Azerice Lətifələr

  1. Azerice komik sözler - azerice espriler - gülmeli letifeler




    1) Ana-bala söhbət edirlər. Bala anadan soruşur:
    - ana mələklər uçur?
    - aha bala uçur
    - bütün mələklər uçur?
    - bəli balam
    - bəs onda bizim qulluqçu qız niyə uçmur?
    - qulluqçu qız niyə uçmalıdır ki, ay mənim ağıllı qızım?
    - nə bilim ana, atam həmişə onunla danışanda mələyim deyir axı.
    Ana hirsli halda durur ayağa:
    - demək belə, onda az sonra 100% uçacaq



    2) Bir gün bir kişi sovet vaxtında rus dilini bilmir və gedir hərbidə sürücü işləyir. Günlərin bir günü bir komandir batalyonunu yığır və bunun maşınına minib gedirlər. Birdən yolda qəza olur ve maşın aşır. Əsgərlərin çoxusu ölür, bəziləri yarali olur, komandir də yaralanir, amma sürücüyə heç nə olmur. Komandir sürücüyə deyir: "get generala de, bizə kömək göndərsin". Bu gedir generalın yanına görür ki, general rusdur və bilmir necə başa salsın vəziyyəti. Axırda fikirləşir ve belə deyir: Mi poşli poşli poşli, Potom dombalax aşdi, 6-si umer, qalani ağzini açeer yumeeer

    3) Bir gün bir əsgər gəlib komandirə deyir: "Sənin yanına arvadın gelib". Komandir hirslənir: "Sənin yox sizin". Oğlan: "yox, bizim yanımıza dünən gəlmişdi. Bugün sənin yanına gəlib".


    4) Bir gün qıza elçi gəlmək isteyirlər, anası qızına deyir: "qızım mən səndən nə istəsəm, sual verki hansın deyirsən"... elə bilsinlərki varlıyıq... Elçilər gəlir... Anası qızından nə istəyirsə qızı deyir ki, ana hansın gətirim ondan bizdə cürbəcürdür... Elçilər
    sözə başlayanda anası deyir... Qızım atanı cağır... Qızı sual verir: "Ana Hansı Atamı?".
    5) Bir kişi inşaatda işləyir. Çox yuxarı mərtəbələrin birinde iş gorduyu zaman aşagidan qəflətən səs gelir:
    - Vaqif, oğlun olub!
    Kişi ozunu itirib yuxari mərtəbədə olduqunu da unudaraq aşaqi hoppanir. Yerə duşə-duşə- başlayir fikirleşmeye:
    - bIy, mən axı evli deyilem! Mən evli deyiləmse oğlum da ola bilməz. Bir də ki, mənim adım heç Vaqifdir ki?

    6) 3 dost olur, ikisi qara biri ağ.1 gün balıq tutmağa gedirlər və tora qızıl balıq duşur,deyirki məni buraxın 3arzunuzu yerinə yetirecəm,razılaşırlar.1ci qara deyirki məni ağart 2cisi deyir məni de ağart balıq bunları agardır,növbe çatır 3cuyə yəni aga o da deyirki ay balıq bunların ikisini də qaralt

    7) Uşaqlar, nəyə görə öz sinif yoldaşınızı döymüsünüz?
    -Çünki o, ev tapşırığını düzgün yazmamışdı.
    -Bu axı onu döyməyə bəhanə deyil.
    -Axı biz hamımız ondan köçürrmüşdük

    8) Şəkili arvad ərindən soruşur,haindi yerin altinda yasayiş var?əri cavab verir:haindi deyirsən yaşayiş yoxdursa turpnan kökü kim kraskalayir....

    9) Bir gün kişi evə sərxoş halda gəlir. Arvad qaplnl açanda üst - basının toz - torpaq olduğunu görüb deyinir. Utanmırsan ay kişi, qonşularln yanlnda biyabir olduq.
    Kişi deyir: Arvad sən heç narahat olma! Məni heç kəs görə bilməz!
    Arvad: Necə?
    Kişi: Çünki, sürünə - sürünə gəlmişəm!

    10) Qız nişanlısına deyir
    - Mən səninlə evlənə bilmərəm sən çox xəsissən. Al bu da sənin nişan üzüyün.
    Oğlan isə cavabında deyir
    - Bəs qutusu hanı?

