REKLAM




+ Konuyu Cevapla

Novruz - Novruz Bayramı

  1. Yazan: Leyl-i Lal
    Leyl-i Lal - ait Kullanıcı Resmi (Avatar)

    REKLAM


    Novruz - Novruz Bayramı Haqqinda




    Register

    Novruz bayramı (Yeni Gün bayramı, Ərgənəgün


    Bayramı, Bahar bayramı; fars. نو روز - Nou ruz, özbək. Navruz, türkm. Nowruz, kürd. Newroz, qazax. Naurız, qırğız. Nooruz, türk. Nevruz, krımtatar. Navrez) — yazın gəlişini simvolizə edən qədim xalq bayramı.

    Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-sində) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər. Qədim zamanlardan başlayaraq İran, Əfqanıstan, Tacikistan, Özbəkistan və bəzi başqa şərq xalqları ilə yanaşı azərbaycanlılar da baharın - yeni ilin gəlişini şənliklərlə qarşılayırdılar. Martın 21-i İran və Əfqanıstanda rəsmi təqvimin ilk günü sayılır. Novruz həmçinin Bəhai təqvimində ilin ilk günüdür.

    2009-cu il sentyabrın 30-da Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilmişdir.


    Facebook




    Üyelik

  2. Yazan: Leyl-i Lal
    Leyl-i Lal - ait Kullanıcı Resmi (Avatar)
    Novruz bayramının mənşəyi, onunla bağlı əsatirlər, miflər qədimdir. Tədqiqatçılar Novruz bayramının məhz Yaxın Şərqin qədim əkinçiliklə məşğul olan xalqları arasında meydana gəldiyini söyləyirlər. Novruz bayramının ayrı-ayrı tarixi və əfsanəvi şəxsiyyətlərin (əfsanəvi İran şahları Kəyumərs (Avestada Qaye Mərdan), Cəmşid və başqaları) adı ilə bağlamağa çalışmışlar. İslam dini Yaxın Şərq və Orta Asiya ölkələrində yayıldıqdan sonra Ərəb xilafəti bu ölkələrin xalqlarının adət-ənənələrini, bayramlarını təqib etməyə başladı. Əsrlər boyu dini xadimlər, müxtəlif təriqət nümayəndələri bu bayramı təbii və tarixi köklərindən ayırmağa çalışmış, ona dini, mövhumi libas geyindirməyə cəhd göstərmşlər. Hətta bəzi din xadimləri belə bir fərziyyəyə uydurmuşlar ki, Novruz bayramı guya IV xəlifə Əlinin hakimiyyətə (656-661) gəldiyi günlə əlaqədardır. Halbuki imam Əli iyul ayında hakimiyyətə gəlmiş, Novruz isə yazda bayram edilir. Əslində, xalqın bayramla əlaqədar keçirdiyi mərasimlər heç bir dini ehkamlar ilə bağlı deyildir. Əksər xalqlar bahar bayramının əsl mahiyyətindən doğan bir sıra adət-ənənələri, oyunları indiyədək saxlamışlar.
    SSRİ-nin poçt markası. Azərbaycanda Novruz

    Orta əsr müəllifləri Şərq ölkələrində İslam dini yayıldıqdan sonra da Novruz bayramında yaz ənənələrinin, əkinçilik təqvimi etiqadlarının möhkəm yer tutduğunu göstərirlər. Əbu Reyhan əl-Biruni (XI əsr) Novruz bayramı haqqında müxtəlif rəvayətlərdən onun yaranması səbəblərindən, bu bayram münasibətilə xalq arasında yayılmış adət-ənənələrdən bəhs etmiş, Novruz bayramının təbiətin oyanması, əkinçilik təsərrüfatının başlanması ilə bağlı əsl dünyəvi bayram olduğunu qeyd etmişdir. Nizamül Mülk (XI əsr) "Siyasətnamə" əsərində Novruz bayramından yazın gəlişi ilə əlaqədar keçirilən kütləvi xalq bayramı kimi bəhs etmişdir. Novruzun gəlişi klassik Şərq, o cümlədən Azərbaycan poeziyasında geniş yayılmış "Bahariyyə" adlı lirik şeirlərdə də təsvir və tərənnüm edilir.
  3. Yazan: Leyl-i Lal
    Leyl-i Lal - ait Kullanıcı Resmi (Avatar)
    Register


    İnsan, kainat 4 ünsürdən - su, od, torpaq və küləkdən yaranıb. Hər il 4 çərşənbə Novruzdan, günün bərabərləşməsindən əvvəl qeyd olunur. Aşıqlarımız da «Ab, atəş, xak, badan yarandım» deyiblər vücudnamələrində, yəni su, od, torpaq və yelə bağlıdır insan.

