REKLAM




+ Konuyu Cevapla

Məni unutma

  1. Yazan: Ceylan
    No Avatar

    REKLAM


    sevgi yazıları - sevgiliye yazılan sözler - hesret hekayesi - Məni unutma hekayesin oxu




    Çox şey olacağını sandığım amma heç bir şey olmayacağını bildiyim halda, ağılına gəlmək istəyirəm. Bir mahnının sözündə xatırladığında ola bilər. Bir yazıdan çox sıxılıb, bitirmədiyin bir anda da. Bilmirəm ki, bir yoldaşının haqqımda bəhs etməsi. Bir televiziya proqramı. Amma gəlməliyəm necəsə, izah edə bilirəmmi, anladınmı? Çünki insan beynində yaşadar, beynində öldürər. Beynində öldürdüyün şeyləri, şüuraltında da öldürərsən. Nə qədər dərinlərə gömsən belə, yerindən çıxartmaq da o qədər çətin olar. İndi anlayırsanmı? Gəlməliyəm çünki, bütün gün "hardadır" deyə düşündüyün birinin səni düşünmədiyini düşünmək, bəzən çox çətindir. Bəzən çox qeyri-mümkün. Bəzən "olmaz artıq" desən də, bəzən böyük ümidlərlə qurduğun; "mütləq gələcək" cümləsi kimi. Bitdiyinə qəti gözlə baxaraq inandığın bir şeyi yenidən başlamaq, qeyri-mümkün görünə bilər. Çox çətin ola bilər. Hətta istədiyim heç olmaya bilər. Amma, birinin ağılına gəldiyini bilmək, bunu bilərək "Yenə də" ylə başlayan cümlələr qura bilmək, inan bir insanı çox xoşbəxt edər. Elə xoşbəxt edər ki, bunları düşündürmək, bunları yazmaq məcburiyyətində qalmazsan.


    Buna görə ağılına gəlmək istəyirəm. Buna görə, ağılına gəlsəm əgər, artıq heç çıxmamaq istəyirəm.


    Deyirlər sevgi gözəl hissdi. Onu başa salmaq mümkün deyil. Bunu daha yaxşı bu hissi yaşayan bilər. Mən isə heç vaxt sevməmişəm, bu hissi yaşamamışam. Bağışla..Sənə əzab verdim bilirəm. Amma səni sevmirəm. Sevə bilmərəm. Axı sən mənim dostumsan. Səni özümə çox yaxın bilirəm. Çox sirrimi bölüşmüşəm. Amma bu sevgin dostluğumuza son qoydu.


    Bağışla, amma sevmə məni..Sevmə.!.Səni çox incidir bu sözlərim? Amma bunları deməyə məcburam. Qulaq as !.Sənsən hər çətin anımda mənə dayaq olan, məni incitməyə qıymayan, hər kəsdən qorumağa çalışan, dəyərli olduğumu hiss etdirən. Sənsən.! Ən kədərli anımda belə məni güldürməyi bacaran, əsl dostluğu öyrədən. Sənsən.! Yadındadırmı, demişdin ki, hər şeyin bir sonu olmalıdır. Bəli. Olurmuş.


    Yalançı sevgili olmadım. Bunun üçün də eqoist olmağı seçdim. Eqoistəm bəli.!.Əgər səni incitməmək üçün, dürüst olmaq üçün eqoist olmalıyamsa bəli eqoistəm.! Çünki səni aldatmadım.. Hər şey yaxşı olacaq. Bu sözü deməyi artıq öyrənmişəm. Hər şey düzələcək. Sənə uğurlu, sevgi dolu həyat arzulayıram. Xoşbəxt ol.!..Bağışla amma sevmə məni..!


    alıntı


    Facebook




    Üyelik



  1. Yazan:
    no avatar


    REKLAM



Benzer Konular

  1. Unutma
    Konuyu Açan: tebessum35, Forum: Derin Duygular.
    Cevaplar: 1
    Son Mesaj : 14.01.2013, 14:42
  2. Unutma Yar Sakın Unutma Katilimsin
    Konuyu Açan: Cherry, Forum: Müzikli Şiirler.
    Cevaplar: 11
    Son Mesaj : 31.07.2009, 18:11
  3. UNUTMA ! Sakın unutma ! / Dini ŞiiR
    Konuyu Açan: gizemlikartal, Forum: Hikayeler Menkibeler İslami Şiirler.
    Cevaplar: 2
    Son Mesaj : 16.06.2008, 11:48
  4. Unutma!!
    Konuyu Açan: Filiz Gülsahin, Forum: İslam Genel.
    Cevaplar: 3
    Son Mesaj : 21.05.2007, 11:54
  5. Unutma
    Konuyu Açan: hOney, Forum: Müzikli Şiirler.
    Cevaplar: 8
    Son Mesaj : 29.03.2006, 16:40

copyright

Soru Cevap

izmit düğün salonları - grafimx