    11) Cim və Meri dəlixanadakı dəlilərdəndir. Bir gün dəlixanada hovuzunun ətrafında gəzərkən Cim oppanıb hovuzun dibinə batır. Mari bunu görən kimi tullanıb Cimi xilas edir. Marinin bu qəhrəmanlığı bütün dəlixanaya yayılır. Dəlixana müdiri Marinin ağıllandığı bilir və onu yanına çağırtdırıb azad etmək üçün əmr verməyə hazırlaşır. Mari baş həkimin otağına daxil olur. Baş həkim:
    - Mari, sənə bir yaxşı və bir pis xəbərim var.Yaxşı xəbərim odur ki, səni azadlığa buraxacayıq. Pis xəbərim ondan ibarətdir ki, sən Cimi qurtardıqdan sonra o özünü hamamda asıb.
    - O özünü asmayıb. Sudan çıxarıb mən asmışam ki, qurusun.


    12) İki dost rastlaşırlar.
    - Bu axşam bekarsan?
    Digəri:
    - Bəli.
    Bəs sabah?
    - Bəli.
    Bəs, obiri gün?
    - Xeyr işim var.
    - Heyf mən də səni qonaq çağırmaq isteyirdim

    13) Arvad:-mənə belə gəlir ki,bizim sürücünü qovmaq lazımdır.
    Kişi:-nə üçün?
    Arvad:-dörd dəfədir ki,o mənim həyatımı ölümcül təhlükə altına qoyur.
    Kişi:-tələsməyək ,ona daha bir şans verək.

    14) Əliynən Vəli nəşə çəkirlər. 1 saatdan sonra nəşənin kayfi gəlir, bu zaman qapının zengi çalır,..1 saatdan sonra Əli Vəliyə deyir ki, get qapıinı aç...1 saatdan sonra Vəli gedir qapıya çatır, yadınnan çıxır ki, nəyə gəlmişdi...1 saatdan sonra yadına düşür ki, qapının zəngi çalmışdı,1 saatdan sonra qapını açır... Qapının zəngini çalan deyir ki 1 saatdı burdayam niyə qapını açmırsız.


    15) Biri gəlib məhəllədə başlayır goplamağa:
    - Uşaqlar keçən həftə getmişdim afrikaya.
    Uşaqlar buna sual verirlər:
    - Orda göy rəngli fillər olur onu necə öldürürlər?
    - Xüsusi silahla
    - Bəs yaxşı qırmızı filləri?
    - Onu tutub boğursan, başlayır göyərməyə sonra göy fillər üçün olan silahla
    - Bəs yaşıl filləri?
    - Onu söyürsən, utandığından qızarır sonra tutub boğursan, başlayır göyərməyə sonra göy fillər üçün olan silahla
    - Bəs sarı filləri?
    Cavab tapa bilmir:
    - Sarı fil olur, əəə


    16) Nəynən dolanırsan?
    - Yazıram...
    - Jurnalistsən?
    - Yox. Mən atama yazıram ki, mənə pul göndərsin


    17) Cərrah xəstədən soruşur:
    - Sizə pullu narkoz lazımdır, yoxsa pulsuz?
    - Əlbəttə ki, pulsuz
    - Lay-lay deyim yatasan,qızıl gülə batasan......

    18) Komandir tağımın əsgərlərini bir sıraya düzür. Ciddi-ciddi baxıb:
    - Sıravi Əliyev, sıradan çıxın, - deyə əmr edir.
    Əliyev gürultu ilə yerə tirtap sərilir.
    Komandir:
    - Nə oldu ona?
    - Sıradan çıxdı...

    19) Gecə yarısı evden şubheli səslər eşidilir.Səsə qalxan kişi arvadını oyadır:
    -Arvad,deyəsən axı,evə oğru girib?Hər ehtimala qarşi dur,paltarını geyin.
    Arvad soruşur:-Kişi,yaşıl paltarımı geyinim,yoxsa qırmızını?

     

     

    Leyl-i Lal - 03.01.2012 - 14:02



Benzer Konular

  1. Azerice Yuxuyozmalari
    Konuyu Açan: Sarsın, Forum: Azərbaycan Həyat tərzi.
    Cevaplar: 9
    Son Mesaj : 24.11.2011, 22:02
  2. Azerice
    Konuyu Açan: YaSMiN, Forum: Diğer diller ve genel konular.
    Cevaplar: 11
    Son Mesaj : 06.03.2011, 14:59
  3. Azerice Kelimeler İnsan Vücudu - Azerice Sözlük
    Konuyu Açan: Leyl-i Lal, Forum: Sağlamliq.
    Cevaplar: 2
    Son Mesaj : 12.02.2011, 23:33
  4. azerice fikralar
    Konuyu Açan: CADIKIZ, Forum: Azərbaycan Həyat tərzi.
    Cevaplar: 12
    Son Mesaj : 17.06.2009, 10:23
  5. Azerice reklamlar
    Konuyu Açan: CADIKIZ, Forum: Azərbaycan Həyat tərzi.
    Cevaplar: 0
    Son Mesaj : 26.05.2009, 23:28

copyright

Soru Cevap

grafimx