Novruz falları

  1. Novruz bayramında hər evdə səməni cücərdilməlidi. Və cücərdərkən niyyət tutmaq lazımdır. Əgər səməni göyərərsə niyyətin çin olacaq deməkdir.

    Bayram günü və ya axır çərşənbədə müəyyən bir evə tərəf üz tutub getmək lazımdır. Amma əllərlə qulaqlar bağlı olmalıdı. Və yaxınlaşdıqda evə əlləri açıb ilk eşidilən 2-3 sözü yozmaq lazımdır.

    Axır çərsənbədə qaba 1 yumru, 1 qırmızı, 1 qara karandaş qoyulur. Səhər baxdıqda yumurtanın uzərində qırmızı cızıqlar olsa xoşbəxtlik, qara cızıqlar olsa bədbəxtliklə qarşılaşmaq deməkdir. Bu isə maksimum 4il üşündür.

    Axır çərşənbədə və ya bayramda 1 qaba su tökülür və şam götürüb yandırılır. Şamı suya tərəf əyirsən və neçə yaşın varsa o qədər damcıladırsan suya. Alınacaq hərflə nişanlının adı başlamalıdı.

    Axır çərşənbədə cavan qızlar bir qaba su tökürlər. Saçlarından tel qoparıb, nişan üzüyünü saça taxırlar. Niyyət tutub, üzüyü suyun üstündən keçirirlər. Üzük fırlanmağa başlayır və qabın divarına dəyir. Üzük neçə dəfə dəyirsə, sayırsan, demək, o yaşda gəlin köçəcəksən.

    Axır çərşənbədə niyyət tutub, gözləyirlər. Kim qapını açıb içəri girsə, onun birinci sözünü niyyətə görə yozurlar.

    Bayram günü ürəyində 1 arzu tutub səhərə qədər yatmırsan. Və urəyində tutduğun arzu 5 ildən sonra gerçəkləşməlidir.

    Bayram günü göy üzündə 7 ulduz saymaq və onların düzülüşünə baxmaq lazımdır. Göydə yaranan xəyali hərflə nişanlının adı başlamalıdır.

    Yaxın adamın məclisindən bir neçə şirni götürüb, yatanda başının altına qoyursan. Üç gün keçəndən sonra öz qismətini yuxuda görəcəksən.

    Axır çərşənbədə alma yeyirlər, gece isə həmin almanın toxumlarını sayırlar. On ədəd toxum dənəsini yastığın altına qoyub, yatırsan və yuxuda qismətini görürsən.

    Axır çərşənbədə nişanlanmış qızın nişanlısı tərəfindən nə qədər istənilməsini yoxlamaq üçün sapa bir neçə defe duyun vurub qiza verirler ki, acsin. Qiz aca bilse, demeli, oglan onu cox isteyir.Eger aca bilmese, demeli, eksine.

    Bu fala da ilin axır çərşənbəsi baxırlar. Özü də bu fala qızlar baxa bilərlər. Qız sakit, heç kimlə danışmadan ləyənə su tökür. Əlinə bir böyük güzgü alır. Həmin güzgüdə aya baxır. Sevdiyi oğlanın şəklini qız görərsə bu onun xeyrinədir. Demək, təzə il onun üçün uğurlu olur, mətləbi həyata keçir. Bütün bu vaxt qız danışarsa, fal düz çıxmaz.

    Ureyinde bir niyyet tutursan ve namelum sayda copleri duzub, “xeyir”, “ser” deyib sayirsan. eger axirinci cop “xeyir” olarsa, meqsedine catacaqsan. “Ser” olarsa, ureyinde tutdugun arzuya nail ola bilmeyeceksen.

     

     

    Lady_rap - 16.03.2010 - 13:23



Benzer Konular

  1. Novruz Mesajları - Novruz Bayramınız Mübarək
    Konuyu Açan: Leyl-i Lal, Forum: Azərbaycan Həyat tərzi.
    Cevaplar: 0
    Son Mesaj : 20.03.2011, 23:45
  2. Çərşənbə Falları
    Konuyu Açan: Leyl-i Lal, Forum: Azərbaycan Həyat tərzi.
    Cevaplar: 0
    Son Mesaj : 15.03.2011, 15:48
  3. Ah Şu Papatya Falları
    Konuyu Açan: BaL Böcüğü, Forum: Çiçek Resimleri.
    Cevaplar: 0
    Son Mesaj : 18.09.2010, 08:32
  4. Axır çərşənbə ve falları
    Konuyu Açan: Leyl-i Lal, Forum: Azərbaycan Tarixi Ve Coğrafiyası.
    Cevaplar: 0
    Son Mesaj : 28.01.2010, 23:30
  5. Papatya Falları - Demet Sağıroğlu
    Konuyu Açan: SU-PERISI, Forum: Yerli Şarkı Sözleri.
    Cevaplar: 0
    Son Mesaj : 03.06.2009, 11:46

copyright

Soru Cevap