Əli Tudə

  1. XX əsr Azərbaycan poeziyasında öz səsi, öz sözu, öz yeri olan, Vətən sevgisi ilə köklənən, şer rübabından süzülüb gələn odlu və hikmətamiz misralar, cild-cild kitablar, zəngin bir ədəbi irs yaradan, 50 ildən artıq bir müddət ərzində bircə gün belə qələmini yerə qoymayan görkəmli şairimiz Əli Tudə çox çətin, iztirablı, həsrətli, lakin şərəfli, başqalarının qibtə edə biləjəyi yaradıcılıq yolu keçmişdir.

    Bakıda həyata göz açan Əli çox erkən, ömrünün 13-cü baharında ilk qələm sınaqlarını ağ səhifələrə köçürməyə başlamışdır. Tay-tuşları və müəllimləri hələ o zaman hiss edirdilər ki, şer aləminə gənc bir istedad gəlir. Fəqət, 1937-1938-ci illərdə Əlinin göz açdığı yerlərdə əsən qara yellər onu körpə bir fidan kimi doğma yurddan qoparıb sıxıntılı və əzablı şahlıq rejiminin amansız dalğalarının qoynuna atdı. Taleyə bir bax! O, öz ata-baba yurduna bir suçlu kimi sürgün edildi. Bəli, Əlinin əsli Ərdəbilin Çanaxbulaq kəndindən idi. Onun atası işləmək üçün Bakıya gəlmiş, neft mədənlərində buruq ustası olmuş, Əli də məhz Bakıda dünyaya göz açmışdı. Lakin Əli elə körpəliyindən həyatın çətin və sərt sınaqları ilə qarşılaşmışdı. Belə ki, 1 yaşı olar-olmaz atası vəfat etmiş, 5 yaşına çatar-çatmaz anası da dünyasını dəyişmişdi. Əlini qoca ana nənəsi Qərib nənə böyütmüş, 1938-ci ildə isə onu götürüb İrana qohumlarının yanına köçmüşdür. Nə etməli? Tale öz amansız hökmünü vermişdi. Çətin, əzablı fəraq və həsrət illəri başlamışdı. Amma insanın xarakteri, onun bəşəri idealları, deyəsən, ağır sınaqlar qoynunda daha sürətlə formalaşır.

    40-cı illərin əvvəllərindən Əlinin Vətənində çağlayıb coşan xalq hərəkatı onun poetik ilhamının qanad çaldığı tufanlı, qasırğalı, bununla yanaşı, gənc şairin qələmini ciddi sınaqlarda bərkidən təlatümlü bir okean rolu oynadı.

    Əli Tudə Cənubi Azərbaycan demokratik poeziyasının ilk təməl daşlarını qoyan sənətkarlardan olmuşdur. O zaman yenicə formalaşmağa başlayan demokratik ədəbiyyat yeni dünya qurmaq uğrunda gedən tarixi savaşların döyüş meydanlarında, səngər vuruşlarında özünün ilk addımlarını atırdı. Söz ordusunun sədaqətli əsgərlərindən biri kimi Əli Tudə həmişə xalqla bir sırada olmuş, onun istək və arzularını, döyüş və mübarizə əzmini, gələcəyə inamını qələmə almağı sənətinin əsas qayəsi hesab etmişdir. Sənət dostları onun ünvanına səngər şairi ifadəsini təsadüfi işlətməmişlər:

    Nə qədər döyüş var, mübarizə var,
    Bayrağım vətəndir, silahım qələm!

    Əli Tudə yüksək ideallar şairi idi. Elə buna görə də seçdiyi mövzuları dövrün mütərəqqi ideyalarına, xalqın müasir tələblərinə cavab verə biləcək bir şəkildə, oxucuların mübarizlik, döyüşkənlik, vətənpərvərlik ruhunda tərbiyə edə biləcək bir səpkidə işləməyi özü üçün əsas tələb hesab edirdi.

