqsız olacağına; ağdırsa-o qadının namuslu və təmiz bir adam olub yaxşı ailədən çıxdığına işarə sayılır.

    BAL-MASKARAD-Nəşəli bir xəbər alınacağına yozulur.

    BALAQ (camış balası)-Seks baxımından işlərinizin uğurlu olacağını göstərir.

    BALDIR-Baldırını dəmirdən yapılmış görən adamın ömrü uzun olacaq, şüşədən görərsə-əcəli yaxınlaşıb. Baldırının birini çəkər, digərini uzadar görmək-tam bir əcəllə ölmək deməkdir. Belə yuxu görənin qorxunc və təhlükəli bir iş görməsi də gözlənilir.

    Kişi yuxusunda qadın baldırı görüb onu tanıyarsa-yaxın olduğu birisiylə və ya tanış bir qadınla evlənəcək.

    Qadın baldırının açıldığını görərsə-o qadının möminliyinə və halının əvvəlkindən daha yaxşı olacağına yozulur.

    Baldırın çox qıllı olması-yuxu sahibinin çoxlu borcu olduğuna və cəza evində (dustaqxanada) öləcəyinə; baldırın əyri olduğunu görmək-arvadbazlığa yozulur.

    Baldır insanın malı və güzəranı deməkdir. Baldırın ağacdan yapılmış olduğunu görmək-yaşayışın, güzəranın darlığına, qazancın azalacağına işarədir. Baldırın çox gözəl olması-dostlardan biri hədiyyə bağışlayacaq.

    BALIQ-Yuxuda görülən balığın sayı bəllidirsə-qadına; bəlli deyilsə, çoxsa-oğurluq mala yozulur.

    Dənizin dibində iri və kiçik balıqları bir yerə toplanmış halda görmək, onları bir-bir sudan çıxarıb yemək və ya hissə-hissə doğrayıb bölmək-o adam çıxartdığı balıqlar qədər var-dövlət sahibi olar. İri balıq-ölkənin baş vəziri və ya baş vəkilidir. Balıqlar məmləkətin əsgərinə, dəniz isə dövlətə yozulur.

    Özünü suda balıq ovlayan görmək-0fərəhli və şad bir xəbər anlamındadır. İri balıq tutmaq-mənfəət və xeyrə yozulur; kiçik balıqlar isə-əldə ediləcək gəlirin kəsilməsinə yozulur.

    Sazan balığı görmək-evlənməyə və xeyrə yozulur.

    Yatağında balıq görmək-dəniz səyahətində bulunan adam üçün xəstəliyə yozulur.Bulanıq suda balıq ovlamaq-tasa, qayğı deməkdir. Balığı diri-diri yemək-yuxu görənin mal-mülk sahibi olacağına və körpəsinin doğulacağına işarədir.

    Məhrəm yerindən balıq çıxdığını görmək-yuxu sahibinin arvadı boyludursa, qız doğacaq. Qızardılmışbalıq görənin duası qəbul ediləcəkdir.

    Bir nəfər röyasında göydən balıq endiyini və onu yediyini görərsə, xeyir xəbər eşidəcək, düşmənlərini məğlub edərək yüksələcəkdir.

    BALTA-Yuxuda balta-imdad, ianə, yardım və gələcək xoşbəxtliyi xəbər verir. Başı ağrıyan adam rahatlıq tapar. Yuxuda balta-yeməyə-içməyə möhtac xəstənin şikayət və qorxularının yox olacağını bildirir.

    Balta oğlan uşağıdır. Yuxuda balta tapan adam vəkil, qəyyum və ya müdir olur. Mömin və dindar olduğu üçün düşmənləri ilə mübarizədə də həmişə qalib gəlir.

    Balta qulluq göstərməyə, qüvvət və üstünlüyə də işarədir.

    BANAN-Röyada banan görmək-gizli var-dövlətə, ana bətnində olan uşağa, qəbirdəki ölüyə, həbsdə olan adama, yaxud köhnə fal kitablarına işarə sayılır. Bir ayətə görə, banan cənnət meyvələrindəndir və geyim, dostluq sevgi rəmzi kimi də yozulur.

    Röyada evdə banan olduğunu görən adamın bir övladı dünyaya gələcək. Əgər röya sahibi banan yediyini görərsə, əlinə mal keçəcək. Yuxuda banan yediyini görən xəstənin öləcəyindən qorxulur.

    Banan ağacı-din, dünya, sərvət sahibi, zəngin bir adama işarədir.

    BARDAQ (səhəng)-Xeyrə yozulmur, gözlənilməz bir xəbərə işarə sayılır.

    BARMAQ-Yuxuda barmaq görmək-oğlunuz olacaq. Yuxuda barmağı yanan adam günah və suç işləyəcək. Barmaqlarının gərmək-sərvətə və yaxşı bir məqama yetişəcəyinizə işarədir.

    BARMAQ YALAMAQ-Ruziyə işarədir.

    BARMAQLIQ-Qüvvətə, sərvətin artmasına, əmin-amanlığa yozulur. Barmaqlıq arxasından qonşu ilə danışmaq-ətrafınızdakı adamlarla xoş keçinəcəksiniz.

    BASDIRMAQ-Röyada basdırmaq, sucuq və kolbasa kimi şeyləri satın almaq, yaxud satmaq-qismətə, nemətə yozulur. Basdırma görmək-çox xeyirli röyalardan olub, pul və iş sarıdan xoş xəbərlər alacaqsınız deməkdir. Röyada basdırma, sucuq və s. ye4mək isə xeyrə yozulmur, bu günün işini sabaha qoymağa, boş-boçuna vaxt keçirməyə və bu səbəbdən də işdə çətinliklərin meydana çıxmasına əlamət sayılır.

    BATAQLIQ-Özünü bataqlıqda görmək-bədbəxtliyə və bir çox çətinliklərə yozulur. Bataqlıq içində özünü çırpınan görmək-ömrün ixtiyar çağında rahatlığı, firəvanlığı bildirir.

    BATTANİYƏ (odyal)-Təmiz battaniyə-tale pərisinin sizə gülər üz göstərəcəyinə, işlərinizin yaxşı olacağına yozulur. Kirli battaniyə-bədbax yoldaşların həm işdə, həm sosial çevrələrdə adınızı ləkələməyə çalışdıqlarını göstərir. Yırtıq battaniyə isə unudaraq yerinə yetirmədiyiniz bir vədlə heç də incitmək və xətrinə dəymək fikrində olmadığınız bir nəfərin həyatını pərişan edəcəyiniz anlamına gəlir.

    BACA-Röyada eviniz bacasını tüstülənərkən görmək-evinizdə bolluq, bərəkət, nəşə və sevinc hökm sürəcəkdir.

    Baca təmizləmək-bütün işləriniz normal şəkildəinkişaf edəcəkdir.

    Bacanızın alovlandığnı görmək-kədərə və acıya işarədir.

    Bacanızın uçduğunu görmək-ölüm xəbəri alacağınıza və ya ailə üzvlərinizdən birinin ağır xəstəliyə tutulacağına yozulur.

    BACI-Böyük bacını yuxuda görmək, röya sahibi subaydırsa-yaxın zamanda evləbnəcək; evlidirsə-xoş bir xəbər alacaq.

    BEŞİK-Özünü beşikdə görmək və ya beşiyi satın aımaq-yuxu görənin xeyrə və bərəkətə qovuşacağaına, onun xeyriyyəçiliyinə və xeyirxahlığına işarədir.

    Beşik bəzən də firəvan bir ailəyə və ya şəfqətli bir anaya da işarə sayılır. Beşik kişi üçün tasa, hüzn və həbs kimi yozulur. Beşikdə uyumaq-darlıq işində olan ailəyə; subay üçün-evlənməyə; qadın üçün-uşağa yozulur. Bəzən də beşik şərqi söyləməyə, rəqs salonu anlamına da uyğun gəlir.

    BƏBƏ-Kasıb birisi yuxuda özünü anadan doğma bir cocuq olaraq görsə, zənginləşəcək, var-dövlət sahibi olacaqdır.

    BƏBİR-Yuxuda bəbir-böyükluyə, yüksəlişə, qəsbkarlığa, düşmənşiliyə, sırtıqlığa, eyni zamanda, işvəyə və şuxluq edib nazlanmağa yozulur.

    Bəbir-düşmənşiliyini gözləmədiyiniz və qəfil hücumuna məruz qalacağınız düşməndir.Yuxuda bu hüyvanla qovğada olmaq-onun kimi mütərəddid bir düşmənlə qovğada olmağa işarədir.

    BƏDƏN SAĞLIĞI-Röyada bədən sağlığı pis bir xəstəliyə və zəhmətə işarədir. Cünki sağlıq xəstəliyin tərsidir. Bəzən bədən sağlığı nemətə qovuşmağa da yozulur.

    BƏDƏNİN SƏPMƏSİ-Röyasında səpdiyini görən adamın ya bir övladı olacaq, ya da gözləmədiyi bir yerdən yardım görəcəkdir.

    BƏLĞƏM-Var-dövlətə yozulur. Yuxuda ağzından bəlğəm gəldiyini görən adam xəstəlikdən qurtular.

    BƏLƏDÇİ-Röyada bələdçi görmək-səfərə, səyahətə yozulur, yaxud bərbərə, elçiyə, tacirə işarə sayılır.

    BƏNNA-Sevincə, şadlığa yozulur. Yuxuda bənna görənin uşaqlarını xoş gələcək gözləyir. Bütün sınaqlar uğurla qurtaracaqdır.

    BƏNÖVŞƏ-Yuxuda bənövşə görmək xoş və gözəl röya olaraq yozulur. Röya sahibinin bilgili və uzun ömürlü olacağını xəbər verir. Bir kimsə röyasında bənövşəni yerdən qaldırdığını görərsə, o, gözəl bir qadını öpər. Röyada bənövşə-təmiz əxlaqlı qadını ifadə edir.

    BƏHMƏZ-Röyada bəhməz görən adamın işi düzələcək, halı, durumu yaxşılaşacaq. Bəhməz qabına milçəklərin yığışdığını görmək-ətrafınızda bir çox xeyirsiz dost-yoldaşın olduğuna işarədir.

    BƏHSƏ GİRMƏK-Eqoizmi, xudbinliyi bildirir.

    BƏXŞİŞ-Röyada bir qarsona və ya hər hansı bir kimsəyə bəxşiş vermək-könül zənginliyi və sevincə işarədir. Bəxşiş qadına verilərsə, bəxşiş verənə əhəmiyyətsiz bir narahatlıq üz verəcvəkdir.

    BIÇAQ-Yuxuda bıçaq görmək-qüvvət və qüdrətin davamlı olacağına yozulur. Bıçaqla bir şey kəsmək-pul, var-dövlət sahibi olacaqsınız.

    BİLDİRÇİN-Bildirçin Tanrı tərəfindən gələcək gözəl bir ruziyə və ya sıxıntılardan qurtulmağa yozulur.

    Yuxuda bir dəstə bildirçin görmək-başınıza bir iş gələcəyinə əlamətdir. Bir qovğa təhlükəsi olan yerdətəmkin göstərin, səbirsizlik etməyin.

    BİBƏR-Yuxuda bibər yeyən adam-dostluqda möhkəmdir, lakin tutduğu işdən peşman olacaqdır.

    BİBİ-Yuxuda atanın bacısı, yəni bibi xuma ağacıyla yozulur. Bibidə olan bir dəyişiklik xurma ağacında görülər. Röyanı görərnin xurma ağacı yoxdursa, o hal, o dəyişiklik yuxu sahibinin əmisi, atası kimi yaxınlarından birində ola bilər.

    BİLET-Nə biçimdə olursa-olsun, bilet itirmək-mühakimə yoluyla çözüləcək bəzi çətinliklərlə qarşılaşmağa; bilet almaq-bu çətinliklərdən qurtulmağa yozulur.

    BİLƏRZİK-Yuxuda bilərzik taxamaq-sevgiliniz heç zaman sizi tərk etməyəcəkdir.

    Başqa birini bilərzik tamış görmək-xoş olmayan bir işdən ötrü sizdən yardım istəyəcəklər. Bilərzik itirmək-heç vaxt həyata keçməyəcək bir şey üçün boş yerə üzülüb xiffət çəkməkdə olduğunuzu göstərir. Bilrəzik tapmaq-miras yoluyla əlinizə bir az pul və yaq torpaq sahəsi keçəcəkdir. Bilərziyi sahibinə qaytarmaq-yaxın vaxtlarda başınızdan xoş bir eşq macərasının keçəcəyini bildirir.

    BİYAN-Uzun sürən bir xəstəlikdən qurtulacağınızı xəbər verir.

    BİNA-Yuxuda yeni binalar görmək-işinizi, sənətinizi dəyişdirəcəyinizə işarədir. Köhnə və uçulmaqda olan evlər-firəvanlığa, qayğısızlığa yozulur.

    BİR ÇEYDƏN KEÇMƏK (bağışlamaq)-Röyada bir şeyi başqasına vəsiyyət etmək, bağışlamaq hər iki dünyada işlərinizin ürəyiniz istəyən kimi olacağına, haqq qarşısında düzgün və məqbul adam olduğunza əlamət sayılır.

    BİRƏ-Yuxuda birinin üstündə birə, yaxud bit görmək-o adamın hər baxımdan zəif olduğuna işarə sayılır.

    BİRJA-Yuxuda birjaçılıqla bağlı çoxlu vəsiqə görmək-işlərinizn ürəyiniz istəyən kimi davam edəcəyinə yozulur.

    Birja oynamaq-ufaq və keçici maliyyə sıxıntısına işarə sayılır.

    BİRÇƏK (saç)-Röyada alına tökülmüş saç, birçək-mala, mənfəətə, izzət və qüvvətə, gözəlliyə , yetginliyə, eyni zamanda, bu keyfiyyətlərə malik olan bir xəstə qadına işarə olub, o gözəl qadınla röya sahibinin evlənəcəyinə yozulur.

    BİÇİN-Röyada taxıl biçmək, toplamaq, taxıl döymək, yəni məhsul yığımı mövsümünü yuxuda görmək-səadətə, xoşbəxtliyə müjdədir.

    BOY-Boyun uzunluğu fitnə-fəsada, xəsisliyə, çətinliyə, malla yardıma və lovğalığa işarədir.

    Boyun qısaldığını yuxuda görmək-xeyrə yozulmur. Bu, röya sahibinin gücünün-taqətinin əldən getməsinə, əcəlin yetişməsinə işarədir.

    Boyunu qeyri-adi dərəcədə uzanmış görmək-əcəlin yetişdiyini və ya mövqeyin-məqamın itirildiyini bildirir.

    BOYA-Yuxuda boya görmək, evi, anbarı, avtomobili, barmaqlığı və ya buna bənzər bir şeyi rəngləmək-təkcə ailə üzvləriniz üzərində deyil, eyni zamanda, dost-tanışın, iş yoldaşlarınızın, sözün qısası, təmasda olduğunuz hər kəsin həyatındatəsirə və nüfuza malik olacqsınız. Röyada boyaqnın tökülməsi sizi tanıyan və nələrə yetənəkli (qabil) olduğunuzu bilən bir adamın sizə olan ümidləri doğrulacaqdır. Sənətlə ilgili röya, məsələn, yağlıboya tablo və ya peyzaj görmək-əgər yuxu görənin gerçəkdən, sənət qabiliyyəti, istedadı varsa və çalışıb xırda, əhəmiyyətsiz işlərlə az məşğul olarsa, bu sənət yetənəyi (qabiliyyəti) misilsiz parlaq nəticələr verə bilər. Röyada boyaları qarışdırmaq-anlaşılmazlıq üzündən bir-birindən ayrılmış adamları bir araya gətirib barışdırmaq sayəsində fövqəladə qabiliyyət sahibi olduğunuzu göstərir.

    BOYNU VURULMAQ-Röyada buynun vurulması mala-mülkə və ya namazı tərk edənə işarə olub, dinində, imanında şəxsin səbatlı olmadığını göstərir.

    Boynun vurulub bədəndən ayrılması-hürriyyətə qovuşacağınıza, tasa və qayğılardan qurtulacağınıza işarədir. Belə röya görən borclu isə borclarını ödəyəcək, böyük var-dövlətə qovuşacaq.Boynunu kimin vurduğunu bilirsə, ondan yaxşılıq görəcək, bir uşaq vurarsa, xəstəlikdən qurtulacaq.

    Hökmdar və ya dövlət başçısı yuxuda kiminsə boynunu vurarsa, boynu vurulan üzüntü və sıxıntılardan qurtular.

    BOYUN-Röyada öz boynunu qaba, qalın və ya qısa görmək-üzərinə düşən vəzifəni ədalətlə, qanun-qaydayla yerinə yetirməyə yozulur.

    Boynunun incə olduğunu görmək-zalımlığa, üzərinə düşən vəzifəni ədalətlə yerinə yetirmək imkanından məhrumluğa işarədir.

    Boynuna dolanmış bir ilan görmək-ayəti-kəriməyə görə, röya sahibinin malının zəkatını vermədiyinə, borclu olduğuna yozulur. İmamın öz boynunu yoğun görməsi-ədalət sahibi olduğu və düşmənlərini yenəcəyi anlamına gəlir.

    Boynunda ağrı hiss etmək-cəmiyyətə və əmanətə xəyanət edilməsinə işarə sayılır.

    Boynunda buğum (düyün) görmək-borcların yığılıb qaldığını göstərir.

    Boynunun qılıncla vurulduğunu görmək-xəstəlikdən qurtulmağa yozulur.

    Tasa və sıxıntı içərisində olan bir adam yuxuda boynunun vurulduğunu görərsə, Uca Tanrı onu bu sıxıntı və tasadan qurtarar.

    Yuxuda boynunu gözəl və yağlı görmək-yüksək məqama yetişəcək, seviləcək və kişilik sahibi olacaqsınız.

    Boynunda iri çibanlar və ya fistul kimi iltihablı qan axdığını görmək-röya sahibinin şəhadət, vəsiyyət və zəkat kimi müqəddəs borclarla yüklü olduğunu bildirir.

    Boynunda dəmir zəncir görmək-yuxu sahibinin onu atəşə yaxınlaşdıracaq bir davranışda bulunduğuna və ya qadınların taxdıqları bilərzik, yaxud boyunbağı kimi zinəy əşyası anlamına gəlir.

    Boynuda mirvari boyunbağı görmək-röya sahibinin təhsilli, bilikli olduğuna işarədir.

    Həzrəti Peyğəmbərin yuxuda boynunu çimdiklədiyini görmək-pis bir hərəkətdən yayınmağa yozulur.

    Boynunun üstündən uçan quş görmək-quş ağdırsa, yuxu görənin davranışlarının gözəl olmasına, qaradırsa-pis və çirkin hərəkətə yozulur.

    BOLLUQ-Röyada özünü hər şeyə bol-bol sahib görmək-yuxu görən adam özünü, nəfsini saxlamağı bacarmalıdır.

    BORAZAN (boru, şeypur)-Yuxuda bir şeypurçu əsgərin boru çaldığını görmək-əgər röyanı görən əsgərsə, başına yaddan çıxara bilməyəcəyi bir hadisə gələcəkdir; əsgər deyilsə, həyatı bir çox dəyişikliklərə məruz qalacaq və ya bir yerdən başqa yerə köç edəcəkdir.

    Ağızla çalınan boru-dostlarınız sirlərinizdən xəbərdardır.

    BORAN-Yuxuda şiddətli boran, fırtına görmək-başınız üstündə böyük bir təhlükənin dolaşmaqda olduğuna işarədir.

    BORNUS (əba)-Yuxuda bornus görmək-bir işə, vəzifəyə keçəcəyinizə işarədir.

    Çöl ərəblərinin geydikləri bornus görmək-Ərəbistan tərəflərinə səyahət edəcəyinizə və ya Həccə gedəcəyinizə yozulur.

    BORU-Röyada hər hansı bir boru görmək-ruzinizin və qazancınızın artacağına işarədir.

    BORC-Röyada borc ödəmək-hansısa bir işin ucbatından can sıxıntısına düçar olacaqsınız.

    Birindən borc pul almaq-yoxsulluğa düşəcəksiniz.

    BORC SƏNƏDİ-Röyada borc sənədi görmək-borclarınızı ödəyərək rahat və arxayın olacaqsınız, dost-tanış arasında çərəf və etibarınız artacaqdır.

    BORC VERMƏK-Röyada bir şeyi borc vermək, yaxud borc almaq-pis duruma düşməkdir.

    Borc vermək-bir fəqirə əl tutmağa, sədəqəyə işarədir.

    Borc vermək-günahkarın tövbəsi, fakirin islama tapınması, yoxsulun var-dövlətə çatması deməkdir.

    Röyada bir kimsənin dəyərli bir əşyasını istəyənə borc olaraq verməsi-onun haqq yolunda etibarlı olduğuna yozulur.

    BOSTAN-Yaxın vaxtalarda nişanlanmaq və ya evlənmək-arzunuz həyata keçəcəkdir.

    Borstanda bir şey əkmək-xeyirxah, qanacaqlı övladınız olacaq.