    * Birinci su çərşənbəsi adlandırılırdı. Yəni bahara doğru çayların azacıq buz bağlayan yerləri əriyib çaylara tökülür. Torpaq yavaş-yavaş islanmağa başlayır. Qızlar bulaqlardan sərin, şirin su gətirərdilər, evin ətrafına çiləyərdilər, üzlərini yuyardılar.
    * İkincisi od çərşənbəsi adlanır. Ona görə ki, bahara doğru günəş yavaş-yavaş torpağı qızdırır, isindirir, onu yaratmaq üçün hazırlayır. Od çərşənbəsində tonqallar qalayardılar. Hər ailə üzvünün adına bir dənə şam yandırardılar. Xonçalar düzəldilərdi.
    * Üçüncüsü yel çərşənbəsidir. Bəzi bölgələrimizdə çox əziz tutulur. Yəni yel artıq azacıq oyanmış torpağı, təzəcə çığmış yaza həsrət gülləri tərpədir, tumurcuqlanan ağacları yellədir.
    * Axırıncısı torpaq çərşənbəsidir. Torpağı ana təbiət – Allahımız su ilə islatdı, günəşlə isitdi, onu yaratmağa hazırladı. Ona görə də ilk yaz əkinini xışla-kotanla məhz torpaq çərşənbəsi günündə başlayardılar. Nənələrimiz «Səməni, saxla məni, ildə göyərdərəm səni»- deyib buğda isladardılar.
  4. Yazan: Leyl-i Lal
    Leyl-i Lal - ait Kullanıcı Resmi (Avatar)
    Register



    Hər bir xalq bu bayramla bağlı etnik, yerli, milli xüsusiyyətlərinə uyğun, özünəməxsus mövsum nəğmələri, mərasim nəğmələri yaratmışdır.

    Ümumilikdə Novruz İranda, Qafqazda və Mərkəzi Asiyada, Türkmənistanda, Tacikistanda, Özbəkistanda, Pakistanda, Qazaxıstanda, Qırğızıstanda xüsusi təntənə ilə qeyd edilir. Albaniyada Sultan Nevruz bayramı dini bayram kimi Bəktaşilik təriqətinin davamçıları tərəfindən qeyd olunur.
    Adətə görə süfrəyə "s" hərfi ilə başlayan 7 növ ərzaq qoyulur

    Ümumiyyətlə Novruz dünyanın əksər ölkələrində bu xalqların nümayəndələri tərəfindən geniş şəkildə qeyd edilir. Bu cür məkanlar arasında Los-Anceles, Toronto, Londonu saymaq olar. Los-Ancels şəhərinin ocaq qalamağa dair sərt qərarları var, heç bir kəsə öz mülkündə ocaq qalamağa icazə verilmir. Hətta buna baxmayaraq Cənubi Kaliforniyada yaşayan və Novruzu qeyd etmək istəyən İranlılar və Azərbaycanlılar Kaliforniyanın çimərliklərinə gedir və ocaq qalamağa icazə verilmiş yerlərdə ocaq qalayırlar.

    Novruz bayramı İraqda, Türkiyə ərazisində, Hindistanda, Pakistanda, Özbəkistanda, Türkmənistanda və s. ölkələrdə qeyd edilir.
  5. Yazan: Leyl-i Lal
    Leyl-i Lal - ait Kullanıcı Resmi (Avatar)
    Register

    Register


    Register


    iran süfrəsində fərqli bir səməni olur. Onlar səmənini ən çox mərcidən göyərdirlər. Səməni buğdadan da olur. Amma mərci səmənisi cücərtmək daha rahat olduğu üçün səmənini mərcidən düzəldirlər. İran süfrəsində şəkil də olur – məsələn, İrandakı zərdüştilər öz Novruz süfrələrinə Zərdüşt peyğəmbərin müasir rəssamların təxəyyülünün məhsulu olan portretini qoyurlar. Amma İran əhalisinin çoxu müsəlmandır, onların süfrəsində Qurani-Kərim olur, bəziləri isə həm də İran şairi Hafizin divanını süfrəyə qoyurlar. İran süfrəsində də “s” hərfi ilə başlayan 7 nemət olmalıdır.
  6. Yazan: Leyl-i Lal
    Leyl-i Lal - ait Kullanıcı Resmi (Avatar)
    Register

    Register

    Register


    Əfqan süfrəsi isə adətən stolun üstündə olmur. Süfrə yerə sərilir və ona dəstərxan deyirlər. Əfqan süfrəsində kompota bənzər bir təam da olur. Həmin tə- adı “həft meyvə”, yəni yeddi meyvədir. Amma quru meyvələrdən hazırlanır. Əfqanlar bunu ilin heç bir ayrı ayında hazırlamırlar, ancaq Novruzda hazırlayırlar. “Həft meyvə” - ərik qurusu, kişmiş, qoz, iydə və sairdən hazırlanır. Əfqanıstanda da Azərbaycandakı kimi yumurta döyüşləri olur, amma orda yumurta boyamaq bir az uzun çəkir – yumurtaları qaynadandan sonra da fırçayla üstünə cürbəcür naxış vururlar. Əfqanıstanda Novruz şənliklərinin mərkəzi Məzari–şərif şəhəridir - əfqanların inancına görə, Məhəmməd peyğəmbərin kürəkəni Əlinin məzarı bu şəhərdədir. İnsanlar həmin şəhərə toplaşır, Əlinin ziyarətgahında orda xüsusi sərgilər, mərasimlər, şoular təşkil olunur. Novruzda – Məzari-şərifdə müxtəlif oyunlar, yarışmalar da olur – xoruz döyüşdürürlər, it boğuşdururlar. Bu yarışmaların mövsümü Novruzda başlayır. Sonra 3-4 ay da davam edir. Çərpələng uçurtma kimi oyunlar da olur. Amma əfqanlar Novruzda Məzari-şərifə təkcə şənlənməyə getmirlər.

