Cəlil Məmmədquluzadə

  1. Cəlil Məmmədquluzadə



    MƏMMƏDQULUZADƏ SEÇİLMİŞ ƏSƏRLƏRİ İLƏ.


    Cəlil Məmmədquluzadə
    CƏLİL MƏMMƏDQULUZADƏ


    Tam Adı Cəlil Hüseynqulu

    oğlu

    Məmmədquluzadə

    Digər Adları Mirzə Cəlil


    Doğum

    Tarixi
    22 fevral, 1869
    Doğum Yeri

    Naxçıvan
    Ölüm Tarixi

    4 yanvar, 1932
    Ölüm Yeri Bakı


    Cəlil Hüseynqulu oğlu Məmmədquluzadə (22 fevral 1866, Naxçıvan - 4 yanvar 1932, Bakı), yazıçı,

    dramaturq, jurnalist, ictimai xadim.


    Həyatı
    İlk təhsilini əvvəlcə mollaxanada, sonra isə üçsinifli Naxçıvan şəhər məktəbində almışdır. 1887-ci ildə Qori

    Müəllimlər Seminariyasını bitirmiş, İrəvan quberniyasının Uluxanlı, Naxçıvan mahalının Baş Noraşen (indiki

    Şərur< /a> rayonunda Cəlilkənd), Nehrəm kəndlərində müəllimlik etmişdir (1887-1897). Kəndlərdə müəllim

    işlədiyi illər ədibin gələcək yaradıcılığı üçün zəngin material vermişdir. 1889-cu ildə yazdığı "Çay dəstgahı"

    alleqorik mənzum dramı onun ilk əsərlərindəndir. Bir sıra kiçik hekayələrini, "Kişmiş oyunu" komediyasını və

    "Danabaş kəndinin əhvalatları" (1894; 1936 ildə nəşr olunmuşdur) povestini də bu dövrdə yazmışdır.

    1903-cü ildən Tbilisidə nəşr edilən "Şərqi- Rus" qəzeti redaksiyasında işləmişdir. C.Məmmədquluzadənin

    yazıçı və jurnalist kimi püxtələşməsində "Şərqi- Rus" qəzeti və onun redaktoru M.A.Şahtaxtlının mühüm rolu

    olmuşdur. "Poçt qutusu" adlı ilk mətbu əsəri, "Kişmiş oyunu", L.N.Tolstoyd an tərcümə etdiyi "Zəhmət, ölüm

    və naxoşluq" hekayələri ilk dəfə bu qəzetdə dərc edilmişdir.

    İlk nömrəsi 1906-cı il aprelin 7-də (20-də) çıxan "Molla Nəsrəddin" jurnalının nəşrinə başlamaqla o,

    Azərbaycanda, eləcə də türk-müsəlman dünyasında ilk dəfə satirik jurnalistikanın əsasını qoydu. Həmin

    vaxtdan o Molla Nəsrəddin adı ilə tanındı. Mirzə Ələkbər Sabir, Nəriman Nərimanov, Əbdürrəhim bəy

    Haqverdiyev, Məmməd Səid Ordubadi, Ömər Faiq Nemanzadə, Əli Nəzmi, Əliqulu Qəmküsar kimi yazıçı və

    jurnalistlərlə möhkəm ideya-yaradıcılıq əlaqəsi yarandı. C.Məmmədquluzadənin təbliğ etdiyi dərin

    demokratizm və azadlıq ideyaları jurnala ümumxalq məhəbbəti, beynəlxalq aləmdə böyük nüfuz qazandırdı.

    Çar hökuməti onu tez-tez məhkəmə məsuliyyətinə cəlb edir, "Qeyrət" mətbəəsində axtarışlar aparır, bəzən

    də "Molla Nəsrəddin"in nəşrini dayandırırdı.

    1920-ci ilin iyun ayında C.Məmmədquluzadə ailəsi ilə birlikdə Təbriz� � köçmüş, 1921-ci ildə orada "Molla

    Nəsrəddin"in 8 nömrəsini çap etmişdır.

    C.Məmmədquluzadənin əsərləri bir sıra dillərə tərcümə edilmişdir. Azərbaycan Respublikasında bir sıra küçə

    və mədəni-maarif müəssisəsinə (o cümlədən Naxçıvan Dövlət Musiqili Dram Teatrına, Naxçıvan Muxtar

    Respublika Dövlət Ədəbiyyat Muzeyinə) C.Məmmədquluzadənin adı verilmişdir. Keçmiş Astraxan rayonu və

    şəhəri 1967-ci ildə onun şərəfinə Cəlilaba d, vaxtilə müəllimlik etdiyi Baş Noraşen kəndi isə

    CəlilkəndNax&c cedil;ıvanda və Cəlilaba dda heykəli qoyulmuşdur. Bakıda və Nax&c cedil;ıvanda ev-muzeyləri, Nehrəm və

    Cəlilkənd kəndlərində xatirə muzeyləri açılmışdır. Anadan olmasının 100 və 125 illik yubileyləri geniş qeyd

    olunmuşdur. adlandırılmışdır.

    Son illərdə akademik İ.Həbibbəyli ədibin müxtəlif ölkələrdə (Fransa, Polşa və İranda) yaşayan

    nəvə-nəticələri ilə əlaqə yaratmışdır.

     

     

    Sarsın - 24.03.2011 - 19:03
  2. İki alma

    Axşam vaxtları gəzməyə çıxanda, hərdənbir balaca oğlumu da yanımca aparıram. Bu dəfə də apardım.