    Bostan sulamaq-maddi vəziyyətinizyaxşılaşacaq və ictimai mövqeyiniz yüksələcəkdir.

    BOXÇA-Yuxuda boxça aparmaq-gözləmədiyiniz və çox sevdiyiniz bir dostunuz yaxın vaxtlarda sizi ziyarət edəcək və bu görüş xeyirli bir işlə nəticələnəcəkdir.

    BOŞANMA-Evli kişinin yuxuda arvadını boşaması xeyrə yozulmaz. Çünki onun bu hərəkəti ilə gün-güzəranı daralacaq, həyatı ikiyə bölünəcək və ya ikisindən biri vəfat edəcəkdir.

    Evli qadın belə bir röya görərsə, bu-ər-arvad arasına başqa birisinin girəcəyinə, bir çox üzüntü və dartışmalara səbəb olacağına yozulur. Röya sahibi xəstə və tərəddüt içindədirsə, yaxud daha geriyə dönmək imkanı yoxdursa, düşmənləriylə razılığa gələməyi məsləhətdir.

    Ayəti-kəriməyə görə, bir kişi röyasında arvadını boşadığını görərsə, o çox zəngin olar, var-dövlətə çatar.

    Subay adam boşanma yuxusu görərsə, ehtiyatlı olmalıdır.

    BÖYÜK ADAM-Röyada mövqe və rütbə sahibi, alim, fazil bir adamla qarşılaşmaq xeyrə yozulur. Rəhbərlərinizdən və ya mövqecə sizdən üstün olan bir kimsədən xeyirxahlıq və fayda görəcəksiniz.

    BUĞA-Yuxuda qızmış buğa görmək-yaxın vaxtlarda başınıza pis bir iş gələ biləcəyinə yozulur.

    BUĞDA-Röyada evinə buğda alan adamın yaşayışı, güzəranı çətinliklə başa gələr. Aldığı buğdadan yediyini görərsə, əlinə çoxlu pul gəkləcəkdir.

    Buğdanı çuvalda görmək-qıtlığa; bazarda görmək-bolluğa yozulur.

    BUDAQ-Yarpaqla, bahar çiçəkləriylə və ya meyvəylə dolu ağacbudaqlarına baxmaq-bir az da səbr etsəniz, bütün ümidlərinizin birər-birər gerçək olacağı anlamındadır. Yuxuda yarpaqsız, çiçəksiz, meyvəsiz qupquru ağac budağı görmək-yaxşılığa yozulmur. Yaxın vaxtlarda yoxsulluğa düçar olacaqsınız deməkdir.

    BUYNUZ-Heyvan başında buynuz görmək-göründüyü kimi də karlı, xeyirli olmayan işlərə girişməkdən çəkinməyiniz gərəkdir. Öz başınızda buynuz görmək-xəyanətə, alçaqlığa qurban getməmək üçün hər addımınızı ölçüb-biçməniz məsləhətdir. Röyada buynuzdan düzəldilmiş düdük səsi eşitmək-hərəkətlərinizə və söylədiyiniz sözlərədiqqətli olmaq anlamına gəlir.

    BULAQ-Röyada şəffaf və dadlı suyu olan çoxlu bulaq görmək-etibarlı bir adsamla dostluq quracaqsınız. Acı suyu olan bulaq-qayğısına qalmasanız, səhhətinizin pozula biləcəyinə işarədir.

    BULVAR-Özünüzə təzə bir dost tapacaq, birlikdə gəzintiyə çıxacaqsınız.

    BULDOQ KÖPƏYİ-Yuxuda hər hansı bir vəziyyətdə buldoq köpəyi görmək-röya sahibinin çox sadiq bir dostu olduğunu göstərir.

    BULUD-Bulud islama işarə olub, xalqın həyatı və qurtuluşudur. Bulud su və yağmurdan ibarət olduğundan bərəkətə, bolluğa səbəbdir, eyni zamanda, dini elmlərin öyrənilməsi anlamına da gəlir. Canlıların ayaradılışına səbəb olan bulud bir çox arkadaşlara və yoldaşlara da işarə sayılır. Bulud, həm də dəvə, gəmi, yağmur və hamilə qadına yozulur.

    Subay adam röyada bulud mindiyini görsə, namuslu bir qadınla evlənəcəyinə işarədir. Belə yuxunu görən səyahət arzusundadırsa, diləyinə çatar. Bulud dinin, imanın sağlam olmasına da əlamətdir.

    BURĞU-Gəlirli, mənfəətli işlərə girişəcəyinizə işarədir.

    Burğu ilə bir yeri dəlmək-qismətiniz açılacaq, arzu və əməlləriniz həyata keçəcəkdir.

    BURUN-Röyada burun, ümumiyyətlə, uzun ömrə, xeyrə və sevincə yozulur.

    Burnunuzun axdığını görmək-böyük bir zatdan fayda və mənfəət görəcəksiniz.

    Burnunuzdan çöp kimi bir şey çıxdığını görmək-bir körpəniz dünyaya gələcək.

    Burnunuza bir şey düşdüyünü görmək-maddi zərərə uğrayacaqsınız.

    Burnunuzun dəlindiyini görmək-bir qadının vasitəsiylə var-dövlətə çatacaqsınız.

    Burnunuzdan qan gəldiyini görmək-mal və pul itgisinə işarədir.

    BUFET-Röyada zəngin bir bufet görmək-nəticəsiz bir eşqədüşərək çox iztirab çəkəcəyinizə yozulur.

    BÜLBÜL-Yuxuda bülbül səsi eşitmək-yeni bir eşqə düşəcəksiniz və bu sevda əbədi olacaqdır.

    BÜRO (dəftərxana)-Həyatda bir şeyə nail olmaq üçün daha çox çalışmaq və əhəmiyyətli sənədlərinizi daha diqqətlə qoruyub saxlamaq lazımdır. Hər hansı bir təşkilatda dəftərxanaya gətirildiyinizi görmək-maliyyə vəziyyətinizin çox yaxşı olacağını və düzələcəyini bildirir.

    BÜRÜNC-Zənginlik və var-dövlətdir.

    BÜT, HEYKƏL-Yuxuda ağacdan yonulmuş bir bütə tapınmaq-din haqqında küfr danışmağa işarədir. Gümüş bütə tapınmaq-bir qadına xəyanət eləməkdir. Qızıl bütə tapınmaq-dində qanunsuz hərəkətlərə yol verməyə və bu səbəbdən də var-dövlətin əldən getməsinə yozulur.

    Bütləri qırıb-dağıtmaq-röya sahibi yüksək məqama yetişəcək, düşməninə üstün gələrək hər cür kin və qərəzdən qorunacaqdır.
  3. Yazan: Sarsın
    No Avatar
    CADUKƏR-Yuxuda qorxunc bir cadukər görən adamın ona dəxli olmayan hər cür qovğadan çəkinməsi gərəkdir. Belə qovğalara girişmək təhlükəli nəticələr verə bilər.

    CAMAŞIR-Çox istənən bir şeyə qovuşmaq anlamına gəlir. Röya sahibi qadındırsa, evində arzu etdiyi xoşbəxtliyə nail olacaqdır.

    CANAVAR (vəhşi heyvan)-Xeyrə yozulur.

    CAN VERMƏ-Röyada can vermə-qovğaya və yaxud şiddətli mübahisəyə, Qur`ani-Kərimə şübhə etmək, eyni zamanda, hörmət-izzətlə qonaq qarşılayıb yola salmağa; subaylar üçün-evlənməyə, bir evdən başqa evə, bir peşədən başqa sənətə keçməyə yozulur. Bu röya-bəzən arvad boşamaq anlamına da gəlir.

    Bir kimsə özünü can verən məqamda, ölümün şiddəti içində görərsə, bu röya-o adamın özünə, yaxud başqasına qarşı çox zalım olduğunu xəbər verir.

    CANLI VƏ AÇIQ RÖYALAR-Canlı və açıq-aydın röyalar nə şəkildə görülmüşsə və açıq-aydın xatırlanırsa, çox tezliklə həyatda baç verir.

    CAMİ (məscid)-Röyada cami və ya məscid görmək-yuxu sahibinin dindar adam olduğunu və zəngin rifaha qovuçacağını bildirir.

    Məsciddə namaz qılmaq-xeyirli bir işə başlayacaq, istəkəlrinizdə uğurlar qazanacaqsınız.

    Cami, məscid tikdiyini görmək-o məmləkətin böyüklərinin halal və düz əxlaqlı olmalarını göstərir.

    Namazdan sonra arxasının mehraba döndüyünü görən adam bütün pisliklərdən qurtulacaq və istəkləri yerinə yetəcəkdir.

    Camaatla məscidə getdiyini görən gənc oğlan subaydırsa-təmiz və gözəl qızla evlənəcək, evlidirsə-bəxtli və gözəl bir qızı olacaqdır.

    Mehrabı kirlətdiyini görənin təzə övladı doğulacaq.

    Camidə şam yandıran adamın uşağı ağıllı və ziyalı olacaq. Röyada məhfil və ya minarəni görən, yaxud məbədi təmir edən bir kimsənin şərəfi-şöhrəti artacaq, istəklıəri qəbul olunacaqdır.

    Minarənin yıxılması-o yerə xalq içindən irəli gələn adamlar arasında ixtilaf, fitnə-fəsad çıxacağına və ya xalqın din baxımından qüsurlu əməllərinə işarədir.

    CASUSLUQ-Röyada casusluq etmək, yaxud izlənmək-yaxın vaxtlarda yuxu sahibinin başına önəmli bir hadisə gələcəkdir.

    CEVİZ-Yuxuda ceviz yemək-xərda, əhəmiyyətsiz içlərdənböyük qazanc əldə edəcəyinizə yozulur. Ağacvdan və ya yerdən ceviz toplamaq-ərinizlə, yaxud arvadınızla xoşbəxt ömür yaşayacaq və qəşəng, göyçək övladlarınız olacaqdır.

    CAVİZ AĞACI-Röyada ceviz ağacının altında oturub ceviz yemək-ciddi bir xəstəliyə tutulacağınıza yozulur.

    Ağaca çıxıb ceviz yığmaq-bir qadın vasitəsilə sərvətə qovuşacaqsınız.

    CEYRAN-Röyada siyah gözlü ceyran görmək-heç gözləmədiyiniz bir qadınla (kişiylə)tanış olub evlənməyə işarədir.

    Ceyranı diri-diri tutmaq-qısqac bir qızla (oğlanla) evlənəcəksiniz.

    Ceyran ovlamaq-kədər və üzüntüyə yozulur.

    Ceyran öldürüb ətini yemək-narahatlıq və üzüntü içində keçən həyatınız daha bir müddət davam edəcəkdir.

    CƏBBƏXANA-Bir dedi-qoduya məruz qalacaq, bundan çox üzüntü və zərər çəkəcəksiniz.

    CƏBRAİL-Bir adamın yuxuda mələk görməsi onun din və ibadət baxımından çox sağlam iradəyə malik və vədindən dönməyən xoş əxlaqlı bir insan olduğuna işarədir. Belə böyük mələklərdən biri-Cəbrail əleyhissəlamı röyada görmək o insanın bütün istəklərinin yerinə yetməsi deməkdir.

    Belə röya görən eyni zamanda, dövlət başçısına yaxın və onun bütün sirlərindən agah olan xüsusi katib deməkdir. Cəbrail əleyhissəlamı görən adam tibb və ulduzlar elmini bilən bir alim hesab edilir, onun hər işi uğurlu olur.

    CƏVAHİRAT (daş-qaş)-Röyada cəvahirat, daş-qaş görmək və ya satın almaq-röya sahibinin çoxlu var-dövlətə, eyni zamanda, övlad yiyəsi olacağına yozulur.

    CƏDVƏL-Röyada cədvəl görmək-bütün hərəkətlərinizdə dürüstlüyü və istiqaməti özünüzə şüar etdiyiniz təqdirdəhəyatda çox şeyə müvəffəq olacaq və hər cür nə muradınız varsa, hamısına qovuşacaqsınız.

    CƏLLAD-Yuxuda cəllad-qübətdə qalmaq deməkdir.

    CƏNAZI MƏRASİMİ-Ailə üzvlərindən və ya qonşulardan birisinin acı ölüm xəbərinə yozulur. Cənazıni izləmək və ya çiynində aparmaqbir şeydən faydalanmaq anlamına gəlir.

    Gənclər üçün bu röya-ümidlərinin boşa çıxacağını; orta yaşlılar üçün-işlərində çox diqqətli olmağın gərəkliyini bildirir. Yaşlılar belə yuxu görərsə-zəngin bir mirasa qovuşacaqlar. Cənazəsinin aparıldığını görmək-röya sahibinin şərəfli və yüksək bir mövqeyə yetişəcəyi şəklində yozulur.

    CƏNNƏT-Yuxuda özünü cənnətdə görmək-çox rahat və fərəhli bir həyat sürəcəyinizə işarə olduğu kimi, həm də özü-sözü doğru bir insan olduğunuza, hər nə muradınız varsa, hamısının hasilı olacağına yozulur.

    Cənnətdə hurilərlə bir yerdə olmaq-nişanlanma və ya evlənmə kimi xeyirli arzularınız tezliklə həyata keçəcəkdir.

    Cənnətə girmək, lakin istədiyiniz kimi qəbul edilməmək-günahkar adam olduğunuza işarədir.

    Tövbəylə cənnətə girmək-axirətə tam inamla dünyanızı dəyişəcəyinizə yozulur.

    CƏRRAH-Yuxuda cərrah görən kiçik bir cərrahiyyə əməliyyatına məruz qalacaq.

    CƏSƏD-Qorxunc bir hadisə ilə qarşılaşacağınıza işarədir.

    CƏHƏNNƏM-Yuxuda cəhənnəm-sıxıntıya, tasaya və şiddətli ailə çəkişmələrinə, dedi-qoduya işarədir.

    CƏFƏRİ (göyərti)-Çoxdan bəri əziyyətini çəkdiyiniz mədə xəstəliyindən qurtulacağınıza yozulur.

    CIR-CINDIR-Yuxuda cır-cındır görmək kasıb düşəcəyinizə yozulur. Köhnə pal-paltar alveri etmək isə zənginliyə, var-dövlətə işarədir.

    CIRMAQLAMAQ-Yuxuda birisini cırmaqlamaq-tənbəllik etdiyinizə, quruçanaqlılıqla məşğul olduğunuza işarədir.

    Başqası tərəfindən cırmaqlanmaq-güvəndiyiniz dostların belə, sizi pisikdirmək və yolunuzdan azdırmaq üşün fürsət güddüklədini göstərir.

    CİB-Yuxuda cibini qurdalamaq-işinizi böyük etina və diqqətlə tutduğunuza və o səbəbdən də gəlir və qazancınızın daima artmaqda olduğuna işarədir.

    CİB KİSƏSİ (portmanat)-Röyada cib kisəsi tapmaq xeyrə əlamətdir.

    CİBGİR-Yuxuda bir cibgirin cibinizə girdiyini və ya özünü cibgir olaraq görmək-çox kədərli bir olaya şahid olacaq, yaxud ortaqlı bir işə girişəcəksiniz.

    CİVİLTİ-Röyada quş və ya körpə civiltisi eşitmək-sevgiliyə qovuşmaq anlmına gəlir.

    CİLD-Kitab cildi xeyrə yozulur. Yuxuda tarix kitabı görmək isə röya sahibinin əcaib işlərlə uğraşması anlamına gəlir.

    CİLDÇİ-Yuxuda cildçi görmək-ölüyuyan və kəfənləyən, yaxud dərzi anlamına gəlir.

    CİN ÇARPMASI-Bir kimsə yuxuda onu cin vurduğunu görsə və qorxub bayılsa, ona riya və haram mal düşəəcək, malı-varı əlindən çıxacaqdır.

    CİNAYƏT-Röyada cinayətkarlıq barədə roman və ya qəzetdən cinayət xəbərləri oxumaq-gözləmədiyiniz məqamlarda işinizlə bağlı tez-tez uzun müddət evinizdən uzaq düşməli olacaqsınız. Yuxuda birini öldürmək-şəxsi istəklərə enmədiyiniz üçün əleyhinizə cəbhə quranların hücumlarından heç bir zərər görməyəcəksiniz. Röyada təsadüfən bir cinayətin şahidi olmaqişinizdə sizi önəmli bir yüksəliş gözləyir. Birirnin sizi öldürmək istədiyini görmək-iş yerinizdə sizə düşmən müxalifətlə qarşılaşacağınız və bu müxalifəti yenməyin gərəkliyini göstərir.

    CİNSİ ƏLAQƏ-Röyada bir qadınla münasibətdə bulunmaq, cinsi əlaqədə olmaq-çox yüksək bir məqama və vəzifəyə çatacaqsınız.

    Düşmənlə cinsi münasibətdə olmaq-ona qalib gəlməyə; dost-tanışla əlaqədə olmaq-onlara xeyirxahlıq etməyə; naməlum bir adamla münasibətdə bulunmaq-varını-pulunu israfçılıqla xərcləməyə işarədir. Cinsi əlaqə-namaz borcunu, dünyəvi borcları ödəməyə, qayğı və xata-bəladan qurtulmağa da yozulur.

    Quşla əlaqədə olmaq-düşməni yenməyə, yaxud məhkəmədə bəraət almağa yozulur.

    Hər hansı bir heyvanla əlaqədə olmaq-istəklərin xeyrə qovuşacağına işarə sayılır.

    Münasibətdə bulunmaq istədiyiniz cazibədar bir qadının kişi olduğunu görmək-röya sahibi vəzifə istəyindədirsə, o vəzifəyə keçə bilməyəcək, ümidi boşa çıxacaq. Çılpaq bir qadınla münasibətdə olmaq-hər necə olursa-olsun, düşmən yeniləcək. Qızla əlaqədə olduğunu görən adam bakirə bir qızın üzünü açıb qızlığını pozacaq.

    Cəhhət qadınlarından birisiylə cinsi əlaqədə olmaq-çox xeyirli röya hesab edilir.

    COKEY (jokey)-At üstündə cokey görmək-bir işə yatırdacağınız sərmayənin sizə xeyli qazanc gətirəcəyini göstərir. Özünü at üstündə, cokey görmək-gözlədiyinizdən də tez yüksələcək, irəli çəkiləcəksiniz. Bir at üstündə iki cokey görmək-pis xəbərə yozulur.

    CORAB-Röyada corab satın almaq-maliyyə durumunuzun düzələcəyi anlamına gəlir. Hədiyyə etmək üçün corab satın almaq-yaxın vaxtlarda ailənin əski bir dərdinə dair yaxşı xəbərlər alacaqsınız. Corabının qaçmış olduğunu görən qadın bir çox romantik macəralara düşəcəkdir. Röyada corab yamamaq-əhəmiyyətsiz şeulərə çox baş qoşduğunuza işarədir. Öz corablarını cırmaq-başınıza gələn üzücü bir olay artıq unudulmaqdadır.

    CÖKƏ-Xeyrə yozulur.

    Dost-tanışla birlikdə çökə çayı içmək-xəstə olan tanışlarınızdan biri şəfa tapacaqdır.

    Limonlu cökə çayı içmək-gözləmədiyiniz bir vaxtda gözləmədiyiniz bir yerdən xəbər alacaqsınız.

    Cökə çiçəyi-evlənmək yolunda atacağınız addımın yaxşı nəticəsi olacaqdır.

    Cökə ağacı-əlinizə pul gələcək, büdcəniz düzələcəkdir.

    CÜBBƏ-Yuxuda cübbə yemək-xeyirli röya olub mövqeyin yüksəlməsinə və var-dövlətin artmasına yozulur.

    CÜLLÜT-Yuxuda cüllüt quşu görmək-irəlidə sizi son dərəcə xoçbəxt edəcək bir qadınla (kişiylə) tanış olacaqsınız.

    Cüllüt ovlamaq-acı xəbərə yozulur.

    Röyada cüllüt quşu-əkin-biçin baxımından xoş müjdəyə, bol məhsula işarə sayılır.

    Cüllüt-xanəndəliyi olan birisinin əyləncələrə və boş mənasız işlərə baş qoşduğuna, eyni zamanda, yazı-pozuyla pul qazanmağa yozulur.

    Cüllüt-həbs olunası və cəzalandırılası bir suç sahibini də ifadə edir.

    CÜCƏ-Çoxdan uzaq düşdüyünüz bir sevgilinizlə qovuşmaq və xoş taleli bir ömür yaşamaq anlamındadır.
  4. Yazan: Sarsın
    No Avatar
    ÇAQQAL-Zalım və mərhəmətsiz bir adamın ayağına düşəcəksiniz. Çaqqal tutmaq-düşmənlərinizlə aranızın düzələcəyinə işarədir.

    ÇAĞRILMAQ-Röyada birisi tərəfindən çağrılmaq və ya kimisə çağırmaq-bir adamdan böyük yardım görəcək və bu yolla işlərinizi yoluna qoyacaqsınız.

