Təbrizim - Süleyman Rüstəm

  1. Baxdıqca hüsnünə doymayır gözüm
    Təbrizim, Təbrizim, gözəl təbrizim!

    Qoymaram yadları girsin qoynuna,
    İzin ver qolumu salım boynuna!
    Sənin bayramına, sənin toyuna
    Dili bir, qanı bir qardaşın gəlib,
    Dərdinə aşina sirdaşın gəlib.

    Bülbül zar-zar ağlar çəməndən ayrı,
    İnsan deyib gülməz vətəndən ayrı,
    Can necə yaşasın bədəndən ayri?
    Aç öz ürəyini danış, təbrizim.
    Olum dərdlərinə tanış, təbrizim!

    Sən çıxdın qarşıma duzla, çörəklə,
    Bağından dərdiyin güllə, çiçəklə,
    İkiyə bölünmüş saf bir ürəklə,
    Təbrizim,təbrizim, aman təbrizim
    Yox olsun başından duman Təbrizim!

    Qədrini ayrılıq çəkənlər bilər,
    Hicranda gözyaşı tökənlər bilər,
    Ömrünə qaranlıq çökənlər bilər,
    Bağından gül-çiçək dərdim Təbrizim,
    Yenə təzələndi dərdim, Təbrizim!

    Nə qəşəngdir yol boyunca söyüdlər,
    Söyüdlərin kölgəsində igidlər,
    Babalardan dinləyirlər öyüdlər,
    Coşup damarlarda qanı,təbrizim,
    Yoxdur bu mərdlərin sanı, Təbrizim!

    Ağlasan ağlaram, gülsən gülərəm,
    Yaşasan yaşaram, ölsən ölərəm,
    Varımı səninlə yarı bölərəm,
    Gəl bir də üzündən öpüm, Təbrizim!
    Başına gül-çiçək sərim Təbrizim!

    Nədir o, mə`nalı, dərin baxışlar?
    Nədir gözlərindən yağan yağışlar?
    Nədir qəlbindəki payızlar, qışlar?
    Yetimtək boynunu əymə, təbrizim!
    Mə`lul-mə`lul baxıb durma, Təbrizim!

    Sənin çiçəyinə, gülünə qurban!
    Mənə qardaş deyən dilinə qurban!
    Vətəninə qurban,elinə qurban!
    Baxdığca hüsnünə doymayır gözüm
    Təbrizim, Təbrizim, gözəl Təbrizim!

     

     

    Leyl-i Lal - 17.03.2010 - 23:49



Benzer Konular

  1. Süleyman RüstƏm Siirleri
    Konuyu Açan: Leyl-i Lal, Forum: Azərbaycan Ədəbiyyatı və İncəsənət.
    Cevaplar: 5
    Son Mesaj : 22.11.2011, 18:03
  2. Musa Musayev Təbrizim
    Konuyu Açan: Sarsın, Forum: Azerice Videolar.
    Cevaplar: 0
    Son Mesaj : 23.02.2011, 02:15
  3. Kanuni Sultan Süleyman - Muhteşem Süleyman
    Konuyu Açan: TÜRKOĞLU, Forum: Videolar.
    Cevaplar: 0
    Son Mesaj : 07.01.2011, 20:09
  4. Süleyman RüstƏm
    Konuyu Açan: Leyl-i Lal, Forum: Azərbaycan Ədəbiyyatı və İncəsənət.
    Cevaplar: 0
    Son Mesaj : 08.02.2010, 01:37
  5. Ağam Süleyman Paşam Süleyman Türkü Notası
    Konuyu Açan: byHaktan, Forum: Notalar.
    Cevaplar: 0
    Son Mesaj : 12.06.2009, 03:27

copyright

Soru Cevap