Yuxu Yozmaları - G

  1. 2011 Yuxu Yozmaları



    GAHI (bitki)-Çox ehtiraslı və doymaq bilməyən birisiylə tanış olacaqsınız.

    GEYİK (maral)-Yuxuda geyik və ya geyiklərlə dolu heyvanat bağı görmək çox gözəl bir röya olaraq yozulur. Bu röya gənc bir oğlanı bəxtiyar edəcək xoş macəraya işarədir. Röya sahibi tacirdirsə-qzancı artacaq; məmurdursa-vəzifəsi böyüyəcək və yüksək məqama yatişəcəkdir. Gənc qız üçün bu yuxu-arzu və diləklərin gerçəkləşəcəyi anlamına gəlir. Geyik (maral) ovlamaq isə xeyrə əlamət sayılmır.

    GEM (yüyəndə atın ağızlığı)-Röyada gem görmək-sənət adamı üçün mal mənasında çətinlik anlamına gəlir. Eyni zamanda, gem-hökmdar və ya dövlət başçısının əmrinə zidd gedən mehtər, ilxıcı mənasında da yozulur. Yuxuda qəşəng yəhərlənmiş, yuyələnmiş ata minmək-bir vilayətdə vali olacaqsınız deməkdir. Öz ağzına gem vurulduğunu görmək-pis sözlərdən dilini saxlamağa işarədir. Əgər röya sahibi başqasıyla mühakimə və dava vəziyyətindədirsə, ona qarşı dəlil və sənədlərin boş və tutarsız olduğunu göstərir. Atın geminin kəsildiyini görmək-xidmətçinin namus və ya malını qorumağa, yaxud zəkata yozulur. Yuyənin atın başından düşdüyünü və əlindən çıxdığını görmək-röya sahibi işlərində təlaş içindədir, yaxud da arvadının ona haram olmasına və ya oruc tutmağa yozulur.

    GENBALAQ ŞALVAR-Bu röya hamı üçün izdivaca və gözəl bir ailə ocağı qurmağa, zənginliyə; röya sahibi məmurdursa-onun böyüyüb vali olacağına yozulur. Yuxuda şalvar görmək, eyni zamanda, könül rahatlığına da işarə sayılır.

    GENERAL-Yuxuda general görmək, yaxud özünün general olduğunu görmək-yaxın zamanda böyük və şərəfli mövqeylərə çatacaqsınız.

    GENERATOR-Yuxuda generator görmək-Röya sahibi gözlənilmədənə və gözlənilməz bir olay səbəbiylə öz işində yüksələckdir. Röyanı görən qadınsa-oğul sahibi olacaq.

    GEOLOQ-Yuxuda geoloq görən adam yaxın zanamda iftiraya uğrayacaqdır.

    GEOLOGİYA-Röyada geologiya elmiylə məşğul olduğunu görən adamın başından dadlı bir eşq macərası keçəcəkdir.

    GEROİN-Röyada geroin qəbul etdiyini görən adam son günlər bpöyük bir xəyal aləmi içərisindədir.

    GECƏ-Bu röya sıxıntıya, qəmə-qyğıya, kədərə yozulur.

    GECƏYARİSİ YAMƏYİ-Röyada gecəyarısı yemək yemək-çox nəşəli və dostanə şəraitdə keçəcək bir ziyafətə dəvət ediləcəksiniz.

    GƏVƏZƏ ADAM-Röyada gəvəzə adam görən gözləmədiyi bir adamdan yaxşılıq, bir başqasından isə pislik görəcəkdir.

    GƏZİNTİ-Dostlarla gəzintiyə, səfərə çıxmaq-gəlirli bir işi, təkbaşına gəzinti isə-yabancı bir məmləkətdə uğur qazanacağına işarədir.

    GƏLİN-Röyada gəlin olduğunu görmək-yaxşı və gəlirli işlərə girişəcəyinizə işarədir. Bir gəlin görmək-əlinizə pul və mal-dövlət keçəcəkdir. Bakirə qızın röyada gəlin olduğunu görməsi-yaxın gələcəkdə o, muradına, niyyətlərinə qovuşacaq, məsud və bəxtiyar olacaqdır. Gəlinlə adaxlını bir yerdə sevişən, bir-birinə şirnikən görmək-hər kəs üçün böyük miqyaslı şöhrətə yozulur. Qızlar üçün-ərə getməyə; oğlanlar üçün-xeyirli və xoşbəxt bir yuva qurmağa işarədir.