    Və haman balaca oğlum ilə gəzməyə gedəndə, hərdənbir ittifaq düşür ki, ona yeməli şey də alıram ki,

    məndən razı qalsın. Bu dəfə də balaca oğlum dükanlarda düzülmüş nazü-neməti görəndə məndən yeməli

    bir şey istədi. Mən o əqidədə deyiləm ki, hər dəfə uşaq ilə bazara gedəndə ona bir şey almaq lazımdır və

    lakin bunu da demirəm ki, heç bir vaxt almaq lazım deyil. Ancaq bu dəfə heç bir zad almaq istəmirdim; o

    səbəbə ki, cibimdə çox pulum yox idi. Və bir də istəmədim ki, uşağım hər dəfə bazara çıxanda dadamal

    öyrənsin.


    ***

    Bir qədər dolandıq, sonra yolumuz çay kənarına düşdü. Amma oğlumu da bidamaq görürdüm. Çün


    tərbiyə öz qaydasınca, uşağın öz təbiəti – bu da öz qaydasınca. Və onunçün da çox inad etməmək

    babətindən, dərya kənarında tabağa düzülmüş meyvələrdən iki şahiya iki dənə yaxşı qırmızı alma aldım və

    ikisini də verdim oğluma. Hərçənd oğlum almaları məndən aldı, amma gördüm ki, könülsüz aldı. Mən

    ondan bidamaqlığının səbəbini soruşmadım; çünki səbəbi aşkar idi. Bazarda bir az bundan qabaq o məndən

    iki şey istədi, heç birini almadım, sonra da nemsə qənnadı dükanının qabağından keçəndə şüşənin dalına

    düzülmüş rəngarəng konfet və şirniyyatdan istədi – almadım.


    Oğlum o dərəcədə məndən narazı imiş ki, mən almaları ona verəndən sonra da genə bir söz danışmaq

    istəmədi və mən ona verdiyim suallara da çox meyilsiz cavab verdi.


    Dəxi onu belə qaşqabaqlı görəndə mən özüm də bidamaq oldum və Azərneft idarəsinin qabağında duran

    tramvay vaqonlarının birinə oğlumu qalxızdım və özüm də mindim ki, gələk evimizə.



    Vaqonda hələ bizim ikimizdən başqa bir kəs yox idi. Oğlum boyda bir yetim rus uşağı cır-cındır içində,

    üz-gözü qapqara çirkli və iyrənc, gəldi durdu qabağımızda və məndən qəpik pul istədi.


    Cibimdə ancaq bir abbası gümüş pul var idi. Mən uşağa bir söz demədim ki, keçib getsin. Bir neçə minik

    arvad və kişi vaqona girdilər və sağımızda-solumuzda yer tutdular. Burada mənim fikrim getdi yetimə pul

    verməməyimə və dilənçiyə pul vermək lazımdı, ya lazım deyilmi məsələsi məni başladı məşğul etməyə; hər

    kəs nə deyir desin, ancaq dilənçi uşağa heç bir şey verməmək mənim xoşuma gəlmədi. Buradan ona işarə

    etmirəm ki, mən heç bir dilənçiyə yox demərəm; çünki ona bilər ki, bir para filosofların dilənçiyə pul

    vermək, onu bədbəxt etmək sifəti bəlkə mənə də sirayət edibdir. Ancaq sözün həqiqəti budur ki, bugünkü

    dilənçi uşağa bir qəpik verməməyim məni burada xarab etdi; o səbəbə xarab etdi ki, haman dilənçi uşaq

    yaşda mənim atalı və analı oğlum, əyni-başı təzə, qarnı tox, bu saat burada mənim sağ tərəfimdə məndən

    incimiş oturmuşdu ki, niyə mən ona konfet almadım, ancaq iki alma aldım.


    Vaqonumuz hərəkət edib gedəndə akoşkanın şüşəsinin dalından gördüm ki, haman dilənçi uşaq yerdə

    durub bir qırmızı almanı ağzına basıb gəmirtləyir. Qabaqça bir şey duymadım; amma haman dəqiqə

    yanımdakı oğlumun almaları yadıma düşdü və çöndüm uşağa tərəf. Oğlum gülə-gülə mənə yavaşça bunu

    dedi:


    -Dədə, almanın birini verdim dilənçi uşağa.


    Bir dənə qırmızı alma öz-özlüyündə bir şey deyil; onun qiyməti iki qəpikdir və yeyib qurtarandan sonra

    heç bir şeydir. Amma mənəvi işlərdə bir almanın dəyəri ola bilər çox böyük olsun. O qədər yüngüllük və

    könül xoşluğu ki, burada iki qəpiklik almadan mənə gəlib çatdı, nəhayət dərəcədə idi.


    Filosofiya aləminə gəldikdə, qeyriləri dilənçiyə küçədə ianə verməyi nə cür başa düşürlər düşsünlər və

    insaniyyət mütəxəssisləri bu məsələni nə tövr həll edirlər etsinlər, ancaq mənim balaca oğlum iki almasının

    birisini bir yetim uşağa verdi.


    Və ola bilər ki, oğlum da yekələndən sonra, bir para alimlərin “küçədə dilənçiyə ianə verməyiniz”

    nəsihətini eşidəndən sonra, onları küçədə görəndə mənim kimi üz çöndərəcəkdir. Ancaq hələ ki, indi oğlum

    bu işləri başa düşmür və onunçun da iki almanın birini yetim uşağa verir.

     

     

    Sarsın - 24.03.2011 - 19:05
  3. Buz

    Mən on yaşında, ya bəlkə bir qədər də artıq olardım. Xalam azarlamışdı. Haçı Mirzə Səttar həkimi

    gətirmişdilər ki, baxsın və müalicə eləsin. Demək, xalamın xəstəliyi o qədər də ağır deyildi və bunu mən

    ondan ötrü deyirəm ki, o vədələr, yəni qırx il bundan qabaq bizim şəhərdə iki nəfər müsəlman həkimi var

    idi: biri Hacı Mirzə Səttar idi və digəri Məşədi Nurməmməd idi.


