Atalar Sözü - Aforizmler - 2

  1. Abır istəsən çox demə, sağlıq istəsən çox yemə.
    Ac toyuq yuxusunda darı qörər.
    Aclıq sofiliyi pozar.
    Aclıqda darı cörəyi halvadan sirin olar.
    Aclıqdan kimsı ölməz, ölən toxluqdan ölər.
    Aclıqdan quduranı saxlamaq olar, toxluqdan quduranı saxlamaq olamz.
    Acını dadmayan sirini bilməz.
    Adam adamdı olmasa da pulu, eşşək eşşəkdi olmasa çulu.
    Adam aşını – işini bilməlidir.
    Adam var – adamlarin naxşidi, adam var – eşşək ondan yaxşıdı.
    Adam yanıla – yanıla öyrənir.
    Adamı qılınc öldürməz, tənəli söz öldürər.
    Adamı söz, kababı köz yandırar.
    Adamın adı çıxınca canı çıxsa yaxşıdır.
    Adamın başına nə gəlsə dilindəndir.
    Adət qanun deyil, amma qanun qədər hökmü var.
    Adilin qəzəbındən qorxmaq gərək, zalımın sükutudan
    Ağ divara hansı rəng çəksən tutar.
    Ağ evi görəndə qara evı yaddan çıxartma.
    Ağ qoyun, qara qoyun keçid başında bəlli olar.
    Ağ parçaya ləkə tez düşər.
    Ağılları bazara çıxardıblar, hər kəs yenə öz ağlın tapıb.
    Ağıllı arvad ara, ağılsız arvad vara qaçar.
    Ağıllı bildiyini söyləməz, dəli söylədiyini bilməz.
    Ağıllı düşmən nadan dostdan yaxşıdır.
    Ağıllı düşməndən qorxma, dəli dostdan qorx.
    Ağıllı gördüyünü, ağılsız eşitdiyini söylər.
    Ağıllıynan çəkişmək cahilnan halva yeməkdən yaxşıdır.
    Ağır qazan gec qaynar.
    Ağılsız dostdan ağıllı düşmən yaxşıdır.
    Ağır otur, “ağa” desinlər.
    Ağladan yanına get, güldürən yanına getmə.
    Ağlam ölü üçün, ağla dəli üçün.
    Ağlamakqla gülmək bacı-qardaşdı.
    Ağlamayan uşağa süd verməzlər.
    Ağlarsa anam ağlar, qalanı yalan ağlar.
    Ağlayanın bir dərdi var, gülənin beş.
    Ağlayışın bilməyən ölüsün murdarlayar.
    Axar su murdarləq götürməz.
    Axmaq it aya hürər.
    Axsaq eşşəyin kor nalbəndi olar.
    Axşamdan sonra gələn qonağin yeyəcəyi soğandır.
    Axsamın xeyrindənsə sabahın şəri.
    Al almaya daş atan çox olar
    Alan aldanmaz, satan aldanar.
    Aldığı bir iynədi, dəmirin batmanın yoxlayır.
    Ala it çaqqalın dayısıdı.
    Alçaq ata hamı minər.
    Alçaq dağa qar yağmaz!
    Alçaq yerdə təpəcik özün dağ sanar.
    Allah bir qapını bağlayanda bir qapını açar
    Allah bu əli o ələ möhtac eləməsin.
    Allah boynuzsuz qoçun qisasın buynuzlu qoçda qoymaz.
    “Allah” deyən namurad qalmaz.
    Allah dəvəyə qanad versəydi, dam – divarı yıxardı.
    Allah əsilsizə düşürtməsin.
    Allah min dərd verib, min bir dərman.
    Allah möminə hər şey bağışlar.
    Allah saxlayanı qurd yeməz.
    Allah tənbəli sevməz.
    Allah var, rəhmi da var.
    Allah verəndə bacadan da tökər.
    Allah yolunda yox, şeytan yolunda çox.
    Allah inanmayana bəndələr də inanmaz.
    Allahdan nə gəlsə xoşdur.
    Anasına bax qızını al, qırağına bax bezini al.
    Anlamaza hörmət elərsən, deyərI məndən qorxdu.
    Anlayana milçək sazdır, anlamayana zurna da azdır.
    Araba aşandan sonra yol göstərən çox olar.
    Arxa su gələnəcən qurbağanın canı çıxar.
    Arı qəhrin çəkməyən balın qədrini bilməz.
    Arifə bircə işarə də bəsdir.
    Armudun yaxşısını meşədə ayı yeyər.
    Arsızın üzünə tüpürüblər, “yağış yağır” demiş.
    Arvad iki olanda ev süpürülməmiş qalar.
    Arvad var ev yığar, arvad var ev yıxar.
    Aslan qocalanda başına çaqqal-çuqqal toplaşar
    Aslanın balası aslan olar.
    At ilə yola çıxan eşşəyin vay halına.**
    At oğurlanandan sonra axur nəyə gərək
    At olanda ot olmur, ot olanda at.
    At ölər – meydan qalar, igid ölər – şan qalar.
    Ata nal çalındığın görəndə qurbağa ayaqlarını uzatdı.
    Attdan düşüb eşşəyə minməzlər.
    Atı satıb eşşək alıb, dumbula-dum, dumbula-duma
    Atını bağla dirəyə, sonra Tanrıya tapşır
    Atlı qonq itli qonqdan yaxşıdır.
    Atnan qatır savaşdı, arada eşşək öldü.
    Avazın yaxşı gəlir, oxuduğun Quran olsa.
    Ay işığına it hürər.
    Ayda-ildə bir namaz, onu da şeytan qoymaz.
    Ay gedən it, gəl məni tut.
    Ay qaynana, heç gəlin olmamısan
    Ayıya dayı deyərlər körpünü keçincən.
    Azı bilməyən çoxu heç bilməz

     

     

    Leyl-i Lal - 01.07.2010 - 12:33



Benzer Konular

  1. Atalar Sözü - Aforizmler - 3
    Konuyu Açan: Leyl-i Lal, Forum: Azərbaycan Ədəbiyyatı və İncəsənət.
    Cevaplar: 0
    Son Mesaj : 01.07.2010, 12:47
  2. Atalar Sözü - Aforizmler - 1
    Konuyu Açan: Leyl-i Lal, Forum: Azərbaycan Ədəbiyyatı və İncəsənət.
    Cevaplar: 0
    Son Mesaj : 01.07.2010, 12:32
  3. Atalar sözü Haqqinda
    Konuyu Açan: Leyl-i Lal, Forum: Azərbaycan Ədəbiyyatı və İncəsənət.
    Cevaplar: 0
    Son Mesaj : 17.03.2010, 10:13
  4. Adigey Atalar Sözü Ve MƏSƏLLƏRİ
    Konuyu Açan: Leyl-i Lal, Forum: Azərbaycan Həyat tərzi.
    Cevaplar: 0
    Son Mesaj : 22.11.2009, 03:34
  5. Abxaz Atalar Sözü ve MƏSƏLLƏRİ
    Konuyu Açan: Leyl-i Lal, Forum: Azərbaycan Həyat tərzi.
    Cevaplar: 0
    Son Mesaj : 22.11.2009, 03:33

copyright

Soru Cevap