    GƏMİ-Gözəl və əyləncəli bir gəzintiyə işarədir.

    GƏMİ BATMASI-Röyada gəmi batdığını görmək-xeyirli və mənfəətli bir işə başlayacaqsınız. Gəmi batarkən fit səsi eşidilmişsə, gəlir lap çox olacaq deməkdir. Dəniz qəzasında gəminin batdığını görmək-qurduğunuz xəyalları, əməlləri heç vaxt həyata keçirə bilməyəcəyinizə işarədir. (Eyni zamanda, hər dürlü fəna hərəkətlərə meyilli olduğunuz və bu kimi uyğunsuzluq, özünüzə zərər gətirən iş və hərəkətlərdən sakınmanın gərəkliyini göstərir).

    GƏMİ DORU (dor ağacı)-Uzaqdan dor ağacı görmək-gözləmədiyiniz bir vaxtda çox uzaqlardan qonağınız gələcək. Gəmi qarmağı-bir çoxlarının sizi aldadacağına işarədir.

    GƏNC QIZ-Röyada gənc qız görmək-bir qəzla tanış olub dostluq quracağınızı göstərir (Yuxuda gənc qızlarla tanışlıq və dostluq çox gözəl, bəxtiyar və məsud bir həyat sürəcəyinizə, möhkəm səhhətə və afiyətə qovuşacağınıza dəlildir).

    GƏNCLİK-Röyada yaşlı bir adamın özünü cavanlaşmış görməsi-sağlam və uzun ömrə, eyni zamanda, bir çox çətin işləri asanlıqla yoluna qoyacağınıza işarədir.

    GƏRDAN-Şux bir qadının gərdanını yuxuda görmək-cinsi baxımdan təminsizlik şəklinə yozulur.

    GƏRDƏK-Yuxuda gərdəyə girmək-sonu göz yaşıyla bitəcək bir hadiənin başlanğıcı kimi yozulur.

    GƏRGƏDAN-Röyada bir çirkin heyvanı görmək-üzvü olduğunuz ictimai və sənaye dairələrində son dərəcə nüfuzlu bir adam səviyyəsinə yüksələcəksiniz.

    GİBS-Yuxuda gibs görmək-uğurlu bir işə, yeni bir əşya, ya da paltar əldə edəcəyinizə, ümumiyyətlə, sevinc, şadlıq anlamına gəlir.

    GİL-Röyada gil-işdə uğursuzluğa və üzüntülü günlərə işarə sayılır.

    GİLAS-Röyada gilas ağacı görmək-röya sahibini və onun yaxınlarının xoşbəxt günlər yaşayacağına, səhhətinin, sağlamlığının tamamilə düzələcəyinə, işlərində uğur qazanacağına yozulur.

    GİRDAB (burulğan)-Yaxın vaxtlarda bir təhlükəylə qarşılaşacağınıza işarədir.

    GİRİŞ – Röyada bir binaya, mağazaya, bağçaya və s. giriş qapısını görmək-bu röyanı görən adam bir çox həyati məsələləri yoluna qoymaq zorunda qalacaq və zövqü-səfa ardınca getməkdn vaz keçməyincə, sistemli sürətdə çalışaraq öz səriştə və bacarığını daha da artırmayınca bu mühüm məsələləri həll edə bilməyəcəkdir.

    GİROV-Yuxuda bir yerdə girov olaraq saxlandığını görən adamın günahları çoxdur və pis işləri səbəbindən cəhənnəm həbsində olacaqdır. Bir əşyanı girov olaraq yanında saxladığını görən adam bnaşqasına zülm edər.

    GİTARA-Röyada gitara çalmaq-artistik qabiliyyətlərə malik olduğunuza işarədir. Sənətinizi dəyişdirsəniz belə, bu yetənək və qabiliyyətinizi inkişaf etdirməniz məsləhətdir. Yuxuda gitara səsi eşitmək-poçt vasitəsiylə çoxdan intizarında olduğunuz xəbəri alacaqsınız.

    GİCİTKƏN-Röyada gicitkən görmək-bəxtin aşıqlığına və çoxlu pul qazanmağa işarədir. Ancaq bəzi yozucular yuxuda gicitkən görməyi pis xəbərə də yozurlar. Gicitkəndən hazırlanmış xörək yemək isə, ümumiyətlə, bəd xəbər kimi mənalandırılır.

