Migel de Servantes

  1. Migel de Servantes Həyatı



    Migel de Servantes Saavedra (29 sentyabr 1547- 13 aprel 1616) ispan yazıçı şair və dramaturqudur. Onun “Don Kixot” romanı klassik Qərb ədəbiyyatında müasir roman və dünya ədəbiyyatının ən yaxşı romanlarından biri sayılır. Onun bədii üslubu ispan dilinin inkişafında mühüm rol oynamışdır.

    O İspaniyada Rodriqo de Servantesin ailəsində dünyaya gəlmişdir. Həyatının ilk illəri haqqında az məlumat vardır. 1569-cu ildə servantes İtaliyaya köçmüşdür. 1575-ci ildə quldurlar tərəfindən əsir alınmışdır. Sonralar o Madridə qayıtmışdır.

    1585-ci ildə Servantes "Qalateya" adlı pastoral roman nəşr etdirmişdir.
    Həyatı

    Migel de Servantes təxminən 29 sentyabr 1547-ci ildə Madriddən aralı anadan olmuşdur. Bu tarix kilsə qeydlərinə əsaslanır. Həyatının çoxunda o o ailəsi ilə şəhər-şəhər gəzmişdir. Bu illərdə Migel Cozefina adlı gənc bir qadınla tanış olmuş və bir-birlərini sevmişlər. Lakin Cozefinanın atası onların görüşməsinə icazə verməmişdir.

    Onun kastilyanı tərk etmə səbəbləri naməlumdur. Görkəmli ədib Madriddə vəfat etmişdir.
    Yaradıcılığı

    1585-ci ildə "Qalateya" əsərini 1695-ci ildə "Don Kixot"un birinci hissəsini sonralar müxtəlif hekayələrini: "Qaraçı qız", "Qan gücü", "Ledi Korneliyanın romanı" "İtlərin söhbəti" 1615-ci ildə isə "Don Kixot"un ikinci hissəsini yazmışdır.

    "Qalateya" müəllifin gəncliyində yazdığı pastoral romansdır. "Don Kixot" Lamançlı Don Kixotun macəralarından ibarət iki hissəli romandır.

    Servantes həm də lirik şeirlər müəllifidir. Lope de Veqadan əvvəl onun dramları ispan ədəbiyyatında böyük hadisə olmuşdu.

     

     

    Gül_yarasi - 15.03.2010 - 18:11




copyright

Soru Cevap