Əkizlər Bürcü Haqqında Hər Şey

  1. Əkizler Bürcü




    Əkizlər Bürcü (22 may -21 iyun)



    Qrupunuz : Hava

    Uğurlu gününüz : Çərşənbə

    Uğurlu ədədiniz : 5

    Uğurlu daşınıq : Akik və İnci daşı

    Uğurlu rəngləriniz : Sarı, bozumtul mavi, açıq mavi

    Uğurlu çiçəkləriniz : Mimoza, çiydəm, zərrən

    Uğurlu qoxularınız :Gardenya, jasmin, sümbül

    Uğurlu musiqi : Müasir qərb musiqisi və çox hərəkətli parçalar

    Ən təməl xüsusiyyətiniz : Duyum

    Ən böyük əməliniz : Yazıçılıq

    Ən böyük səhviniz : Boşboğazlıq

    Ən böyük arzunuz : Filalogiya ,ədəbiyyat,jurnalistika sahəsinda ad qazanmaq


    Əkizlər bürcü insanları hər işə uyğunluqları və cüt xarakterləri ilə tanınarlar. İntellektual bir bürc olan əkizləri Merkuri idarə etdiyi üçün bu bürcdə doğan kəslər tez düşünər, tez hərəkət edərlər. Eyni anda bir neçə işi birdən edə bilərlər. Şən və xoşbəxt olduqları bir anda üzsüz ya da xasiyyətsiz ola bilərlər. Çöldən izləyən bir neçə adam onları anlamaqda çətinlik çəkə bilər.

    Həmişə haqlı olduqlarını irəli sürərək fikirlərini dəyişdirməzlər. Bəzən tamamilə başqa bir tutuma bürünüb bu dəyişənlik rəftarları ilə qarşısındakı insanı özündən çıxa biləcək vəziyyətə gətirə bilərlər. Hər hansı mövzuda məlumatı az olsa belə bu məlumatları ustaca sıralayaraq çox yaxşı bilirmiş kimi göstərə bilər. Uydurma etməkdə çaşılacaq dərəcədə ustadırlar.

    Bu bürcün insanları hər şeyi xarakterizə edib təsnif etmək, danışmaları daha mənalı edə bilmək üçün söz çıxarmaq istəyərlər. Danışmaq işlərinin təməl daşı olduğu üçün xüsusi bir əhəmiyyət verərlər. Zehinləri davamlı olaraq bir mövzudan digərinə atladığından sözləri bir bağlayıcı element olaraq istifadə etməyə əhəmiyyət göstərərlər. Rahat danışma qabiliyyətlərinin boşboğazlığa çevrilməməsinə çalışmamalıdırlar. Ağıllı, ağıllı və cazibədardırlar. Bu bürcü təyin edən cümlə "DÜŞÜNÜRƏM" dir. Öyrənməyi sevər intellektual mövzuların tamamilə maraqlanarlar. Ən böyük qüsurları qərarsızlıqları və səthi mübahisələridir. İşlərində çox ciddi olmaz, kitablara ötəri göz gəzdirərlər. Davamlı oturub çalışmaq onlara çətin gəlir. .

    Merkur xəbərləşməyi idarə etdiyindən danışmağa olan düşkünlükləri onların telefonda saatlarla dedi-qodu etməsinə səbəb olar. Qəzet , radio və televiziyada ən sevilən natiqlər hərhalda əkizlər bürcündəndir. Əkizlər insanları üçün təhsil doğulduqları andan etibarən lazımlıdır. Yaxşı öyrədilmiş əkizlər nə qədər xoş və zərif isə, zəif təhsil almış olanlar da həyatı başqaları üçün çəkilməz hala gətirərlər.

    Dəyişənlikdən böyük zövq alar amma buna görə narahat olarlar. Gərginliklərindən ötəri zehni və bədənsəl rahata qovuşa bilməzlər. Eyni anda maraqlana biləcəkləri birdən çox mövzu varsa xoşbəxt olarlar. Çətin zamanda idarələrini itirməz , gözlənilməyən məsələləri həll edə bilərlər.

    Əkizlər bürcü sinirləri olduğu kimi əl və ayaqları da idarə etdiyi üçün düşüncələrini əlləri ilə formalaşdırmağı sevərlər. Bədənlərini də başları kimi düz saxlamalı; işə əl və ayaqlarını hərəkətsiz tutmağa, yavaş yemək yeməyə alışmaqla başlamalıdırlar.Çünki bu onların natiqliyinə xələl gətirir .