    GÖBƏK-Yaşayışınızı təmineən ən yaxın adama, həyat yoldaşına, yaxud da öhdəliyə, mərifətə, sənətə işarə sayılır. Göbək, bəzən röya sahibinin arvadına, xidmətçisinə və ya oğluna da yozula bilər. Göbəyində pis və çirkin bir şeyin olduğunu görmək-yuxarıda deyildiyi kimi, anaya, ataya, yaxud da mala uyğun gəlir. Göbəyin açıldığını görmək-yuxu görən xəstəridsə, vəfat edəcək. Əliylə göbəyini açmaq-anbara ehtiyac üçün yığılmış buğda və ya arpa işlənib sərf ediləcək. Göbək-sirrə və sevincə, gizli işlərə də yozulur. Yuxuda göbəyinin iki olduğunu görən adam iki gözəl qadınla evlənəcək. Göbək, eyni zamanda, kişinin arvadı, oynaşı anlamına gəlir. Göbəyində çirklilik, fəna bir hal və ya ağrı hiss etmək-ərə (arvada) işarədir. Röya sahibinin ata-anası yoxdursa bu yuxu övladlarına yozulur. Göbəyinin ağrıdığını görən adam anasını və atasını itirəcək, yaxud da atasının olduğu şəhərdən uzaq düşəcəkdir. Qürbətdə bulunan bir kimsə bu cür yuxu görərsə, öz vətəninə dönəcəkdir.

    GÖBƏLƏK-Yuxusunda göbələk görən adam bəzi yanlış təşəbbüslərə girişibdir.

    GÖZ-Yuxuda kimsə gözlərini çəkmədən diqqətlə sizə baxırsa, yaxud da bir cüt sizə dikilərək ətrafınızda dolaşarsa, bu röya cavan oğlan üçün iş eşq həyatında onu izləyən qorxulu bir qəribin olduğunu göstərir. Röya sahibi orta yaşlı adamdırsa, işlərində və haqq-hesabında daha diqqətli hərəkət etməlidir. Gənc qadın belə yuxu görərsə, lovğalığı üzündən başqalarının məsxərəsinə məruz qalacaqdır. Yaşlı qadınlar üçn bu yuxu-onların dost-tanış və qohumları haqqında dedi-qodu yaydıqlarına işarə sayılır.

    GÖZ QAPAĞI-Himayə və mühafizəyə yozulur. Göz qapağının kənrlarını çox gözəl və parlaq görmək-dininin gözəl və bütöv olmasına yozulur. Hər iki göz qapağının gözəlliyi və bəyazlığı-röya sahibinin başına, gözünə və qulaqlarına düşəcək xəstəliyi xəbər verir.

    GÖZ YAŞI-Röyada görülən isti göz yaşı-qayğı və kədərə, soyuq göz yaşı-sevincə yozulur.

    GÖZ MUNCUĞU (nəzərlik)-Röyada at nalı, göz muncuğu, uzərlik otu, göhnə ayaqqabı kimi bəd nəzərdən qorunmaq üçün istifadə olunan şeylər görmək-bir-birini izləyən xoş müjdəli xəbərlərə yozulur.

    GÖZƏLLİK-Röyada çox gözəl əşya və geyimlər görmək-arzusunda olduğunuz bir çox əşya və paltarı satın almaq imkanı əldə edəcəksiniz.

    GÖZƏTÇİ-Yuxuda gözətçi görmək-qüvvət və qüdrətin artacağını xəbər verir.

    GÖZÜAÇIQ ADAM-Gözüaçıq, bacarıqlı bir adamı yuxuda görmək-hər hansı bir tasadan (təklükədən, narahatlıqdan) qurtularaq sevincə və nəşəyə qovuşacaqsınız.

    GÖY (səma)-Röyada aydın və masmavi bir səma görmək-sonsuz sevinc və səadətə yozulur. Buludlu göy-hər hansı bir hadisə üzündən çox kədərlənəcəksiniz. Göy gurultusu eşitmək-ruhunuzu dərin kədər və iztirablar saracaqdır. Od kimi qızarmış səma-yaxın vaxtlarda həyatınızda mühüm dəyişiklər olacaqdır. Göyə çıxmaq-yüksək bir mövqeyə çatacaqsınız. Göy üzndən yerə düşmək-iş həyatında bir sarsıntı keçirəcəyinizə işarədir.

