REKLAM




+ Konuyu Cevapla

Əqrəb Bürcü Haqqında Hər Şey

  1. Yazan: Lady_rap
    Lady_rap - ait Kullanıcı Resmi (Avatar)

    REKLAM


    Əqrəb Bürcü







    Əqrəb Bürcü (23 oktyabr - 22 noyabr )



    Qrupunuz : Su

    Uğurlu gününüz : Çərşənbə axşamı

    Uğurlu ədədiniz : 9

    Uğurlu daşınıq : Topaz

    Uğurlu rəngləriniz : Canlı qırmızı, qara

    Uğurlu çiçəkləriniz : Qırmızı qərənfil, hanımeli, atəş çiçəyi

    Uğurlu qoxunlarınız : Müşk, manolya

    Uğurlu musiqi : Marşlar və canlı parçalar

    Ən xas xüsusiyyətiniz : Qaranlıq

    Ən böyük əməliniz : Zənginlik

    Ən böyük səhviniz : Mərhəmətsizlik

    Ən böyük arzunuz : Ömür boyu güvən

    Əqrəb bürcü olan şəxsləri ifadə etmək , çox çətindir, çünki hər vaxt uc nöqtədədirlər. Onlar üçün yarım ölçü yoxdur. İstəkləri ilə(xüsusilə cinsilik mövzusunda) təyin olunsalar da , onların istək və ehtirasları cinsəlliklə yanaşı hər sahədə də eynidir. Əqrəb bürcünü təyin edən cümlə, "ARZULAYIRAM"dır. Buna görə heç bir şeyi yarım buraxmaz, tam yaşayarlar. Həyata gücləri qədər fiziki gücləri də qüvvətlidir. Hər an partlamağa hazır yanardağ kimidirlər. Əqrəblərin gücləri gözlərindən oxunar. Mimikalarını idarə altında tutsalar belə baxışları ilə sevgilərini ya da nifrətlərini ifadə edə bilərlər. Qızğın bir Əqrəbin gözləri bir Aslanı belə yolundan çevirə bilər. Duyğularına qapılsalar təhlükəli ola biləcəkləri üçün hərəkətlərini davamlı şəkildə məntiq idarəsi altında tutmağa çalışmalıdırlar. Bu bürcdən ən yaxşı və ən pis insanlar çıxa bilər. Qanunları"ya həmişə ya heç vaxt"dir. Çoxbilmiş, özünü bəyənmiş və ikiüzlü insanları sevməz, bu tipləri alçaltmaqdan zövq alarlar. Bir az patavatsız və kobud kəslər olub, acı danışarlar. Uzlaşmağa yanaşmazlar. Əqrəblər sevilməməkdən qorxmazlar amma diqqətə alınmaq istəyərlər. Fikirlərini qəbul etdirmə mövzusunda zidd düşməkdən və təsdiqlənməməkdən çəkinməzlər.

    Şübhəçi olduqlarından asan inanmazlar, lakin inandıqlarını sonuna qədər müdafiə edər, güzəşt verməzlər. özlərindən başqasına güvənməz, yeni düşüncələri asan qəbul etməzlər. Nifrət və hərəkətləri gerçəyə deyil şəxsi səbəblərə söykənər.

    İstədiklərini əldə etmək üçün istifadə etdikləri taktikalar mərhəmətsizdir. Özlərinə ədalətli davranmadığını hiss etsələr qisas ala bilmək üçün əllərindən gələni edən kəslərdir.

    [center] Əqrəblər işlərini tək başlarına etməyi sevər, bunu da bacararlar. Nümayişi sevmədikləri üçün başqalarının onun etdiyi işi bilməsi əhəmiyyətli deyil. Yetər ki özünü bilsin. Həyat onlar üçün ciddi bir işdir. Səbir və diqqətlə çalışar, hədəfdən çaşmazlar. Maneələrini necə aşa biləcəklərini sezər, fiziki dayanıqlılıqlarının köməyi ilə iş bitənə qədər buraxmazlar və həyata doğulmaqdan başqa borcları olmadığına inanarlar.

    Əqrəblər özlərini aldatmaz, gerçəklə acı olsa da üz-üzə gəlməkdən qaçınmazlar. Qarşılarındakının zəif yanını kəşf etdikləri zaman çətinlik çəkmədən bunu silah olaraq istifadə etməkdən də çəkinməzlər. İnandıqlarını açıqca və acı şəkildə söylədiklərindən çox düşmən qazanarlar.