    Əkizlər əyləncəli danışmaları, tərbiyəli davranışları ilə özlərini dərhal sevdirər amma bir yerə ya da bir şeyə bağlı qalmağı sevməzlər. Buna görə eşq və ailə həyatlarını çox yaxşı olduğu deyilə bilmərik. Dəyişikliyə maraqlı olduqlarından davamlı axtarış içindədirlər; buna görə də mühit dəyişikliyindən və gəzmədən çox xoşlanarlar.

    Pula xüsusi bir düşkünlükləri yoxdur amma güc və azadlıq üçün istəyərlər. Öz pullarına qarşı tutumlu olmalarına qarşı başqalarının pullarını asanca xərcləyə bilərlər. Çoxu əkizlər çox materialist olub qazancları mövzusunda hiyləgərcə davranarlar.

    Bəzi əkizlər yalana uyğun olarlar. Sevdiklərini, yoldaşlarını çox tənqid edərlər. Qanuni olmayan işlərə asanca bulaşa bilərlər. Davaçı deyildirlər amma mübahisəni sevərlərə. Bu insanlar bürclər qurşağının anarxistləridirlər. İmtiyazlarını vurğular, təşkilatı nizama baş qaldırar, qaydaları tapdalayar, etiraz edərlər. Yetkinləşdikləri zaman başqaları ilə yaxşı dolanmaq lazım olduğunu öyrənəcəklər.

    Qabiliyyətlərini tam olaraq istifadə edə bilmək üçün heç bir bağlamaları olmadığını mütəfəkkirlər. Eşqbazlıqçı kəslərdir. Eşq məktubları bir ədəbiyyat əsəri sayıla bilər. Evləndikdən sonra canlılıq istədiklərindən ikili duyğuları aşna ya da sevgililərin olmasına gətirib çıxarar.

    Yaxşı bir jurnalist , radioçu, müəllim, yazar, katibə, səyyah satıcı, poçtalyon ya da zənaətkar ola bilərlər.

    Jurnalistika danışma, yazma və dəyişiklik iç motivlərini üzə çıxaracağındam onlar üçün biçilmiş xalatdır.

    Əkizlər bürcündə doğan uşaqlar, yoldaşları jenibon,kukuruz yeyərkən onlar kitablar ,qəzet ,televizya ilə maraqlanarlar.( Təbiii ki,valideynlərinin nəzərati olarsa kitaba meyilli bürcdür) Bu uşaqların səthi olmalarına və başladığı işi bitirməyə alışmalarına diqqət göstərilməlidir. İntizamdan xoşlanmaz , Buna görə də müəllim tərəfindən danlanırlar. İntizamı ilə məşhur məktəblərdə oxudulmaları nəsihət ediyər. Bir dəftər və bir qutu qələm onları günlərlə əyləndirə bilər təbii ki, başqa bir mövzu bulana qədər...

     

     

    Lady_rap - 01.06.2010 - 16:15



Benzer Konular

  1. Əkizlər Bürcü üzr istəmə
    Konuyu Açan: Nerissa-Su, Forum: Azərbaycan Həyat tərzi.
    Cevaplar: 0
    Son Mesaj : 18.05.2012, 16:36
  2. Əkizlər Bürcü Mədəni
    Konuyu Açan: Nerissa-Su, Forum: Azərbaycan Həyat tərzi.
    Cevaplar: 0
    Son Mesaj : 28.04.2012, 10:14
  3. Əkizlər Bürcü Eşq
    Konuyu Açan: Nerissa-Su, Forum: Azərbaycan Həyat tərzi.
    Cevaplar: 0
    Son Mesaj : 28.04.2012, 10:11
  4. Əkizlər Bürcü Həftəlik şərhləri
    Konuyu Açan: Nerissa-Su, Forum: Azərbaycan Həyat tərzi.
    Cevaplar: 0
    Son Mesaj : 28.04.2012, 10:06
  5. Əkizlər Bürcü
    Konuyu Açan: Nerissa-Su, Forum: Azərbaycan Həyat tərzi.
    Cevaplar: 0
    Son Mesaj : 28.04.2012, 10:05

copyright

Soru Cevap

grafimx