    ÇADIR-Yuxuda çadır görmək-həyatınızın bir çox dəyişikliklərə məruz qalacağına işarədir. Çadır qurmaq-gəlirli bir işə girişəcəksiniz. Çadır sökmək-işlərinizin alt-üst olacağına və zərərə uğrayacağınıza yozulur. Yaşıllıqlar qoynunda qurulmuş çadır (dəyə)-sonsuz bir sevincə, xoşbəxtliyə işarədir. Çadır-eyni zamanda şan-şöhrət müjdəsidir.

    ÇAY (irmaq)-Röyada çay (irmaq) görmək-qədri, şanı-şərəfi yüksək bir adama yozulur. Özünü çaya girmiş görmək-röya sahibi böyük adamlar arasındadır deməkdir. çaydan su içmək-məqbul yuxulardan deyildir. Saf və təmiz sulu çay-ürəkaçan işlərə, tükənməz ruziyə; bulanıq və pis qoxulu çay-bəd işlərə əlamətdir. Bir kimsə röyasında evinə saf və şəffaf sulu çay axdığını görərsə-işləri asanlaşacaq, sərvətə və mala qovuşacaq. Çayda suyun içiylə yerimək-röya sahibinin xoş niyyətli olduğuna, imanının doğruluğuna və sağlamlığına işarədir. Cənnət çayını yuxuda görmək-ruzidir. Sud çayı-müsəlman xarakterinə işarədir. Şərab çayı-Allah sevgisindən sərxoş olmağa və haramdan çəkinməyə işarədir. Bal çayı-elmi və Qur`anı ifadə edir. Çayın üstündən atılıb o biri sahilə keçmək-tasadan və kədərdən qurtulmağa, düşmənə qalib gəlməyə əlamət sayılır.

    ÇAY İÇMƏK-Röyada çay içmək-iş və mənəvi həyatınız üçün xeyrə yozulur; işinizdə başarılı, sevgidə xoşbəxt olacaqsınız deməkdir. Qonaqlara çay vermək-yaxın vaxtlarda xoş xəbərlər alacaqsınız. Çayı tökmək və ya çay dolu fincanı devirmək-mühüm əhəmiyyət kəsb edən planların gerçəkləşəcəyini göstərir.

    ÇAYIR-Röyada çayır görmək (çayır içindən və ya tarlalardan keçmək)-işinizdə xoşbəxt olacağınıza və başqalarını da son dərəcə xoşbəxt edəcəyinizə işarədir. Bir çayırda şərqilər eşitmək-sənətdə qabiliyyət sahibi və bu qabiliyyətinizin yüksək dərəcədə inkişaf edəcəyinə yozulur.

    ÇAYIR VƏ ÇƏMƏN-Röyada çayır və çəmən-zəhmətsiz və asan ruziyə, çətinliyi olmayan qadına və ya dünyəvi elmə, cari sədəqəyə yozulur. Çeşidli yaşıl otlar və çiçəklərlə bəzənmiş çayırlar-dünya və dünya varlığına, mal, mülk sahibi olacağınıza işarədir. Çayırlıq-bəzən də auksionsalonu və ya univermaqlar kimi böyük mağazalar anlamına gəlir.İslamın da rəmzi çayırdır. Yuxuda çayırlıqda və ya otlu yaşıl bir çöldə ot toplamaq, yaxud göylük görmək-röya sahibinin halı diqqətlə izlənir, yoxsul isə-zəngin olur, varlıdırsa-varı daha da artır. Əgər dünya ilə ilişgisini kəsmişsə və dinə, ibadətə dönmüşsə, o kimsə dünya varına aldanıb tamaha düşər, yenə əvvəlki vəziyyətinə qayıdar. Bir çayırdan digər bir çayıra keçmək-röya sahibi bir evdən başqa bir evə, yaxud bir ticarətdən başqa bir ticarətə keçərək, qazanc üçün durmadan səyahətdə olar.

    ÇAY YATAĞI-Röyada gözəl mənzərəli bir çayın şırıl-şırıl axdığını seyr etmək-qısa bir zamanda əməl və arzularınız həyata keçəcək, iş həyatınızda bol qazanc əldə edəcəksiniz. Çirkin mənzərəli yerlərdən axan, bulanıq sulu çay görmək-böyük bir təhlükədən qurtulacaq, lakin bundan sonra dərin bir kədərin qucağına düşəcəksiniz.

    ÇALAĞAN-Xoş xəbərlərə işarədir. Uçan çalağan görmək-rahatlığa, əmin-amanlığa yozulur. Çalağan vurma-qorxulu röya hesab edilir, bəxtin əbədi olaraqbağlanması deməkdir. Çalağan yaxalamaq-sərvətə yozulur.

    ÇALĞIÇI-Röyada çalğıçı görən adam arxasına düşdüyü bəzi mənasız mübarizələrdən əl çəksə yaxşıdır. Əgər bir yerdə çoxlu çalğıçı yuxuya girərsə, bu-toy-düyün, şadyanalıq, vur çatlasın-çal oynasın deməkdir. Qərbli röya yozucularışərqlilərin əksinə olaraq, yuxuda çalğıçı görülməsini, ümumiyyətlə, nikbin mənada açıqlayırlar. Şərq yozucuları isə yuxuda çalğıçı toplumunu o qədər də xeyrə yozmurlar.

    ÇALIŞMAQ (işləmək)-Röyada bir adamın qan-tər içində çalışıb işləməsi xeyrə yozulur. Belə bir röya görən adam işində böyük uğurlar qazanacaqdır.Bu cür yuxu görən orta yaşlıdırsa və vəzifə sahibidirsə-uğurlu bir mükafata yayiq görüləcək, fəhlədirsə-ustalığa yüksələcək, tələbədirsə- kursunu bitirəcəkdir.

    ÇAMUR-Yuxuda çamur görən adam son vaxtlar keçirdiyi həyat tərzini dəyişməlidir. Əgər evli bir qadın belə bir yuxu görərsə, ərinə qarşı daha yumuşaq, həlim və anlayışlı davranmalı, özünü tamamilə ev işlərinə və uşaqlarına həsr etməlidir. Röyada birisi sifətini çamurla bulanmış görərsə, iftiraya düşər.

    ÇANTA-Yuxuda bez torba və ya çanta görmək-işinizdə başarıqlı olduğunuza işarədir. Dəri çanta-dincəlmək üçün səyahətə çıxacaqsınız. Kağız torba-ailə həyatınızdakı çətinlikləri sevindirici sonluqla aradan götürəcəksiniz. Kətan qumaşdan torba və ya çanta-bir çox adamları xilas edəcəksiniz. Yırtıq çanta-mənasız və gərəksiz bir işə düşünmədən pul xərcləməyə yozulur.

    ÇARDAQ-Yuxuda çardaqda yaşadığını görmək-qısa bir müddət yoxsulluq və sıxıntı içində yaşamalı olacaqsınız. Çardaq-eyni zamanda, bolluğa və bərəkətə də yozulur.

    ÇARPAYI-Doğum xəbəri kimi yozulur.

    ÇARŞAF-Röyada çarşaf görən subay oğlanyaxın gələcəkdə evlənəcək. bu röya evli qadın üçünuşağı olacağına yozulur.

    ÇARŞI VƏ BAZAR-Röyada çarşı və bazar məscid anlamına gəlir (məscid də çarşı və bazara yozulur). Bəzən çarşı-müharibəyə də işarə sayılır. Çünki hərbdə də qazanc olur, çoxlu alış-veriş və gəlir əldə edilir. Tərəflərdən biri hər şeyini itirərəkziyana düşür. Ayəti-Kərimənin yazdığına görə, hərb və cahada ticarət adı verilir. Çünki tacirlər bir biriylə daima rəqabətdə və mübarizədədirlər. Bir kimsə tanımadığı bir çarşıda mal itdiyini, yaxud o maldan zərər çəkdiyini və özünə gəlib cəng etdiyini görərsə, o, hərbdən qaçaraqşəhadət mərtəbəsindən məhrum olacaq. Elm təhsilində isə-təhsilini yarımçıq buraxacaq, bunların heç biri yoxsa-cümə namazını tərk edəcəkdir. Röya sahibi alimdirsə, mübahisə və diskusiyalarında başqalarına zülm edəcək, yaxudverdiyi səhlənkar cavablarla qarşı tərəfi başdan etməyə çalışacaqdır. Çarşını bolluq içində qaynar alış-verişdə görmək-röya sahibinin ailə həyatında, güzəranında artım olacaqdır. Çarşını boş və fəaliyyətsiz, alış-verişsiz görmək-bazar əhlinin tənbəlliyinə, kasadlığına işarə sayılır. Halvaçılar çarşısı-islama; qumaşçılar çarşısı-səadətə və yüksək vəzifələrə; daş-qaş çarşısı-Allah adının uca tutulmasına, elmə, təhsilə; sərraflar çarşısı-elmə; silah çarşısı-gərginliyə və hərbə; mis qab-qacaq çarşısı;baş ağrısı və qəddarlığa; subaylar üçün izdivaca; yun satanlar çarşısı-xeyirli ruziyə və mirasa; pambıqçılar çarşısı-var-dövlətin artacağına, zənginliyə yozulur. Taxıl çarşısı-əkinşilik sahəsində bol məhsula; göy-göyərti-güzəran, yaşayış darlığına; balıq bazarı-ərzağa, davamlı gəlirə, dəniz səfərlərindən xoş xəbərə; qəssab çarşısı-qan tökülməsinə, evdə qovğaya; zeytun, kərə yağı və bal bazarı-istəklərə və şəhvətə, xəstəlikdən şəfa tapmağa; xalça, kilim çarşısı-dəniz yolculuğuna; sərrac çarşısı-xoş davranışa, elmə, övlada; məzə, çərəz çarşısı-sevincə və fərəhə; əczaçılar çarşısı-malı, var-dövləti saxlamağa, sirr saxlamaqda möhkəmliyə; buğda və un çarşısı-ucuzluğa və bolluğa, əmin-amanlığa; ağac-taxta çarşısı-nifaq və təfriqəyə; dəmirçi bazarı-şərə və çətinliyə, ruzi və mənfəətə; ipək çarşısı-yüksəlişə və sərvətə; şam çarşısı-yüksəlişə, günahkarlar üçün tövbəyə; çadırçılar çarşısı-yolculuğa, səfərə; qalayçılar, sandıqçılar çarşısı-razılıq və gözəlliyə; aşçılar və restoranlar-xəstəlikdən şəfa tapmağa, ehtiyaclardan qurtulmağa; şüşə və şüşə qablar çarşısı-riya, nifaq və böhtana; kağız çarşısı-məhkəməyə, əzilənin qurtulması və zalımlardan qosasını alması anlamına gəlir.

    ÇARX (təkər)-Belə yuxu görən adamın işləri mütləq düzgün bir biçimdəöz yoluna düşəcəkdir.

    ÇAXMAQ-Əgər çaxmağı yuxuda yanarkən görsəniz-istəkləriniz gerçəkləşəcəkdir. Çaxmaq yanmırsa-məyusluğa, ümidsizliyə yozulur. Röyada yeni çaxmaq sahibi olduğunu görən adam xeyir xəbər alacaqdır.

    ÇAŞQINLIQ-Röyada bir meşədə böyük bir çaşqınlıq içində qaldığını görmək-yaxın vaxtlarda dostlarınızın çoxunu itirəcəyinizə yozulur.

    ÇAMADAN-Yuxuda çamadan və ya böyük sandıq görmək-sandıq açılsa da, bağlansa da, hansısa bir səfərə yozulur. Çamadana nəsə qabğarmaq-ünvanınızı tez-tez dəyişəcəksiniz. Çamadandan bir şey çıxarmaq-gedəcəyiniz yerdə uzun müddət qalacağınıza işarədir.

    ÇEŞMƏ-Röyada çeşmə görmək böyük xoşbəxtlikdir, bütün ailənin xoşbəxt olması deməkdir. Su şəffafdırsa və bərq vura-vura axırsa-sərvətə qovuşacağınıza; bulanıq su isə-yoxsulluğa yozulur. Çeşmə röya sahibinə doğru fışqırıb axarsa-var-dövlətə və şan-şöhrətəqovuşacağını xəbər verir.

    ÇƏKİC-Yuxuda çəkiclə bir yeri döyəcləmək, mismarlamaq-keçici bir sıxıntıya və tasaya; uzaqdan çəkic səsi eşitmək-gözləmədiyiniz bir yerə dəvət olunacağınıza işarədir.

    ÇƏKMƏ (ayaqqabı)-Aşağıdakı yozumlarla açıqlanır: Təzə çəkmə-bolluq və bərəkət xəbəri. Köhnə çəkmə-bir dostun xəyanəti, sədaqətsizliyi. Cırıq çəkmə-bir işin uğurla sona çatması. Qara çəkmə-toy-düyün xəbəri. Başqa rəngdə çəkmə (qaradan savayı)-səyahət və pul qazanmaq imkanı. Ayağı sıxan çəkmə-səxəntəların bitməsi və rahat, firəvan həyatın başlanğıcı.

    ÇƏLƏNG-Yuxuda çələng görmək və ya çələngdən tac qoymaq-ətrafındakı adamlar tərəfindən sevilərək bəyənilməyə yozulur.

    ÇƏLLƏK-Nə şəkildə olur-olsun, çəllək röyada bollur deməkdir.

    ÇƏNGƏL-Yemək yeyərkən çəngəldən istifadə etmək-ailə həyatınız səadət və sağlıq içərisində keçəcək, dinc ömür sürəcəksiniz.

    ÇƏPGÖZ-Röyada çəpgöz adam görmək-işlərinizin və sağlamlığınızın qaydasında olduğuna işarədir. Çaş olduğunu görmək-anlaşmaları pozmağı xəbər verir.

    ÇƏRPƏLƏNG-Yuxuda havaya çərpələng uçurtmaq-hörmət-izzətə, yüksək mövqelərə çatmağa işarədir. Özünü çərpələnglə oynayan görmək-sehrbazlığa qurşanıb boş, mənasız işlərlə məşğul olmaq kimi yozulur. Yaşadığı evin üstünə çərpələng düşdüyünü görmək-röya sahibi caduya-pitiyə məruz qalacaqdır. Çərpələng-caduya da yozulur.

    ÇƏRÇİ-Kitab yığan kolleksiyaçı alimə işarə sayılır.

    ÇƏTİR-Yuxuda yağmurlu havada başına çətir tutub getdiyini görmək-röya sahibinin üzüntülü və ağır günündə ona kömək əli uzadacaq bir dostu var deməkdir.

    ÇİBAN-Röyada çiban çıxarmaq-sıxıntıdan fərəhə qovuşacaqsınız.

    ÇİYƏLƏK-Yuxuda çiyələk yemək-sevgidə xoşbəxtliyə yozulur.

    ÇİMDİK-Röyada kimisə çimdikləmək-çimdiklənən adamın malına göz dikilməsinə, yaxud acgözlüyə yozulur. Yanını çimdikləmək-onun arvadına göz qoyulduğunu və ona qarşı bir fənalıq ediləcəyini bildirir. Qarnını çimdikləmək-o kimsənin gizli malına göz dikilir. Budunu çimdikləmək-bütün ailəsinin mülkünə və arvadına göz qopyulduğuna; əlini çimdikləmək-qardaşının malına göz dikdiyinə işarədir.

    ÇİNAR AĞACI-Varlı birisindən gözlədiyiniz pulu ala bilməyəcəksiniz.

    ÇİT-Röyada yaşıl çit görmək-subay üçün yaxın vaxtlarda evlənəcəyinə; evli üçün-işində sıxışdırılması üzündən daha kiçik bir şəhərəvə ya qəsəbəyə göndərilməyə yozulur.s

    ÇİÇƏK-Çox yaxşı, uğurlu bir xəbərdir. Qurumuş çiçəklər-keçici bir üzüntüyə və sıxıntıya; özünü gül mağazasında görmək-sevdası bütün həyatınız boyu davam edəcək gənc bir xanımla dostluq qutacağınıza yozulur.

    Çiçəkli bir bağçada istirahət etmək-dostlarınızdan biri xoşbəxt ailə quracaqdır. Çiçəkləri sulamaq və ya onlara tamaşa eləmək-əlinizdəki işiniz böyüyəcək, daha da artıb inkişaf edəcəkdir. Röyada süni, yapma çiçəklər görmək-bir nəfəri xoşbəxt edəcəksiniz. Bir tablo və ya rəsmdə çiçək çəkmək-ictimai həyatda böyük bir mövqe qazanacaqsınız. Ayaq altda çiçək görmək-başarılı olmaqdan ümidinizi üzəsiniz gərək. Yuxuda birinin yaxasına sancaqla çiçək taxmaq-röya görən də, yaxasına gül taxılan da uğur qazanacaqdır.

    ÇIĞ (qar qalıağı)-Soyuq və rütubətli olduğundan çığ-yaxşı yuxu kimi yozulmur. Bir çox çətinlik və əngəllərin yaxınlaşmaqda olduğunu göstərir.

    ÇILPAQ-Yaxşı, təmiz bir adam yuxuda özünü çılpaq görsə, hər cür tasa və qayğılardan qurtulur. Əxlaqı pozğun bir kimsə belə yuxu görərsə-üzüntüyə, tasaya və qayğıya düşər. Əyin-başını cır-cındir görən, inanclı, mömin adamdırsa-sərvətə yetişər, yüksələr;əks halda, sıxıntı və üzüntüyə məruz qalar.

    ÇIRA-Röyada çıra çox xeyirlidir, isti yuva quracağınızı bildirir.

    ÇOBAN-Yuxuda qoyun otaran çoban görmək-çoxlu mala və zənginliyə çatacaq, yoxsulluğun daşını atacaqsınız.

    ÇOBANYASTIĞI-Təkbaşına, yaxud yoldaşıyla birgə bəm-bəyaz çobanyastığı gülləriylə dolu bir çəməndən keçmək və ya çobanyastığı toplamaq-cavan oğlan üçün bu röya-kəndçi bir qızla eşqbazlığa; yaşlı kişilər üçün-az maaşla sabit bir işə girməyə işarədir.

    ÇOVDAR-Röyada çovdar çörəyi yemək-yaxşı və gümrah səhhətə; çovdar dəni görmək-gözəl taleyə yozulur.

    ÇOCUQ-Sud əmən çocuq-sevincə, xoş xəbərə yozulur. Qız çocuğu-yaxşı röya deyildir. Oğlan uşağı-tasa və kədərdən qurtulmağa; gülər və gözəl üzlü, nəşəli bir oğlan uşağı-mələk kimi gözəl bir xəbərlə müjdələnməyə işarədir. Çirkin oğlan uşağı-kədər və sıxıntı anlamına gəlir.

    ÇOCUQLAR-Çocuğa baxmaq, çocuqları oxşamaq və ya çocuq sahibi olmaqla ilgili hər çeşid röya, uşaqlarla bağlı səhnələr və xəbərlər çox xeyirli əlamətlər hesab edilir, çoxuqlarınızdan dərd görməyəcəyinizə, onların da həmişə sizdən razı qalacağına və aranızda heç bir cansıxıcı hadisə olmayacağına yozulur.

    ÇOCUQ ARABASI-Röyada çocuq arabasını boş görmək-bulunduğunuz vəziyyətdən daha yüksək həyata qovuşacaqsınız. Arabada çocuq yoxdursa-tasaya, qayğıya işarə sayılır.

    ÇÖL-Yuxuda özünü bir çöllükdə yapyalnız görmək-dost-tanış və ailə içində tək-tənha yaşamaqdan məmnun olduğunuzu və şəxsi düşüncələrinizinhəyatınızı idarə etməyə, irəlilətməyə yetərli olduğunu göstərir. Özünü çöllükdə sevgilisiylə birlikdə görən adam həyatda da onunla birgə xoşbəxt olacaq deməkdir.

    Hansı bir durumda olursa-olsun, çöl-həyəcan, sıxıntı və qayğıdan çıxıb rahatlığa, əmin-amanlığa qovuşmağa, yaxud darlıqdan genişliyə, hər cür pisliklərdən tövbəyə, zərərdən qurtulmağa, xəstəlikdən sağalıb yaxşılaşmağa yozulur.

    ÇÖL ÖRDƏYİ-Yuxuda çöl ördəyi-xoş bir əyləncəli işarədir.

    Göldə üzən çöl ördəyi görmək-qəbul olmayan dilək anlamındadır. Tabaqda bişmiş çöl ördəyi görmək-qazanc və gəlirin azalacağını xəbər verir.

    ÇÖL ÇİÇƏYİ-Röyada özünü bir çəmənlikdə, çöl çiçəkləri arasında görən gənc yaxın vaxtlarda ürəkaçan bir ziyafətə çağrılacaq. Orta yaşlı adam üçün bu yuxu-əyləncəli ziyafətə; gənc qız üçün-gözləmədiyi bir istirahətə və əyləncəyə; daha yaşlılar üçün-onları gözləyən xoş gələcəyə işarədir. Çöl çiçəklərindən toplanmış bir buketi ərmağan olaraq almaq-üzüntülərə yozulur.

    ÇÖRƏK-Röyada çörək bişirmək-ailə həyatında xoşbəxt olacaqsınız.

    ÇUVAL-Boş çuval-evinizin bərəkətsiz və uğursuz əllər tərəfindən idarə edildiyinə, bu səbəbdən güzəranınızın çətin olduğuna və sizi qayğılandırdığına işarədir.