    Müsəlman həkimi dedikdə o deyil ki, bunlar müsəlman idilər. Bu iki nəfərə onunçun müsəlman həkimi

    deyirdilər ki, bunlar həkimlik təhsillərini müsəlman məmləkətlərində almışdılar. Hacı Mirzə Səttar Təbrizdə

    oxumuşdu; Məşədi Nurməmməd də elə bizim öz şəhərimizdə nüsxəbənd kitablarının mütaliəsilə və təcrübə

    ilə həkimliyi öyrənmişdi. Bunların da müalicəsi bir müxtəsərsə nəbzə baxandan sonra ciblərindən xəstəyə

    kinə, həb və işlətmə verməkdən ibarət idi.


    Bu müsəlman həkimlərindən savayı şəhərimizdə rus həkimləri də var idi. Rus həkimi bunlara o səbəbə

    deyirdilər ki, bunlar Rusiyada və bəlkə Avropada təhsil tapmışlardı. Və çün bizim camaatın arasında bu

    etiqad var idi ki, “rus həkimləri” müsəlman həkimlərindən artıq təhsil görmüş və təcrübə hasil etmişdilər,

    onunçun da ağır xəstəlik ittifaq düşəndə həmişə rus həkimlərini haziq1 hesab edib onları dəvət edərdilər,

    savayı kasıb-kusubdan. Bunlar iki abbası fayton pulunun, bir manat rus həkiminin həqqi-zəhmətindən və

    yarım manat aptek xərcindən qaçmaq babətindən Hacı Mirzə Səttara, ya Məşədi Nurməmmədə qane olub

    beş-altı şahı ilə həkimi də dava-dərmanı da ötüşdürərdilər.


    Demək müsəlman həkim çağırmaq istəyəndə, buradan bilmək olardı azarlının azarı yüngüldür. Amma

    “rus həkimi gətirənlərin də mənası bu idi ki, xəstənin halı qorxuludur.


    Hacı Mirzə Səttar xalama baxıb gedəndən bir saat sonra gördüm ki, xalamın əri Məşədi Zülfüqar bir köhnə

    faytonda bir rus papaqlı kişi ilə gəlib yendilər. Bu rus papaqlı kişi rus həkimi imiş. Buradan mən anladım ki,

    xalamın işi xarabdır. Mən də uzaqda durub həkimin xalama baxmağına tamaşa edirdim.


    Xülasə, baxdı qurtardı və bilmirəm nə dedi, nə demədi və həkim faytona minib gedəndə xalamın əri

    tələsik mənə bir qəpik verdi və dedi:


    -Bala, tez ol, durma, tez, tez bir qəpiklik buz al gətir, ver evə... həkim deyirdi.


    Və xalamın əri bu sözləri bir də təkid edəndən sonra anama xəlvətcə nəsə dedi. Evdən bir dənə boş dava

    şüşəsini əlinə alıb mindi faytona, həkimin yanına və sürüb getdilər. Və fayton istəyirdi uzaqlaşa, atam

    evimizə tərəf ucadan dedi:


    -Ay uşaq, buzu yaddan çıxartmayın.


    Bunlar gedəndən sonra anam da həkim gələndə örtdüyü çarşafı yerə tullayıb çökdü halamın yanına və bu

    da mənə təkid elədi ki, durmayım, tez qaçım bazara buzun dalıyca; çünki məlum oldu ki, həkim tapşırıb ki,

    xalamın ürəyinin üstünə buz qoysunlar və ürəyi sakit olmayınca buzu götürməsinlər.


    Mən üz qoydum bazara tərəf. Xəyalımda qoymuşdum gedəm düz baqqal çarşısına və buzu alam gətirəm.

    Və şəhərdə oradan savayı bilmirdim harada buz satırlar.


    Evimizdən ayrılanda çox da tələsmirdim, amma xalamın yalvarmağı yadıma düşəndə bir qədər ayaq

    götürdüm; çünki yazıq xalam dərin gözlərini güclə mənə tərəf çöndərib belə yalvarırdı:


    -Qurban olsun sənə xalan, ürəyim pörşələndi, buzu tez gətir.


    Hacı Bayramın küçə qapısının qabağından keçəndə itləri həyətdən başladı hürməyə. Mən əlimə ehtiyat

    üçün iki daş aldım, qapını örtdüm, keçdim. İt küçəyə çıxmadı və həyətdən itin yorğun “hov, hov” səsi

    gəlirdi. Bu it hərçənd çox qoca bir it idi və yol ilə ötüb keçənlərlə də bir acığı yox idi və olmazdı. Hacı

    Bayramın oğlu, mənim küçə yoldaşım Şirəli, mən həmişə onların qapısından ötəndə haman qoca köpəyi

    çağırardı küçəyə və itini küşkürərdi üstümə və özü də, iti də məni bir qədər qovalardılar, amma tuta

    bilməzdilər; çünki it o qədər qoca idi ki, bir az mənə tərəf hücumdan sonra tez yorulardı, durardı və ancaq

    gücsüz və əlacsız durduğu yerdə “hov, hov” edərdi. Və mənə xoş gələn o idi ki, itin bu xasiyyətinə Şirəlinin

    elə bərk acığı tutardı ki, məni boşlayıb başlardı yazıq qoca iti daşlayıb incitməyə.


