Tərəzi Bürcü Haqqında Hər Şey

  1. Tərəzi Bürcü




    Tərəzi Bürcü (24 sentyabr -22 oktyabr)



    Qrupunuz : Hava

    Uğurlu gününüz : Cümə

    Uğurlu ədədiniz : 6

    Uğurlu daşınıq : Opal

    Uğurlu rəngləriniz : Açıq çəhrayı, açıq mavi, turkuvaz

    Uğurlu çiçəkləriniz : Çəhrayı xrizantema, çəhrayı gül

    Uğurlu qoxunlarınız :Yasəmən, orxideya

    Uğurlu musiqi : Romantik parçalar

    Ən təməl xüsusiyyətiniz : Hörmət

    Ən böyük əməliniz : Mükəmməl dostluq

    Ən böyük səhviniz : Özünü bəyənmə

    Ən böyük arzunuz : Dəyərlərinizin başa düşülməsi


    Tərəzi bürcündə doğulan insanlar güclü bir ədalət duyğusuna sahibdirlər. Hər kəsə yaxşı davranmaq istəyərlər. Özlərini hər vaxt olduqları kimi göstərərlər, başqalarının onları olduqları kimi qəbul etmələrini istəyərlər. Onlardan tez-tez "onun üçün etdiyin bu qədər şeydən sonra bunu mənə etməməli idi" cümləsini eşidə bilərsiniz. Hər kəsin özləri kimi olmamasının adi olduğunu qəbul etməzlər, verdikləri qədər götürmək istəyərlər. Əlaqələri bu mövzuda balanslı olsa xoşbəxt olarlar. Tərəzi bürcünü təyin edən cümlə "ÖLÇÜB BİÇƏRƏM " dır. Çox nadir sərt çıxış edər, qərar vermədən əvvəl hər şeyi ölçüb biçərlər . Məcbur edilməyi heç xoşlamazlar. Nəyəsə əsaslanırlarsa səbir və nəzakətliliklərini itirərlər.Amma adətən nəzakətli və yumşaq danışar istədiklərini yaxşı izah edərlər.

    Tərəzilər çox maraqlanan olub başqalarının şəxsi həyatı ilə maraqlanmağı çox sevirlər. Hiyləli işləri də çox sevərlər. Gözəl şeylərdən xoşlanarlar. Yoldaşları onlardan daha çox şeyə sahibsə qısqana bilər və lüks şeylərə qovuşa bilmək üçün hiyləli yollara müraciət edə bilərlər. Bəzi Tərəzilər qısqanc və özünü bəyənmiş olarlar. Bu bürcün yaxşı istiqamətlərini götürmüş kəslər fərdi mənfəətləri qazanmaq üçün öz qanunlarından imtina etmənin adamı hörmətdən salacağına inanarlar.

    Təkliyi heç sevməzlər; buna görə əməkdaşlığı üstün tutarlar. Zaman zaman tək qalıb düşünmək və hadisələri ölçüb biçə bilmək istəyərlər. Bu dövrdə narahat edilsələr çox hirslənsələr də döyüşməz çıxıb gedərlər. Saturn bu bürcdə güclü olduğu üçün Tərəzilərin üstün bir mühakimə qabiliyyətləri vardır. Ortaqlarının çox işini istəyərlər amma özləri əslində bir az tənbəldirlər. Bəzən nazlı, yaxşı xasiyyətli və durğun bir dona bürünərlər.Çətin qərar vermələrinə qarşı bir dəfə qərar verincə hansı yolla olursa olsun onu əldə edərlər. Zaman zaman "Gözləyək və görək" deyər və qərar vermədən işi təxirə salaraq gözləyərlər. Ədalətin yerini tapması üçün əllərindən gələni edərlər.

    Tərəzilər uyğun, hər şeyin gözəl və balanslı olduğu bir dünya axtararlar. Belə bir davranış gerçək dünya üçün faydasız olduğundan xəyalçı fantastik ola bilərlər. Gerçəklə üz-üzə gəlincə qaçış üçün narkotik maddələrinə sığına bilərlər.

    Tərəzilər güvənilə bilər, yaxşı ürəkli insanlar olub yoldaşlarını xəyal qırıqlığına uğratmazlar. Çətin əsəbiləşərlər lakin göründükləri qədər yumşaq deyildirlər. Hirsli olduqda bir qasırğa kimi heç bir şeyi yerli yerində buraxmazlar lakin hirsləri öz özlərini sarsıdıb xəstə etdikdən sonra keçər gedər.

