REKLAM




+ Konuyu Cevapla

Tapmacalar

  1. Yazan: Sarsın
    No Avatar

    REKLAM


    Tapmacalar - ELm və texnika ilə bağlı tapmacalar



    Ağ yerə toxum səpərlər
    Açması: Yazı

    ***

    Ağzı birdi, dili mindi,
    Gah belə deyir, gah elə.
    Açması: Qələm


    ***

    Ağca atı nalladım,
    Səmərqəndə yolladım.
    Açması: Məktub


    ***

    Arpa yemir, saman yemir,
    Anqırır heyvan kimi.
    Açması: Paravoz


    ***

    Bir qapağı, Min yarpağı.
    Açması: Kitab


    ***

    Bir qarpızım var cığal
    Üstünə dünya sığar.
    Açması: Qlobus


    ***

    Bir sehirli fanaram,
    Kibritsiz də yanaram
    Nə yerdə yox, nə göydə
    Havadan sallanaram.
    Açması: Elektrik lampası


    ***

    Quş deyil qanadı var,
    Quşlardan yeyin uçar.
    Açması: Təyyarə


    ***


    Dolanar bütün ərzi,
    Aşar dağı, dənizi.
    Gəzib göydə gecələr
    Gəlib yerdə dincələr.
    Açması: Kosmonavt


    ***

    Gedir-gedir izi yox,
    Kəsir-kəsir qanı yox.
    Açması: Paraxod


    ***

    O nədi ki, yeməyi benzindi,
    Ayağı rezindi.
    Açması: Avtomobil


    ***

    Özü qara, sözü ağ.
    Açması: Yazı lövhəsi


    ***

    O nədi ki, içində qışdır,
    Çölündə bahar.
    Açması: Soyuducu

    *** ***


    Facebook




    Üyelik



  1. Yazan:
    no avatar


    REKLAM



Benzer Konular

  1. Əkinçiliyə Taxıl və Zəhmətə Dair Tapmacalar
    Konuyu Açan: ZELAL, Forum: Azərbaycan Ədəbiyyatı və İncəsənət.
    Cevaplar: 3
    Son Mesaj : 01.10.2013, 17:42
  2. Bağcılığa və Bostancılığa Dair Tapmacalar
    Konuyu Açan: ZELAL, Forum: Azərbaycan Ədəbiyyatı və İncəsənət.
    Cevaplar: 0
    Son Mesaj : 21.03.2012, 19:19
  3. Azeri Tapmacalar
    Konuyu Açan: YoRGun-ŞaiR, Forum: Azərbaycan Ədəbiyyatı və İncəsənət.
    Cevaplar: 0
    Son Mesaj : 02.10.2009, 11:13
  4. Tapmacalar
    Konuyu Açan: CADIKIZ, Forum: Iğdır.
    Cevaplar: 0
    Son Mesaj : 24.08.2007, 22:28

copyright

Soru Cevap

izmit düğün salonları - grafimx