    Şairin lirik «mən»i həyatın isti-soyuğunu görmüş, insanlar və hadisələr haqqında nəticə çıxartmağı bacaran bir zəka sahibidir. O, Vətən, ana, namus, vicdan, inam, qeyrət kimi bəşəri sifətlər haqqında düşünür. Necə? Bu düşüncələrdən başqalarının bəhrələnəcəyi bir şəkildə. İnsanlara xeyir verə biləcək bir tərzdə. Nə məqsədlə? Öz əməyi və qayəsi ilə insanlara xeyir vermək niyyətilə.

    Əli Tudə oxucusunu Vətəninin gözəlliklərinin, naz-nemətlərinin alovlu vurğunu, dönməz keşikçisi və müdafiəçisi kimi görmək üçün könül rübabını belə bir kökdə səsləndirir:

    Qardaş, xəyalımı soraqlasan sən,
    Vətən çox genişdir...
    Sən hər yanda gəz.
    Ancaq ürəyimi tapmaq istəsən,
    Başqa yerə getmə,
    Savalanda gəz.

    Amma kim deyə bilər ki, şairin Vətən sevgisi Savalanın ana qucağı kimi isti qoynunda, Ancaq doğma kəndi Çanaxbulağın sərhədləri çərçivəsində məhdudlaşıb qalır. Bu sevgi Vətən deyilən müqəddəs diyarın hər qarışına çatacaq qədər tükənməzdir.

    Dünyada ətir çoxdur. Sadalamaqla qurtaran deyil. Gül ətri, bahar ətri, gözəllərin sünbül zülflərinin bənzərsiz ətri... Bəs şairin lirik qəhrəmanının üstünlük verdiyi ətir hansıdır? Zəhmət ətri! Nə gözəl ədəbi tapıntıdır! Və şair oxucusunu öz qəhrəmanının haqlı olduğuna inandıra bilir. Oxucu inanır ki, bu ətir insanlara bəxş etdiyi naz-nemətlə, istiyə, tufana, yağışa, ən çətin sınaqlara dözümü ilə hər bir ətirdən üstündür:

    O yaşayır insanın
    Kamında, muradında.
    Bəşəri yüksəklərə
    Qaldırır qanadında...

    Əli Tudənin «Borc» adlı bir şeri var. İlk baxışda borcun əsl sənət əsəri üçün mövzu ola biləjəyi qəribə görünür. Lakin şairin ustad qələmi bu adi, çox prozaik faktı poetik yüksəkliyə qaldırır. Birisi borcu olanda, hətta gejələr belə gözlərinə yuxu getmir. Borjlu olanın keçirdiyi hiss və duyğular heç nə ilə müqayisəyə gəlmir, tamam başqadır. Şair insanın Vətən qarşısında borcunu belə mənalandırır:

    Vətən, o şadlığı, o abadlığı
    İndidən görürəm öz ovjum kimi...
    Bir gün gözlədiyin o azadlığı
    Sənə verməliyəm öz borcum kimi.

    Əli Tudənin sənət rübabında ana dilinə məhəbbət kükrəyib-çağlayır, desək, səhv etmərik. Bütün həyatı boyu doğma xalqını, onun taleyini tərənnüm etməyi yaradıcılığının baş qayəsi hesab edən sənətkar üçün ana dili zirvələrin zirvəsi, müqəddəs bir idealdır.

    Əli müəllim həmişə deyərdi ki, əgər bir xalqı məhv etmək istəyirsənsə, Əvvəlcə onun dilini əlindən almaq lazımdır.

    Bəli! Şairin rübabı saf və büllur suları xatırladan ana dilinin xoş ahəngi üstündə köklənmişdir:

    Mənim dilim dünyada
    Vətənə sədaqətdir.
    Ataya ehtiramdır,
    Anaya məhəbbətdir...
    O yaranan zamandan
    Od yanır binəsində.
    Dilim hərarətini
    Vətənin sinəsində
    Babalar qaladığı
    Ojaqlardan alıbdır...

