Ad Günü SMS - ləri

  1. Ad günü sms sözler - ad günü mesajlar



    Bezi şeyler sevilir çünki onlar deyerlidir, bezi şeyler deyerlidir çünki onlar sevilir. Sen her ikisine layiqsen, ad günün mübarek!

    Deyirler ki, terifde, tebrikde, ümumiyyetle semimiyyetden doğan bütün xoş sözler müsbet enerjidir. Ele ise men de bu enerjini sidq ürekle sene yollayıram. Çünki buna layiqsen. Allah qelbini sıxıntıdan, bedbinlikden qorusun *XOŞBEXT OL*! Xoşbext ol ki, sene bağlı olanlar da xoşbext olsunlar.

    Eşitmişem bu gün dünyaya bir gözel bala gelib. Ona gözel bir ad qoyublar. O gözel balaya xoşbextlik arzu edirem. Etrafında o qeder sevdiklerin olsun ki, göydeki ulduzlar yanında biqane qalsın. Ad günün mübarek.

    Heyatım yeni yaşın, doğum günün mübarek! Heyat eşqin, yaşamaq eşqin sönmesin. Allah her arzunun qanadına bir ümid bağlayıb sene göndersin.

    Ömründen bir yarpaq daha düşür ve yaxud da düşdü. 20-ci addımını atmağa hazırlaşırsan. Ne deyim sene uğurlar. Gelen her ilin öten her ilden qat-qat gözel, uğurlu olsun. Desem ki, çetinlik çekmeyesen ele bele menasız olacaq. Çünki çetinliyi olmayan insan yoxdu, ona göre de deyirem ki, her bir çetinlikden, her bir heyatın sınağından asanlıqla, sebrle, alnı açıq ve menevi cehetden çox güclü keçesen. 19 yaşın, yaşadığın bu 19 ilin mübarek.

    Arzu edirem heyatın göy qurşağı kimi rengareng, bal kimi şirin, su kimi saf, nağıllar kimi maraqlı olsun! Ad günün mübarek!

    Ad günün mübarek! Sen ilk önce rebbine, sonra da valideynlerine öz minnetdarlığını bildir. Çünki seni yaradan Allah, bu dünyaya getiren ise valideynlerindi. Allah onların canını sağ elesin. Sene geldikde ise yene de ad günün mübarek, neçe bele ad günleri keçiresen, keder hemişe senden uzaq olsun.

    Ad gününü tebrik edirem! Yaşı demirem, çünki yaşı Allah verir. Bir dene deyirem ki, Allah veren yaşı deyerince yaşaya bilesen. Ad günün mübarek!

    Neçe gündür ki, dünyanın en sade insanını nece tebrik edeceyimi fikirleşirdim. Sadelik baş ucalığıdır prinsipine sadiq qalaraq sadece ad günün mübarek.

    Artıq nece ildir ki, senin ad gününü hamıdan evvel tebrik edirem. Bu il de ilk olaraq seni tebrik edirem. Bununla bir növ özümü sene oxşadıram, axı sen her zaman birincisen.

    1 az şans, 1 az sevgi ve sebr, 1 parça zaman, müveffeqiyyet ve memnuniyyeti de elave etsek hamısını qarışdırıb, senin üçün böyük ve dileklerinin reallaşdığı bir HEYAT TORTU bişire bilerik.AD GÜNÜN MÜBAREK!

    Bir yaz günü, yaz seheri doğuldun sen! Bilirsenmi, güneş teqviminde il yaz feslinden başlayır. Sen de menim ömrüme doğan güneşim, başlayan teze ilim, ülvi arzularımsan. Arzularına çatasan, axan göz yaşların yalnız sevinc yaşları olsun. İlk baharın abu-leysanı kimi, atdığın her addım uğur, baş ucalığı getirsin sene, yaz çiçekleri meyveleri getiren kimi.

    Neçe illerdir gördüyüm, her gece menasızca baxdığım ulduzlar, bu gün seninle çox gözeldi. Çünki indi onlara baxdıqca keçirdiyimiz gözel günleri xatırlayıram. Heyatı menimçün menalı eden, yaşamamın tek anlamı ad günün mübarek.

    İllerin keçmesi gözelliyini heç azaltmayıb, arzu edirem ki, gözelliyin daim 1 şerabın dadının iller keçdikce artdığı kimi artsın, gözelliyin etrafa nur saçsın.

    Nil heç vaxt qurumur, qelbin nil kimi hemişe axar olsun! Ulduzların sayı yoxdur, hörmetin ulduzlar qeder olsun! Ay Yerden ayrılmadığı kimi, sen de hemişe qoşa ol! Güneş tekdir, ona benzeme! Mehebbetin torpaq qeder davamlı olsun! Qem eyir, sevinc ucaldır insanı! Qem görme! Sevinc, seadet dolu uca semalara qalxmaq üçün ayağının altında hemişe nerdivan olsun! XOŞBEXT OL!

