Meyxanaçılar və meyxana musiqi janrı kimi

  1. Meyxana jann peşəkarların yaradıcılığında yaşasa da şifahi surətdə, bədahətən deyildiyi üçün folklor nümunələrindən o qədər də uzağa getməyib. Buna görə də meyxana nümunələri yazılı ədəbiyyatın mövcud janrları kimi tam cilalanmayıb. Əlbəttə, böyük sənətkarların - Mirzə Əbdülxaliq Yusif, Haşım bəy Saqi, Mirzə Səməndər, Əliağa Vahid, Məşədi Azər, Yəhya Molla oğlu, Əhməd Anatollu, Ağadadaş Minuri, Dilqəm kimi şairlərin - söylədikləri meyxanalar bu janrın unudulmaz nümunələridir. Lakin zəif deyilmiş, qeyri-kamil meyxanalar da az deyil. Belə şeirlərdə meyxananın ritmi, forması, janr xüsusiyyətləri təhrif olunur. Bu səbəbdən həmin meyxanalan təhlil etmək çətinlik yaradır, və onların tam janr təsnifatını verməyə əngəl törədir. Şərtləndirilməsi vacib olan daha bir xüsusiyyət meyxananın deklamasiya qaydasıdır. Meyxananın özünəməxsus söyləmə qaydasının başlıca şərti poetik mətni musiqi ritminə salmaqdan ibarətdir. Bu baxımdan meyxana, heca vəznində yazılmış bütün poetik nümunələrdən fərqlənərək, qismən, əruz metrli şeirlərə yaxınlaşır. Musiqi ritmi, poetik metrdər daha ciddi olsa da formul daxilində, sözlərin düzümünə görə, ritmin xırdalanmasına və iriləşməsinə, eləcə də yambik, xoreik dönümlərin bir-birini əvəzləməsinə imkan verir. Belə ritmik variantlılıq meyxananın musiqi janrı kimi qavranmasını təmin edir.Günümüz meyxana ustatları ise Aga Kerim,Aga Mirze,Mehman Ehmedli,Elshen Xezer,Vuqar Qobulu,Aqshin Fateh,Bayram Kürdexanlı,Sahip Kürdexanlı,Meshedibaba ve Namiq Qaraçuxurludur.

     

     

    Leyl-i Lal - 01.07.2010 - 11:55



Benzer Konular

  1. Planet Parni iz Baku 47 - Dedektiv janrı - Azeri Kino
    Konuyu Açan: Leyl-i Lal, Forum: Azərbaycan Ədəbiyyatı və İncəsənət.
    Cevaplar: 0
    Son Mesaj : 13.07.2010, 18:51
  2. Kimi Kalır Kimi Gider
    Konuyu Açan: MiSS-FENER, Forum: Yaşam Hikayeleri.
    Cevaplar: 0
    Son Mesaj : 08.06.2010, 14:00
  3. Hər qız atası kimi, hər kişi anası kimi birini arzu edər
    Konuyu Açan: Leyl-i Lal, Forum: Qadınlar üçün.
    Cevaplar: 0
    Son Mesaj : 08.01.2010, 09:06
  4. ilk insan nasıl oluştu ? kimi çamurdan , kimi maymundan ?
    Konuyu Açan: cr@ckman, Forum: İslami Sorular Ve Cevaplar.
    Cevaplar: 52
    Son Mesaj : 19.12.2009, 04:44
  5. Esma Er Kimi Kimi 2008
    Konuyu Açan: AsPeNDoS, Forum: Albüm Kapakları.
    Cevaplar: 0
    Son Mesaj : 15.05.2008, 12:44

copyright

Soru Cevap

grafimx