    GÖY QURŞAĞI-Yuxuda göy qurşağı görmək-təşəbbüsündə bulunduğunuz bütün işlərdə müvəffəq olacaqsınız, arzu və əməlləriniz həyata keçəcəkdir. Göy qurşağında sarı rəngin görülməsi-xəstəliyə işarədir. Qırmızısı çox görünərsə-müharibə və qan tökülməsinə əlamətdir. Yaşılı çox görərsə-ucuzluq olacağına, bolluğa və bərəkətə yozulur. Göydən yerə doğru dik sallanmış və tamamilə qırmızı rəngli göy qurşağını müşahidə etmək-dövləyinizin, millətinizin şərəf və etibarı daha da yüksələcək, ailənizdə səadət, xoşbəxtlik hökm sürəcəkdir.

    GÖYƏÇİN-Röyada bir və ya çoxlu göyərçin görmək-birisinə dərin bir eşq və məhəbbətlə baölanacaqsınız. Göyərçin bəsləmək-bir çox işlərdə yanılacaq və xətalara düşəcəksiniz. Göyərçinlərin uçduğunu görmək-sizin üçün döyünən bir qəlbin varlığını göstərir. Göyərçin öldürmək-fəna və qara xəbərə yozulur.

    GÖYRÜŞ AĞACI-Yaxın adamlar bir toplantıya yığışacaq və mühüm qərarlar çıxaracaqlar.

    GÖL-Röyada gölə girən adam hiylə ilə aldadılacaqdır.

    GÖRÜŞ-Röayda görüş vəd etdiyiniz adamla gecikmədən, deyildiyi vaxtda görüşmək-sevincə və nəşəyə işarədir. Görüşə gecikərək dostunuzu gözlətmək-yeni bir kədərlə qarşılaşacaqsınız deməkdir.

    GÖSTƏBƏK-Qara niyyətli bəzi adamların röya sahibinə qəsd hazırladığı anlamına gəlir.

    GURULTU (hay-küy)-Yuxuda bir çox adamın hay-küyünü eşitmək, fəqət nə danışdıqlarını anlamamaq-röya sahibi cavan oğlandırsa, bir təklif alacaq, lakin o təklifin ətraflı götür-qoydan sonra qəbul edilməsi məsləhətdir. Orta yaşlı adam üçün bu yuxu-imzalamağa verilən hər sənədidiqqətlə incələməyin gərəkliyini göstərir, əks təqdirdə, davranışı onu özü üçün fəlakətli ola bilər. Gənc bir qadının bu cür yuxu görməsi-gəvəzəliyi üzündən məsxərəyə qoyulacağına işarədir. Yaşlı qadın üçün-dedi-qodu olacağını xbər verir.

    GÜBRƏ (peyin)-Heyvan pisliyi xeyrə, var-dövlətə yozulur.

    GÜZGÜ-Röyada güzgüyə baxmaq-yeni dostlar və yoldaşlar qazanacağınızı göstərir. Güzgünün sınması pis xəbər anlamındadır. Əgər güzgüdə heç nə görünmürsə, belə yuxu xəstəliyə yozulur.

    GÜYÜM (bardaq)-Su güyümü-xidmətçiyə işarə sayılır. Güyüm suyla doludursa, çalışqan; boşdursa-tənbəl qulluqçu və uşağa yozulur.

    GÜL-Röyada sevdiyiniz və qoxuladığınız gül çox yaxşı yuxu olub xeyrə yozulur. Birinin yuxuda gül toplaması-vaxtının boş keçəcəyinə, murad və məqsədinə çatacağına, çox xeyirli xəbərlər alıb sevinəcəyinə işarədir. Əgər gül mövsümü deyilsə, bu yuxu xəfif bir rahatsızlıq anlamına gəlir. Toplanan gülün rəngi qırmızı isə-qızıla; bəyaz isə-gümüşə; sarı isə-xəstəliyə əlamət sayılır.

    GÜL-Hər kəs üçün pul və xoşbəxtlik müjdəsidir. Aşiq bir qadın röyada gül görmüşsə, sevdiyinə qovuşacaq.

    GÜL DİBÇƏYİ-Röyada gül dibçəyi görən adam gözəl və cavan bir qızla evlənəcək; evlidirsə-qazancı bol olacaq.

    GÜL YAĞI-Gülab kimi gözəl qoxulu gül yağı, yaxud gül suyu almaq, istifadə etmək-nemətə, fərəhə və xeyrə əlamət sayılır.

    GÜL KƏLƏM-Alacağınızı çətinliklə də olsa, əldə edə biləcəyinizə işarədir.