    Bu da mənə nəhayət xoş gələrdi. Belə olanda Şirəli itin acığını istərdi çönüb məndən aslın və çox vaxt

    olardı ki, biz bir-birimizlə söyüşərdik və çox vaxt da elə savaşardıq ki, yol adamları bizi gəlib aralardılar.


    Çünki dəxi Şirəli qapıda görsənməzdi, mən də itin hürməyinə qulaq vermədim və xalamı da mülahizə

    elədim; yəni bir növ yazığım gəldi və keçdim getdim.


    Baqqal çarşısına yetişdim və bir qəpiyi uzatdım verdim buz satana. Bu da bir çuxur yerə əlini uzatdı,

    yarpaqların və samanın altından bir yekə buz parçası çıxartdı, mənim bir qəpiyimə baxdı bu buza baxdı,

    buzu iki böldü və yekəsini bir kələm yarpağına bükdü, verdi mənə.


    Buzun ağırlığı olardı təxminən beş girvənkə. Buzu aldım əlimə və sərin baqqal rastasından çıxdım günün

    qabağına. Hava şiddəti isti idi. Yayın orta ayı idi və başımın üstündəki nisfünnəharın2 günü əgər bir imam

    mücüzü ilə göydən yerə düşə bilsəydi, düz mənim kəlləmə düşərdi. Mən istidən qan-tərin içində idim və bir

    yandan alnımın təri damcı-damcı axırdı və bir yandan da buz şiddətnən əriyib süzələnirdi. Yerdən bir təmiz

    daş götürmüşdüm, hərdənbir buzun böyrünə vurub əzirdim və basırdım ağzıma və alnıma.



    Gəldim çatdım Hacı Bayramın qapısına. İtin səsi gəlmirdi. Şirəli genə görsənmirdi. Hacı Bayramın

    darvazasının qabağına yetişəndə özüm də deyə bilmərəm ki, niyə dayandım. İtin genə səsi gəlmir. Heç kəs

    nə qapıda, nə küçənin bir yanında görükmür; yəqin ki, istinin zərbindən hərə bir kölgə yerə pənah gətirib.


    Adətkərdə olmaq yaman imiş və mənim də adətim buna idi ki, bircə gün olmayıb ki, bu darvazanın

    qabağından ötüb keçəndə ya it mənim qabağıma çıxmasın, ya Şirəli çıxmasın. Və məlum ki, bunların da biri

    çıxanda mənim üçün burada məşğuliyyət olmasın, ya iti daşlamayım, ya Şirəliylə söyüşməyim və hərdənbir

    də onunla dalaşmayım.


    Bəs neyləyim? Bir çarəm buna qaldı ki, yerdən iki dənə qıvraq daş götürdüm, öz evimizə tərəf bir qədər də

    uzaqlaşdım ki, bir həngamə törəsə mənə əli çatan olmasın. Və geri çönüb daşın birini tulladım Hacı

    Bayramın darvazasına və qaçdım, daha da uzaqlaşdım.




    Daldan köpəyin səsini eşidirdim. Qoca it xahi-nəxahi3 çıxmışdı qapıya və xahi-nəxahi öz vəzifəsini ifa

    edirdi.


    Əlimdəki o biri daşı da tulladım. Daş itin başının üstündən ötüb keçdi şaqqıltı ilə dəydi Hacı Bayramın

    darvazasına. Burada köpək, deyəsən acığa düşdü; çünki mənə tərəf başladı hürməyə. Mən qorxumdan

    qaçdım, bir qədə uzaqlaşdım və çönüb geri baxanda gördüm ki, itin dalıyca Şirəli də mənə tərəf tücum edir.


    Siz elə bilməyin ki, mən onlardan ehtiyat eləyirdim; bir zərrəcə eləmirdim. Çünki bilirdim ki, köpəyim nə

    dişi var məni tutsun, nə taqəti var mənə güc gəlsin. O ki Şirəli idi, onun öhdəsindən hər halda gələ bilərdim.


    Buzu qoydum yerə, gördüm ki, od kimi isti torpağa buz cızıltı ilə yapışıb az qaldı havaya uçsun. Suyu

    axa-axa buzu tez torpağın içindən götürdüm tulladım divarın kölgəsinə və qaçdım yerdəki daşlara tərəf və

    qabağıma gələn daşları yerdən qapıb başladım Şirəliyə tərəf tullamağa. Bu da mənə baxıb durdu məni daşa

    basmağa. Köpək də ancaq mən atdığım daşlara özünü çırpırdı və bundan başqa sahibinin oğluna bir qeyri

    kömək göstərə bilmirdi. Biz həmi bir-birimizi daşlayırdıq, həmi bir-birimizi söyürdük. Söyüşlərimiz bu

    qəbildən idi: “Ay sənin ananı... filan və filan”.. “Ay sənin bacının... filan və filan”. “Köpək oğlu və it oğlu”,

    “ söyüşləri burada o qədər vec vermirdi; səbəb bu ki, toqquşmamız adi bir toqquşmalardan deyildi ki,

    söyüşlər də adi olsunlar. Hətta mən ona burada hirsimdən elə bir söyüş göndərdim ki, Şirəli qeyzindən

    ağladı və həmin söyüşü ağlaya-ağlaya mənə geri qaytaranda öz atası Hacı Bayram həyətdən eşitdimi,

    eşitmədimi, ancaq gördüm ki, kişi düz gəldi yapışdı oğlunun qulağından və çəkə-çəkə apardı həyətinə və

    dübarə həyətdən çıxdı, mənə tərəf səsləndi:


    -Ədə, vələdüzzina, düz yolunnan çıxıb gedə bilmirsən? Mən dinmədim və oturdum divarın dibində.

    Ürəyim elə yanırdı ki, az qalırdım yerdəki buzu götürəm soxam boğazıma. Buz da öz işində, əriməkdə idi.