    Sene heyatda hind mehebbeti, Fransa seadeti, türk gözelliyi ve en esası Azerbaycan toyu arzu edirem. Ad günün mübarek!

    Ad günün mübarek. Öten illerin gelen qarşısında aciz qalsın. 12 ay 365 günün her anı sevincle dolu olsun. Her anında men senin anın olum.

    Sene azrum ne ola biler. Arzu edirem ki, arzuların solmasın. Üreyine qüsse keder dolmasın. Sevib sevilmekden doyasan. Keder ayağının tozu, sevinc başının tacı olsun. Ad günün mübarek!

    Buludların göz yaşları pencerene vurarken, fikre getdiyin bir an hansı xeyallar sene yatmağı unutdurursa gelecek sene onları yaşatsın. Ad günün mübarek!

    Bu gün doğum günü olduğun üçün ferqli ve özel olduğunumu hesab eleyirsen. Amma sen menim üçün her zaman ferqli ve özelsen. Yaxşı ki, bu heyatda varsan. Birlikde neçe yaşlara.

    Bu gün yağış yağırdı. Yox... Yağan yağış deyil ulduzların göz yaşı idi. Çünki göydeki en gözel ulduz yere enmişdi. Dünyaya xoş geldin canım doğum günün mübarek!

    Seni ad günü münasibeti ile tebrik edirem, heyatda çata bilmediyin arzulara uğur nerdivanları ile qalxasan.

    Ezizim... seni doğum günün münasibetile tebrik edirem. Her zaman gözel gülüşünle, menalı baxışınla, hessas üreyinle birinci olasan. Nece ki, birincisen.

    Xoşbextlik bankının sevgi şöbesinde olan hesabınıza 360 gün yatırılmışdır, onların her birini şen keçirmeyinizi arzu edirem, ad günün mübarek.

    Bir il daha geride qaldı. Amma heyfslenme, zaman tez keçir deye. Arzu edirem ki, bu ilin sonunda geriye dönüb baxanda, gözel bir il idi deyesen. Ad günün mübarek!

    Bu gün dünyanın en gözel günlerinden biridi, çünki illerin, ayların bu günü sen dünyaya göz açmısan. Sen her zaman ezizsen.

    Ad günün mübarek! Sene xoşbextlik yağışına düşüb çetir tapmamağı arzulayıram. Arzu edirem ki, sen atlı olasan, keder ise piyada, heç vaxt sene çata bilmesin!

    Senin ad günündür. Tebrik edirem seni bu il de üreyimde sene olan sevgimle, senden gizli olan sevgimle. Üreyime baxsan orda görersen ki, senin ad gününden başqa bir gün qalmayıb artıq. Tebrik edirem seni. Hediyyen ise her il olduğu kimi bu il de üreyimdir. Qebul etmeyeceyini bilsem bele. AD GÜNÜN MÜBAREK. Unudulmamısan.

    Sene dünyanın en gözel neymetlerini vermek üçün iller mene bes etmez. Ad günün mübarek.

    Ad gününde hamı seninledirse, etraf şendise, ancaq sen tenhasan, onun yolunu gözleyirsen.Telefona qaçırsan, belke zeng eder deye. Amma ses soraq yox. Yene tenhalıq, yene sessizlik. Geceleri tek, gözü yaşlı, qelbi qırıq. Get, get, get qedrimi bilmedin, deyer vermedin heç bir göz yaşıma. Bir an olsun anmadın adımı. Elvida sene Elvida!

    Bu gün senin doğum günün, sana vermek isterdim bir bebegin ruyalarını, bir yağmur damlasını. Ama sana sadece sevgimi vere biliyorum, kabul edersin?Seni çok seviyorum.

    Elinde çiçek аçsın, tikаnlаrı bаtmаsın. Mehebbet seninle olsun seni аğlаtmаsın. Dаim çiçekler kimi terаvetli olаsаn аmmа hеç vаxt solmаyаsаn.

    Ad günün mübarek. Qoy her zaman süfren ruzili, ruzin bereketli, cibin pullu, sevdan qanadlı, bextin atlı olsun

    Arzum budur heç zaman, heç vaxt üzünde qocalıq oxunmayaydı. Kaş bu öten günler, ötüşen iller, senin gencliyine toxunmayaydı. Ad günün mübarek

    Arzu edirem ki, heyatında ad günü kimi önemli olan toy gününü qeyd edesen!