    Dolu çuval-bugünlərdə girişəcəyiniz işlərdən bol qazanc əldə edəcəksiniz.

    Çuval yumaq-qismətiniz açılacaqdır.

    ÇUĞUNDUR-Röyada çuğundur, turp, yerkökü yeyən adam qarışıq və narahat bir vəziyyətə düşəcəkdir.

    ÇUXUR-Yuxuda çamurlu bir çuxur görmək-arzu etdiyiniz və olmasını istədiyiniz işlər maneələrlə qarşılaşacaq və bunları yoluna qoymaq üçün çox böyük zəhmət sərf etməkzorunda qalacaqsınız.

    Çuxura düşmək-boşboğazlığınız üzündən başınıza cürbəcür işlər açmaqdasınız.

    Çuxur qazmaq-pis qonşu ucbatından zərərə düşəcəksiniz.

    ÇÜRÜK-Röyada çürümüş şeylər görmək-nəticəsi olmayacaq bir sevdaya düşəcək və ya çox sevdiyiniz adamlardan ayrılmaq zorunda qalacaqsınız.

    Bir yerinizi çürümüş olduğunu görmək-keçmişdə yaşamış olduğunuz dadlı eşq anlarını təkrar yaşamağın mümkünsüzlüyünə işarədir.

    Birisi tərəfindən üstünüzə çürük yumurta atıldığını görmək-həyatınız boyu daima gəlirli və qazanclı işlərdə olacaq və xoşbəxt günlər yaşayacaqsınız.

    Bir topa adam tərəfindən çürük pomidor yağmuruna tutlmaqsiyasət meydanına atılsanız, mühüm mövqelər əldə edəcək, ölkə miqyasında ad qazanacaqsınız.

    Bir siyasət adamına çürük yumurta atıldığını görmək-məmləkətdə qarışıqlıq olmasının mümkünlüyünə işarə sayılır.
  5. Yazan: Sarsın
    No Avatar
    DABAN (dabanlıq)-Röyada görülən ayaqqabı dabanı övlada işarədir. Yuxuda ayaqqabında dabanın olmadığını görmək-röya sahibinin özündən sonra övladı qalmayacaq, nəsli tükənəcəkdir. Dabanının qırıldığını və ya kəsildiyini görən adamın uşağı öləcək. Sol daban-qız uşağına, sağ daban-oğlan uşağına əlamət sayılır. Röyada dabanın gözəlliyi-xeyirxah işlərə, gözəl xasiyyətə işarədir. Yuxuda ayaqqabı dabanı-insanın aqibətini də ifadə edir.

    DABBAQXANA-Yuxuda dabbaqxana-eynən sallaqxana kimi yozulur. Gözəl əxlaqlı, tərbiyəli, yoxluğa və çətinliyə qatlaşa bilən evdar qadına işarə sayılır. Bəzən də çirkin və pis söz danışan əxlaqsız, adi bir qadına və ya mala yozulur.

    DAVAR-Xoşbəxtlik və zənginlik bəlirtisi kimi yozulur.

    DAVUD-Peyğəmbərlərdən Davud əleyhissəlamı yuxuda görmək sağlam iradəyə, günahlarından dolayı tövbəkarlığa və xeyirxahlığa işarə sayılır. Röyada peyğəmbər görmək-ana və ata uşaqlarına necə şəfqət və mərhəmət göstərib, onların üstündə əsirsə, onlar da özünə tabe olan millətə eyni şəfqət və mərhəmət göstərməkdə əsla tərəddüd etməzlər. Bu səbəbdən də peyğəmbər röyada bir böyük, bir müəllim və ya sayğılı bir ustad anlamındadır. Peyğəmbər doğru yol göstərən ən yaxşı rəhbərdir. Peyğəmbərin yuxuda bütün gözəl keyfiyyətləriylə görən və ya ondan çox ləziz bir şərbət alan, yaxud da peyğəmbərdən bilgi öyrənən adam əmr və yol göstərməyə uyub ki, bu da o kimsənin pozğun yolda olduğuna işarədir.

    DAVUL (təbil)-Yuxuda təbil səsi eşitmək, təbil çalmaq, yaxud da təbil çalınmasına tamaşa etmək-kişi üçün pul itkisinə; subay qadın üçün sevgili bulacağına, yaxud bir toplantıya dəvət alacağına; evli qadın üçün isə sonu istədiyi kimi bitəcək bir olaya və ya buna bənzər bir hadisəylə qarşılaşacağına yozulur.

    DAVULÇU (təbilçi)-Dalğınlığa və unutqanlığa işarədir.

    DAĞ-Röyada dağa dırmanan, özünü dağın zirvəsinə kimi çıxmış görən adam işində, peşəsində ən yüksək yerlərə yüksələcək, nə qədər böyük çətinliklərlə qarşılaşarsa, başarıları və uğurları da o qədər parlaq olacaqdır.Dırmaşdığınız dağın zirvəsinə yetişmədən geri dönmək-xarakterinizə görə sizə kənardan bir çox hücumlar olduğunu və iş-işdən keçməmiş mudafiə olunmağın zəruriliyini göstərir. Yuxuda özünü uzaqdan dağları seyr edən görmək-çətin bir işi yoluna qoyacaq və mükafatlandırılacaqsınız, yaxud işinizdə yüksələcəksiniz. Dağdan aşağı yuvarlanmaq-eşitdiklərinizə həmişə inandğığnızda və bu xasiyyətiniz üzündən yaxın vaxtlarda sizi gercəkdən üzəcək olaylar baş verəcəkdir. Röyada dağ rəsmləri çəkmək-sevdiyiniz adamların gələcəyindən əmin ola bilərsiniz.

    DAĞ KEÇİSİ-Yuxuda dağ keçisi-bir cariyə və ya dini, əxlaqı pozuq bir qadınla qeyri-qanuni birləşmək anlamındadır. Dağ keçisinin piyli və ətli olduğunu görmək-çox zəngin bir qadına; zəif və xəstə keçi-yoxsul qadına işarədir. Dişi dağ keçisini ələ keçirmək-röya sahibi bolluğa və bol ruziyə qovuşacaq. Qadının dişi dağ keçisini yuxuda görməsi-o qadın bircə il kasıblıq görəcəkdir. Bəzi yozuculara görə, dişi keçi-təhqir edilmiş qadına, yaxud da iş bilməyən qulluqcuya işarə sayılır.

    DAĞARCIQ-Xeyrə yozulur. Belə yuxu görən adam gərək gəlir-çıxarına diqqət etsin, yoxsa onu yoxsulluq gözləyir.

    DADAŞ-Röyada özünü və ya yaxın adamını dadaş olaraq görmək-röya sahibi ətrafındakılara və ailəsinə yardım edəcəkdir.

    DAZLIQ-Röyada özünü daz görmək-yaxın vaxtlarda xoşagəlməz xəbərlər alacağınıza işarədir.

    DAYƏ-Ümumiyyətlə, xeyrə yozulur. Belə röya görən adaməgər yardıma möhtac bir durumdadırsa, mütləq bu yardımı alacaqdır. Xəstə olan qısa muddətdə yaxşılaşacaq, borclu borcundan, dərdli dərdindən qurtulacaqdır. Dayə məfhumunun “yarı ana” kimi mənimsənilməsi bu cür yozumlara dayanaq olmuşdur.

    DAYI-Röyada əmi, dayı kimi yaxın qohunları görmək-yaxın vaxtlarda dostlarınızdan biri borc pul üçün üstünüzə gələcəkdir. Əgər dayınız sağdırsa, bu yuxu dəniz gəzintisini bildirir, sağ deyilsə-uzaq bir məmləkətdə məskunlaşacağınıza işarədir.

    DALANDAR (süpürgəçi)-Cavan oğlanın yuxuda özünü dalandar görməsi xeyrə yozulur. İşində yüksəlməsi üçün səy göstərməyin gərəkliyini göstərir. Orta yaşlı kişilər üçün bu yuxu-işlərinin bir müddət düz gətirməyəcəyinə; evli olmayan qadın üçün-hər baxımdan özündən aşağı olan, lakin çox zəngin bir adamdan evlənmə təklifi alacağına və bu təklifi qəbul edəcəyinə yozulur. Ərli qadın belə yuxu görərsə, o, çox da şərəfli olmayan bir iş tutacaqdır.

    DALĞA-Röyada özünü böyük bir dənizdə nəhəng dalğalarla çarpışan görmək-həyatınız son dərəcə uğurlu olacaq deməkdir.

    DALĞIC-Dalğıc yuxuda-balıq kimi xeyrə, qismətə yozulur.

    DALYAN (balıqçı toru)-Balıq ovlanan dalyan görmək-tale və bəxt artıq üzünüzə gülməyə başlayır deməkdir.

    DAM-Yuxuda damdan düşmək-qorxunc bir olayla qarşılaşaraq, özünüzü itirəcəyinizə işarədir. Damda bir-bir seçib kirəmit düzmək-bəzi vasbası və unutqan kimsələrlə tanışaraq böyük ziyan çəkəcəyinə işarədir.

    DAMA-Röyada dama oynamaq-vaxtınızı boş yerə sərf edib tükədirsiniz deməkdir.

    DAMAR-Röyada damarlarınızdan qan axdığını görmək-zənginlər üçün yoxsulluğa, kasıblar üçün vəziyyətinin bir qədər yaxşılaşacağına işarədir.

    DAN ÜZÜ-Röyada səhərin açıldığını, dan üzünü müşahidə etmək-parlaq və bəxtiyar bir istiqbala namizəd olduğunuza işarədir.

    DANA-Dostlarınızın sevgi və etibarını qazanaraq xoşbəxt olacaqsınız. Bir dana satın almaq-iş həyatınızda və tutduğunuz vəzifədə böyük uğurlar əldə edəcəyinizə işarədir.

    DANA GÖNÜ-Ömrünüz zaman-zaman sıxıntı içində keçəcək, lakin əvvəl-axır, xoş günləriniz başlayacaqdır.

    DANTEL (kurjeva)-Paltar üzərində dantel görmək-yaxın vaxtlarda evlənməyə işarədir. Röyada özünü dantel hörən görən gənc qadın özü də bilmədən bir çox sənətkaranə fəzilətlərə sahibdir və öz zövqünə uyğun bir oğlanla evlənəcəkdir. Bir parça yırtıq dantel görmək-çirkin dedi-qodulara hədəf olmamaq üçün hər addımınızı ölçüb-biçməlisiniz.

    DAR AĞACI-Bəzi qarışıq və müəmmalı vəziyyətlərin ortaya çıxa biləcəyini xəbər verir.

    DARAQ-Yuxuda daraq görən gənc və subay qız cavan bir oğlana ərə gedib xoşbəxt olacaq. Subay oğlan üçün isə bu yuxu-sıxıntıya, üzgünlüyə yozulur. Daraq, eyni zamanda, səbirli və möhtərəm bir qadına işarə sayılır.

    DARI-Royada darı görən adamın uzunmuddətli sıxıntıdan sonra əlinə xeyli miqdarda var-dövlət keçəcəkdir.

    DARÇIN-Üzüntülü bir xəbərə yozulur.

    DAŞ-Röyada bir yerə toplanmış çoxlu daş görmək-şad xəbərə yozulur. Bir adama daş atmaq-düşmənləriniz tərəfindən təqib edildiyinizi göstərir. Daş almaq-qısqanclıq üzündən şöhrət və etibarınızı itirəcəksiniz. Yuxusunda daş olduğunu görən adam asi və daşürəkli bir adamdır. Bu röyanı görən xəstədirsə-öləcək; varlıdırsa-var-dövlətdən kənar ediləcək.

    DAŞINMA (köçmə)-Röyada bir evdən başqa evə, bir şəhərdən başqa şəhərə daşınmaq (köçmək)-təcili səyahətə çıxmaq barədə təklif alacaqsınız.

    DEPO (anbar)-Röyada depoya, kömür, odun, ərzaq və s. anbarına girmək-yaxın vaxtlarda var-dövlətə çatacağınıza; əgər depo (anbar) boşdursa, ümidsizliyə uğrayacağınıza yozulur. Şərab, yaxud buna bənzər içki deposu (anbarı) görmək-əyləncəli bir qonaqlıq və ya toy olacağını xəbər verir.

    DƏBİLQƏ-Qovğa işarəsi olaraq açıqlanır.

    DƏVƏ-Röyada erkək dəvə görmək-təmasda olduğunuz kimsələrdən pis xasiyyətlər öyrənərək, getdikcə inadcıl və əsəbi bir adama çevrilirsiniz. Dişi dəvə-həmin il məmləkətinizdə dişi heyvan və sud bolluğu olacaqdır. Dəvəni qaçan görmək-bir qız tanışınızın yaxın vaxtlarda səyahətdən dönəcəyinə işarədir. Dəvənin sırtına minərək dolaşmaq-kasıblıq çəkən bir məmləkətə müəyyən qədər şey-şüy göndərəcəyinizə yozulur.

    DƏVƏQUŞU-Kədər və üzüntülərinizin uzun çəkəcəyinə işarə sayıldığı kimi, bəzən də çox gözəl, lakin gözəl olduğu qədər də qısqanc və şıltaq bir qadının sevda toruna duşəcəyinizə yozulur. Dəvəquşuna minmək-zəngin bir evlənmə xəbəridir.

    DƏVƏTİKANI-İşlərinizin bir anda alt-üst olacağına, arzu və əməllərinizin yerinə yetəcəyinə işarədir.

    DƏVƏTNAMƏ (çağırış vərəqəsi)-Bir kişi yuxusunda məhkəmədən çağırış vərəqəsi alarsa və özünümüdafiədən qalib çıxarsa, onu parlaq gələcək gözləyir, uduzarsa-çox əhəmiyyət verdiyi bir işdə zərər çəkəcəkdir. Belə röyanı qadın görərsə, udub-uduzmağından asılı olmayaraq, ev sahibi, əri və ya ağası ilə onun arasında dartışma, mübahisə olacaq və nəticədə fikrini, diləyinin qəbul etdirəcəkdir. Toy, nigah, iclas dəvətnaməsi isə yaxın adamlarinizdan xeyirli və xoş xəbər eşidəcəyinizə yoxulur.

    DƏZGAH-Yuxuda dəzgah görmək və ya dəzgah başında çalışmaq-işlərinizin xeyli irəli gedəcəyinə yozulur.

    DƏYƏNƏK (əsa)-Diqqətə, qürura, şərəfə, qüdrət və qüvvət sahibi olan, xalqa imdad göstərən bir adama işarədir. Yuxuda dəyənək görən-istəklərinə qovuşur, düşmənə qalib gəlir, varı-malıyla qüvvətli olur. Əgər dəyənəyin, yaxud əsanın içi boşsa və röya sahibi ona söykənibsə, varı əldən gedəcək. Dəyənəyin sınması-vəzifə sahibidirsə, işindən atılacaq, tüccardırsa, qazancından məhrum olacaqdır. Yuxuda biri özünün dəyənək olduğunu görərsə öləcək, öz dəyənəyinin sındığını görsə, şiddətli xəstəliyə düçar olacaq. Dəyənək-qüvvət rəmzi olub, güvənilən, inanılan bir adama işarədir.

    DƏYİRMAN-Röyada dəyirman görən-mənsəbcə yüksələr. Dəyirmanda un üyütmək-böyük bir adamdan mal alacaqsınız. Dəyirman daşını qırıq görmək-əcəlin yetişdiyinə dəlalətdir.

    DƏYİRMANÇI-Yuxuda dəyirmançı görmək-dünyasını, yaşayışını düzəltməklə məşğul olan adama işarədir. Özü üçün un üyüdən adam görmək-röya sahibi dəyirmançılıqla öz ehtiyaclarını təmin edəcək və üyütdüyü unun miqdarınca güzaranını, yaşayışını düzəldəcəkdir. Yuxuda dəyirmançı-bəzən qəm, tasa, düşmənçilik, mənfəət, sələmçilik, çətin və ağır işlər anlamına da gəlir. Zəfəran üyüdən adam görmək-gizli işlərə, elmə yozulur. Qadının zəfəran, yaxud buğda dəni üyütməsi-qayğıdan, tasadan qurtarmağa və təmizliyə işarə sayılır.

    DƏLİ-Yuxuda dəli olduğunu görən adamın ömrü uzun olar, o, hamı tərəfindən xoş üzlə qarşılanar və sevilər.

    DƏLİQNLI (cavan oğlan)-Röyada sevimli və gülərüzlü bir gənc görmək-sevincə, xoçbəxtliyə yozulur. Bütün istəklərinizə çatacaqsınız. Çirkin və vəhşi üzlü bir gənc görmək-düşmənçiliyə, qəmə, kədərə işarədir. Bir dəliqanlının (gənc qızın) arxasına düşüb getmək-düşmənlərinizə üstün gələcəksiniz, qismətiniz açılacaq. Subay bir gənc qızın yuxusunda cavan oğlan görməsi, onunla danışması və ya arxasınca getməsi-həmin qızın bəxti açılacaq və qısa bir zamanda xoşbəxt ailə həyatı quracaqdır.

    DƏLİLİK-Dəliliyə dair yuxular tərsinə yozulur və bu cür röya görənin ağlının sağlamlığına işarə olmaqla bərabər, həm də onun qarşıya çıxacaq çətin bir olayı hamını məmnunedəcək bir biçimdə yoluna qoyacağı anlamına gəlir.

    DƏLİXANA-Yuxuda dəlixana görmək-dostlarınızı ağıllı cə ciddi adamlar arasından seçmədiyiniz üçün işləriniz, sən deyən, irəli getməyəcək. Dəlixanaya atıldığını görmək-ağıllı hərəkətləriniz sayəsində işlərinizi yoluna qoyacağına yozulur.

    DƏLLAL-Yuxuda dəllal görmək-bir çox gəvəzə adamlarla münasibətdə olacağınıza və bu səbəbdən də çətin durumlara düşəcəyinizə, bəlkə də işinizi, mövqeyinizi itirəcəyinizə işarədir. Bir sığorta dəllalı görmək-böyüklərinizin faydalı nəsihətlərinə qulaq asmağın vacibliyini göstərir.

    DƏLMƏK-Röyada hər hansı bir yeri dəlmək-hələ kişi üzü görməmiş subay qızlar istəyində olmaq və məmləkətin ətraflarını gəzərək durumu pis gözlə izləmək anlamına gəlir. Bəzən də bir yeri deşmək-Peyğəmbərin həyatına dair müqəddəs rəvayətlari oxuyub araşdırmağa yozulur. Özünün şəhər içində bir şeyi dəldiyini görmək-qaba və qəddar bir valini (rəhbəri) nəzarətə almağa işarədir. Evin divarını deşərək içəri keçmək-röya shibi istədiyi bir qadına sahib olacaq və o qadın haqqındakı hiyləsi həyata keçəcəkdir.

    DƏMİR-Röyada dəmir döymək-kimsə sizinlə pis rəftar edəcək Əyilmiş, burulmuş dəmir görmək-sevdiyiniz bir adamdan küsüb inciyəcəksiniz. Emal edilmiş dəmir görmək-istədiyiniz hər şeyi əldə edəcəyinizə və ad-sanınızın artacağına işarə sayılır. Röyada dəmirdən düzəldilmiş alətlər görmək-əsasən, əminamanlığa yozulur.

    DƏMİR BARMAQLIQ-Çox çətinliklə qazanılacaq xoşbəxtliyə işarədir.

    DƏMİR YOLU-Yuxuda dəmir yoluyla heç bir əngələ uğramadan qatarda yolçuluq etmək-işləriniz bundan sonra çox genişlənəcəkdir. Dəmir yoluyla səfər zamanıyolda gecikib yubanmaq-həyatınızın son günlərində çox acı şeylərlə qarşılaşacaqsınız. Hərəkətdə olan qatar görmək-gözlədiyiniz bir xəbər sizə doğru yolgəlməkdədir. Qəzaya uğrayıb çevrilmiş qatar görmək-şöhrət və etibarınız sarsılacaq, işləriniz pozulacaq, min bir çətinliklərlə qarşılaşacaqsınız.

    DƏMİR SOBA-Qüvvət və qüdrət sahibi bir adamın ailəsindən olan qadına işarədir. Soba misdən və ya tuncdan isə-qadın var-dövlətli birisinin arvadıdır. Ocaq gur yanırsa-övlad sahibi olmağa və evə baxan kişiyə işarədir.

    DƏMİYOLU STANSİYASI (vağzal)-Yuxuda dəmiryolu stansiyası görən əməlinə qovuşacaq, istəyinə nail olacaqdır.

    DƏMİRÇİXANA-Çoxdan arzusunda olduğunuz bir işin könlünüzcə sonuclanacağına yozulur.