    Genə özümü saxlaşdıra bilmədim və əlimdəki daşnan buzun bir tərəfini əzdim basdım ağzıma və bir alma

    yekəlikdə qalan buzu istədim qoyam yerə. Ancaq burada xalam yadıma düşdü və istədim duram qaçam evə

    və qalan buzu yetirəm azarlıya. Və burada baxdım ki, Şirəli durub darvazasının ağzında və mənə tərəf baxır.

    Mən də dinmədim və düşdüm yola, evimizə tərəf. Burada Şirəlidən elə bir söz eşitdim ki, dəxi məcbur

    oldum dayanam və ona cavab verəm.


    Şirəli uzaqdan məni haraylayırdı:


    -Hə, beləcə it kimi qorxub qaçarsan ha!


    Allahü-əkbər... Axı bu söz yaxşı söz olmadı. Burada Şirəli mənə hər nə desə idi, genə qulaqardına vurub


    özümü yetirərdim evə; çünki xalamın ərindən də qorxurdum və bir az da anamdan qorxurdum. Amma, axı,

    Allah da görür ki, Şirəli nahaq söz danışdı, çünki mən onun nəyindən qorxurdum ki! İndi gedirəm evə.


    Mən çöndüm dayandım və Şirəliyə belə cavab qaytardım:


    -Ədə, köpək oğlu köpək, mən sənin nəyindən qorxurdum?


    -Köpək oğlusan da, it oğlusan da!


    Biz başladıq bir-birimizə yavıq gəlməyə. Ehtiyat üçün buz tikəsini genə qoydum divarın dibinə və o mənə,

    mən ona yavıq dəldik və bir-birimizə söyə-söyə yetişdik, çatışdıq və düşdük yumruq döyüşünə və sonra da

    əlbəyaxa olduq.


    Bir az bir-birimizi cırmaqlayandan və kötəkləyəndən sonra bir də gördüm ki, qoca bir kişinin qucağındayam.


    Bir nəfər də çarşovlu arvad və bir-iki də oğul-uşaq Şirəlini çəkə-çəkə apardılar evlərinə tərəf. Mən istədim

    qoca kişinin əlindən dartınıb çıxam, hərifin üstünə hücum edəm, burada mən birdən ayıldım, sakit oldum

    kürəyimdə naqafil bir bərk yumruğu hiss edən kimi başımı qalxızdım.


    Məni vuran xalamın əri idi. Bundan onun hirsi hələ soyumadı: yumruğunu qalxızmışdı genə yendirsin,

    qoyub qaçdım evə tərəf.


    Xalamın ərini dalımcan gələn görmədim; yəqin ki, o da bazara tərəf getdi. Sonra bildim ki, gəlib evdə

    məni bazardan gəlmiş görməyib, qayıdıb bazara ki, buzu özü alıb gətirsin.


    Utandığımdan azarlının yanına getmədim; ancaq anam uzaqdan məni görəndə bircə bunu dedi:


    -A balam, sənin görüm ciyərin yansın, necə ki, yazıq azarlı arvadın ciyərini yandırdın.


    Xalam məni çox istərdi; onunçun da sonra mən bildim anam mənə bu qarğışı eləyəndə xalam anama belə

    deyib:


    -Ay qız, Sara, sən Həzrət Abbas, uşağa elə qarğış eləmə!


    Bir neçə gündən sonra xalam vəfat etdi. Mən o günü nə ağladım və nə də dərd elədim, necə ki, cəmi

    mənim kimi bacı uşağı xalasının ölümünə nə ağlar və nə də dərd edər.


    Bununla belə bircə şey yadımdan çıxmadı və indiyə kimi məni gahdan bir narahat etməkdədir.


    Nədi o? – Onun adı “buz”dur.


    Xüsusən yay fəsilləri ki, bir tərəfdən bizim isti iqlimdə ki, yayın istisinin şiddətindən nəinki xəstələr, bəlkə

    salamat adamın da vaxt olur ki, ciyəri yanır.


    Və yay fəsli arabalarda daşınan ağ və təmiz duru buz kərpiclərini görəndə xalam yadıma düşür və

    öz-özümə deyirəm: o xoşbəxt ki, indi onun ürəyi yanır, bu buzu aparıb ona verəcəklər ki, ürəyi sərinlənsin.

    Və çox-çox daha da xoşbəxt adamlar var ki, bu buzlar onların ləziz yeməkləri mə marojnalarına sərf olunur.

    Amma mənim xalam odlu qızdırmanın içində ürəyi yanmaqda olduğu halda, bircə tikəsinə həsrət qaldı və iki

    gün sonra ölüb getdi.


    Kimin qüsuru ucundan? Mənimmi, ya yox? Kimdədir taqsır? Məndədirmi ki, itlər ilə dalaşmağa məşğul

    olub xalamın buzunu odlu torpağın içində əritdim? Ya bəlkə günahkar təbiətdir ki, daş kimi bərk bir buzu

    istidən suya döndərir? Ya bəlkə günah heç birimizdə deyil?! Ondan ötrü ki, mən tək tərbiyə görməyən on

    yaşında bir uşağın həmin rəftarı çox təbiidir, necə ki, buzun gün qabağında əriməyi təbiidir.


    Məqsəd suallara cavab vermək bə belə-belə fənni məsələləri açmaq deyil. Və heç bir məqsəd yoxdur.


    Ancaq hər bir yay fəsli küçələrdə arabalarda buz sallarını4 görəndə, bir tərəfdən o buzu şampanskilərə və

    ləzzəti marojnalara işlədən xoşbəxtlər gözümün qabağına gəlir və eyni zamanda xalamın “ciyərinin yanmağı”

    yadıma düşür.