    Əfqanlar Məzari-şərifə gedirlər, orda xüsusi bayraq qaldırırlar. Bayraq 10 gün orda qalır. Sonsuz qadınlar Əinin ziyarətgahına gəlir, ora lentlər bağlayırlar, Allaha dua edirlər ki, Əlinin xətrinə bizim ailənin övlad arzusuna yerinı yetir.
  7. Yazan: Leyl-i Lal
    Leyl-i Lal - ait Kullanıcı Resmi (Avatar)
    Register

    Register

    Qırğız süfrəsində məxsusi olaraq Novruzda bişirilən beşbarmaq da olur. Bu – quzu ətindən və makarona oxşar un məmulatından bişirilir. Adına niyə beşbarmaq deyilir – çünki əllə yeyilir – yəni beş barmaqla.

    Qırğızıstanda Novruzda tonqal qalamırlar, amma evin, həyətin odla pak edilməsi adəti var – Azərbaycanda üzərlik yandırılan kimi. Qırğızlar deyir ki, bu, qədim türk şamanlarından qalma adətdir.

    Onlar «Alas-alas, hər bəladan xilas» – deməklə öz həyətlərini atəşlə pis ruhlardan təmizləyirlər.
  8. Yazan: Leyl-i Lal
    Leyl-i Lal - ait Kullanıcı Resmi (Avatar)
    Register

    Register

    Register


    Tacikistanda isə Novruz martın 20-də başlayır, 3-4 gün davam edir – uşaqlar qapı döyüb bayram payı istəyir, amma qapını döyüb gizlənmək yoxdur. Uşaqlar yaz çiçəklərindən dərib yığır, qapıları döyür –ev sahibinə çiçəklərdən verir, ev sahibi də onlara ya konfet, ya yumurta, ya da pul verir. Pul vermək təzə yaranma adətdir.
  9. Yazan: Leyl-i Lal
    Leyl-i Lal - ait Kullanıcı Resmi (Avatar)
    Register

    Register

    Register

    Özbəklər isə Novruz süfrəsi üçün «nişala» hazırlayırlar. Nişala şəkərdən bişirilir – şokolad kimi olur, amma bəyaz. Çox ləzzətli olur, çörəklə yemək iyi gəlir. Özbəkistanda dəyişik adətlər var. Məsələn, Surxəndəryada adamlar asimandan yağmur gözləyir. Üzlərini böyük bir qocaman qadının – Sus xatının şəklinə tutub yağış istəyirlər. «Sus xatın, susma xatın, yağmır yağdır» deyə şərqi söyləyirlər. Yəni bu – İslama qədərki bir düşüncədən gəlir. Novruzda Özbəkistanda öküzlərin buynuzunu yağlayırlar. Məmləkətin yaşlı adamı əlini yağa batırar və öküzlərin buynuzunu yağlar ki, yeni il bərəkətli olsun.


  1. Yazan:
    no avatar


    REKLAM



Benzer Konular

  1. Novruz bayramı və çərşənbələr
    Konuyu Açan: BiR-DOST, Forum: Azərbaycan Həyat tərzi.
    Cevaplar: 0
    Son Mesaj : 01.11.2013, 20:53
  2. Novruz Bayramı Adət-ənənəmiz
    Konuyu Açan: ZELAL, Forum: Azərbaycan Tarixi Ve Coğrafiyası.
    Cevaplar: 0
    Son Mesaj : 14.03.2012, 14:08
  3. Novruz Mesajları - Novruz Bayramınız Mübarək
    Konuyu Açan: Leyl-i Lal, Forum: Azərbaycan Həyat tərzi.
    Cevaplar: 0
    Son Mesaj : 20.03.2011, 22:45
  4. Ukraynada Novruz bayramı
    Konuyu Açan: Lady_rap, Forum: Azərbaycanca xəbərlər.
    Cevaplar: 0
    Son Mesaj : 20.03.2010, 09:38
  5. Novruz Bayramı
    Konuyu Açan: Leyl-i Lal, Forum: Azərbaycan Ədəbiyyatı və İncəsənət.
    Cevaplar: 0
    Son Mesaj : 15.03.2010, 13:54

copyright

Soru Cevap

grafimx