Zərifə xanım Əliyeva




  1. Zərifə xanım Əliyeva haqqında düşünərkən 50-ci illərin əvvəllərində baş vermiş hadisələri xatırlayıram. O zaman "Göz həkimi" pyesi üzərində işləyən uşaqlıq dostum, istedadlı şair və dramaturq İslam Səfərli teztez göz institutuna gedərdi ki, yaradıcılıq prosesinin gedişində tibb işçilərinin fəaliyyətinin bir sıra peşə məsələlərini düzgün aça bilsin. Gənc və istedadlı həkim Zərifə Əliyeva isə müəllifə məsləhətlər verir, köhnəlmiş və zərərli baxışlara qarşı mübarizə aparan pyesin baş qəhrəmanının – göz həkiminin bədii obrazının yaradılmasında ona kömək edirdi. Həmin illər biz İslam Səfərli ilə tez-tez görüşərdik: ədəbi problemləri müzakirə etməklə yanaşı orta məktəbin və universitetin xoş ənənələrini davam etdirirdik. Bir dəfə o, mənə təklif etdi ki, oftalmoloji klinikaya birgə gedib Zərifə xanımla görüşək, pyes və onun qəhrəmanları haqqında fikir mübadiləsi aparaq. Təbii ki, mən minnətdarlıq hissi ilə bu təklifə razılıq verdim.

    Deməliyəm ki, biz əvvəllər də Zərifə xanımın ailəsini tanıyır və onlara dərin ehtiram hissi ilə yanaşırdıq. Lakin klinikadakı görüşümüz zamanı biz bir daha əmin olduq ki, Zərifə xanım pyes qəhrəmanının psixologiyasına, düşüncələrinə və hərəkətlərinə, insan xarakterlərinə və problemlərinə, sənətin qanunlarına dərindən bələd olan bir şəxsiyyətdir. O bizə tarixin yaradıcı və dağıdıcı əsaslarının daimi və amansız münaqişəsinin bədii əsərdə istedadla əks etdirilməsinin əhəmiyyətindən danışdı. Onun düşüncələrinə biganə qalmaq mümkün deyildi. Yaxşı yadımdadır, biz İslam Səfərli ilə bu görüşdən sonra Zərifə xanımın hüdudsuz erudisiyasından, zəngin ədəbi biliyindən, dərin ziyalılığından mütəəssir olmuşduq. İndi həmin illərin hadisələri haqqında yazı-pozularımı vərəqləyərkən bir daha Zərifə xanımın xarakterik cəhətləri gözümün qarşısında canlanır: "Mən onun sakitliyinə, daxili aləminin ahənginə heyranam". Bir vaxt dediyim sözlərə bunu da əlavə etməyə bilmərəm ki, əgər insanın daxili harmoniyası onun siması ilə üzvi vəhdət təşkil edirsə, əgər şəxsiyyət daxilən tamlıq təşkil edirsə, bu harmoniyanın özü elə səadətdir, insan qəlbinə işıq saçan və hərarət gətirən mənbədir.

    Həmin görüşləri xatırlayarkən mən bu insanla ünsiyyəti qəlbimdə ömürlük iz qoymuş təkrarolunmaz mənəvi bayram kimi bir daha dərk edirəm. Bu insan öz ömür yolunu inamla, məqsədyönlü, vicdan və böyük ləyaqətlə keçmişdir. Görüşlərimizin bir cəhəti də diqqəti çəkir. İslam Səfərli Zərifə xanımdan xahiş etmişdi ki, pyesin məsləhətçisi olmağa rəsmi razılıq versin. Lakin Zərifə xanım qəti etiraz etmiş, bildirmişdi ki, bu iş onun üçün çox xoşdur və məsələni hüquqi cəhətdən rəsmiləşdirməmək də olar. Sonra əlavə etmişdi ki, təbabətin və incəsənətin vahid bir xeyirxah məqsədi var – insanlara xidmət etmək.





    A.Y.NƏCƏFOV,

    professor, N.Nərimanov adına Azərbaycan Tibb

    İnstitutu fəlsəfə kafedrasının müdiri

     

     

    Leyl-i Lal - 28.04.2010 - 21:24



Benzer Konular

  1. Eleqant xanım
    Konuyu Açan: Sarsın, Forum: Qadınlar üçün.
    Cevaplar: 0
    Son Mesaj : 15.05.2012, 00:04
  2. Xanım Zəhra S-nın isməti
    Konuyu Açan: Sarsın, Forum: Azərbaycan Həyat tərzi.
    Cevaplar: 0
    Son Mesaj : 06.02.2012, 21:03
  3. Xanım Fatimə Zəhra s.ə
    Konuyu Açan: Sarsın, Forum: Azərbaycan Həyat tərzi.
    Cevaplar: 0
    Son Mesaj : 20.01.2012, 18:29
  4. Müsəlman xanım
    Konuyu Açan: Sarsın, Forum: Azərbaycan Həyat tərzi.
    Cevaplar: 0
    Son Mesaj : 15.08.2011, 04:16
  5. Bu Gün Akademik Zərifə Xanım Əliyeva`nın 87 illiyidir
    Konuyu Açan: Leyl-i Lal, Forum: Azərbaycan Ədəbiyyatı və İncəsənət.
    Cevaplar: 0
    Son Mesaj : 28.04.2010, 21:23

copyright

Soru Cevap