    Nə qədər ki uşaq idim, yadıma düşməzdi, elə ki yekəlib ağlım kəsdi, buz əhvalatı mənə hər biri yeri

    düşəndə dərd olur. Bir tərəfdən də on dörd yaşında olduğum vaxt ölümcül azarlı xalamı bir qəpiklik buza

    həsrət qoymağım yadıma düşür.


     

     

    Sarsın - 24.03.2011 - 19:09
  4. Saqqallı uşaq

    Bu hekayəni nağıl eləməmişdən qabaq bunu istəyirəm deyəm ki, bir para uşaqlarda belə bir pis xasiyyət

    olur ki, əllərinə karandaş düşən kimi başlayırlar evin divarlarını yazmağa. Hələ çoxusu kömürnən də,

    təbaşirnən də yazır. Hələ sən kömürü və təbaşiri deyirsən, mən elə pis uşaq görmüşəm ki, əlinə mismarı, ya

    bıçağı alıb divarları cızıb xarab eləyir.


    Nədənsə, divar yazan uşaqlarnan mənim aram yoxdu; ondan ötrü ki, həylə sən yaxşı uşaqdan və könlün

    məşq eləmək istəyir, götür kağızı, qələmi, bir yerdə otur və nə qədər kefindir, yaz.


    İndi keçək nağılımıza.


    Mən elə bilirdim ki, bizim uşaqlar özgə uşaqlar kimi o qədər də divar yazan deyirlər; çünki çox nəsihət

    eləmişdim və onlar da mənə söz vermişdilər ki, divarları yazmayacaqlar. Amma axır vaxtlarda gördüm ki,

    balkonun divarında, qapının dalında bir xəlvət yerdə bir belə şəkil çəkilib; deyəsən, bir heyvan başıdır,

    qulaqları da deyəsən var, bir-iki ayağı da var, altında beş dəfə əlif yazılıb və bundan savayı beş-altı yumru

    şey çəkilib. Bunların hamısı karandaş ilə yazılıb, elə naşı kobud yazılıb ki, bunu uşaqdan savayı heç kəs yaza

    bilməz.


    Xoşuma gəlmədi, çağırdım uşaqları:


    -Ədə, genə divarları yazırsınız?


    Üçü gəldi durdu yazının qabağında.


    -Hansınız yazmısınız?


    Üçü də dandı.

    -Elədə pəs şeytan yazıb?


    -Dədə, vallah mən yazmamışam.


    -Dədə, mən də yazmamışam.
    < p>
    Balaca Qurban da “mən yazmamışam” deyə-deyə əllərini üzünə qoyub ağlamağa başladı.


    Mən deyinə-deyinə bir əski tapıb yazıntı təmizlədim və deyinə-deyinə çəkildim getdim. Amma bunu

    eşidirdim ki, Heydər Teymura deyirdi: - Sən yazmısan. – Teymur da Heydərə deyirdi: - Sən özün yazmısan.


    Burada ağlayan oğlum Qurban qaça-qaça gəldi yanıma, guya ki, bir böyük xəbər gətirib.


    -Dədə, o yazını Heydər yazıb; vallah, dədə, Heydər yazıb.


    Heydər də acıqlı-acıqlı gəldi durdu Qurbanın qabağında və əllərini ata-ata elə hirsnən cavab verdi ki, az

    qalırdı əllərini soxa uşağın gözünə.


    Mən acıqlandım və üçü də sakit olub istədilər gedələr, mən onları saxladım və bunu dedim:


    Mən bircə bunu soruşdum ki, divara yazdığının mənası nədir?


    Mənası bu imiş: Kəblə Əzim istəyirmiş bir inək çəkə və inəyin altında yazdığı beş cızığın mənası bu imiş ki,

    mən ona beş manat inək yağından borclu qaldım. Girdə yazılar yumurtadan qalan borcumun hesabı imiş.

    Mən genə güldüm və uşaqlarımı çağırdım və onlara belə dedim:


    -Uşaqlarım, uşaqlarım, gəlin, bura gəlin.


    Uşaqlar doluşdular və gözləri divara sataşan kimi çox-çox təəccüb elədilər və məndən soruşmağa

    başladılar:


    -Dədə, bunu kim yazıb?


    Dedim:
    -Balalarım bu yazını yazan da sizin kimi uşaq idi; ancaq bircə təvafütünüz oradadır ki, onun saqqalı var,

    sizin hələ saqqalınız yoxdur.


    Uşaqlar gülüşdülər və məlum ki, bunların gülüşüb şad olmaqlarına böyük bir səbəb var idi ki, hər bir

    oxucuya aşikar olsun gərək.







    "Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım!"



    "Molla Nəsrəddin" dərgisinin nəşrindən 96 il ötdü


    "Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım! O kəsləri deyib




    gəlmişəm ki, mənim söhbətimi xoşlamayıb bəzi bəhanələr ilə məndən qaçıb




    gedirlər. Məsələn, fala baxdırmağa, it boğuşdurmağa, dərviş nağılına qulaq




    asmağa, hamamda yatmağa və qeyri bu növ bacib əməllərə. Çünki hükəmalar




    buyurublar ki, sözünü o kəslərə de ki, sənə qulaq vermirlər". Düz 96 il öncə



    üzünü müsəlman qardaşlarına tutub gələn "Molla Nəsrəddin" dərgisi işıq üzü



    görüb. "Molla Nəsrəddin" görkəmli ədib Cəlil Məmmədquluzadənin adı ilə



    bağlıdır. Hərgah Cəlil Məmmədquluzadə təvazökarlıq göstərərək, "Molla




    Nəsrəddin"i təbiətin özü yaratdı, zəmanə yaratdı" deyib.