    Seni ad günün münasibeti ile ürekden tebrik edirem. Sene en esası can sağlığı, uzun ömür, xoşbextlik, dop-dolu sevgi, mehebbet arzu edirem. Ulu tanrı ömrüne ömür, sevincine sevinc qatsın. Atdığın her atdım senin heyatına uğur getirsin. Gözlerinde daima sevinc qığılcımları parlasın. Sevinc başının tacı, keder ayağının tozu olsun. Bu arzular, seni qanadına alıb en uca zirvelere qaldırsın ve yenilmez olasan! Ad günün mübarek!

    Sene ömür boyu xöşbextlik arzu edirem. Keder sene menim qeder uzaq, sevinc etrafındakılar qeder yaxın olsun. Her zaman seni sevenlerin ehatesinde olasan. Gelen günlerin öten günlerinden daha maraqlı, daha yadda qalan olsun. Ad günün mübarek.

    Senin ad günün mübarek olsun. Arzum budur heyatda ne edim nece edim demeyesen. Sevinc başinin tacı, keder ayaqını tozu olsun. Xoşbext heyat arzulayıram.

    Salam, herçend ki, sene olan arzularımı 160 simvola yerleşdire bilmerem, ne ede bilerik bacardığım qeder seni tebrik etmeye çalışıram. Sene at sureti, peleng cureti, torpaq bereketi arzulayıram. Arzular sonsuzdur, limit de bezen sonsuzluğa yaxınlaşır!

    Sene heyatda uzun ömür can sağlığı arzu edirem. Xoşbextlik başının tacı olsun. Üzünden gülüş tebessüm heç zaman eskik olmasın.

    Tebrik edirem. Arzum heyatda gül kimi etirli, dağlar qeder möhkem, su kimi şeffav olsun. Daima xoşbextliklerle dolu günler keçiresen. Ad günün kutlu olsun.

    Arzum budur her günün her anın bayram olsun, bayramların bir-birinden şen olsun. Axan göz yaşların ancaq sevinçden olsun. Bu günkü doğum günün bir da mübarek olsun canım!

    Oyandıqca her gün seher, opuş qonsun heyatına. Yaş geldikce yaş üstüne, sevgi dolsun heyatına. Ezizim .... ad günün mübarek. Ne yaxşiki varsan.

    Sene bu xoş günde yalnız ve yalnız bir arzum var. O da can sağlığıdır. Çünki can sağlığı olduqdan sonra her şeye nail olmaq olur. Ad günün mübarek.

    Senin ad gününe gül dermek üçün, sineme çekdiyin dağa çıxmışam.

    Sene аrzum tükenmezdir hemen аrzulаrdаn birini sene yаzırаm, аrzum budur sevinc bаşının tаcı keder аyаğının tozu olsun.

    Dünyada evezsiz gözellik varsa, o da üreyindedir. Heyatının bundan sonrası üreyinin gözelliyi kimi keçsin. Ad günün mübarek!

    Dünya fanidir. Axiretde kitabının sağ eline verilmeyini arzulayıram. Ad günün mübarek.

    Ancaq arzuladığın, amma heyata keçmeyine inanmadığın arzularının çin olmasını arzulayıram. Ad günün mübarek.

    Arzu edirem Allah her şeyi qelbine göre versin. Çünki senin qelbin gözelliklerle doludur. Ad günün mübarek.

     

     

    Leyl-i Lal - 19.02.2010 - 22:37
  2. gozel sozlerdir

     

     

    airo6508 - 18.04.2012 - 11:09



Benzer Konular

  1. Öldüğüm Günü Değil Doğduğum Günü Hatırlayın
    Konuyu Açan: Ay Kız, Forum: Resimli Sözler.
    Cevaplar: 0
    Son Mesaj : 02.01.2013, 23:27
  2. Arife Günü ve Bayram Günü Duaları
    Konuyu Açan: hafizee, Forum: Ramazan.
    Cevaplar: 1
    Son Mesaj : 19.08.2012, 03:45
  3. Aşura günü ilə əlaqədar maraqlı məlumatlar – Taasuə günü
    Konuyu Açan: Sarsın, Forum: Azərbaycan Həyat tərzi.
    Cevaplar: 0
    Son Mesaj : 05.01.2012, 04:34
  4. Ramazan ayının sonuncu cümə günü Qüds günü kimi elan olunub
    Konuyu Açan: Sarsın, Forum: Azərbaycan Həyat tərzi.
    Cevaplar: 0
    Son Mesaj : 25.08.2011, 18:14
  5. Arife günü ve bayram günü duaları
    Konuyu Açan: SU-PERISI, Forum: Dualar.
    Cevaplar: 0
    Son Mesaj : 15.11.2010, 01:06

copyright

Soru Cevap