    DƏNİZ-Röyada sakit dəniz görmək-həyatınız çox rahat və var-dövlət işində keçəcəkdir. Dalğalı dəniz-bir təhlükəylə qarşılaşacaqsınız. Yaşıl və ya mavi dəniz-eşqdə və ya iş həyatınızda uğur qazanacaqsınız. Cavan oğlan yuxuda özünün gözəl və sakit bir dənizdə səfərdə olduğunu görərsə, bu yuxu onun eşq macərasından xoşlandığını və yeni bir eşq fırtınasına tutulmaq üzrə olduğunu göstərir. Evli qadının gəmiylə sakit bir dəniz səyahətinə çıxmasə-o qadın əri tərəfindən aldadılacaqdır. Dalğalı və qaranliq, zülmət dəniz-işləriniz bütünlüklə tərsinə gedəcəkdir. Dənizə düşmək-kiçilik və mövqeyinizin itiriləcəyinə yozulur.

    DƏNİZ DONANMASI-Röyasında donanma görən adam kişi xeylağıdırsa, bir qadın tərəfindən aldadılacaq, qadındırsa-qarşı cinsdənt olan bir nəfər tərəfindən çətin vəziyyətdə buraxılacaqdır.

    DƏNİZÇİ (matros)-Böyuk bir təhlükəyləqarşılaşacaq, lakin bunu soyuqqanlılığınız sayəsində dəf edəcəksiniz.

    DƏRVİŞ-Zəngin bir adamla dostluq quraraq xeyir və mənfəət görəcəyinizə yozulur. Özünü dərviş olmuş görmək-zənginliyə, ululuğa qovuşacaqsınız.

    DƏRƏBƏYİ (feodal)-Qədim və tarixi əsərləri öyrənib incələmək fürsəti əldə edəcəksiniz.

    DƏRƏOTU (şüyüd)-gələcəkdə aydınlaşacaq bir məsələyə işarədir.

    DƏRZİ-Yuxuda dərzi-ədalət sahibi bir kimsəylə, yaxud sərvət yığan bir adama işarə sayılır.

    DƏRİ-Röyada hər hansı bir heyvan dərisi qorxunc bir xəbərə işarə sayılır. Bəyaz dərili adam görmək-sevincə yozulur. Qara dərili adam-kədərə yozulur. Yuxuda qadın bədəni görüb bəyənmək-başınızdan yeni bir eşq macərası keçəcəkdir.

    DƏRİ SOYULMASI-Yalançı, fırıldaqçı adamlarla dostluq etdiyinizə, onlardan ayrılmasanız başınıza böyük bəlalar gələcəyinə işarədir.

    DƏRMAN-Bir kimsə yuxuda dərman qəbul etdiyini görərsə, elm və nəsihətlərdən faydalanacaq.Verilən dərmanı qəbul etmək-azğınlığa və sapqınlığa yozulur. Qadınların uşağa qalmaq üçün istifadə etdikləri dərmanı röyada görmək-subay qız üçün evlənəcəyinə, uşağa qalmayan qadın üçün isə uşağı olacağına işarədir. Röyada dərman içdikdən sonra yaxşılaşacağını gözləyən adam-dünyasını, gözünə dərman tökdüyünü görən adam isə-dinini islah edəcək. İkran doğuran və udulması çətin olan dərman görmək-tezliklə yaxşılaşacaq xəstəliyə əlamət sayılır. Aci olmayan və asanlıqla udulan dərman-zəngin üçün xeyrə, kasıb üçün pisliyə yozulur. Röyada buruna çəkilən dərman görmək-uğursuzluğa, ata-anaya qarşı üsyan və ya ruhi xəstəliyə işarə sayılır. Yuxuda burnuna dərman çəkildiyini görən adam hiyləyə məruz qalacaq.

    DƏRS KİTABI-Röyada hər hansı bir dərs kitabı görmək-vaxtilə böyüklərinizin nəsihətlərini eşitmədiyinizə və indi bundan peşmanlıq duyduğunuza işarə sayilir.

    DƏSMAL (məhrəba)-Röyada islaq dəsmal görmək, quru və təmizini tapmaq-bir dost haqqında hasız yerə pis fikrə düşməyə işarədir. Dəsmalla üzünü silib qurulamaq-dostlarınızdan biri haqsızlıq edəcək və sonra vicdan əzabı çəkəcəkdir.

    DƏSTİ (səhəng)-Röyada boş dəsti görmək-gözəl, fəqət qısqanc bir qadınla əlaqə yaradacaq və uzun müddət onunla birlikdə yaşayacaqsınız. Sonunda isə bu qadının fəna bir hərəkətini qurbanı olacaqsınız. İçi su dolu dəsti görmək-yaxın günlərdə bir qızınız dünyaya gələcək.

    DƏHRƏ (nizə)-Girişdiyiniz bir işdə parlaq nəticə və uğur əldə edəcəyinizi göstərir.

    DƏFİNƏ-Röyada dəfinə tapmaq-gənc kişi üçün xoş taleyə işarə sayılır və həyatda yaşamağın yolunu asanca tapmağa yozulur.

    DƏFNƏ AĞACI-Sənətin gözəl bir sahəsində həqiqətən parlaq uğurlar qazanacaqsınız.

    DƏFN ETMƏ-Yuxuda birisini dəfn etmək-toya dəvətdir. Dəfn edilən adam həyatda yaşayırsa, yuxu görəni toyda nəsə maraqlandırıb diqqətini çəkəcəkdir. Birini diri-diri torpağa gömülə görmək-uzun ömrə yozulur.

    DƏFTƏR-Alacaq-verəcək hesablarında daha diqqətli olmağın gərəkliyini bildirir. Belə yuxu görən tacir və ya dükançıdırsa, vekselləri protest ola bilər, hətta iflasa uğrama ehtimalı da var.

    DƏFTƏRDAR (maliyyə müdiri)-Maliyyə-pul işlərinin bir müddət yaxşı getməyəcəyinə yozulur. Bu röya evlənməmiş qadın üçün varlı bir kişiyə ərə gedəcəyinə, yaşlıdırsa-qumarda pul qazanacağına işarədir.

    DZÜ-DO-Röyad dzü-do ilə məşğul olduğunu görən adam çox xəyalpərəstdir. Həyata gerçəkci (realist) gözlə baxması gərəkdir.

    DİV-Yüksəlmə və irəliləyiş kimi yozulur. Əgər div yuxuda boş-mənasız sözlər söylərsə, əsla yüksəlməyəcək və bugünkü durumunuzu olduğu kimi mühafizə edəcəksiniz.

    DİVAR-Bir dostunuz və ya sevgilinizlə sizin aranızda çəkilmiş divar görmək-o adamla aranızda olan bir çox əngəllər aradan götürüləcəkdir.

    DİVAR KAĞIZI (oboy)-Yuxuda divar kağızı görən adam gözlənilmədən çox dəyərli bir əşyasını itirəcəkdir. Tüccar olanların belə yuxudan sonra bank krediti almaları xeyirli sayılmaz. Məmurlar da rəislərini xəbərdarlıqlarına əhəmiyyət verməli, şagirdlər müəllimlərinin sözlərini dinləməlidirlər.

    DİVAR SAATI-İşlərin yaxşı gedəcəyinə əlamətdir. Saatı yatmış görmək isə xeyrə yozulmaz, ölüm xəbəri sayılır.

    DİYİRCƏKLİ KÜRSÜ-Röyada diyrcəkli kürsü almaq, yaxud rahat bir kürsüdə oturub dincəldiyini görmək-bir sənət sahibinin öz peşəsində uğur qazanacağına; ərə getməmiş qadın üçün-kübar dairələrdə yüksək mövqe sahibi olan bir adamla ailə quracağına; ərli qadın üçün-hazırkı durumunu daha da yaxşılaşacağına yozulur.

    DİLƏNÇİ-Röyada dilənçi görmək və ya sədəqə vermək-cavan kişi üçün yaxın vaxtlarda qiymətli bir dost qazanacağına; orta yaşlı bir adam üçün cansıxıcı itkiyə əlamət sayılır. Bu yuxu gənc qadın üçün yaxın zamanda hər hansı bir təklif olacağına, evli deyilsə, ona evlənmə təklifi ediləcəyinə, yaxud dalğınlığından peşmanlıq duyacağı anlamına gəlir. Röyada bir dilənçıyə yardımda bulunmaq-mirasa qovuşacaq, durumunuz düzələcək və eşqdə xoşbəxt olacaqsınız. Yuxuda dilənçiyə sədəqə verməmək-o anda əlinizdə olan işdə uğur qazanmayacağınızı göstərir. Bir dilənçiylə birlikdə çörək yemək-öz dairələrinizdə sayılan adam olacaq və çoxlu dost qazanacaqsınız.

    DİPLOM-Röyada diplom almaq-poçt vasitəsilə sevindirici bir xəbər alacaqsınız. Çərçivəyə alınmış və divardan asılmış diplom görmək-uzun səfərlərə çıxacaq və işinizdə yüksələcəksiniz.

    DİRSƏK-Yuxuda dirsəyinizin sıyrıldığını görmək-gedişatınız dəyişdirmədikcə xoşagəlməz işlərə qarşılaşacaqsınız.

    DİŞ-Röyada diş çeşidli yozumlarla incələnir: Üst çənədəki ön dişlər-ananı, atanı, böyük əmini; sağ tərəfədə olan-atanı; sol tərəfdəkidişlər isə əmini bildirir. Öndəki dörd dişin arxasında olan sivri dişlər röya sahibinin əmisi oğluna, yaxud da iki yaxın dostuna işarədir. Bu sivri dişlərin arxasında gələn göz dişləri ailə üzvlərinə, həyat yoldaşına və evin möhtərəm böyüyü anlamına uyğun gəlir. Göz dişini ardında bulunan dişlər isə dayılar və onların oğullarıdır. Azı dişlər babalar, yaxud da sevilən, oyünülən kiçik oğlan nəvələrdir. Alt çənədəkidişlər ana tərəfdən qadın qohumlara işarədir.İki alt, iki üst çənədəolan dörd ön diş-röya sahibinin öz törəmələri olan uşaqlardır. Alt çənədəki iki ön diş xalalardır. Əgər röyanı görənin anası və xalası yoxdursa, o dişlər onun iki balası və balaca qızlarıdır. Alt çənədəki sivri dişlər yuxu sahibininqaynatası və ya həyat yoldaşının atasıdır. Göz dişlərinin arxasındakı dişlər hörmətli, izzətli adamlara işarədir. Azı dişlərailədən uzaqda olanları, nənələri və sevimli kiçik qız nəvələri bildirir. Yuxuda dişlərdən birini sallanması-xəstəliyə əlamətdir, düşməsi isə-o diş kimi bildirirsə, həmin adamın ölümünə, yaxdu da izsiz-soraqsız itkin düşməsinə işarə sayılır. Diş çıxarıb onu görmək-röya shibi qohumu olan bir yaxınından o dişin dəyəri qədərində vara yetişəcək. Dişlər çürüyüb görünməz olarsa, o dişin bildirdiyi adama pislik gələr. Ön dişləri normadan uzun və ya qısa görmək-röya sahibinin atası və ya əmisi dünyada çox böyük çətinliklərlə qarşılaşacaq. Bütün dişlərini sallanan görmək-ailə üzvləri arasında çəkişməyə və qovğaya işarədir. Ön dişlərini çürüməsi digərlərinə də zərər vermişsə-yuxu görənin həyat yoldaşının əxlaqsız olmasına işarə sayılır. Dişlərinin qamaşdığını görmək-ailədən yardım gözləmək hədərdir. Röyada çəkib çıxartdığı dişi dəyişmək-gəlirli bir ticarətlə məşğul olmağa yozulur. Damağında qızıl və gümüş dişlərin çıxması-bədbəxtliyə və xəstəliyə işarə sayılır. Artıq diş görmək-röya sahibi gözünü, qulağını, burnunu, ümumiyyətlə, dişlərindən birini itirəcəkdir.

    DİŞ FIRÇASI-Əgər qadın yuxuda diş fırçası görərsə, başına üzücü bir olay gələcək. Kişi üçün bu yuxu-yaşayışında bir qayda-qanun, səliqə-səhman yaratmağıngərəkliyinə yozulur.

    DİŞ HƏKİMİ-Pul baxımından ziyana düşəcəksiniz.

    DİŞLƏMƏK, GƏMİRMƏK-Röyada dişiylə bir şeyi gəmirən adam hiylə yapar. Röyada öz ətini dişləyib qoparan adamın fitnə-fəsadçı olduğu bəllənir. Dişlənən yerdən qan çıxması-günah içində olmağa işarədir. Yuxuda bir adamı dişləmək-röya sahibini ömrü fərəh və xoşbəxtlik içində keçəcək, ancaq gözü və ya ürəyi zəifləyəcəkdir.

    DIRMANMAQ-Röyada bir yoxuşa, təpəyə dırmanmaq, yaxud nərdivanla yuxarı çıxmaq-cavan oğlan üçün bu yuxu-başarılması çox çıtin işlərə; yetgin yaşdakılar üçün-səadət və rifaha gedən yolun tapıldığına; subay qız üçün-yad məmləkətdən yabancı birisiylə təhlükəli tanışlığa yozulur. Nərdivan və ya dairəyə dırmanmaq-gözlənilməz və ani bir uğur qanacağınıza işarədir.

    DIRMIQ-Tarla işlərində istifadə edilən dırmıq-kədər və üzüntüyə işarə sayılır.

    DIRNAQ-Yuxuda dınaqlarını çox biçimli bir halda görmək-səhhətinizin mükəmməl olduğuna işarədir. Qopmuş dırnaq-səfalətə, fəqirliyə yozulur. Çirkli və uzun dırnaq-pul və mal itkisi kimi açıqlanır. Dırnaq kəsmək və ya düzəltmək-çətin və yorucu işlərlə qarşılaşacağınızı göstərir. Manikürlü dırnaqlar-eşq acılarıyla qıvrılmaqda olduğunuza əlamət sayılır.

    DIRNAQ LAKI-Bəzək-düzəyə həddən artıq aludəçiliyə və bunu dost-tanış tərəfindən yaxşı qarşılanmadığına işarədir.

    DOVŞAN-Yuxuda dovşan-bir qadınla dostluq edəcəyinizə işarə sayılır. Əgər dovşan qaçırsa və arxasından güllə atırsınızsa, bu- tez-tez aldadılacağınıza əlamətdir. Ovda dovşan vurmaq-şad bir xəbərdən sonra kiçik bir kədərlə də qarşılaşacağınızı göstərir.

    DODAQ-Röyada qarşı cinsdən birinin dodaqlarını görən qadın və ya kişi özünə ən uyğun olan həyat yoldaşı seçmiş və onunla gözəl bir həyat yaşayacaq deməkdir. Yuxuda öz cinsinizdən birinin dodaqlarını görmək-haqqınızda mənasız və pis söz-söhbət getdiyinə yozulur.

    DODAQ POMADASI-Yuxuda bir qadını dodağını və ya yanağını boyadığını görmək-yaxın günlərdə gözəl bir surprizlə qarşılaşacaqsınız.

    DOLAB-Röyada dolab və ya qarderob almaq, yaxud satmaq-bir evdən digər evə köçməyə işarədir. Qarderobuniçi boşdursa, lüzumlu bir iş üçün gözləniləndən də artiq pul sərf ediləcək. Dolab köhnə pal-paltarla dolu olarsa, qonaq gələcək. Paltaryeni və qəşəng görülərsə, röya sahibi dünya miqyasında şöhrətli bir adam olacaqdır.

    DOLMA QƏLƏM (avtoqələm)-Dolma qələmlə yazı yazmaq-peşədə, sənətdə uğur qazanacaq. Bu yuxu-evlənməmiş qadın üçün bir dostu ilə onun qovğa edəcəyinə; ərli qadın üçün isə-məktubunun itməsindən çox üzüləcəyinə yozulur.

    DOLÇA-Etibarınızın geniş ölçüdə artacağına işarə sayılır.

    DONDURMA-yuxuda dondurma yemək-eşqdə uğur qazanmağa işarədir. Dondurma almaq-maliyyə işlərində bic və ayıq hərəkət etdiyinizə, yerində qərarlar verdiyinizə yozulur. Dondurma satmaq-bir il ərzində işinizdə yuksələcəyinizi bildirir.

    DONUZ-Röyada donuz görən adam fitnəkar, pis adamlarla dostluq edir. Donuz öldürmək-günahkar bir adamın cəzasını vermək deməkdir. Donuz əti yeyənin əlinə haram mal keçəcək. Özünü donuz olmuş görən-xalq içində alçalar, donuza minən-var-dövlət qovuşar, düşmənini məğlub edər.

    DOST-Röyada dost görmək xeyrə əlamətdir. Yuxuda dost qazanmaq-geçək həyatda da dost qazanılacağını göstərir. Röyada bir dosta yaxşılıq etmək və ya bir dostunuzun sizə yaxşılıq etməsi-geçək həyatda da bir dostunuza yardım edəcək və ya dostunuzdan yardım görəcəksiniz. Bir dosta hədiyyə almaq-həyatınızın vacib anlarında anılacaq, unudulmayacaqsınız.

    DÖVLƏT BAŞÇISI-Röyada məmləkətinizin dövlət başçısını görmək-ruziniz artacaq, evinizdə bolluq və bərəkət olacaq, işləriniz çox düzgün gedəcəkdir.

    DÖRD YOL AĞZI-Röyada dörd yolun birləşdiyi bir nöqtədə durmaq-hər kəsin həyatında mühüm bir dönüş nöqtəsini və bu dönüş nöqtəsinin seçiləcək istiqamətə görə yaxşı və ya pis olacağını bildirir. Yola ağzında istiqamət göstəriciləri, yəni işarələr mövcudsa, röya sahibi seçəcəyi yol üçün heç kəsdən nəsihət almayacaq, heç bir yardıma ehtiyacı olamayacaq, doğru yolu ancaq özü arayıb tapacaqdır.

    DÖŞƏK-Rğyada döşək-kişinin ən yaxını olan arvadına işarədir.Öz döşəyini satmaq-arvadı boşamağa, arvadı xəstə isə-onun ölümünə yozulur. Döşəyin üstündə donuz görmək-bədniyyət bir adam yuxu görənin arvadına qarşı xəyanətkar bir qəsddədir. Döşək-röyada kişinin arvadına, qulluqçusuna, yaxud oynaşına işarə olub, o kişinin rahat həyat sürəcəyini birdirir. Döşəyin yumşaq olduğunu görmək-röya sahibinin arvadı itaətkar və ciddi qadındır. Döşəyin genişliyi-qadının yaradılış etibarilə gözəlliyinə; döşəyin təzə olması-qadının gəncliyinə və təzəliyinə, yəni bakirə olduğuna işarədir. Döşək yundan, tukdən və ya pambıqdan olarsa, qadın mərifətli və dövlətlidir deməkdir. Döşək ipəkdən və atlasdandırsa, qadının atəşpərəst olduğunu göstərir. Ağ döşək-qadının dindarlığına yozulur. Qara döşək-həyat yoldaşınız Uca Tanrının heç də razı olmadığı bir davranışda bulunmaqdadır.

    DÖŞƏMƏ YOL-Röyada döşəmə yol görmək-nəticəsi olmayan işlərin ardinca düçdüyünüzü və bu işləri buraxmağın gərəkliyini göstərir. Döşəmə yolda minikdən düşmək isə xeyirli bir xəbər anlamına gəlir.

    DUA-Röyada özünüzü dua edərkən və ya ibadət məqamındagörmək-səhhətinizin çox yaxşı olacağını, həyatınızın səadət içində keçəcəyini bildirir.

    DUVAQ-Murada çatmaq.

    DUEL-Yuxuda özünü dueldə dalaşan görmək-röya sahibi uzaqgörən deyil, ətrafındakı təcrübəli adamlarınməsləhətlərinə qulaq asması gərəkdir.

    DUZ-Röyada duz-zəhmətsiz mala işarədir. İki düşmən arasında duz görmək-o adamların barışmasını ifadə edir. Duz, eyni zamanda, bir şeylə məşğuliyyətə və xəstəliyə də əlamət sayılır. Bəyaz duz-xeyir və nemətdir. Çörəyi duza batırıb yeyən adam aza qane olar. Yuxuda duz tapmaq-sıxıntı və xəstəlik anlamına gəlir. Duz, bəzən də, arvada, mala, uşağa, halal qazanca yozulur.

    DURBİN-Röyada dubin-maraq göstərilən bir məsələninyaxın vaxtda aydınlaşacağını xəbər verir. Durbinə tərs baxmaq isə, üzüntü yaradacaq bir hadisə olacağını bildirir. Durbinin yerə düşüb qırılması-gözlənilməz bir xəbərə yozulur.

    DURNA-Yuxuda durna görmək-gücsüz və fəqir bir kimsəyə, toplantl və şirkət qurmağı sevən bir qrup adama yozulur. Yuxusunda durna görən adam uzaq bir yerə yolculuğa (səfərə) çıxar, qürbətdədirsə-vətəninə dönər. Durnaya mindiyini görən adam yoxsullaşacaq. Durna əti və tuku-kasıb bir kimsənin gəlirini ifadə edir.

    DUDUK SƏSİ (fit)-Röyada duduk səsi eşitmək çeşidi biçimdə yozulur: Gözətçi fiti-gözlənilməz xəbər. Gəmi fiti-uzun bir yolculuq həsrəti. Futbol hakiminin fiti-uğursuz cəhd. Fabrik fiti-bir işə uğurlu cəhd. Qatar fiti-vətən həsrəti.