    "Molla Nəsrəddin"in yaradıcısı Cəlil Məmmədquluzadənin həyat və yaradıcılıq




    yolu haqqında ətraflı bilgilər yetərincədir. Ədibin özünün qələmə aldığı




    "Xatiratım" ən etibarlı mənbələrdən biridir.




    Tarixi sənədlərdə Cəlil Məmmədquluzadənin 1866-cı il fevral ayının 22-də




    Naxçıvan şəhərində doğulduğu göstərilir. Ancaq bu, dəqiq tarix deyil. Bunu




    ədibin özü də etiraf edib:




    "Nə vaxt anadan olmuşam? Vallah, bilmirəm, çünki bu barədə əldə heç bir




    sənədim və yazım yoxdur... Mənim dünyaya gəlməyimi heç bir kəs yazı ilə bir




    yanda qeyd etməyib: o vaxtlar nə metrik dəftərlər var idi, nə də o vaxtlar



    atalar övladının doğulmaq yadigarını yazıya köçürməyi lazım bilirdilər. Mənim




    atam və anam da habelə. Bununla bərabər, bir neçə işarə ilə duya bilirəm ki,




    indi, yəni hicrətin min üç yüz qırx dördüncü və İsanın təvəllüdünün min




    doqquz yüz iyirmi altıncı ilində mənim yaşım gərək ya əlli altı ol, ya əlli yeddi




    ola, ya bəlkə də əlli səkkiz ola. Belə ki, yadıma rus ilə osmanlı davasını




    salıram. Yoldaşlarım ilə durmuşduq Naxçıvanın Qələ məhəlləsində, bir uca




    yerdə. Axşam vaxtı idi. Gün təzə batmışdı və günün qürubunun qırmızı




    buludları günbatan tərəfini elə bürümüşdü ki, guya orada bir yekə barıt




    anbarını od vurub yanıdırblar. O vədə yoldaşlarım məni inandırmışdılar ki,


    orada qızaran Qars şəhərinin yanğısıdır. Yəni orada rus və osmanlı davasıdır.




    Amma həqiqət bu idi ki, o il doğrudan da rus-osmanlı müharibəsi idi ki, biz,




    səkkiz-doqquz yaşında küçə uşaqlarının coğrafi məlumatı ancaq o qədər ola



    bilərdi. Bundan savayı yaşımın miqdarını təyin etmək üçün bir yadigarım da



    var. Min səkkiz yüz həştad birdə İkinci Aleksandrın mücahidlər tərəfindən



    Peterburqda güllələnməyi mənim yadıma gəlir. On bir-on iki yaşında uşaq



    olardım". Cəlil Məmmədquluzadə Naxçıvanda üç sinifli şəhər məktəbindən



    sonra təhsilini Zaqafqaziya müəllimlər seminariyasında davam etdirib. Təhsil



    illərindən sonra isə bir müddət müəllim işləyib. Cəlil Məmmədquluzadənin



    maarifçilik və ədəbi fəaliyyəti barədə dönə-dönə söhbət açıldığından, bu



    mövzunun üstündən keçib, mətləb üstünə gəlirik.



    96 il öncə, "Tiflis, Varansovski küçəsi, nömrə 7" ünvanında Azərbaycanda,



    eləcə də, Şərqdə hadisəyə çevriləcək "Molla Nəsrəddin" adlı satirik mətbu



    orqanının təməli qoyulub. "Molla Nəsrəddin" dərgisinin ilk nömrəsi isə aprelin



    7-də işıq üzü görüb. Xatırladaq ki, dərgi fasilələrlə Tiflisdə (1906-1918),



    Təbrizdə (1920-1921), Bakıda (1922-1932) 25 il müddətində nəşr olunub.


    Azərbaycan mətbuat tarixində hadisəyə çevrilən "Molla Nəsrəddin" dərgisi


    tədqiqatçılarımız tərəfindən layiqincə araşdırılıb. Cözügedən sənət abidəsinin


    mətbuat tarixindəki mövqeyi üzə çıxarılıb.




    Bu tədqiqatlardan məlum olur ki, "Molla Nəsrəddin" Şərqin ən şöhrətli dərgisi




    olub. Bu, tək azərbaycanlı alimlərin deyil, eyni zamanda dünya



    şərqşünaslarının fikridir. Bu fikri məşhur fransız şərqşünası belə ifadə edib:


    "Dünyada satirik jurnallar çoxdur. Ancaq indiyə qədər "Molla Nəsrəddin"



    satirik jurnalı kimi, dünya səviyyəsində ikinci bir jurnala rast gəlmədim".


    Dərginin yaradıcısı Cəlil Məmmədquluzadənin "Mövhumatı, cəhaləti tənqid


    eləmək, elə bilirsiniz asandır? Onlara qarşı çıxmaq üçün biz bəzən həyatımızı



    da təhlükə altında qoyuruq" etirafı "Molla Nəsrəddin"in çətin bir şəraitdə işıq




    üzü görməsinə dəlalət edir. Mətbuat tarixində hadisəyə çevrilən bu dərginin


    özəlliyinə gəlincə, yenə də tədqiqatçılara üz tutaq. Turan Həsənzadə hesab


    edir ki: "Dünya hadisələrindən tutmuş cəhalət, mövhumat, məişət


    - ümumiyyətlə, elə bir sahə yoxdur ki, "Molla Nəsrəddin" diqqətdən kənarda



    qalsın. "Molla Nəsrəddin" ən müxtəlif mövzuları öz səhifələrində 25 ilə yaxın



    işıqlandıran, təhlil edən yeganə jurnaldır. Karikaturaları isə əsl sənət



    nümunələridir. Son dərəcə ustalıqla çəkilən bu şəkillərdə istənilən məğz


    savadsız insanlara belə çatdırılıb".



