REKLAM




+ Konuyu Cevapla

Elemdar Quluzade şeirleri

  1. Yazan: Sarsın
    No Avatar

    REKLAM


    Elemdar Quluzade şeirleri

    __________________________________________________

    “TÜRKÜN DÜŞMƏNİ”

    Tariximin başında qovğalar, qasırğalar,
    Qanım içilən süfrə, ziyafət Türkə düşmən.
    Məhəbbətdən dəm vuran məhəbbətdən uzaqdır,
    Xəyal Türkün dostudur, xəyanət Türkə düşmən.

    Arxada qanqal olan üzdə çiçək kimidir,
    Qıza qarı söyləyən qarı ipək kimidir.
    Dost deyənin içində iblis mələk kimidir,
    Dondan-dona dəyişən siyasət Türkə düşmən.

    Qəddi düzələ bilməz beli qırışıqların,
    Çömçənin qulluğunda dayanan qaşıqların.
    Qanı Türk qanı deyil, qanı qarışıqların,
    İçindəki məharət, küdurət Türkə düşmən.

    Buludu görməyənlər dumanda da azırlar,
    Haqq ilə həqiqəti yuxu kimi yozurlar.
    Adını, soyadını dəyişirlər, pozurlar,
    İtaət Türkə düşmən, ibadət Türkə düşmən.

    Gözlərində tir olan gözlərimdə tük gəzir,
    Qışda geyinmək üçün arvadına kürk gəzir.
    Türkdən tülkütək qorxan şər atmağa Türk gəzir,
    Ədalət susan zaman ədavət Türkə düşmən.

    Ey Türk oğlu, ayıq ol, boran yadından çıxar,
    Kürəyindən aldığın yaran yadından çıxar.
    Tur dağına dönməsən Turan yadından çıxar,
    Əsarət qola qandal, ətalət Türkə düşmən


    _________________________________________________


    Facebook




    Üyelik

  2. Yazan: Sarsın
    No Avatar
    “SALAM, XOCALI DERDİM!”
    ___________________________________________

    Men qoynunda doğuldum, sen içime köçmüsen,
    Nağıl dili olmasın, qıl körpüden keçmisen.
    Neyine güvenmişem, neyime and içmisen,
    Toyuna, bayramına bir vaxt salam vererdim-
    Salam, Xocalı derdim!

    Qırxqız mehi mizrabın, Qarqar qopuzun idi,
    Çölün de, çınqılın da şekerin, duzun idi.
    Qoynuna qısılanda qolların uzun idi.
    Sene Ana deyerdim, mene oğul deyerdin-
    Salam, Xocalı derdim!

    Elim eteye çatmır, elim göylere deyir,
    Eleyenler eleyib eyilmezleri eyir.
    Yetim uşaq görende yaralarım göyneyir.
    Bu derd tek menim olsa üreyimde çekerdim-
    Salam, Xocalı derdim!

    Qara, qerib daşı var her eyilen xurcunun,
    İsteyi gizli deyil burnumuzun ucunun.
    Sağlığını isteyir axı borclu borclunun.
    Senin derdin olmasa belke çoxdan ölerdim-
    Salam, Xocalı derdim!

    Meni daştek kündele, meni qum kimi yoğur,
    Bu dünyanın havası meni dördelli boğur.
    Üzüme bahar doğmur, üzüme payız doğur.
    Elim eline deyse ayağını öperdim-
    Salam, Xocalı derdim!

    Men qanımı görmüşem düşmenin qaşığında,
    Eşqim deli olubdu hesret yaraşığında.
    Tonqal çatacağam men bu derdin işığında.
    Sevincim incimesin, men derdime güvendim-
    Salam, Xocalı derdim!

    Üreyin ülker qızı, idrakın nizesi var,
    And mene köhne dostdur, sözümün tezesi var.
    Sevincin sirri belli, derdin möcüzesi var.
    Pencer kimi biçilib, xencer kimi göyerdim-
    Sağ ol, Xocalı derdim!
    Sağal, Xocalı derdim!
    Salam, Xocalı derdim!

    ELEMDAR QULUZADE
  3. Yazan: Sarsın
    No Avatar
    “GÖZLE, XOCALIM, GÖZLE...”
    _____________________________________________

    Sinemizden vurulub, gözümüzden batmışıq,
    Xumarlanan fillerin qulağında yatmışıq,
    Adına küçe verib, abide ucaltmışıq –
    Gözle, Xocalı, gözle...

    Bir meslek qulu deyil sözümüz, söhbetimiz,
    Gözünü döye - döye dözecek milletimiz...
    Ha deyirik birleşek, tutmur meslehetimiz –
    Gözle, Xocalı, gözle...

    Vezifeler mübarek, işdah diş altındadır,
    Elimiz, ayağımız ağır daş altındadır.
    Şuşa – Laçın düyünü deyen Daşaltıdadır –
    Gözle, Xocalı, gözle...

    Sökülüb tökülübdür çoxumuzun çuxası,
    Çoxları kabinetin komendantı, koxası.
    Elimize yetmeyir bir xainin yaxası –
    Gözle, Xocalı, gözle...

    Here birteher çekir evinin çax-çuxunu,
    Adına ehsan verib yozmadayıq yuxunu.
    Şehidlerin ruhuna hele yasin oxunur –
    Gözle, Xocalı, gözle...

