REKLAM




+ Konuyu Cevapla

Düşündürücü hekayələr - Müvəffəqiyyət-zənginlik və sevgi

  1. Yazan: Sarsın
    No Avatar

    REKLAM


    Hekayeler - Düşündürücü hekayələr - Müvəffəqiyyət zənginlik və sevgi hekayesi



    Bazara getmək üzrə evdən çıxan bir qadın, qapısının qarşısındakı səkidə oturan dümağ saqqallı üç yaşlını görüncə əvvəl tutuldu, sonra onları, bütün səmimiliyiylə evinə dəvət etdi; «Burada belə oturduğunuza görə, üçünüz də mütləq acmış olmalısınız», dedi. «Buyurun içəri gəlin, sizə yemək üçün bir şey hazırlayım.»
    Üç yaşlıdan biri, qadına, yoldaşının evdə olub olmadığını soruşdu. Qadın, yoldaşının bir az əvvəl çıxdığını, bu anda evdə olmadığını söylədi. Yaşlı adam, başını iki yana yellədi; «Yoldaşınız evdə deyilsə, biz də dəvətinizi qəbul edə bilmərik», dedi.
    Axşam yoldaşı gəldiyində, qadın qarşı səkidəki yaşlı adamlarla arasında keçən söhbəti yoldaşına danışdı. «Sənin evdə olmadığını bildirdiyimdə, içəri girmək istəmədilər» dedi. Yaşlı adamların bu davranışlarını öyrənincə, qadının yoldaşı kədərləndi. «Bir baxsana çölə», dedi. «Hələ oradadırlarsa, indi dəvət edə bilərsən evə.»
    Qadın qapını açar açmaz, qarşı səkidəki dümağ saqqallı üç yaşlıyla yenidən qarşılaşdı. «Yoldaşım gəldi, indi evdədir» dedi və onlara dəvətini təkrarladı; «Yeməyimizi birlikdə yemək üçün sizi indi dəvət edə bilərəmmi evimizə?»
    Qadının dəvətinə yaşlılardan biri cavab verdi; «Biz heç bir evə üçümüz birlikdə getmərik», dedi və qısa bir fasilədən sonra, bir izahat verdi; «Sağ yanımdakı bu yoldaşımın adı, zənginlikdir. Bu yanımda oturan yoldaşımın adı müvəffəqiyyət, mənim adım isə sevgidir.
    Özünü və yoldaşlarını tanıtdıqdan sonra sevgi, qadına maraqlı bir təklif edir „İndi evinizə gedin və yoldaşınızla baş-başa verib, bir qərara gəlin“, dedi. „İçimizdən yalnız birimizi dəvət edə bilərsiniz evinizə. Hansımızı dəvət etmək istədiyinizə qərar verin, sonra gəlin, qərarınızı bizə bildirin.“
    Qadın, sevginin təklifini yoldaşına izah etdiyində, adam sevincdən göylərə atıldı. „Aman nə gözəl, nə gözəl“, dedi. „Hansını dəvət edəcəyimizi bizə buraxdıqlarına görə, biz də içlərindən zənginliyi dəvət edərik və evimiz də bir anda zənginliyə qovuşmuş olar.“
    Yoldaşının qərarı, qadının heç də xoşuna gəlmədi. „Müvəffəqiyyəti dəvət etsək, daha məntiqli bir qərar vermiş olmarıqmı, ərciyim?“, dedi.
    Qayınanasıyla, qayınatasının bu danışmasına, içəridəki otaqda olan gəlinləri də qulaq qonağı olmuşdu. Qaçaraq içəri girdi və o da öz təklifini söylədi; „Ən doğru qərar, sevgini dəvət etmək deyilmi?“, dedi. „Düşünsənizə, evimiz bir anda sevgiyə qovuşacaq“
    Gəlinin bu təklifi, qayınatanın da, qayınananın da çox xoşlarına gəldi. „Yaxşı, ən doğru qərar bu olacaq“ dedilər. Sevgini dəvət edək...»
    Qadın qapını açdı və üç yaşlıya birdən soruşdu; "İçinizdə hansınız sevgi idi? Onu dəvət etməyə qərar verdik. Zehmət olmasa buyursun..."
    Sevgi ayağa qalxdı, evə doğru getməyə başladı. Yoldaşları da ayağa qalxdılar və sevginin arxasından, onlar da evə doğru getməyə başladılar. Qadın, böyük bir çaşqınlıq və həyəcan içində, zənginliklə müvəffəqiyyətə soruşdu; «Siz nə üçün gəlirsiniz? Mən tək sevgini dəvət etmişdim.»
    Qadının bu sualına, üç yaşlı birlikdə cavab verdilər; "Əgər içimizdən tək zənginliyi ya da müvəffəqiyyəti dəvət etmiş olsaydınız, dəvət edilməyən ikimiz çöldə gözləyəcəkdik. Lakin siz sevgini dəvət etdiniz. Bu vəziyyətdə üçümüz birdən gəlmək məcburiyyətindəyik evinizə."
    Və qadının «nə üçün?» deyə soruşmasını gözləmədən, zənginlik və müvəffəqiyyət sözlərini belə davam etdirdilər; "Çünki sevginin olduğu hər yerdə, biz zənginlik və müvəffəqiyyət də hər vaxt, onun yanında olarıq.

    Alıntı..


    Facebook




    Üyelik



  1. Yazan:
    no avatar


    REKLAM



Benzer Konular

  1. Qısa Məzmunlu Düşündürücü Hekayələr
    Konuyu Açan: BiR-DOST, Forum: Azərbaycan Ədəbiyyatı və İncəsənət.
    Cevaplar: 0
    Son Mesaj : 21.09.2013, 00:29
  2. Qısa və düşündürücü hekayələr
    Konuyu Açan: Sarsın, Forum: Azərbaycan Ədəbiyyatı və İncəsənət.
    Cevaplar: 0
    Son Mesaj : 27.04.2012, 01:58
  3. Düşündürücü Hekayə
    Konuyu Açan: Sarsın, Forum: Azərbaycan Ədəbiyyatı və İncəsənət.
    Cevaplar: 0
    Son Mesaj : 05.03.2012, 10:27
  4. Düşündürücü hekayələr - Yaxşılıq itmir
    Konuyu Açan: Sarsın, Forum: Azərbaycan Həyat tərzi.
    Cevaplar: 0
    Son Mesaj : 24.08.2011, 18:47
  5. Düşündürücü hekayələr
    Konuyu Açan: Sarsın, Forum: Azərbaycan Həyat tərzi.
    Cevaplar: 0
    Son Mesaj : 01.07.2011, 16:35

copyright

Soru Cevap

izmit düğün salonları - grafimx