REKLAM




+ Konuyu Cevapla

Yaxşiliq et

  1. Yazan: YaSMiN
    No Avatar

    REKLAM


    Brayn oz maşını ilə gedirdi. Birdən yolun kənarında hamının diqqətindən yayınmış bir maşın gördü. Maşında çaşqınlıq içində olan bir xanım var idi. Brayn maşınından düşdü və xanıma yaxınlaşdı. Qadın üzündəki təbəssümə baxmayaraq çox qoxurdu. O maşında olan müddətdə heç kim ona yaınlaşmamışdı.
    “Mən sizə kömək edərəm, xanım. Mənim adım Brayn Andersondur. Mənim maşının istidi, keçin orda əyləşin.”
    O, hiss etdi ki, maşının təkərləri partlayıb və qadın bunu bərpa etmək gücündə deyil. Brayn işə başladı, təkəri maşına yerləşdirməyə çalışırdı. Beləliklə, Brayn işin öhdəsindən asanlıqla gəldi.
    Qadın bilmirdi köməyə görə Brayna necə təşəkkür etsin. Brayn gülümsəyərək baqajı bağladı, xanım ona nə qədər borclu olduğunu soruşduqda Brayn heç bir şey istəmədi. O sadəcə köməyə ehtiyacı olana kömək etmişdi. Tək Allah bilir ki, keçmişdə Brayna nə qədər adam kömək etmişdi...qadın israr edincə Brayn dedi:
    “Əgər borcunuzu doğurdan qaytarmaq istəyirsinizsə, harda köməyə ehtiyacı olan bir kəsi görsəniz məni xatırlayın..”
    Gözəl qış günlərindən biri idi, qadın bir restoran gördü, isinmək və yemək yeməkçün ora daxil oldu. Restoranda işləyən qız xanıma yağışda islanmış saçlarını qurutmaq üçün salfetka gətirdi. Bütün günü ayaq üstə olmasına baxmayaraq qızın üzündən təbəssüm əskik olmurdu və hamıyla səmimi üsiyyət qururdu. O, 8 aylıq hamilə idi. Xanım gördü ki, nə işin çətinliyi, nə də hava qızın xoş simasına təsir etməmişdi. Xanım öz – özünə bir insanın çətinlik qarşısında tanımadığı adama necə gülümsədyini fikirləşdi və elə bu vaxt yadına Brayn düşdü. Yeməyini bitirdikdən sonra masaya 100 dollar qoydu, qız pulun qalanını qaytarmağa getdikdə xanım restoranı tez tərk etdi ki qız onu tapmasın. Qız qayıdanda xanımı yerində görmədi, amma stolun üstündə bir yazı gördü:
    “siz mənə borclu deyilsiniz! Mən sadəcə burdan keçirdim, bu gün bir adam mənə kömək etdi. Mənim sizə etdiyim kömək kimi. əgər siz həgigətən borcunuzu qaytarmaq istəyirsinizsə o zaman qəlbinizdəki sevginin tükənməsinə icazə vermiyin”
    Stolun üstündə 4 əlavə 100dollar var idi.
    Qizciğaz evə qayıtdı, bu gün olanlar barədə, pul haqqında, xanımın yazdığları haqqında düşünürdü. Xanım necə bilərdi ki, qizcığazın və ərinin pula ehtiyacı var. Qız ərinə yaxınlaşdı və qulağına pıçıldayaraq “ SƏNİ SEVİRƏM Brayn Anderson” dedi.

    Qədim bir deyim var: yaxşılıq heç zaman itmir. (yaxşılıq et dənizə at)
    Bu gün mən sizə belə hadisə danışdım...Yaxşılıq etmək bir işıqdır, bu işığın sönməsinə imkan verməyin. Bu işığı bir – birinizə ötürün...
    Unutmayın, yaxşı dostlar ulduz kimidir... Siz onları hər zaman görmürsünüz, ama siz bilirsiniz ki, onlar həmişə var....


    Facebook




    Üyelik

  2. Yazan: Lady_rap
    Lady_rap - ait Kullanıcı Resmi (Avatar)
    cox sagol maraqli idi


  1. Yazan:
    no avatar


    REKLAM



Benzer Konular

  1. Yaxşiliq etsəndə ozunə qayıdar,pislik etsəndə
    Konuyu Açan: Sarsın, Forum: Azərbaycan Ədəbiyyatı və İncəsənət.
    Cevaplar: 0
    Son Mesaj : 25.01.2012, 14:48

copyright

Soru Cevap

izmit düğün salonları - grafimx