    Başımda töhmetim var, başıma kül tökülmür,
    Evim yıxılan elde mene çadır tikilmir.
    “ATET”de, “BMT”de Şehid adın çekilmir –
    Gözle, Xocalı, gözle...

    Cebrden ne bilirik, cibde üst-üste geldik,
    Ötmeye, ötülmeye bir-birden öte geldik.
    Ümidim üzülmeyib, belke qeyrete geldik –
    Gözle, Xocalı, gözle...

    Adam var barmağına birce tikan batmayıb,
    Yuxulu vicdanını yuxudan oyatmayıb...
    Derdini danışmağa hele növben çatmayıb –
    Gözle, Xocalı, gözle...

    Tarın üreyindeki nağarada çalınmaz,
    Xeyanetle verilen siyasetle alınmaz,
    Sebrini bas, qadası, hövselen olsun bir az –
    Gözle, Xocalı, gözle...

    ELEMDAR QULUZADE
  4. Yazan: Sarsın
    No Avatar
    “MENE SÖZ VERİN!”
    _______________________

    Gözümüzün içinde
    Gözden perde asan var,
    Heqiqetin döşünden
    İkielli basan var,
    Danışmaq meqamında
    Heykel kimi susan var-
    Mene söz verin!

    Quru şöhretler bizi
    Yüz yere desteledi,
    Here öz sümüyüne
    Bir şerqi besteledi,
    Rüşvet tauna dönüb
    Bizi xeste eledi-
    Mene söz verin!

    Harda güneş sayağı
    Bir parlayan ağıl var,
    Orda alaq otutek
    Boy gösterir paxıllar,
    Gör kimden geridedir
    Kimden yaxşı oğullar?-
    Mene söz verin!

    Yetişmişin yerine
    Azmı derdik kalları,
    Qatırı keher etmez
    Atın gümüş nalları,
    Bizi qapana qoydu
    Vezife dellalları-
    Mene söz verin!

    Neçe sirke qabına
    Bal dolub, şire dolub,
    Neçe Allahsız kişi
    Mescide, pire dolub,
    Söyleyecem kimlerin
    Kürküne bire dolub-
    Mene söz verin!

    Şeir-köksümde odum,
    Şeir-başımda tacım,
    Yoxuşlarda dizimdir,
    Yağışlarda yapıncım,
    Heyatım-itiyimdir,
    Şairliyim-qazancım-
    Mene söz verin!

    Hörümçek kişiler var
    Ağ pambıqdan sap çekir,
    Dünya ne vecinedir,
    İl boyu kabab çekir,
    Şairin bir derdi var-
    Susanda ezab çekir-
    Mene söz verin!

    ELEMDAR QULUZADE
  5. Yazan: Sarsın
    No Avatar
    “BİLİRSENMİ?!”
    ________________________

    Hörüklerin qara rengi telden köçür,
    Toy xınası perik düşüb elden köçür,
    Eliyalın oğulların elden köçür,
    Bilirsenmi?!

    Xırman-xırman bereketin qaret olur,
    Yığarların yağılara qismet olur,
    Qoşun-qoşun qayaların qürbet olur,
    Bilirsenmi?!

    Uduzmazdım, ulamazdım, ulun yoxdur,
    Qurşağında qılınc yoxsa, qolun yoxdur,
    Memleketsen, torpağın var, yolun yoxdur,
    Bilirsenmi?!

    Qeyretliler qan deyene qan-qan deyib,
    Qeyretsizler çor deyene can-can deyib.
    Kimler bizi yağılara qurban deyib
    Bilirsenmi?!

    Bu yaranı neşterleyib yaranı var,
    Bu köpeyin arxasında duranı var,
    Qış gelende bu dağların boranı var,
    Bilirsenmi?!

    Qulac-qulac qanadları iten köçür,
    Yurdumuzda palıd kimi biten köçür,
    Paralanıb Vetenimden Veten köçür,
    Bilirsenmi?!

    Gecelerin ağrısını seher çeker,
    Ağaların şelesini nöker çeker,
    Sarayların keşiyini senger çeker,
    Bilirsenmi?!

    ELEMDAR QULUZADE


  1. Yazan:
    no avatar


    REKLAM



Benzer Konular

  1. Aşıq Ələsgər Şeirleri
    Konuyu Açan: Nehir, Forum: Azərbaycan Ədəbiyyatı və İncəsənət.
    Cevaplar: 2
    Son Mesaj : 03.04.2013, 17:12
  2. Sevgi şeirleri
    Konuyu Açan: Sarsın, Forum: Azərbaycan Ədəbiyyatı və İncəsənət.
    Cevaplar: 1
    Son Mesaj : 25.02.2013, 18:17
  3. Kerbelayi Elemdar - Qelbin xesteliyi
    Konuyu Açan: Sarsın, Forum: Azerice Videolar.
    Cevaplar: 0
    Son Mesaj : 06.12.2012, 14:14
  4. Sevgi Şeirleri
    Konuyu Açan: Sarsın, Forum: Azərbaycan Ədəbiyyatı və İncəsənət.
    Cevaplar: 1
    Son Mesaj : 19.10.2012, 16:22
  5. Aqshin Fateh - Eshit ey Kerbubela Abbas Elemdar menem
    Konuyu Açan: Sarsın, Forum: Azerice Videolar.
    Cevaplar: 0
    Son Mesaj : 30.08.2012, 03:05

copyright

Soru Cevap

izmit düğün salonları - grafimx