    Tərəzi bürcü hava qrupundan olduğu üçün, intellektual, məlumata susamış və yeniliklərə əhəmiyyət verən kəslərdir. Psixologiya, insan quruluşu, fəlsəfə, din mövzuları onları çox maraqlandırar. Başqalarının fikirlərini dinləməyə hazırdırlar. Nəbzə şərbət vermələri ətrafları ilə qaynaşmalarına köməkçi olar. Başqalarından asan təsirlənər və güclü kəslərin fikirlərini qəbul edərlər amma, şüuraltında bunu etdikləri üçün peşman olarlar.

    Tərəzilər aşiq olmaq üçün aşiq olarlar və dərhal romantik əlaqələrə girərlər. Amma bir az havalı,özündən razı olduqlarından, balanssız bir şeylə qarşılaşsalar dərhal uzaqlaşarlar. Bunu da qarşılarındakını qırmadan etdiklərindən kimsə arxalarından pis şeylər söyləməz. Bu gün burada sizinlə möhkəm sirdaşlarsa başqa yerə gedincə unudar, oradakılarla qaynaşar geri dönüncə əlaqəyə qaldığı yerdən davam edərək dərhal döyüşə girərlər. Hər vaxt bağlı qalmazlar amma münasibətlərində (sevgililərinə qarşı) açıq və dürüst davranarlar.

    Tərəzilər təkliyi sevmədiklərindən hərəkətli böyük şəhərlərdə, heç olmasa şəhər mərkəzində evdə almaq istəyərlər.

    Rəqs və musiqini sevərlər. Romantik parçalara xüsusi düşkünlükləri vardır. Artistik qabiliyyətləri böyük olub evlərinin özləri dekorasiyaya edərlər.

    Bu bürcdə doğulan kəslər yaxşı bir moda yaradıcısı, mağaza sahibi, bərbər, diplomat ya da gözəl sənətlərlə əlaqədar hər hansı bir işdə müvəffəqiyyətli ola bilərlər. Ümumiyyətlə hər işə girişərkən bir ortaq əldə edər, məsuliyyətləri paylaşarlar amma ortağı onun macəraçı şəxsiyyətinə uyğun gəldiyi müddətcə,heç bir problem yaşamazlar. Murdar, çətin və xoş olmayan iş şərtlərinə qətiliklə uyğun gələ bilməzlər.

    Mehriban Tərəzilər tərbiyəli uşaqları sevərlər. Uşaqlarını yaxşı anlar, sevgilərini ağıllıca göstərərlər. Uşaqlarının fikirlərinə dəyər verər, onlara hörmət göstərər, çox intizam qurmazlar.

    Tərəzi bürcündə doğulan uşaqlar sevimliliklərinin verdiyi üstünlüyü yaxşı istifadə edər, yaxşı yoldaş olarlar. Çox intizama gərək qalmaz. Qərarlarını özləri verməyə, ana-ata ya da qardaşlarına güvənməməyə alışmaları lazımdır. Dərhal tənbəlliyi seçəcəklərindən davamlı işləri təmin edilməlidir. Artistik qabiliyyətləri dəstəklənisə musiqi və rəqs dərslərində müvəffəqiyyətli ola bilərlər.

     

     

    Lady_rap - 01.06.2010 - 17:09



Benzer Konular

  1. Qoç Bürcü Haqqında
    Konuyu Açan: dfgdgrd, Forum: Soru - Cevap.
    Cevaplar: 1
    Son Mesaj : 16.10.2013, 19:03
  2. Əqrəb Bürcü Haqqında Hər Şey
    Konuyu Açan: Lady_rap, Forum: Azərbaycan Həyat tərzi.
    Cevaplar: 2
    Son Mesaj : 22.08.2013, 22:15
  3. Qoç Bürcü Haqqında Hər Şey
    Konuyu Açan: Lady_rap, Forum: Azərbaycan Həyat tərzi.
    Cevaplar: 2
    Son Mesaj : 26.03.2013, 10:10
  4. Xərçəng Bürcü Haqqında Hər Şey
    Konuyu Açan: Lady_rap, Forum: Azərbaycan Həyat tərzi.
    Cevaplar: 1
    Son Mesaj : 01.12.2012, 14:10
  5. Şir Bürcü Haqqında Hər Şey
    Konuyu Açan: Lady_rap, Forum: Azərbaycan Həyat tərzi.
    Cevaplar: 2
    Son Mesaj : 01.07.2011, 20:38

copyright

Soru Cevap