    GÜLMƏK-Səhər-səhər yuxudan gülərək oyanmaq-çoxlu pul və xoşbəxtliyin gələcəyini xəbər verir. Bir zarafata gülmək-sevincə, mala və zənginliyə qovuşmağa yozulur.

    GÜMÜŞ-Röyada gümüş-toplanmış mala; pula çevrilmiş gümüş-bəyaz və çox gözəl bir qadına yozulur. Gümüş mədənindən gümüş çıxarmaq-röya sahibi bir qadınla hiyləgər oyun oynamaqdadır. Çıxarılan gümüş çoxdursa, bu yuxunu görən adam böyük bir dəfinəyə qovuşacaq. Biri yuxuda gümüş əritdiyini görərsə, arvadı ilə qovğa edərək dilə-dişə düşəcək. Gümüşdən düzəldilmiş bəzək-düzək şeyləri və bu cür əşyalarin yuxuda röya sahibinə verilməsi-qiymətli daş-qaş bir əmanət və ya ərmağan kimi onun ixtiyarına buraxılacaq. Gümüş güzgünün yozumu da eyni biçimdədir. Əgər güzgüyə baxılmışsa, yüksək bir məqam sahibindən röya sahibinə çirkin bir əməl toxunacaq, çünki gümüş aynaya baxmaqda xeyir yoxdur. Torpaq altında gümüş mədəninin içinə girərək xam maddə tapmaq-röya sahibinin arvadı onu aldadır və hiylə gəlir. Gümüş və qızıldan yapılmış tabaq və çanaqlar-ticarətə və cənnətə yozulur. Gözəl və qiymətli tabaqların pis tabaqlarla bərabər görülməsi-fəsada, yanlışlığa və röya sahibinin saplanıb qaldığı bir şübhəyə işarədir. Gümüşlə süslənmiş yəhər və qılınc-düşməni qaçırmağa, həsədçi və paxıl adamları qəhr etməyə, qələbəyə yozulur. Röyada kiməsə gümüş kasa və ya zərf içində gümüş pul verdiyini görən adamın yanında bəzi qiymətli mallar və daş-qaş əmanət kimi qoyulacaq. Gərək o, Allahdan qorxaraq həmin əmanəti sahibinə qaytarsın. Bu əmanəti başqa birisinə vermək-röya sahibi sirkərini o adama açacaq deməkdir.

    GÜNDILİK QAZANC (muzd)-Röyada birisinə gördüyü işin müqabilində muzd ödəmək-xetirxahlığa; bir iş görüb əvəzində haqqını almaq isə-qazancınızın düzələcəyinə yozulur.

    GÜNDÜZ-Röyada gündüz olduğunu görmək-hər dürlü qayğı və tasadan qurtuluşa, əyin-başı təzələməyə, gözəl bir işə, sevimli övlada, işlərin aşıqlığına, gizli və qapalı şeyləri kəşf edib aydınlaşdırmağa, zindandan azad olmağa, qürbətdə olan adamın qayıdışına, uğura yozulur.

