Xocalı faciəsi haqqında inşa

  1. İnşalar - Əsrin qanlı faciəsi - Xocalı faciəsi haqqında inşa








    Yetişdi əcəlim, oy,
    Cavanlı-qocalım, oy
    Silindi yer üzündən
    Xatın tək Xocalım, oy!...

    XX əsr Azərbaycan xalqının həyatına, tarixinə ən qanlı, fəlakət və faciələrlə, əzab və işgəncələrlə, həm də hünər və rəşadətlə dolu əsr kimi daxil olmuşdur. Bu əsrin demək olar ki, bütün onillikləri, qərinələri qanla yuyulmuşdur. Az qala bir əsrə yaxın kommunist partiyasının qanlı faciə və fəlakətlərlə dolu kecdiyi yol kifayət deyilmiş kimi, təxminən onunla həmyaş olan erməni-daşnak liderlərinin müxtəlif illərdə-dövrlərdə qəsdən şüurlu törətdikləri vəhşiliklər də hamısı bu əsrin payına düşür. Əgər təkcə bu əsrdə günahsız axıdılan türk-müsəlman qanını bir yerə yığmaq mümkün olsaydı Xəzərə bənzər bir dərya
    yaranardı. Buna günahsız, silahsız insanların ah-naləsini, göz yaşlarını, əzab-əziyyətini, fəryadını da əlavə etmək mümkün olsaydı bu dərya daha dərin, daha müsibətli görünərdi. Xocalı faciəsi bu qanlı dəryanın ən dərin, sarsıdıcı, işgəncəli, yırtıcılıq və vəhşiliklərdə dolu zirvəsi sayda bilər:

    Günəş, necə yanırsan,
    Necə işıqlanırsan?!
    Yer, niyə dolanırsan?!
    Dayanıb, sükutla dur.
    Dərk et bu fəlakəti-
    Görünməz müsibətdir,
    Xocalı müsibəti.

    Xocalı faciəsi haqqında rəsmi sənədlərdə deyilir: “1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni birləşmələri Rusiyanın Xankəndində yerləşən 366-cı atıcı alayı ilə birgə Dağlıq Qarabağda ikinci
    ən böyük yaşayış məntəqəsi olan Xocalı şəhərini işğal edərək yandırıb. İşğalçılar dinc əhaliyə kütləvi divan tutub. Rəsmi məlumatlara görə, həmin gecə 613 nəfər həlak olub. Onlardan 106-sı qadın, 83-ü azyaşlı uşaqlar olub. 1275 nəfər əsir götürülüb. 150 əsirin taleyi indiyədək məlum deyil. Faciə nəticəsində
    487 nəfər müxtəlif dərəcəli zədə alıb. Onlardan 76-sı azyaşlı uşaqlardır. 8 ailə tamamilə məhv edilib, 25 uşaq valideynlərinin hər ikisindən məhrum olub. 130 uşaq valideyninin birini itirib. 56 nəfər xüsusi qəddarlıqla öldürülüb. Erməni işöalçıları, onların yardımçıları və rus ordusu adamları diri-diri yandırıb, onların başlarını kəsib, hamilə qadınların gözlərini çıxarıb, uşaqları zorlayaraq öldürüblər. Bütün dövlət
    əmlakına 1992-ci ilin qiymətləriylə 4,2 milyard, vətəndaşların əmlakına 230 milyon rubl məbləğində zərər dəyib.”

    Neçə toy-düyün getdi,
    Ömür getdi, gün getdi,
    Bu yerin sahibləri
    Sahibsiz, köçkün getdi.

    O gecə buludlar da, daşlar da, ağaclar da qan ağlayırdı. Çiçəklər yanağını insan qanıyla xınalayır, sellər-sular insan qanına boyanıb yaralı ilan kimi qıvrılır, qayalar insan naləsindən çat-çat olurdu.
    Ahıl kişilər, ağzı yerə dəyən qocalar, birçəyi günahsız insanların cəsədinə dolaşıb qalan analar gözüylə gördüyü dəhşətləri ifadə etməyə söz tapa bilmirdilər. Xocalı qan içindəmi boğulurdu? Yox! Qan
    Içində boğulmaq nədirki...
    Xocalıda bir millətin namusu tapdanırdı, şərəf ləyaqəti ayaqlar altına atılırdı. Xocalını hamı unutmuşdu o gecə. O gecənin dərdi sözə sığışandırmı?! Bu dərdinki, ağlamaq yox, havalanıb oynamaqdı. Tərsinə oynamaq!:

    O gecə inandım, inandım ki, mən,
    İnsanın ürəyi daşdan olarmış.
    O gecə inandım, inandım ki, mən,
    Fələyin gözü kor, qulağı karmış.


    Şübhələr fikrimi min yerə bölər,
    Neyləyim, qəlbimdə qeyrət payı var.
    Eşidin, eşidin, a qeyrətlilər,
    Gecənin bağrında qız harayı var.

    Xocalı qırğını Azərbaycan xalqının yaddaşından heç zaman silinməyəcək elə bir fəlakətdir ki, dağı-iniltisi hələ neçə əsr davam edəcəkdir. Xocalı qırğını erməni faşistlərinin hələ gələcəkdə də buna bənzər yırtıcılıqlarından ciddi xəbər verən, onların adi insani hisslərdən, duyğulardan çox uzaq olduğunu
    bəşəriyyət qarşısında nümayiş etdirən tarixi bir aktdır, qanlı sənəddir. Xocalı qırğını həmçinin Azərbaycan xalqının yırtıcı düşmən qarşısındakı dözümünü, mərdliyini, Vətənə, torpağa bağlılığını dünya ictimaiyyəti qarşısında sübut edən solmaz bir lövhə tablodur. Xocalı qırğını xalqımızın ləyaqətli, mərd, vətənpərvər övladlarının yaddaşında əbədi həkk olunmuş tarixi bir faktdır:

    Yerdə qalsa belə qan,
    Əl üzülər dünyadan!
    Məğrur dur, Azərbaycan!
    Cəzasız qalmayacaq
    Törədən cinayəti!
    Dəhşətlər dəhşətidir
    Xocalı müsibəti!







    alıntı

     

     

    Ceylan - 26.02.2013 - 10:17



Benzer Konular

  1. Xocalı faciəsi tanındı
    Konuyu Açan: Sarsın, Forum: Azerice Videolar.
    Cevaplar: 0
    Son Mesaj : 26.02.2013, 06:29
  2. ABŞ Xocalı faciəsi
    Konuyu Açan: Sarsın, Forum: Azerice Videolar.
    Cevaplar: 0
    Son Mesaj : 26.02.2013, 06:28
  3. Paris və Əskişəhərdə Xocalı faciəsi ilə bağlı aksiyalar keçirilib
    Konuyu Açan: Ceylan, Forum: Azərbaycanca xəbərlər.
    Cevaplar: 3
    Son Mesaj : 25.02.2013, 15:29
  4. Qanli Gece - 20 Yanvar faciəsi haqqında 20 il əvvəl yazılmış şeir
    Konuyu Açan: Leyl-i Lal, Forum: Azərbaycan Ədəbiyyatı və İncəsənət.
    Cevaplar: 0
    Son Mesaj : 09.03.2010, 11:40
  5. Xocalı Faciəsi Unudulmayacaq
    Konuyu Açan: Leyl-i Lal, Forum: Azərbaycan Tarixi Ve Coğrafiyası.
    Cevaplar: 0
    Son Mesaj : 19.12.2009, 15:23

copyright

Soru Cevap