    "Molla Nəsrəddin" dərgisinin bir müddət Cənubi Azərbaycanda işıq üzü


    görməsinin səbəbkarı yenə də Cəlil Məmmədquluzadə olub.



    Təbriz mövzusuna həmişə xüsusi diqqətlə yanaşan Cəlil Məmmədquluzadə



    cənubda baş verən hadisələri izləyib. Xüsusən də cənubdakıların azadlıq



    mübarizəsini alqışlayaraq, bu hərəkata öz xidmətini göstərmək istəyində olub.




    Cəlil Məmmədquluzadə Təbrizə gedib Şeyx Məhəmməd Xiyabani ilə görüşəndə




    də birinci növbədə "Molla Nəsrəddin"i nəşr etdirmək, bununla da azadlıq


    mücadiləsində onlara kömək etmək istəyib. Ancaq Mirzə Cəlilin Şeyx


    Məhəmməd Xiyabani ilə olan söhbətindən bir həftə sonra Xiyabani



    qəddarcasına qətlə yetirilir. Bu zaman Mirzə Cəlil çıxılmaz vəziyyətdə qalaraq,



    geri dönmək istəyir. Lakin ətrafındakılar, maarifpərvər qüvvələr onu geri



    qayıtmağa qoymayaraq, dərginin nəşrinə kömək edirlər.



    Tarixi faktlar göstərir ki, "Molla Nəsrəddin" jurnalının nəşrinin dayandırılması




    sırf Mirzə Cəlilin səhhəti və ölümü ilə əlaqədar deyil. Əslində vəziyyət bir qədər


    başqa cür olub. Mirzə Cəlil hələ dünyasını dəyişməmişdi, yuxarıdan belə bir



    tapşırıq gəlir ki, "Molla Nəsrəddin" "Allahsız" adı ilə nəşr olunsun. Ədib bu



    tapşırığı yerinə yetirməkdən qəti şəkildə imtina edir. Belə ki, Cəlil



    Məmmədquluzadə mövhumata qarşı çıxaraq, şəxsi mənafelərini güdən din



    xadimlərini tənqid eləsə də, heç bir zaman Yaradana qarşı çıxmayıb. Təsadüfi



    deyil ki, Mirzə Cəlil dərginin səhifələrində tez-tez "Quran"dan ayələr dərc




    edərmiş. Cəlil Məmmədquluzadənin etirazına baxmayaraq, redaksiya heyətinin



    bəzi üzvləri yuxarıdan gələn bu tapşırığı məmnunluqla qarşılayırlar. Və



    "Allahsız"ın ilk nömrəsi işıq üzü görür. Son dərəcə uğursuz olan ilk nömrə



    eyni zamanda son nömrə olur. Bu səbəbdəndir ki, "Molla Nəsrəddin"in varisi



    olmağa cəhd göstərən "Allahsız"ın adı heç yerdə çəkilmir



    .
    Ötən illər ərzində bir çox mətbu orqanlar "Molla Nəsrəddin" dərgisinin



    ənənələrindən faydalanmaq istəyiblər. Tədqiqatçıların fikrincə, bu iddia ilə işıq



    üzü görən nəşrlər "Molla Nəsrəddin" adını tam doğrultmayıb. Çox zaman bu



    cəhdlər "Molla Nəsrəddin"sayağı yeni dərgi nəşri kimi qiymətləndirilib. "Molla



    Nəsrəddin" dərgisinin ənənələrini qismən uğurla davam etdirən nəşrlər,



    maraqdıdır ki, cənubda işıq üzü görüb. Belə ki, dərginin cənubda qısamüddətli



    nəşri onun orada layiqli davamçılarının üzə çıxmasına şərait yaradıb. "Suri



    İsrafil", "Satirik Azərbaycan" və s. kimi satirik jurnallar, sözün əsl mənasında,



    "Molla Nəsrəddin" ənənələrini davam etdirib.


    Son söz yenə "Molla Nəsrəddin"indir



    :
    "Ey yüz il bundan sonra dünyada yaşayan nəvə və nəticələrim! Bəlkə... "Molla



    Nəsrəddin"in vərəqləri düşə əlinizə və oxuyasınız. Mən qorxuram ki, siz o vədə



    deyəsiniz ki, bu rəhmətlik "Molla Nəsrəddin" bizim rəhmətlik babalarımıza



    böhtan deyib, çünki yazdığı əməlləri heç qədim əsrlərdə yaşayan vəhşi tayfalar



    da tutmazdılar. Ey xoşbəxt nəvə və nəticələrimiz, qorxuram ki, belə deyəsiniz"...

     

     

    Sarsın - 24.03.2011 - 19:13



Benzer Konular

  1. MƏMMƏDQULUZADƏ CƏLIL MƏMMƏDQULU OĞLU
    Konuyu Açan: MaRaBoGLu61, Forum: Azərbaycan Ədəbiyyatı və İncəsənət.
    Cevaplar: 1
    Son Mesaj : 18.03.2013, 10:44
  2. Cəlil Məmmədquluzadə
    Konuyu Açan: Leyl-i Lal, Forum: Azərbaycan Ədəbiyyatı və İncəsənət.
    Cevaplar: 0
    Son Mesaj : 09.03.2010, 11:17
  3. Həmidə xanım Cavanşir-Məmmədquluzadə
    Konuyu Açan: YoRGun-ŞaiR, Forum: Qadınlar üçün.
    Cevaplar: 0
    Son Mesaj : 23.10.2009, 17:54

copyright

Soru Cevap