    Şair çox səmimi bir ehtirasla oxucusunu Savalanın seyrinə dəvət edir. Bulaqlarının zümzüməsini eşitməyə, güllərinin ətrini duymağa çağırır:

    Gedək doğma kəndim Çanaxbulağa,
    Bulaqla öpüşək dodaq-dodağa.
    Savalan balını qatıb qaymağa
    Dönə-dönə dadaq, sən deyən olsun.

    Əli Tudə xalqın keçmişinə, onun yetişdirdiyi tarixi simalara dərin hörmətlə yanaşan şairdir. Vətənin söz və qılınc sərkərdələrini xatırlamaqda, onların müasir nəslə təqdimində şairin özünəməxsus sənətkar səliqəsi vardır. O, bu fikirdədir ki, dünən olduğu kimi, bu gün də xalqın oğullarının işğalçılar qarşısında Babək dəyanəti, Koroğlu hünəri, Səttarxan dözümü göstərmələrinə tarixi zərurət vardır. Şair Babək irsinin ən yüksək də-yərini bu keyfiyyətlərində görür:

    Ya müstəqil olaq, ya «ölək» sözü,
    Döyüş bayrağının şüarı oldu!

    Şairin yarım əsrdən də çox əvvəl bəstələdiyi həyat nəfəsli, vətən rayihəli, döyüş ruhlu nəğmələrinin nəqəratı kimi səslənən bir himni də vardır. Onun ünvanı belədir: «Mən nə gətirdim».

    1946-cı ildə şairin vətənində xalq hərəkatı şah və onun imperialist hamiləri tərəfindən qan dər-yasında boğuldu. Bir sıra silahdaşları kimi şair də doğma yerləri tərk etməyə məjbur oldu. Bəs vətəndən iraq düşən şair fəraq günlərinə hansı hisslərlə gəlirdi?

    Mən öz qardaşıma mehman gələndə
    Bir qələm, bir dəftər, bir can gətirdim.
    Dağların döşünü toplar dələndə,
    Bir ləkə düşməyən vijdan gətirdim!

    Xatırladım ki, 22 yaşlı şairin qələmindən çıxmış bu ədəbi sənəd hijran və ayrılıq illərində yaranan Güney poeziyanın bir növ manifesti rolunu oynadı. Əli Tudə vətəndən ayrı yaşadığı, 50 illik mühajirlik həyatında hijran və həsrət deyilən amansızlığın əlindən daim dad çəkmiş, onu birdəfəlik bu xalqın həyatından silib atmaq arzusu ilə yanmışdır:

    Yollarda olsam da ürək, ay ürək,
    Heç yanda görmədim nişan vüsaldan.
    Mən hardan biləydim, ürək, ay ürək,
    Vəfalı olurmuş hijran vüsaldan.

    Xalqımız dilsiz-ağızsız, ürəksiz və şüursuz varlıq olan «sərhəd»dən nələr çəkməmişdi? Xalqının şair oğlu «sərhəd» deyilən məfhuma necə münasibət bəsləyirdi:

    Doğma məjrasında dinj axır, fəqət,
    Sərhədə dəyəndə diksinir çay da.
    Nədir o səksəkə? Nədir o zülmət?
    Sərhəddə təlaşla boylanır ay da.

    Sərhəddə çayın diksinməsini, ayın təlaşla boylanmasını yalnız ayrılıqdan dodaqları çadar-çadar olmuş xalq və bu xalqın sənətkar oğlu bu qədər həssaslıqla duya və Beləcə, poetik şəkildə qələmə ala bilərdi.

    Odlu-alovlu şairin keçdiyi təlatümlü, keşməkeşli ömür yolu onun həyata fəal münasibətini müəyyənləşdirmişdir. Bu mərhələdə o, sadəjə olaraq müşahidəçi deyil. Varlığa olduğu kimi qiymət verməyə girişən bir zəka və təfəkkür sahibidir. Onun həyata mütəfəkkiranə baxışının öz qayəsi var. O, varlığın mahiyyətini tapmaq üçün özünü sorğu-suala tutur. Tapdığı javabda onun sirlərini kəşf etmək istəyir:

    Gizlədən də sənsən, bildirən də sən,
    Yaşadan da sənsən, öldürən də sən.
    Saxlayan da sənsən, sildirən də sən,
    Sən yumşaq fırçalı, sərt şerlisən. Sən nə sirlisən?

