Rəssam Əzim Əzimzadə



  1. Əzim Əzimzadə 1880-ci ilin aprel ayında Novxanı kəndində anadan olub. Atasının etirazına baxmayaraq, ibtidai təhsilini rus-tatar məktəbində alıb. Azərbaycanın xalq rəssamı olan Əzim Əzimzadə xüsusi rəssamlıq təhsili almamışdır. Yaradıcılığı əsrlərdən bəri formalaşan Təbriz Azərbaycan miniatür məktəbindən və rus rəssamlıq məktəbindən daha çox bəhrələnmişdir. Rəssamlığa isə əsasən məşhur "Molla Nəsrəddin" jurnalından başlayıb.

    1906-cı ildən "Molla Nəsrəddin", "Baraban", "Zənbur", "Tuti", "Kəlniyyət" və sair jurnalların səhifələrində satirik qrafik karikaturalarını nəşr etdirməklə Azərbaycan satirik qrafikasının əsasını qoymuşdur. 1932-ci ildə o, indinin özünə qədər də fəaliyyət göstərən rəssamlıq məktəbini açır və ona rəhbərlik edir.

    Əzimzadənin əsərlərinin əsas mövzusu sosial təzadlar, adətlər və xalqın məişəti təşkil edirdi. Cəmiyyətin müxtəlif təbəqələrinin mənfi ünsürləri - xəsis tacirlər, fırıldaqçı din xadimləri, şarlatanlar onun satirik qələminin hədəfində olurdular.

    Yaradıcılığında obrazlılıq yığcamlıq olmaqla o, mənfi surətləri gah kəsərli yumor, gah yumşaq kinayə ilə kəskin satira atəşinə tuturdu. Çəkdiyi "İt boğuşdurma", "Kişi arvadını döyür", "Varlı evində toy", "Su üstündə dava", "Köhnə bakılılar" kimi əsərlərində müxtəlif sosial təbəqələrə məxsus tiplərin iç üzünü açaraq qadın hüquqsuzluğu ədalətsizliyə qarşı çıxış edir. O, dövrdə cəmiyyətdəki sosial ədalətsizlikləri daha qabarıq əks etdirən "Köhnə Bakı tipləri" və "100 tip" əsəri xüsusilə təqdirəlayiqdir.

    Ə. Əzimzadə satirik şair M. Ə. Sabirin "Hophopnamə"sinə çəkdiyi illüstrasiyalarla kitab qrafikası sənətinin əsasını qoymuşdur. Onun teatrlara çəkdiyi geyim eskizləri və dekorasiyalar Azərbaycan rəssamlığının bu sahədəki inkişafına xüsusi təsiri olmuşdur. Əsərləri dünyanın bir sıra başqa muzeylərində nümayiş etdirilmişdir. 1940-cı ildən isə fərdi sərgiləri nümayiş etdirilmişdir. Bakıda keçirilən birinci sərgidə rəssamın 1200-dən çox əsəri nümayiş etdirilmişdir. 1920-1943-cü illərdə Ə. Əzimzadə Azərbaycan rəssamlıq texnikumunda müəllim, 1932-37-ci illərdə isə direktor olmuşdur.

    Əzim Aslan oğlu Əzimzadə 1943-cü il 15 mayda Bakıda vəfat etmişdir.
    Bakı Rəssamlıq Texnikumu, Bakı küçələrindən biri onun adı ilə adlanır. Yaşadığı evdə rəssamın ev muzeyi açılmış, evin yaxınlılığındakı bağda büstü qoyulmuşdur.

     

     

    Leyl-i Lal - 14.07.2010 - 00:51



Benzer Konular

  1. Rəssam Sabir Məmmədov Eserleri
    Konuyu Açan: Leyl-i Lal, Forum: Azərbaycan Ədəbiyyatı və İncəsənət.
    Cevaplar: 0
    Son Mesaj : 14.07.2010, 00:54
  2. Rəssam Esərləri
    Konuyu Açan: Leyl-i Lal, Forum: Azərbaycan Ədəbiyyatı və İncəsənət.
    Cevaplar: 0
    Son Mesaj : 14.07.2010, 00:50
  3. Rəssam Rüstəm Mustafayev yad ediləcək
    Konuyu Açan: Lady_rap, Forum: Azərbaycan Ədəbiyyatı və İncəsənət.
    Cevaplar: 0
    Son Mesaj : 18.05.2010, 11:25
  4. Rəssam dünyanın güzgüsüdür
    Konuyu Açan: Leyl-i Lal, Forum: Azərbaycan Ədəbiyyatı və İncəsənət.
    Cevaplar: 0
    Son Mesaj : 10.03.2010, 10:43
  5. Əzim Əzimzadə
    Konuyu Açan: Leyl-i Lal, Forum: Azərbaycan Ədəbiyyatı və İncəsənət.
    Cevaplar: 0
    Son Mesaj : 10.02.2010, 17:56

copyright

Soru Cevap