    GÜNƏŞ-Röyada görülən parlaq və qaynar günəş-böyük hökmdar və xəlifə, möhtərəm bir ata, qızıl, yüksək çinli komandir, yaxud gözəl qadın anlamına gəlir. Özünü günəşə döndüyünü görmək-röya sahibi günəşin işıq və parlaqlığı qədər böyük bir mülk sahibi olacaq. Özünü günəşə yapışan, ilişən görmək-bir mövqeyə yetişəcək və ya yardımçılardan xeyir görəcəkdir. Zəncirdən sallaşaraq günəşə çatmaq-bir vilayətə vali təyin ediləcək və oranı ədalətlə idarə edəcəksiniz. Günəşə yaxın olmaq-hökumətdən mal, nemət və yardım alacaqsınız. Gündoğandan günbatana qədər bütün yer üzünün günəşinn işığına, nuruna boyandığını görmək-röya sahibi öz işinin ustasıdırsa, şöhrəti dünyanın hər yerində yayılacaqdır. Röyada günəşdən güc-qüvvət almaq-böyük hökmdar və hökumətdən qüvvət və qüdrət almağa yozulur. Əgər röya sahibi ordunun baş komandiridirsə, hökumətin himayəsində keçinəcəkdir. Sadə xalq nümayəndəsi üçün bu röya-bol ruziyə və halal mala işarə sayılır. Qadın üçün-ərindən sevindirici bir ərmağan alacağına yozulur. Gün işığının öz evinə düşdüyünü görən kişi evlənəcək; qadın isə böyük bir sərvətə qovuşacaqdır. Əgər bu röyanı görən tacirdirsə, alış-verişındə çoxlu qazanc əldə edəcəkdir. Gün işığı-hökmdar və ya padşahın böyüklüyü və adilliyi deməkdir. Günəşlə danışdığını görən adam hökumət tərəfindən yüksək bir məqama qaldırılacaq. Ayın danışması da belə yozulur. Günəşin bir yürdə çıxıb başqa yerdə batdığını görmək-röya sahibi hərbi işdədirsə, orda o, əziz və möhtərəm adam kimi seviləcək. Hərbdə deyilsə-bir bilgi və sənət sahəsində uğur qazanacaqdır. Günəşi başının üstündə görmək-bu yuxunu görən böyük bir qulluğa və ya hədsiz sərvətə nail olacaqdır. Ayaqları üstünə gün işığını düşdüyünü görmək-meyvə və taxıl məhsullarının çoxluğuna, yaşayışının bərəkətli olacağına yozulur. Gün işığının paltarı üstünə düşdüyünü görmək-bilinməyən bir xəstəliyə tutulacaqsınız. Gün işığının sinəsi üstünə düşdüyünü görmək-xəstəliyə işarədir. Bir qadın günəşin boyunbağından girib ətəyindən çıxdığını görərsə, o, bir hökmdar və ya dövlət başçısı ilə evlənəcəkdir. Qarnının yarılıb oraya günəşin yeridiyini görmək-yuxu görən vəfat edəcəkdir. Günəşi öz ölkəsinin səmasında parlaq və yanar görmək-röya sahibi qonaqdırsa, sağ-salamat öz yurduna dönəcəkdir. Günəşin güneydən bütövlükdə doğduğunu və onu bir hissəsini də batan görmək-xeyrə dəlil sayılır. Orda yaşayanların səfalı və xoş ömür sürdüklərinə işarədir. Günəşi udmaq-qayğıya, kədərə yozulur. Günəşin üstündə oturmaq-nemətə və səmadan enəcək bərəkətə əlamətdir. Günəşin qərbdən doğduğunu və şərqdə batdığını görməkxeyrə və ürəkdən davranışlara işarə sayılır. Bundan başqa, günəş röyada oğlan uşağını doğulmasına, kölələrin azad edilməsinə, insan sevincinə, səfərdəkilərin qayıdışına da yozula bilir. Günəşi qaranlıq görmək-pis və çirkin yuxu hesab edilir. Günəşin bağ-bostanı yaxdığını görmək-vəba xəstəliyinə, zülmə, ərzağın qiymətinin artacağına, bahaçılığa yozulur. Gün işığının yorğan-döşəyə düşdüyünü görmək-şiddətli bir xəstəliyə işarədir. Ay, günəş və ulduzları görmək-Yusif əleyhissəlamın ünlü hekayəsinə görə, bəlaya uğramağa, zindana düşməyə, həsədə, paxıllığa məruz qalmağa, ən sonda isə mülk və səltənət sahibi olmağa yozulur.

    GÜRZƏ-Xeyrə yozulmaz, düşmənlərinizin sizin üçün bir qəsd hazırladığını göstərir. Diqqətli davranmanız gərəkdir.

     

     

    Leyl-i Lal - 27.04.2011 - 01:31



Benzer Konular

  1. Yuxu yozmaları – ə
    Konuyu Açan: Sarsın, Forum: Azərbaycan Həyat tərzi.
    Cevaplar: 0
    Son Mesaj : 29.07.2012, 15:33
  2. Yuxu Yozmaları - Ö
    Konuyu Açan: Leyl-i Lal, Forum: Azərbaycan Həyat tərzi.
    Cevaplar: 0
    Son Mesaj : 03.05.2011, 12:40
  3. Yuxu Yozmaları - O
    Konuyu Açan: Leyl-i Lal, Forum: Azərbaycan Həyat tərzi.
    Cevaplar: 0
    Son Mesaj : 03.05.2011, 12:40
  4. Yuxu Yozmaları - N
    Konuyu Açan: Leyl-i Lal, Forum: Azərbaycan Həyat tərzi.
    Cevaplar: 0
    Son Mesaj : 03.05.2011, 12:39
  5. Yuxu yozmaları
    Konuyu Açan: Leyl-i Lal, Forum: Qadınlar üçün.
    Cevaplar: 1
    Son Mesaj : 01.03.2011, 22:22

copyright

Soru Cevap