    DÜYÜN-Bir işin yaxşı sonluqla həll ediləcəyinə yozulur.

    DÜKAN-Bir dükanda, ya da mağazada işlədiyinizi görmək-rahat yaşayış imkanı təmin olunacaqdır.

    DÜLGƏR-Ümumiyyətlə, xeyrə əlamət sayılmır, pis xəbərə yozulur.

    DÜMBƏLƏK (kiçik təbil)-Röya sahibinin şəxsi həyatda yetərincə ciddi davranmadığına işarədir.

    DÜŞƏRGƏ-Röyada özünüzü bir düşərgədə görmək-heş bir işdə duruş gətirə bilməyəcəyinizə, avara və mənasız keçən həyatınızın beləcə daha bir müddət davam edəcəyinə işarədir. İş-güc sahibi kamil insanlar üçün bu röya onların həvəsini sönəcəyinə, öz iş-gücündən soyuyacaqlarına yozulur. Əsgərlər üçün bu röya-onların hədəf və qayələrinə yetişmək yolunda böyük inkişaf və yüksəlişə nail olacaqlarını göstərir.

    DÜŞMƏK (yıxılmaq)-Röyada yıxıldığını görən adam çox üzülməməlidir, yuxuda yıxılan gec-tez yıxılacaq demək deyil. O, diqqətli hərəkət etməsə yıxıla bilər. Çox yüksəklərdən düşmək-pul xərcləyərkən diqqətli olmasanız və ağıllı hərəkət etməsəniz iş həyatında uğursuzluğa uğrayacaqsınız. Pəncərədə və ya körpüdən yıxılmaq-sağlamlıq qaydalarına və tibbi qadağalara əməl etmədiyiniz təqdirdə səhhətinizin pozulacağı anlamına gəlir. Nərdivandan, yaxud damdab yıxılmaq-işinizə ürəkdən can yandırmasanız, qabağa çəkilmək niyyətində olduğunuz iş, umduğunuz vəzifə başqasına veriləcəkdir.

    DÜŞMƏN-Yuxuda düşmən görmək-sizə qarşı inadlı müxalifətdə olanlardan yüsəkdə dayanacaq, daima düşmənlərinizə qalib gələcəksiniz. Kimsə yuxuda sizi özünə düşmən olmuş görərsə, onunla sadiq dost olacaqsınız. Düşmən xeyirli bir vəddə bulunarsa, zərərə uğrayacaqsınız. Düşməni yerə yıxmaq-bir təhlükə gözlənilir. Düşməni əsir etmək-kədər və tasaya işarədir. Ayəti-kəriməyə görə, belə yuxu görən çoxlu günah işləyəcək və bu səbəbdən də həbsə məruz qalacaqdır.

    DÜŞMƏNÇİLİK-Birinin röyada kiminləsə düşmənçilik etməsini görməsi-röya sahibi düşmən bildiyi adamı seçib onunla dost olacaq. Allah düşmənləriylə düşmənçilik isə Allah sevgisi anlamına gəlir.
  6. Yazan: Sarsın
    No Avatar
    Ev quşları – toyuq, ördək, hind quşu yumurtlayan ev quşlarını yuxuda görmək – cavan oğlan üçün yüksək mövqeyi olan birisiylə düşmənçilik etməkdən cəkinməyin vacibliyini göstərir. Orta yaşlılar üçün bu röya – təcrübəli hərəkət edərsə, işlərini genişləndirmək və inkişaf etdirmək baxımından əlinə yaxşı bir fürsət düşəcəyini xəbər verir. Heç evlənməmiş qadın belə bir yuxu görərsə, bir əkin-biçin adamı ilə evlənəcək və əkinçi həyatı yaşayacaqdır.
    Ev tikmək – Yuxuda ev tikmək – röya sahibi torpaqla uğraşır, vaxtı xoş keçir, əlinə mal gələcək. Evini şüşədən tikilmiş görmək – röya sahibi yaxında vəfat edəcəkvə ya düşmən tələsinə, fitnəsinə məruz qalacaqdır.
    Evlənmək - Röyada evlənən varlı olur. Birisi röya görəni öpsə, muradına çatacaq. Yuxuda bir qadınla görüşmək – böyük bir adamdan fayda görəcəksiniz. Bir qızla görüşmək – muradınız hasil olacaq.
    Edam – Röyada özünün edam edildiyini görən adam yüksələcək və önəmli mövqeylərə kecəcəkdir. Özünün asıldığını görmək – bacarığı varsa, röya sahibi vali olacaq. Asılıb da canını tapşırırsa, o valinin vilayətə din baxımından səhvən qoyulduğuna işarədir. Əgər sağ qalsa röya sahibi vali olur və vəzifəsində ədalətli hərəkət edir. Şəhərin qala divarında aslı olduğunu və camaatın onu seyr etdiyini görən adam böyük bir səltənətə və şöhrətə çatacaq, xalqın bütün zənginləri və şərəfli adamları onun əli altında olacaqdır.
    Eyş-işrət - sıxıntıya əlamət sayılır.
    Ekzema (dəri xəstəliyi) - Dəri xəstəliyi ilə ilgili yuxular görmək – əlinizə az miqdarda da olsa, pul və mal gələcəyinə işarə sayılır.
    Elan - Qazetdə və ya dərgidə cap edilən elanları oxumaq – həyat tərzinizi düzəldəcəyinizə yozulur. Qəzetdəki bir elana cavab vermək – önəmli bir mövqeyə gətiriləcəyinizi bildirir. Röyada özünü elan hazırlayan görmək – calışdığınız iş yerində sizə düşmən münasibətdə olanların aktivliyi, fəaliyyəti zəifləyəcək. Yuxuda kücədə vurulmuş elanları, reklam və afişaları oxumaq – işlədiyiniz müəssisənin uzaq bir şöbəsinədəyişiləcəyinizi ifadə edir.
    Elani-eşq – Röyada birisinə eşq elan etdiyini görülməsi – dostlarınızdan biri sizə böyük bir yaxşılıq edəcəkdir.
    Elektrik mantyoru – Röyada elektrik mantyoru görmək – işlərinizin maşın sürətiylə inkişaf edib irəli gedəcəyinə işarədir.
    Eleksir (dərman) – Röyada eleksir qoxulamaq – xəstəliyə vəqəfil bəd xəbərə yozulur.
    Elçi - Yüksək məqama və şan-şöhrətə çatacağınıza işarədir.
    Eniş – Röyada hündür bir yerdən aşağı endiyini görən adam həyatda yüksələcək, önə-şöhrətə çatacaqdır,amma sağlamlığına da diqqət yetirməlidir.
    Etiket – Röyədə etiket görən buyruq qulu bir adamdır.
    Etiraf Röyada birinin gərcəkdə sirr kimi saxlanan bir şeyi etiraf etməsi – onun diqqətsizŞ, ehtiyatsız və tədbirsiz bir anlaşmayapacağı anlamına gəlir.
    Ehram – Böyük bir kədərdən sonra təkrar öz əski halınıza qayıdacağınıza işarədir.
    Efir – Röyada efir qoxulamaq xeyrə yozulur, pis xəbərə işarə sayılır.
    Eşq – Kişi yuxusunda sevgilisinin bir başqa aşiqini görərsə, sevgilisinin ona sadiq dost olduğuna yozulur. Ancaq qadın röyada öz sevgilisini görərsə, bu – onun rəqibinin mövcudluğuna işarədir, sevgilıisi əlindən alına bilər.
    Eşik (kandar) – Bir sınaqdan, imtahandan uğurla cıxacağınıza və xoşbəxtliyə işarədir.
    Eşşək – Röyada eşşək görmək və minmək – rəsmi mövqeyiniz və durumunuz güclənəcəkdir. Eşşək əti yeyən cahil bir adamdan xeyir görəcək. Eşşək kəsmə – fəna bir iş tutmağa, eşşəkdən düşmək – varlılıqdan yoxsulluğa düşməyə yozulur.
    Eşşək arısı – Səfərə cixmaq kimi aciqlanır.
  7. Yazan: Sarsın
    No Avatar
    ƏBRİŞİM (ipək sap)-Varlılar üçün sərvətə, mala; orta hallılar və kasıblar üçün sıxıntıya və yoxluğa yozulur.
    ƏBUBƏKR-Yuxuda Əbubəkr həzrətlərini görmək-sağlam dini, dürüst əxlaqı, əliaşıq və yardımsevər bir adam olduğunuzu ifadə edir.
    ƏQİQ (qiymətli daş)-Sağlam və uzun ömrə işarədir.
    ƏQRƏB-Ümumiyyətlə, xeyrə yozulmur. Əqrəblə bağlı çeşidləmələr bunlardır: Evdə əqrəb görmək-hiyləgər və dələduz, üstəlik də, cahil və tərbiyəsiz birisi tərəfindən yoldan çıxarıla bilərsiniz. Əqrəb sancması-ən pis yozumlardan biridir, ölüm, ağır xəstəlik, faciəli qəza və bu kimi bəd hadisələrlə açıqlanır. Əqrəbi yataqa, ya da divarda gəzən görmək-röya sahibinin yaxınlarından birinin başına fəlakət gələcəkdir. Əqrəb öldürmək-düşmənlə çətin bir mübarizəyə girişəcəksiniz.
    ƏDALƏTLİ OLMAQ-Röyada özünüzü ədalətli bir şəxs kimi görmək-hər cür fənalıqlardan, pisliklərdən təmizlənmiş olduğunuza işarədir.
    ƏDƏBİYYAT-Röyada ədəbiyyatla məşğul olmaq-yuxu görənin incə ruhlu və duyğulu bir adam olduğuna, işlərində uğur qazanacağına işarədir.
    ƏJDAHA-yuxuda əjdaha və ya buna bənzər qorxunc heyvan görmək-düşmənin öhdəsindən gələ bilmək anlamındadır.
    ƏZVAY (aloe) AĞACI-Bu röyanı görən adam çox varlı olur.
    ƏZAN-Röyada məsciddə əzan çəkmək-həcc ziyarətinə getməyə müqtədir olacaqsınız. Təsadüfi bir yerdə əzan oxumaq-mal və pul itkisinə uğrayacaqsınız. Qonşunun damı üstündə əzan oxumaq-yaxın bir adamınızdan pislik görəcəksiniz. Çarşı və ya bazarda əzan çəkmək-yoxsulluğa düşəcəksiniz. Qadını əzan çəkməsi-ailə həyatında narazılığa yozulur. Mehrabda əzan çəkmək-səyahətə çıxmağa və sağ-salamat qayıtmağa işarədir. Hər hansı bir nəqliyyat vasitəsilə gedərkən əzan çəkmək-səfərə çıxacaqsınız. Gəmidə əzan çəkmək-iş yerində imkan yaranacaq və müşkülləriniz öz həllini tapacaqdır.
    ƏZMƏK-Röyada hər hansı bir şeyi ayaqla və ya əllə əzmək-düşmənlərəüstün gələcəyinizə yozulur.
    ƏZRAYIL-Böyük və uca mələklərdən olan Əzrayılı röyada mehriban, gülərüz görmək-yuxunu görən adam şəhadət və imanla vəfat edəcək. Əzrayıl hirsli görülərsə-röya sahibi tövbə etmədən öləcəkdir. Əzrayıl ilə görüşmək, ya da on aqalib gəlmək-xəstəlikdən qurtarmağa yozulur. Əzrayılı normal halda görmək-yuxu görənin Böyük Allahın sevimli və sadiq qulu olmasına, məqsədinə çatacağına, xeyirxah və yardınsevər adam olduğuna işarədir. Röyada Əzrayılın əlini öpən adam mirasa çatacaq. Əzrayılın sifətinin dəyişdiyini görmək-yuxu sahibinin xalq içində qədr-qiymətli, nüfuzlu olduğuna yozulur. Bu yuxunu görən xəstədirsə, öləcək.
    ƏYİLMƏK-Yuxuda bir adamın özünü əyilən, donqarlanan görməsi xeyrə yozulur, işləri yaxın vaxtlarda və gözlənilməyən bir şəkildə düzələcəyi anlamına gəlir.
    ƏYYUB-Röyada Əyyub peyğəmbəri görmək-qayğıya, narahatlığa, zəhmətə, xəstəliyə, yoxsulluğa və ehtiyaca yozulur. Bu sıxıntılara səbrlə qatlaşa bilsəniz, durumunuz düzələcək, əmin-amanlığa və xeyrə qovuşacaqsınız.
    ƏYLƏNCƏ-Röyada bir əyləncədə olmaq-böyük bir sevincdən sonra təkrar əvvəlki halınıza dönəcəyinizi bildirir.
    ƏKİZLƏR-Röyada əkiz övladı olduğunu görmək-işinizdə orta səviyyəli uğur qazanacaq, orta səviyyəli bir həyat tərzi keçirəcəksiniz.
    ƏKMƏK (çörək)-Yuxuda çörək yemək-xeyir və gözəlliklərlə dolu bir röya olaraq yozulur, yaxın zamanda istəkləriniz hasil olacaq deməkdir. Çörək kəsmək-ümidlərin boşa çıxacağına yozulur.
    ƏKMƏKÇİ (çörəkçi)-Röyada çörək satan görmək-ayağınızın altını eşən, sizə quyu qazmağa çalışan düşmənləriniz var.
    ƏKMƏK ÇEYNƏMƏK-Şəxsi həyatınızın iztirablar içində keçməkdə oluğuna işarədir.
    ƏKMƏK QABIĞI-Röyada çörək qabığı görmək və ya yemək xəfif bir kədərə və sıxıntıya yozulur.
    ƏL-Röyada gözəl əllər görmək-sənətin bir sahəsində uğur qazanacaqsınız. Qüvvətli və qüdrətli əllər-siyasətdə, idmanda, sənayə sahəsində uğurlar qazanacaq və böyük mövqelərə yüksələcəksiniz. Röyada görülən əllər röya sahibini qınayırsa, günahlandırırsa, o, bir müddət öncə xətrinə dəymiş olduğu həqiqi bir dostuyla dil tapmalı, barışmalıdır. Röyada görulən əl yuxu sahibinə qarşı öyücü, təqdiredici işarələr edirsə, o adam şan-şöhrətə çatacaq, çalışdığı firma, yaxud rəhbəri tərəfindən təqdir ediləcək vəzifədə irəli çəkiləcəkdir. Əllərinizi çirkin görmək-irəlidə çətinliklərlə qarşılaşacaq, lakin bu çətinlikləri zəkanızla yenərək zəfərə qovuşacaqsınız. Kəsik əllərə sahib olmaq-xəstəliyəç tutulacaqsınız. Əl yaxalamaq (yumaq)-eqois həyat tərzinə yozulur. İri və qüvvətli əllərə sahib olmaq-yaxınlarınızı məmnun edəcək dərəcədə çalışmadığınıza işarədir. Röyada əlləri və barmaqları itirmək-bir müddət işləriniz tərd gedəcəkdir. Qadının öz əllərini biləkdən qopmuş halda görməsi-evlənmə anlamına gəlir.
    ƏL ARABASI-Yuxuda əl arabası görənin, ya da onun yaxınlarından birinin səhhəti pozulacaq.
    ƏL QANDALI-Yuxuda əlinə qanda və ya zəncir vurulduğunu görmək-xeyrə yozulmur, məhkəmədə işi uduzmaq kimi mənalandırılır.
    ƏL YAZISI-Yuxuda çətin oxunan, qarma-qarışıq əl yazısı görmək-yol göstərməli olduğunuz adamlara məramınızı yetərincə anlada bilmirsiniz. Divarda və ya qara taxtada əllə yazılmış yazılar görmək-yaşayış intizamınızda dəyişiklik olacaqdır. Göydə tüstüylə yazılmış yazı görmək-gerçəkləşmək ehtimalı olmayan bir sıra fantastik istəklərdən və xəyallardan vaz geçməyiniz gərəkdir. Qabaliyyətiniz və imkanınız çatan, praktik nəticəsi olan işlərlə məşğul olmalısınız.
    ƏLƏK-Röyada ələk görmək və ya ələkdə un ələmək-əsli və əsası olmayan işlərlə həddən artıq məşğul olduğunuza və bu xasiyyətdən vaz geçməyin gərəkliyinə işarə sayılır.
    ƏLİ ƏBU TALİB (Həzrət Əli)-Röyada Həzrəti Əlini görmək ən xeyirli yozumlarla açıqlanır. Böyük bir müjdə və fərəhdən xəbər verir. Həzrəti Əlini evində görmək-yuxu görəni xeyirxah, yaxşı adam olduğuna və yaxın zamanda ummadığı, gözləmədiyi bir yerdə böyük yaxşılıq görəcəyinə yozulur. Yuxuda Həzrəti Əlini Qurani-Kərim oxuyarkən görəni cocuqları dərslərinədə böyük uğurlar qazanacaqdır.
    ƏLYAZMA-Gözləmədiyiniz birisindən maddi yardım alacaqsınız.
    ƏLSİLƏN DƏSMAL-Mənəvi təmizliyə işarədir.
    ƏLÜZYUYAN-Röyada əlüzyuyan görən adamın təmizliyi ifrat dərəcədədir və bu, onun çevrəsindəki adamların rahatlığını pozmaqdadır.
    ƏLCƏK-Sevincə və nəşəyə yozulur. Yırtıq əlcək-kədərə və üzüntüyə işarədir. Əlcək almaq-bir dostunuz tərəfindən ziyafətə dəvət ediləcəksiniz. Əlcək geymiş çoxlu adam görmək-tutduğunuz bir pisliyin cəzasın gec-tez çəkəcəksiniz.
    ƏMƏKÖMƏCİ-Yaxın gələcəkdə gözəl, ürəkaçan bir olayla qarşılaşacaqsınız.
    ƏNGƏL (maneə)-Divar, qapi, sədd, uçurum və ya hündür bir yer kimi aşılması çətin olan maneə görmək-röya sahibinin ən böyük istək və məqsədinə çatması deməkdir, bir çox çətinliklərə uğrayacaq, lakin sonda uğur qazanacaqdır.
    ƏNGİNAR-Ömrünüzü unutqanlıqla keçirib, işlərinizdə uğur qazana bilməyəcəyinizə yozulur. Ənginar bişmişsə, bir fəlakət xəbəri var deməkdir.
    ƏNCİR-Yuxuda təzə əncir yemək-xoş bir röya olub sevinc, evlənmək, rahatlıq və var-dövlətlə yozulur. Mövsümü keçdikdən sonra əncir yemək-qəmə-qayğıya və yoxsulluğza işarədir. Quru əncir-sərvətin artacağını; əncir ağacı-mənfəətli, lakinçox sərt və qəddar var-dövlət sahibi olan adamı ifadə edir. Röyada əncir yemək-xoş bir eşq macərasına da yozula bilir.
    ƏRİŞTƏ-Röyada əriştə şorbası içmək-mədənizin şox sağlam olduğunu xəbər verir.
    ƏRZAQ-Ərzaqla ilgili röyalar, bu cür yuxu görəni boğazını otardığına, gödən qulu olduğuna və bu səbəbdən də mədə rahatsızlığı keçirəcəyinə işarə sayılır.
    ƏSİR-Röyada əsir düşmək-başqasının malına göz dikməyə, borcunu inkar etməyə, yaxud ailə həyatında bədbəxtliyə işarədir.
    ƏSGƏR-Xeyrə yozulur. Böyük bir fürsət və imkana işarə sayılır.
    ƏSHABİ-KİRAM (möhtərəm adamlar)-Röyada Əshabi-kiramı görmək, Həzrəti Peyğəmbər əfəndimizin yaxınında bulunmaq-dinə bağlı olmağa, sünnəti-şəriflərin yolunu tutmağa və düşmənə üstün gəlməyə yozulur.
    ƏT-Yuxuda ət yemək yaxşı yuxulardan hesab olunur. İnsan əti yemək-çox fəna bir dedi-qoduya; qoyun əti-xəstəliyə və ya fəlakətə; quş əti isə-hansısa bir məqsədə, həvəsə yozulur.
    ƏTİR (cövhər)-Röyada gözəl ətirlərlə ətirlənmək yaxın bir səadətdən xəbər verir. Cövhər və ya gözəl ətir almaq-röya sahibini sevən birisi daima onu düşünməkdədir. Ətir almaq-evlənməyə də yozulur. Yuxuda ətir görmək, evlilər üçün xoşbəxtlik və uğur anlamındadır.
    ƏTİRŞAH-Röyada ətirşah çiçəyi görmək-mənəvi çirkablardan təmizlənərək normal yaşayışa başlamaq barədə gəldiyiniz qərarın doğru və yerində olduğunu göstərir.
    ƏFƏ (igid, qoçaq)-Mərdlik və igidlik kimi yozulur. Əgər əfə zeybək oyunu oynayırsa, yaxın günlərdə röya görənin başında bir toy-düyün, şənlik qurulacaqdır.
    ƏFLATUN (bənövşəyi rəng)-Xetrə yozulumur, bir rahatsızlıq olacağını xəbər verir.
    ƏHVALİ-RUHİYYƏ-Röyada gözəl və nikbin bir əhvalda olmaq-həyatda bir çox sürprizlərlə qarşılaşacaqsınız.
    ƏCƏMİLİK-Röyada əcəmicə bir iş tutulması, yəni naşı bir hərəkətə yol verilməsi-yuxu görənin fərəhli günlər ərəfəsində olduğuna yozulur.
    ƏCZA (dərman)-Bir könül macərasının başlanğıcı kimi yozulur.
    ƏCZAXANA-Yuxuda əczaxanaya girib dərman alan kişini əbəs yerə qınayacaqlar, yanlış suçlamaya məruz qalacaq. Gənc qadın üçün bu yuxu-yad kişilərlə dostluq etməyin zərərli olduğuna; yaşlı qadın üçün isə yüngül bir rahatsızlıqdan sonra halının yaxşılaşacağına yozulur.
    ƏCNƏBİ-Röyada başqa irqdən olan yad dilli yabancı görmək-çeşidli yozumlarla açıqlanır: Ətrafınızdakılar davranışınıza yanlış qiymət verməkdədir; Nəzərdə tutmadığınız bir səfərə çıxa bilərsiniz; Məmursunuzsa, çox yaxında bir işə təyin edilə bilərsiniz; Ailənizdən birisinin xoşbəxtliyini və toyunu görəcəksiniz; Şagird, yaxud tələbəsinizsə, kursu başa vurmaq imkanınız olacaq. Gənc qızlar üçün bu cür röya xeyirli qismətə, bəxtə yozulur.
    ƏŞYA GÖNDƏRMƏK-Röyada harasa bir şey göndərmək-yuxu sahibi davranışını, hərəkətlərini məqbul ölçülərə uyğunlaşdırmalıdır.
  8. Yazan: Sarsın
    No Avatar
    FABRİKA (zavod)-Cavan oğlanın özünü fabrikdə və ya zavodda işləyən görməsi-başqalarının öyrətməsi və təhriki ilə tutacağı işdən peşman olacağına işarədir. Gənc qadın üçün bu röya onun hədiyyə olaraq xoşuna gələn bir geyim əşyası alacağına; yaşlı adam üçün isə-öhdəsinə düşən işi yaxşı nəticəylə başa vuracağına yozulur.