    Bütün sadəliklərə yaxın amma qanuna qarşı ola bilən, yaxşıya və doğruya tək özlərinin qərar verə biləcəklərinə inanan şəxslərdir. Spirtə, həddindən artıq yemə-içməyə uyğundurlar. Həyatları boyunca bir şey üçün çalışar, məqsədə çatınca başqa bir şeyə başlar və ancaq özlərinə yenilərlər.

    Zəif Əqrəblər isə zəhərlərini içlərinə axıdar, öz özlərinin dağıtmasına səbəb olarlar. Pis bir əqrəb, qisas almaq üçün hər şeyi edə biləcəyindən son dərəcə təhlükəli olduğu kimi, yaxşı bir Əqrəbdə gücünü müsbət istiqamətdə istifadə edərək insan sevgisi ilə yaxşı bir öndər ola bilər.

    Əqrəb bürcü cinsellik, ölüm və yenilik bürcüdür. Həyat və ölüm, sirrli olduğu üçün onlara cazibədar gəlir. Cinsilik həyatın bir parçası olduğundan çox əhəmiyyətli, həyatın da özü, ölüm isə digər ucudur. Əlaqə, ehtiras və istəklə sevərlər amma cinsi həyatları yaradıcı deyilsə bu açığı bağlamaqda çətinlik çəkərlər. Fərdi yanaşmalarında hissə söykənən bir romantiklik vardır onlarda.

    Çox eşqbazlıqçıdırlar. Romantik əlaqələri içdən və ciddi olmasına qarşı tez sevgili dəyişdirərlər. Ən yaxın əlaqələrində belə özlərinə aid xüsusi bir şeyin gizli qalmasına diqqət göstərərlər. Evləri hər vaxt izdihamdır. Lüks; Əqrəblərin özlərini müvəffəqiyyətli hiss etmələrini təmin edər. Evlərinin tək idarəçisi olmaq istər, bunu təmin etmək üçün nə lazım olsa edərlər. Həm yaxınlarını həm yoldaşlarını idarə etməyi sevərlər.

    Psixiatr, dedektif,polis,patolojist, əczaçı, kahin, cani ya da əsgər ola bilərlər.

    Əhəmiyyətli bir iş etdiklərini bilirlərsə məmnun olar, problemlərin mənşəyini araşdırmaqdan xoşbəxtlik duyarlar. Ümumiyyətlə cərrahı tibb və psixologiya budaqlarında müvəffəqiyyətli olarlar.

    Əqrəblər özlərini uşaqlarına həsr edərlər lakin yetişdirmə üsulları bir az sərtdir. Çox sabit fikirli olduqlarından uşaqlarının sual soruşmalarına icazə verməzlər. təhlükə anında əqrəb ana-ataları fövqəladədirlər. Əqrəb bürcündə doğan uşaqları həmişə əyləndirmək və enerjilərini xərcləmələrini təmin etmək lazımdır. Oyuncaqlar, kitablar, detektiv hekayələri onları əyləndirər. Qız olsun kişi olsun kiçik yaşda üzməyi öyrənərlər. Sirr saxlama xasiyyətləri müsbət istiqamətdə inkişaf etdirilmələri və kiçik qardaşlarını qısqanmamalarını öyrədilməlidir.


    Facebook




    Üyelik

  2. Yazan: rxan
    No Avatar
    Register
  3. Yazan: My Life Bomba Kayf
    No Avatar
    axirki Eqreb burcu haqqinda hardasa duz emeli bir wey oxudum )


  1. Yazan:
    no avatar


    REKLAM



Benzer Konular

  1. Qoç Bürcü Haqqında
    Konuyu Açan: dfgdgrd, Forum: Soru - Cevap.
    Cevaplar: 1
    Son Mesaj : 16.10.2013, 18:03
  2. Qoç Bürcü Haqqında Hər Şey
    Konuyu Açan: Lady_rap, Forum: Azərbaycan Həyat tərzi.
    Cevaplar: 2
    Son Mesaj : 26.03.2013, 09:10
  3. Qız Bürcü Haqqında Hər Şey
    Konuyu Açan: Lady_rap, Forum: Azərbaycan Həyat tərzi.
    Cevaplar: 1
    Son Mesaj : 16.12.2012, 07:31
  4. Xərçəng Bürcü Haqqında Hər Şey
    Konuyu Açan: Lady_rap, Forum: Azərbaycan Həyat tərzi.
    Cevaplar: 1
    Son Mesaj : 01.12.2012, 13:10
  5. Şir Bürcü Haqqında Hər Şey
    Konuyu Açan: Lady_rap, Forum: Azərbaycan Həyat tərzi.
    Cevaplar: 2
    Son Mesaj : 01.07.2011, 19:38

copyright

Soru Cevap

izmit düğün salonları - grafimx