    Yazı mizi arxasında keçən ömür, sərf edilən əmək bir daha geri dönən deyil. Əli Tudə şam ilə şairin yanması arasında bir yaxınlıq kəşf edir. Lakin yanğıların da fərqi var. Nədir bu fərq?

    Ah, şam yanır həyatda
    Əbədi sönmək üçün.
    Mən yanıram əbədi –
    Həyata dönmək üçün.

    Əli Tudənin Təbrizə həsr etdiyi şerlərində çox zərif və bakir bir meyl özünü göstərir. Bu da Təbriz ilə şairin taleyi arasındakı oxşarlığın əyaniləşdirilməsidir. Bu misralarda şair ilə Təbriz iki bədəndə bir ürək kimi çırpınır. Onlar arasındakı bu doğmalıq qüdsiyyət səviyyəsinə qədər yüksəlir:

    Mən nəyəm? Gülzardan ayrılmış çiçək,
    Yadımdan çıxmamış nə duz, nə çörək.
    Könlümdə doğsa da gündə bir dilək,
    Arzumun qatarı Təbrizdə qaldı.

    Təbiət mövzusunda Əli Tudə çox mahir bir bağbandır. Şairin lirikasında çiçəklər təbəssüm dolu gözə, lalələr çöldə-çəməndə şölələnən alov tağına bənzədilir. Şairin dağlar gözəli Şuşaya həsr etdiyi misraların ətrini bu şəhərin güllü-çiçəkli yaylalarından, vüqarını sıldırım qayalarının əzəmətindən, şirinliyini ağızlarda bal dadan bulaqlarının şərbət sularından alır. Düşünürsən, təbiətmi Şuşaya yaraşıq verib, yoxsa Şuşamı təbiəti gözəlləşdirmişdir. Şairin lirıkasında qanad açıb ətrafa yayılan təranələr bu suala belə cavab verir:

    Dağlar başındakı meşəliklərin
    Yaşıl baxışında məhəbbət yatır.
    Şuşa yaşındakı meşəliklərin
    Hər tumurjuğunda şeriyyət yatır.

    Əli Tudə vətənin şəhid oğullarının şərəfinə yazdığı şerlərində çox yığjam bir şəkildə öz rə-yini açıqlamışdır. Şairə görə şəhidlərə ağı demək yox, onları jəngilərin, qələbə marşlarının melodiyalarının müşaiyəti ilə yad etmək lazımdır:

    Bizə ağı nə gərək,
    Ya zildə, ya da pəsdə.
    Qar deyil, jəngi yağsın
    Şəhidlər qəbri üstə.

    Güney poeziyasının məharətli nümayəndəsi olan şairin keçdiyi yaradıcılıq yollarına nəzər salarkən heyrətamiz bir mənzərənin şahidi oldum. Əli elə bir şair idi ki, heç kəsdən mərhəmət gözləməmiş, müqəddəs tutduğu, inam bəslədiyi əqidəsindən bir addım belə kənara çıxmamışdır. Kişi kimi, halal zəhmətlə, sadə bir insan, sənətkar ömrü yaşamışdır. Məğrur, əyilməz. Onun üçün ən böyük mükafat xalqının məhəbbəti və ona bəslədiyi sevgi hissləri olmuşdur.

    Saçlarımda dən olubsan,
    Gözlərimdə çən olubsan,
    Döyüşlərdə sən olubsan
    Mənim rütbəm, çinim xalqım.

    Əqidən, düşünjən, inamınla sənə əbədi sənətkar ömrü çox yaraşır, şair. Onun könül rübabını daim çağlayıb joşan, susmaq tanımayan lira hesab etmək tam ədalətli olardı.

     

     

    Leyl-i Lal - 19.03.2010 - 11:02




copyright

Soru Cevap