    FABRİK (zavod) SAHİBİ-Yeni bir iş təşəbbüsündə olmaq anlamına gəlir.

    FAİZ (sələm)-Faiz (sələm) ödəmək-istəmədən günaha batacaqsınız. Faizlə (sələmlə) pul almaq-birisi tərəfindən öyrədilib yoldan çıxarılacaqsınız.

    FAKİH (şəriət bilicisi)-Fikh elmini, xüsusən də, şəriəti yaxşı bilən bir adamı yuxuda görmək-dərrakəyə, zəkaya, işgüzarlığa, elm və texnikanı dərindən öyrənmək həvəsinə yozulur. Fakih görmək, bəzən daxili təmizliyə, imanın təzələnəcəyinə; əgər röya sahibi ası və günahkar bir adamdırsa-tövbə və istiğfar ilə haqq yoluna dönəcəyinə; cahildirsə-yenidən doğru yolu bulacağına; kafirdirsə-müsəlman olacağına işarədir. Hədisi-Şərifdə Rəsulullah Sallallahu-əleyhi-vəssəlam əfəndimizin buyurduğu kimi, şəfii məzhəbində olan birisi başqa bir məzhəbə keçdiyini görürsə, onun istədiyi yerə getməsinə müsaidə edilir, yaxud başqasından borc pul almağa yozulur. Eyni zamanda, onun bir qadını qoyub başqa bir qadınla evlənəcəyinə işarə sayılır.

    FAKTURA (haqq-hesab kağızı)-Yuxuda faktura yazmaq-ticarət meydanında mövqe əldə edərək xeyli pul qazanacağınıza işarədir.

    FALA BAXMAQ-Falçı-boş və qeyri-real işlərlə aldanan və aldadan, gerçəyi bilmədiyi halda, düşünmədən “bilirəm” deyə ətrafdakıları çaşdıran, məşğul edən bir adamdır. Röyada özünün falçı olduğunu görmək-hamı üçün xeyrə yozulur. Yaxud münəccim və ya kahinlərin özlərinə xas ifadələrlə danışan görmək-röya sahibinin həyatda boş şeylərlə məşğul olduğuna, aldanmağa və qürura yozulur.

    FALAQQA-Hiyləgərliyə məruz qalacaqsınız.

    FALÇI-Az müddət içində bəzi xırda-para sıxıntılarda qurtulacaq və fərəhə, şadlığa qovuşacaqdır.

    FANER-Yuxuda faner görmək-birisinin öz yalanlarıyla sizi qandırıb çaş-baş salacağına işarə sayılır.

    FARSCA DANIŞMAQ-Röyada özünü farsca danışan görmək-hadisələri bir az mübaliğəli qiymətləndirmək, şişirtmək anlamına gəlir.

    FARFOR (çini)-Röyada farfordan düzəldilmiş bir əşya görmək-köhnə tanışlardan biri röya sahibinə böyük miqdarda maddi yardımda bulunacaqdır.

    FATEH-Röyada Konstantinopolu fəth edən Fateh Sultan Mehmet xanı görmək-şan-şöhrət və uğur bəlirtisidir. Bu röyanı görən adamın bəxti açılacaqdır.

    FATİMATÜZZƏHRA-Həzrəti Məhəmməd peyğəmbərimizin kərimeyi-möhtərəməsi Fatimatüzzəhra ananı röyada görmək-ailənizi itirəcəyinizə yozulur.

    FAHİŞƏ-Bəxtin qapıları üzünüzə açılacaq və hamı tərəfindən sevilən bir adam olacqsınız.

    FƏVVARƏ-Röyada fəvvarə-halal mala, uzun ömrə və rifaha işarədir. Fəvvarədən su içmək-rəsmi qaydada xəzinədən pul almağa; fəvvarəyə su doldurmaq-borcları ödəməyə; fəvvarədən su götürmək-rəsmi bir müqaviləyə girişib onu uğula başa vurmağa yozulur.

    FƏQİR (dilənçi)-Röyada özünü fəqir, kasıb görmək-yuxu sahibi zənginləşərək və ayəti-cəliləyə görə, əli ruziyə, çörəyə yetişəcəkdir. Özünü kasıblıq üzündən dilənən görmək-mənəvi zənginliyə yozulur. Bir yerdə çoxlu dilənçi görmək-varlı bir adamın vəfatına, günahların bağışlanmasına və sədəqəyə işarə sayılır. Yuxuda bir nəfərin röya sahibinə nəsə verməsi-onun zəhmətsiz mala sahib olacağına yozulur, belə ki, dilənçilik-heç bir sərmayə və kapitala ehtiyac duyulmadan əldə edilən bir ticarətdir.

    FƏLAKƏT-Röyada fəlakət tərsinə yozulur. Yuxuda başınıza bir fəlaktə gəldiyini görsəniz, bilin ki, yaxın dostlarınızdan biri tezliklə vəzifədə irəli çəkiləcəkdir. İş həyatında bir fəlakətlə qarşılaşdığını görmək-işləriniz düzələcək və çox yaxşı inkişaf edəcəkdir.

    FƏLLAH (qaraşın adam)-Yuxuda bir fəllah, yəni ərəb görmək-tezliklə xoş xəbər alacaqsınız.

    FƏNALIQ (pislik, ziyankarlıq)-Röyada kiməsə pislik etmək-təhlükəyə və əndişəyə işarədir. Tanış bir adama pislik etməyi planlaşdırmaq-kədər və iztirablarınız uzun müddət sizi tərk etməyəcəkdir.

    FƏNƏR-Röyada yanan əl fənəri görmək-təhlükəli bir gəzintiyə çıxacaqsınız. Sönmüş əl fənəri-uzun müddət kədər və iztirablardan qurtula bilməyəcəksiniz. Küçə fənəri-boş və faydasız işlərə baş qoşmağa işarədir. Maşın fənəri (farası)-röyada uzaqdan görünən avtomobil işığı-ağır gününüzdə bir dostunuzdan böyük yaxşılıqlar görəcəyinizə işarədir.

    FƏRAT ÇAYI-Röyada Fərat çayından su işmək-bolluğa qovuşacaqsınız. Fəratı qurumuş görmək-böyük dövlət adamlarından birinin vəfat edəcəyinə yozulur. Fəratdan su içmək, eyni zamanda, dinə bağlılığa, namaz və ibadətin davamlılığına, röya sahibinin aza da qane olduğuna işarə sayılır.

    FƏRAÇƏ (geyim)-Könül arhatlığına və bolluğa yozulur.

    FƏRYAD-Röyada qorxudan dolayı fəryad etmək-rahatlığa, sevincə qovuşacaqsınız. Səksənərək fəryad etmək-ayəti-cəlilədən də anlaşıldığı kimi, gözəl iman, əmin-amanlıq, rahatlıq və asayiş anlamına gəlir. Ancaq röya sahibinin fəryad və fəğanına səbəb hansısa bir adam və ya öz nəfsidirsə, bu-onun qüsurlu və xətakar bir şəxs olduğuna işarədir.

    FƏS-Röyada başa fəs geymək-kədərə və üzüntüyə; fəsi başdan çıxarmaq-sıxıntı və üzüntüdən qurtulmağa dəlalət edir (qərbli röya təbirçilərinə görə, başa fəs geymək-Misirə və ya digər ərəb ölkələrinə səyahətə yozulur).

    FİDAN-Övladınızın xeyrini görəcək, bol qazanc əldə edəcəksiniz.

    FİDAN ƏKMƏK-Yuxuda əkilən fidanın tumurcuqlarını görmək-varlı bir ailəyə gəlin (və ya kürəkə) olacaqsınız.

    FİZİKA-Röyada özünü fizika elmi ilə məşğul olan görmək-hər mənada üstün səviyyəli bir iş adamıyla uöurlu əməkdaşlığa başlayacaqsınız.

    FİL-Röyada fil-heybətli, möhkəm bədənli, sərt, böyük gücə malik savaşçı adama işarə sayılır. Filə minmək və ya birisinin filə üstün gəlməsi-onun hökumət adamları və dövlət başçısıyla yaxın əlaqəsinin və bu səbəbdən də yüksək bir məqama çatacağını bildirir. Bu cür röya görən xoşbəxtlik və var-dövlət içində uzun ömür sürəcəkdir. Filin bir tərəfini parçalamaq-röya sahibi hökumət tərəfindən bir bəlaya düçar olacaq, xəstədirsə-vəfat edəcək. Gündüz olduğu kimi filə minmək-zülmə, qəddarlığa yozulur. Yəhərli filə minmək-röya sahibi ticarət adamıdırsa, qazancı artacaq. Yuxuda filin xortumuyla sizi vurması-xeyrə və nemətə qovuşacaqsınız. Fil gübrəsi (peyini) almaq-aldığınız qədər zəngin olub fərəhə qovuşacaqsınız. Fil-dindar, şərəfli bir insan olduğunuzu və ya zəhmət və çətinliklərə qarşı barışmaz mübarizə aparacağınızı xəbər verir. Son nəticə sıxıntı və çətinliklərdən qurtulmuşdur. Fildən qorxduğunu görmək-xəstəliyə; filin ayaqları altında qalmaq-ölümə işarədir. Qadınlar fili nə şəkildə görür-görsün bu röya onlar üçün xeyrə əlamət deməkdir. Fili danışan görmək-xeyrə əlamət sayılır, hökumətdən böyük fayda görəcəyinizi bildirir. Fil əti yemək-dövlətdən mal, sərvət əldə edəcəyinizi göstərir.

    FİL DİŞİ-Fil dişindən hazırlanmış bəzək-düzək şeyləri görmək-çox xeyirli röya olub, bəxt açıqlığı deməkdir.

    FİLM ÇƏKMƏK-Filmçəkmək və ya özünü bir filmdə rol oynayan görmək-ehtiraslı arzunuzun və şöhrətinizin gerçəkləşəcəyini xəbər verir.

    FİLOSOF-Röyasında filosof görən adam çevrəsindəki xain qəlbli iftiraçılardan mütləq özünü qorumalıdır.

    FİNCAN-Az da olsa, bir şeydən faydalanacağınıza yozulur.

    FİRON-Röyada Misir fironlarından biriylə tanış olduğunu görmək-elm sahəsində qazanılacaq uğura işarədir.

    FİRUZƏ-Aşiqlər üçün bu mavi daşı yuxuda görmək çox xeyirlibir yuxu olub, qarşılıqlı xoşbəxtliyi xəbər verir. Gənc qız firuzə daşını görərsə və bu daşdan hazırlanmış bir hədiyyə üzük alarsa, bəyəndiyi və çox sevdiyi bir cavanla evlənib xoşbəxt həyat quracaq. Evli qadını firuzə daşını görməsi və ya bir bəzək əşyası alması-ərinin onu çox sevdiyinə və sadiq olduğuna yozulur.

    FİT (fışqırıq) SƏSİ-Röyada fit səsləri çeşidli yozumlarla aşıqlanır. Belə ki: Gecə vaxtı eşidilən fit səsi-xeyrə yozulmur. Ucadan çalınan cingiltili fit səsi-röya sahibi gözlənilmədən pul itirəcəkdir. Astadan çalınan fit səsi-röyanı görən yaxınlarına qarşı daha nəzakətli və anlayışlı davranmalıdır.

    FİTNƏ-Yuxuda adamı yoldan azdıran fitnə-fəsad görmək-ayəti-cəliləyə görə, var-dövlətə və övlada yozulur.

    FİŞƏNK (benqal fişəngi)-Şən və nəşəli günlərin başlandığına yozulur.

    FIRIN-Bolluq və könül rahatlığı anlamına gəlir. Fırından isti çörək çıxdığını görmək isə parlaq gələcək deməkdir.

    FIRTINA-Röyada fırtına görmək-yaxın vaxtlarda şaşırdıcı bir xəbər, ya da olayla qarşılaşacağınıza işarə sayılır. Əgər yuxuda fırtına ilə birlikdə yağmur da görülmüşsə, bu cür röyalar bol qazanca yozulur.

    FIRFIRA-Xeyrə yozulmaz, xəstəliyə və can sıxıntısına işarədir.

    FIRÇA (şotka)-Hansı növdən olur-olsun, röyada fırça görmək-qarşıda yüksək mövqe sahibi olacağınıza işarədir. Yuxuda şotka ilə paltar təmizləmək-son zamanlar çəkdiyiniz sıxıntılardan artıq qurtulmaq üzrə olduğunuzu bildirir.

    FISTIQ-Bir qadın yuxusunda fıstıq görərsə, yaxın zamanda hamilə olacaq. Kişi bu yuxunu görərsə-səfərə çıxacaq.

    FLANEL GEYİM-Karlı bir alış-veriş işinə girişəcəksiniz, ancaq sizi bir qəlb acısı da gözləyir.

    FLEYTA-Röyada fleyta və ya qaval səsi eşitmək-yaşayışınız xoşbəxtlik və razılıq içində keçəcək, hər cür maliyyə çətinliklərindən uzaq olacaqsınız. Röyada fleyta və ya qaval çalmaq-istər artistlik, istər elm, istərsə də ticarətdə bağlı olsun, hansı sahədə işləyəcəksinizsə, o səhədə uğurlar qazanacaqsınız. Qırıq fleyta və ya qaval-yaxın gələcəkdə bir dostunuzu itirəcəyiniz güman olunur.

    FOTOQRAFÇILIQ-Röyada fotoqrafçılıq etmək-gözləmədiyiniz halda ən yaxın dostlarınızdan və ya qohumlarınızdanbir tərəfindən aldadılacaqsınız. Şəkil çəkdirmək-heç də hamıya inanmayıb etimadsızlıq göstərməkdə haqlı olduğunuza işarədir.

    FRAK-Röyada frak geydiyini görən adam mənasız yerə vas0vası və şübhəçidir.

    FRANSA-Yuxuda Fransaya getdiyini görən adamyeni eşq macəraları ərəfəsindədir.

    FÜRSƏTİ ƏLDƏN VERMƏK-Röyada fürsəti əldən verən adam elə ertəsi gün böyük bir fürsət qazanacaq, amma bu fürsətdən yararlana bilməyəcəkdir.
  9. Yazan: Sarsın
    No Avatar
    GAHI (bitki)-Çox ehtiraslı və doymaq bilməyən birisiylə tanış olacaqsınız.

    GEYİK (maral)-Yuxuda geyik və ya geyiklərlə dolu heyvanat bağı görmək çox gözəl bir röya olaraq yozulur. Bu röya gənc bir oğlanı bəxtiyar edəcək xoş macəraya işarədir. Röya sahibi tacirdirsə-qzancı artacaq; məmurdursa-vəzifəsi böyüyəcək və yüksək məqama yatişəcəkdir. Gənc qız üçün bu yuxu-arzu və diləklərin gerçəkləşəcəyi anlamına gəlir. Geyik (maral) ovlamaq isə xeyrə əlamət sayılmır.

    GEM (yüyəndə atın ağızlığı)-Röyada gem görmək-sənət adamı üçün mal mənasında çətinlik anlamına gəlir. Eyni zamanda, gem-hökmdar və ya dövlət başçısının əmrinə zidd gedən mehtər, ilxıcı mənasında da yozulur. Yuxuda qəşəng yəhərlənmiş, yuyələnmiş ata minmək-bir vilayətdə vali olacaqsınız deməkdir. Öz ağzına gem vurulduğunu görmək-pis sözlərdən dilini saxlamağa işarədir. Əgər röya sahibi başqasıyla mühakimə və dava vəziyyətindədirsə, ona qarşı dəlil və sənədlərin boş və tutarsız olduğunu göstərir. Atın geminin kəsildiyini görmək-xidmətçinin namus və ya malını qorumağa, yaxud zəkata yozulur. Yuyənin atın başından düşdüyünü və əlindən çıxdığını görmək-röya sahibi işlərində təlaş içindədir, yaxud da arvadının ona haram olmasına və ya oruc tutmağa yozulur.

    GENBALAQ ŞALVAR-Bu röya hamı üçün izdivaca və gözəl bir ailə ocağı qurmağa, zənginliyə; röya sahibi məmurdursa-onun böyüyüb vali olacağına yozulur. Yuxuda şalvar görmək, eyni zamanda, könül rahatlığına da işarə sayılır.

    GENERAL-Yuxuda general görmək, yaxud özünün general olduğunu görmək-yaxın zamanda böyük və şərəfli mövqeylərə çatacaqsınız.

    GENERATOR-Yuxuda generator görmək-Röya sahibi gözlənilmədənə və gözlənilməz bir olay səbəbiylə öz işində yüksələckdir. Röyanı görən qadınsa-oğul sahibi olacaq.

    GEOLOQ-Yuxuda geoloq görən adam yaxın zanamda iftiraya uğrayacaqdır.

    GEOLOGİYA-Röyada geologiya elmiylə məşğul olduğunu görən adamın başından dadlı bir eşq macərası keçəcəkdir.

    GEROİN-Röyada geroin qəbul etdiyini görən adam son günlər bpöyük bir xəyal aləmi içərisindədir.

    GECƏ-Bu röya sıxıntıya, qəmə-qyğıya, kədərə yozulur.

    GECƏYARİSİ YAMƏYİ-Röyada gecəyarısı yemək yemək-çox nəşəli və dostanə şəraitdə keçəcək bir ziyafətə dəvət ediləcəksiniz.

    GƏVƏZƏ ADAM-Röyada gəvəzə adam görən gözləmədiyi bir adamdan yaxşılıq, bir başqasından isə pislik görəcəkdir.

    GƏZİNTİ-Dostlarla gəzintiyə, səfərə çıxmaq-gəlirli bir işi, təkbaşına gəzinti isə-yabancı bir məmləkətdə uğur qazanacağına işarədir.

    GƏLİN-Röyada gəlin olduğunu görmək-yaxşı və gəlirli işlərə girişəcəyinizə işarədir. Bir gəlin görmək-əlinizə pul və mal-dövlət keçəcəkdir. Bakirə qızın röyada gəlin olduğunu görməsi-yaxın gələcəkdə o, muradına, niyyətlərinə qovuşacaq, məsud və bəxtiyar olacaqdır. Gəlinlə adaxlını bir yerdə sevişən, bir-birinə şirnikən görmək-hər kəs üçün böyük miqyaslı şöhrətə yozulur. Qızlar üçün-ərə getməyə; oğlanlar üçün-xeyirli və xoşbəxt bir yuva qurmağa işarədir.

    GƏMİ-Gözəl və əyləncəli bir gəzintiyə işarədir.

    GƏMİ BATMASI-Röyada gəmi batdığını görmək-xeyirli və mənfəətli bir işə başlayacaqsınız. Gəmi batarkən fit səsi eşidilmişsə, gəlir lap çox olacaq deməkdir. Dəniz qəzasında gəminin batdığını görmək-qurduğunuz xəyalları, əməlləri heç vaxt həyata keçirə bilməyəcəyinizə işarədir. (Eyni zamanda, hər dürlü fəna hərəkətlərə meyilli olduğunuz və bu kimi uyğunsuzluq, özünüzə zərər gətirən iş və hərəkətlərdən sakınmanın gərəkliyini göstərir).

