Dünyanın yaranma rəvayəti


  1. D252;nyan305;n yaranma r601;vay601;ti (hazir)
    “Dünya balaca dünyadır”, “Dünya bir pəncəridir hər gələn baxıb gedər” atalar sözlərində, hətta Məmməd Araz nümunəsi olan sevimli şərqinin sözlərindəki kimi “Dünya sənin, dünya mənim, dünya heç kimin” fikirlərini dildə canlandırmaq asan olduğu qədərdə çox düşündürücü və kamilləşdirici olması ilə daima müzakirələrə səbəb olmuşdur. Aparılan elmi axtarışların nəticəsində dünya məfhumu genişliklə kitab, məqalələrdə aydın şəkildə şərh olunub və onun dərin kökləri dünyanın yaranma tarixinə əsaslanıb. Dünyanın ilk yaranışı haqda məlumat öz mənbəyini qədim əfsanələrdə və müqəddəs insanların söylədiklərində əksini tapıb.

    Məhəmməd Peyğəmbərin dünyanın yaranma tarixi haqqında qeyd etdiklərini bütün insanların diqqətini çatdırmaq istəyirik:

    “Allah Təala” dünyanı 6 gün müddətinə yaratmışdır. Dünyanın yaranma günü bazar günü, axırıncı günü isə cümədir. Tanrı birinci gün göyü,ikinci gün günəşi ayı, ulduzları, küləyi, üçüncü gün suda-quruda, göyün yeddinci qatında yaşayan canlıları, məlaikələri yaratmış və havanı onların yaşamaları üçün bərqərar etmişdir, dördüncü gün suyu yaradıb, beşinci gün cənnəti yaradıb, altıncı gün Allah yaratdıqlarını seyr etməyə başlamışdır”.

    Beləliklə yer-göy biri-birindən ayrılmış və bizə hədiyyə kimi verilən dünya yer qatının birinci təbəqəsində yerləşmişdir.

    Zaman keçdikcə bu qat üzərində minlərlə, milyonlarla və daha artıq insanın çoxalması, bütün yer üzünü insan izlərinin zəbt etməsi başlanmışdır və yer kürəsini insan fəth etmişdir.

    Dünya min bir bəzəklə, orqanizmə müalicə əhəmiyyətini daşıyan mineral sularla təmin edilmiş, göz oxşayan dağlar, bağlar insan əməyinin, zəhmətinin köməkliyi ilə Allahın insana verdiyi gözəlliyin inkişafı ilə göz oxşamışdır. Xariqələr yaratmağı bacaran insanlar sığınacaq üçün evlər, yuvalar tikmiş, hətta inkişaf edən texnologiya zamanında uca göydələnlər ucaltmışdır.

    Nəticə etibarı ilə biz qurulan dünyanı inkişafa daşıyan, bu yolda əlindən gələni etməyi özünə borc bilən insanlarıq.

    Lakin bunu da qeyd etmək lazımdır ki, dünya təkcə bizim yaşadıрımız yer təbəqəsindən ibarət deyil. Dünya ölənlərin ruhları, mələklərin məskəni, ilahi qüvvələrin yaşayış yeri və yeddinci qatın sahibi olsun yeri-göyü yaradan Allahın iqamətgahıdır.

    Bəzən bizim reallıq kimi qəbul etdiyimiz dünya mücərrəd mənada da işlənib. Ən kiçik nümunə “sən mənin dünyamsan” kimi fikirdə: qeyd olunan insanın həyatın mənası, anlamı olduрu kimi yozulur.

    Dünya böyük dünyadır nə gözəl böyüklüyü görənə, nə yazıq böyüklüyü görüb kiçikdir deyənə…

     

     

    Leyl-i Lal - 08.12.2009 - 11:37



Benzer Konular

  1. Allergiya və onun yaranma səbəbləri
    Konuyu Açan: Sarsın, Forum: Sağlamliq.
    Cevaplar: 1
    Son Mesaj : 26.01.2014, 20:38
  2. İmmunitetin yaranma nəzəriyyələri
    Konuyu Açan: BiR-DOST, Forum: Sağlamliq.
    Cevaplar: 0
    Son Mesaj : 17.10.2013, 21:45
  3. Dua Bir yaranma Yenidən doğuşdur
    Konuyu Açan: Nerissa-Su, Forum: Azərbaycan Həyat tərzi.
    Cevaplar: 0
    Son Mesaj : 21.02.2012, 10:07
  4. Mənlər - Mən Tipləri - xalların Yaranma
    Konuyu Açan: Nerissa-Su, Forum: Sağlamliq.
    Cevaplar: 0
    Son Mesaj : 20.02.2012, 17:28
  5. Uçuqlama və onun yaranma səbəbləri
    Konuyu Açan: Sarsın, Forum: Sağlamliq.
    Cevaplar: 0
    Son Mesaj : 23.12.2011, 09:24

copyright

Soru Cevap