    GƏMİ DORU (dor ağacı)-Uzaqdan dor ağacı görmək-gözləmədiyiniz bir vaxtda çox uzaqlardan qonağınız gələcək. Gəmi qarmağı-bir çoxlarının sizi aldadacağına işarədir.

    GƏNC QIZ-Röyada gənc qız görmək-bir qəzla tanış olub dostluq quracağınızı göstərir (Yuxuda gənc qızlarla tanışlıq və dostluq çox gözəl, bəxtiyar və məsud bir həyat sürəcəyinizə, möhkəm səhhətə və afiyətə qovuşacağınıza dəlildir).

    GƏNCLİK-Röyada yaşlı bir adamın özünü cavanlaşmış görməsi-sağlam və uzun ömrə, eyni zamanda, bir çox çətin işləri asanlıqla yoluna qoyacağınıza işarədir.

    GƏRDAN-Şux bir qadının gərdanını yuxuda görmək-cinsi baxımdan təminsizlik şəklinə yozulur.

    GƏRDƏK-Yuxuda gərdəyə girmək-sonu göz yaşıyla bitəcək bir hadiənin başlanğıcı kimi yozulur.

    GƏRGƏDAN-Röyada bir çirkin heyvanı görmək-üzvü olduğunuz ictimai və sənaye dairələrində son dərəcə nüfuzlu bir adam səviyyəsinə yüksələcəksiniz.

    GİBS-Yuxuda gibs görmək-uğurlu bir işə, yeni bir əşya, ya da paltar əldə edəcəyinizə, ümumiyyətlə, sevinc, şadlıq anlamına gəlir.

    GİL-Röyada gil-işdə uğursuzluğa və üzüntülü günlərə işarə sayılır.

    GİLAS-Röyada gilas ağacı görmək-röya sahibini və onun yaxınlarının xoşbəxt günlər yaşayacağına, səhhətinin, sağlamlığının tamamilə düzələcəyinə, işlərində uğur qazanacağına yozulur.

    GİRDAB (burulğan)-Yaxın vaxtlarda bir təhlükəylə qarşılaşacağınıza işarədir.

    GİRİŞ – Röyada bir binaya, mağazaya, bağçaya və s. giriş qapısını görmək-bu röyanı görən adam bir çox həyati məsələləri yoluna qoymaq zorunda qalacaq və zövqü-səfa ardınca getməkdn vaz keçməyincə, sistemli sürətdə çalışaraq öz səriştə və bacarığını daha da artırmayınca bu mühüm məsələləri həll edə bilməyəcəkdir.

    GİROV-Yuxuda bir yerdə girov olaraq saxlandığını görən adamın günahları çoxdur və pis işləri səbəbindən cəhənnəm həbsində olacaqdır. Bir əşyanı girov olaraq yanında saxladığını görən adam bnaşqasına zülm edər.

    GİTARA-Röyada gitara çalmaq-artistik qabiliyyətlərə malik olduğunuza işarədir. Sənətinizi dəyişdirsəniz belə, bu yetənək və qabiliyyətinizi inkişaf etdirməniz məsləhətdir. Yuxuda gitara səsi eşitmək-poçt vasitəsiylə çoxdan intizarında olduğunuz xəbəri alacaqsınız.

    GİCİTKƏN-Röyada gicitkən görmək-bəxtin aşıqlığına və çoxlu pul qazanmağa işarədir. Ancaq bəzi yozucular yuxuda gicitkən görməyi pis xəbərə də yozurlar. Gicitkəndən hazırlanmış xörək yemək isə, ümumiyətlə, bəd xəbər kimi mənalandırılır.

    GÖBƏK-Yaşayışınızı təmineən ən yaxın adama, həyat yoldaşına, yaxud da öhdəliyə, mərifətə, sənətə işarə sayılır. Göbək, bəzən röya sahibinin arvadına, xidmətçisinə və ya oğluna da yozula bilər. Göbəyində pis və çirkin bir şeyin olduğunu görmək-yuxarıda deyildiyi kimi, anaya, ataya, yaxud da mala uyğun gəlir. Göbəyin açıldığını görmək-yuxu görən xəstəridsə, vəfat edəcək. Əliylə göbəyini açmaq-anbara ehtiyac üçün yığılmış buğda və ya arpa işlənib sərf ediləcək. Göbək-sirrə və sevincə, gizli işlərə də yozulur. Yuxuda göbəyinin iki olduğunu görən adam iki gözəl qadınla evlənəcək. Göbək, eyni zamanda, kişinin arvadı, oynaşı anlamına gəlir. Göbəyində çirklilik, fəna bir hal və ya ağrı hiss etmək-ərə (arvada) işarədir. Röya sahibinin ata-anası yoxdursa bu yuxu övladlarına yozulur. Göbəyinin ağrıdığını görən adam anasını və atasını itirəcək, yaxud da atasının olduğu şəhərdən uzaq düşəcəkdir. Qürbətdə bulunan bir kimsə bu cür yuxu görərsə, öz vətəninə dönəcəkdir.

    GÖBƏLƏK-Yuxusunda göbələk görən adam bəzi yanlış təşəbbüslərə girişibdir.

    GÖZ-Yuxuda kimsə gözlərini çəkmədən diqqətlə sizə baxırsa, yaxud da bir cüt sizə dikilərək ətrafınızda dolaşarsa, bu röya cavan oğlan üçün iş eşq həyatında onu izləyən qorxulu bir qəribin olduğunu göstərir. Röya sahibi orta yaşlı adamdırsa, işlərində və haqq-hesabında daha diqqətli hərəkət etməlidir. Gənc qadın belə yuxu görərsə, lovğalığı üzündən başqalarının məsxərəsinə məruz qalacaqdır. Yaşlı qadınlar üçn bu yuxu-onların dost-tanış və qohumları haqqında dedi-qodu yaydıqlarına işarə sayılır.

    GÖZ QAPAĞI-Himayə və mühafizəyə yozulur. Göz qapağının kənrlarını çox gözəl və parlaq görmək-dininin gözəl və bütöv olmasına yozulur. Hər iki göz qapağının gözəlliyi və bəyazlığı-röya sahibinin başına, gözünə və qulaqlarına düşəcək xəstəliyi xəbər verir.

    GÖZ YAŞI-Röyada görülən isti göz yaşı-qayğı və kədərə, soyuq göz yaşı-sevincə yozulur.

    GÖZ MUNCUĞU (nəzərlik)-Röyada at nalı, göz muncuğu, uzərlik otu, göhnə ayaqqabı kimi bəd nəzərdən qorunmaq üçün istifadə olunan şeylər görmək-bir-birini izləyən xoş müjdəli xəbərlərə yozulur.

    GÖZƏLLİK-Röyada çox gözəl əşya və geyimlər görmək-arzusunda olduğunuz bir çox əşya və paltarı satın almaq imkanı əldə edəcəksiniz.

    GÖZƏTÇİ-Yuxuda gözətçi görmək-qüvvət və qüdrətin artacağını xəbər verir.

    GÖZÜAÇIQ ADAM-Gözüaçıq, bacarıqlı bir adamı yuxuda görmək-hər hansı bir tasadan (təklükədən, narahatlıqdan) qurtularaq sevincə və nəşəyə qovuşacaqsınız.

    GÖY (səma)-Röyada aydın və masmavi bir səma görmək-sonsuz sevinc və səadətə yozulur. Buludlu göy-hər hansı bir hadisə üzündən çox kədərlənəcəksiniz. Göy gurultusu eşitmək-ruhunuzu dərin kədər və iztirablar saracaqdır. Od kimi qızarmış səma-yaxın vaxtlarda həyatınızda mühüm dəyişiklər olacaqdır. Göyə çıxmaq-yüksək bir mövqeyə çatacaqsınız. Göy üzndən yerə düşmək-iş həyatında bir sarsıntı keçirəcəyinizə işarədir.

    GÖY QURŞAĞI-Yuxuda göy qurşağı görmək-təşəbbüsündə bulunduğunuz bütün işlərdə müvəffəq olacaqsınız, arzu və əməlləriniz həyata keçəcəkdir. Göy qurşağında sarı rəngin görülməsi-xəstəliyə işarədir. Qırmızısı çox görünərsə-müharibə və qan tökülməsinə əlamətdir. Yaşılı çox görərsə-ucuzluq olacağına, bolluğa və bərəkətə yozulur. Göydən yerə doğru dik sallanmış və tamamilə qırmızı rəngli göy qurşağını müşahidə etmək-dövləyinizin, millətinizin şərəf və etibarı daha da yüksələcək, ailənizdə səadət, xoşbəxtlik hökm sürəcəkdir.

    GÖYƏÇİN-Röyada bir və ya çoxlu göyərçin görmək-birisinə dərin bir eşq və məhəbbətlə baölanacaqsınız. Göyərçin bəsləmək-bir çox işlərdə yanılacaq və xətalara düşəcəksiniz. Göyərçinlərin uçduğunu görmək-sizin üçün döyünən bir qəlbin varlığını göstərir. Göyərçin öldürmək-fəna və qara xəbərə yozulur.

    GÖYRÜŞ AĞACI-Yaxın adamlar bir toplantıya yığışacaq və mühüm qərarlar çıxaracaqlar.

    GÖL-Röyada gölə girən adam hiylə ilə aldadılacaqdır.

    GÖRÜŞ-Röayda görüş vəd etdiyiniz adamla gecikmədən, deyildiyi vaxtda görüşmək-sevincə və nəşəyə işarədir. Görüşə gecikərək dostunuzu gözlətmək-yeni bir kədərlə qarşılaşacaqsınız deməkdir.

    GÖSTƏBƏK-Qara niyyətli bəzi adamların röya sahibinə qəsd hazırladığı anlamına gəlir.

    GURULTU (hay-küy)-Yuxuda bir çox adamın hay-küyünü eşitmək, fəqət nə danışdıqlarını anlamamaq-röya sahibi cavan oğlandırsa, bir təklif alacaq, lakin o təklifin ətraflı götür-qoydan sonra qəbul edilməsi məsləhətdir. Orta yaşlı adam üçün bu yuxu-imzalamağa verilən hər sənədidiqqətlə incələməyin gərəkliyini göstərir, əks təqdirdə, davranışı onu özü üçün fəlakətli ola bilər. Gənc bir qadının bu cür yuxu görməsi-gəvəzəliyi üzündən məsxərəyə qoyulacağına işarədir. Yaşlı qadın üçün-dedi-qodu olacağını xbər verir.

    GÜBRƏ (peyin)-Heyvan pisliyi xeyrə, var-dövlətə yozulur.

    GÜZGÜ-Röyada güzgüyə baxmaq-yeni dostlar və yoldaşlar qazanacağınızı göstərir. Güzgünün sınması pis xəbər anlamındadır. Əgər güzgüdə heç nə görünmürsə, belə yuxu xəstəliyə yozulur.

    GÜYÜM (bardaq)-Su güyümü-xidmətçiyə işarə sayılır. Güyüm suyla doludursa, çalışqan; boşdursa-tənbəl qulluqçu və uşağa yozulur.

    GÜL-Röyada sevdiyiniz və qoxuladığınız gül çox yaxşı yuxu olub xeyrə yozulur. Birinin yuxuda gül toplaması-vaxtının boş keçəcəyinə, murad və məqsədinə çatacağına, çox xeyirli xəbərlər alıb sevinəcəyinə işarədir. Əgər gül mövsümü deyilsə, bu yuxu xəfif bir rahatsızlıq anlamına gəlir. Toplanan gülün rəngi qırmızı isə-qızıla; bəyaz isə-gümüşə; sarı isə-xəstəliyə əlamət sayılır.

    GÜL-Hər kəs üçün pul və xoşbəxtlik müjdəsidir. Aşiq bir qadın röyada gül görmüşsə, sevdiyinə qovuşacaq.

    GÜL DİBÇƏYİ-Röyada gül dibçəyi görən adam gözəl və cavan bir qızla evlənəcək; evlidirsə-qazancı bol olacaq.

    GÜL YAĞI-Gülab kimi gözəl qoxulu gül yağı, yaxud gül suyu almaq, istifadə etmək-nemətə, fərəhə və xeyrə əlamət sayılır.

    GÜL KƏLƏM-Alacağınızı çətinliklə də olsa, əldə edə biləcəyinizə işarədir.

    GÜLMƏK-Səhər-səhər yuxudan gülərək oyanmaq-çoxlu pul və xoşbəxtliyin gələcəyini xəbər verir. Bir zarafata gülmək-sevincə, mala və zənginliyə qovuşmağa yozulur.

    GÜMÜŞ-Röyada gümüş-toplanmış mala; pula çevrilmiş gümüş-bəyaz və çox gözəl bir qadına yozulur. Gümüş mədənindən gümüş çıxarmaq-röya sahibi bir qadınla hiyləgər oyun oynamaqdadır. Çıxarılan gümüş çoxdursa, bu yuxunu görən adam böyük bir dəfinəyə qovuşacaq. Biri yuxuda gümüş əritdiyini görərsə, arvadı ilə qovğa edərək dilə-dişə düşəcək. Gümüşdən düzəldilmiş bəzək-düzək şeyləri və bu cür əşyalarin yuxuda röya sahibinə verilməsi-qiymətli daş-qaş bir əmanət və ya ərmağan kimi onun ixtiyarına buraxılacaq. Gümüş güzgünün yozumu da eyni biçimdədir. Əgər güzgüyə baxılmışsa, yüksək bir məqam sahibindən röya sahibinə çirkin bir əməl toxunacaq, çünki gümüş aynaya baxmaqda xeyir yoxdur. Torpaq altında gümüş mədəninin içinə girərək xam maddə tapmaq-röya sahibinin arvadı onu aldadır və hiylə gəlir. Gümüş və qızıldan yapılmış tabaq və çanaqlar-ticarətə və cənnətə yozulur. Gözəl və qiymətli tabaqların pis tabaqlarla bərabər görülməsi-fəsada, yanlışlığa və röya sahibinin saplanıb qaldığı bir şübhəyə işarədir. Gümüşlə süslənmiş yəhər və qılınc-düşməni qaçırmağa, həsədçi və paxıl adamları qəhr etməyə, qələbəyə yozulur. Röyada kiməsə gümüş kasa və ya zərf içində gümüş pul verdiyini görən adamın yanında bəzi qiymətli mallar və daş-qaş əmanət kimi qoyulacaq. Gərək o, Allahdan qorxaraq həmin əmanəti sahibinə qaytarsın. Bu əmanəti başqa birisinə vermək-röya sahibi sirkərini o adama açacaq deməkdir.

    GÜNDILİK QAZANC (muzd)-Röyada birisinə gördüyü işin müqabilində muzd ödəmək-xetirxahlığa; bir iş görüb əvəzində haqqını almaq isə-qazancınızın düzələcəyinə yozulur.

    GÜNDÜZ-Röyada gündüz olduğunu görmək-hər dürlü qayğı və tasadan qurtuluşa, əyin-başı təzələməyə, gözəl bir işə, sevimli övlada, işlərin aşıqlığına, gizli və qapalı şeyləri kəşf edib aydınlaşdırmağa, zindandan azad olmağa, qürbətdə olan adamın qayıdışına, uğura yozulur.

    GÜNƏŞ-Röyada görülən parlaq və qaynar günəş-böyük hökmdar və xəlifə, möhtərəm bir ata, qızıl, yüksək çinli komandir, yaxud gözəl qadın anlamına gəlir. Özünü günəşə döndüyünü görmək-röya sahibi günəşin işıq və parlaqlığı qədər böyük bir mülk sahibi olacaq. Özünü günəşə yapışan, ilişən görmək-bir mövqeyə yetişəcək və ya yardımçılardan xeyir görəcəkdir. Zəncirdən sallaşaraq günəşə çatmaq-bir vilayətə vali təyin ediləcək və oranı ədalətlə idarə edəcəksiniz. Günəşə yaxın olmaq-hökumətdən mal, nemət və yardım alacaqsınız. Gündoğandan günbatana qədər bütün yer üzünün günəşinn işığına, nuruna boyandığını görmək-röya sahibi öz işinin ustasıdırsa, şöhrəti dünyanın hər yerində yayılacaqdır. Röyada günəşdən güc-qüvvət almaq-böyük hökmdar və hökumətdən qüvvət və qüdrət almağa yozulur. Əgər röya sahibi ordunun baş komandiridirsə, hökumətin himayəsində keçinəcəkdir. Sadə xalq nümayəndəsi üçün bu röya-bol ruziyə və halal mala işarə sayılır. Qadın üçün-ərindən sevindirici bir ərmağan alacağına yozulur. Gün işığının öz evinə düşdüyünü görən kişi evlənəcək; qadın isə böyük bir sərvətə qovuşacaqdır. Əgər bu röyanı görən tacirdirsə, alış-verişındə çoxlu qazanc əldə edəcəkdir. Gün işığı-hökmdar və ya padşahın böyüklüyü və adilliyi deməkdir. Günəşlə danışdığını görən adam hökumət tərəfindən yüksək bir məqama qaldırılacaq. Ayın danışması da belə yozulur. Günəşin bir yürdə çıxıb başqa yerdə batdığını görmək-röya sahibi hərbi işdədirsə, orda o, əziz və möhtərəm adam kimi seviləcək. Hərbdə deyilsə-bir bilgi və sənət sahəsində uğur qazanacaqdır. Günəşi başının üstündə görmək-bu yuxunu görən böyük bir qulluğa və ya hədsiz sərvətə nail olacaqdır. Ayaqları üstünə gün işığını düşdüyünü görmək-meyvə və taxıl məhsullarının çoxluğuna, yaşayışının bərəkətli olacağına yozulur. Gün işığının paltarı üstünə düşdüyünü görmək-bilinməyən bir xəstəliyə tutulacaqsınız. Gün işığının sinəsi üstünə düşdüyünü görmək-xəstəliyə işarədir. Bir qadın günəşin boyunbağından girib ətəyindən çıxdığını görərsə, o, bir hökmdar və ya dövlət başçısı ilə evlənəcəkdir. Qarnının yarılıb oraya günəşin yeridiyini görmək-yuxu görən vəfat edəcəkdir. Günəşi öz ölkəsinin səmasında parlaq və yanar görmək-röya sahibi qonaqdırsa, sağ-salamat öz yurduna dönəcəkdir. Günəşin güneydən bütövlükdə doğduğunu və onu bir hissəsini də batan görmək-xeyrə dəlil sayılır. Orda yaşayanların səfalı və xoş ömür sürdüklərinə işarədir. Günəşi udmaq-qayğıya, kədərə yozulur. Günəşin üstündə oturmaq-nemətə və səmadan enəcək bərəkətə əlamətdir. Günəşin qərbdən doğduğunu və şərqdə batdığını görməkxeyrə və ürəkdən davranışlara işarə sayılır. Bundan başqa, günəş röyada oğlan uşağını doğulmasına, kölələrin azad edilməsinə, insan sevincinə, səfərdəkilərin qayıdışına da yozula bilir. Günəşi qaranlıq görmək-pis və çirkin yuxu hesab edilir. Günəşin bağ-bostanı yaxdığını görmək-vəba xəstəliyinə, zülmə, ərzağın qiymətinin artacağına, bahaçılığa yozulur. Gün işığının yorğan-döşəyə düşdüyünü görmək-şiddətli bir xəstəliyə işarədir. Ay, günəş və ulduzları görmək-Yusif əleyhissəlamın ünlü hekayəsinə görə, bəlaya uğramağa, zindana düşməyə, həsədə, paxıllığa məruz qalmağa, ən sonda isə mülk və səltənət sahibi olmağa yozulur.

    GÜRZƏ-Xeyrə yozulmaz, düşmənlərinizin sizin üçün bir qəsd hazırladığını göstərir. Diqqətli davranmanız gərəkdir.


  1. Yazan:
    no avatar


    REKLAM



Benzer Konular

  1. Yuxu yozmaları – ə
    Konuyu Açan: Sarsın, Forum: Azərbaycan Həyat tərzi.
    Cevaplar: 0
    Son Mesaj : 29.07.2012, 15:33
  2. Yuxu Yozmaları - Ö
    Konuyu Açan: Leyl-i Lal, Forum: Azərbaycan Həyat tərzi.
    Cevaplar: 0
    Son Mesaj : 03.05.2011, 12:40
  3. Yuxu Yozmaları - O
    Konuyu Açan: Leyl-i Lal, Forum: Azərbaycan Həyat tərzi.
    Cevaplar: 0
    Son Mesaj : 03.05.2011, 12:40
  4. Yuxu Yozmaları - N
    Konuyu Açan: Leyl-i Lal, Forum: Azərbaycan Həyat tərzi.
    Cevaplar: 0
    Son Mesaj : 03.05.2011, 12:39
  5. Yuxu yozmaları
    Konuyu Açan: Leyl-i Lal, Forum: Qadınlar üçün.
    Cevaplar: 1
    Son Mesaj : 01.03.2011, 22:22

copyright

Soru Cevap

izmit düğün salonları - grafimx