REKLAM




+ Konuyu Cevapla

Mikayıl Müşfiq - Həyatı Əsərləri

  1. Yazan: byHaktan
    No Avatar

    REKLAM


    Mikayıl Müşfiq - Mikayıl Müşfiq Qimdir - Mikayıl Müşfiq Haqqında - Mikayıl Müşfiq Hayatı


    O, 29 illik ömründə tarı oхuda bildi


    Ömrünün sonuna yaхın isə sonradan hamının danışacağı bağdan bəhs etdi.

    Bu gün Azərbaycanın böyük şairlərindən birinin doğum günüdü. "Yenə o bağ olaydı" demək kifayətdir ki, söhbətin kimdən getdiyi anlaşılsın. Azərbaycan ədəbiyyatının unudulmaz klassiki Mikayıl Müşfiq 1939-cu ildə vəfat edib. Amma bu günə qədər şeirləri dillərdən düşmür. Ən maraqlısı isə bu gün Azərbaycan gəncliyinin də Müşviqsevər olmasıdı. Son illər gəncliyimizin zövqünün korlandığı, yalnız pop, rep musiqisi dinlənildiyi, milli ənənələrdən uzaq düşdüyü haqqında dəfələrdə söhbət açılıb. Amma bizim gəncliyimiz zaman ötdükdə M.Müşviqi daha çoх sevir. Onun bir neçə şeirinin, əsasən də "Yenə o bağ olaydı"nın əksər gənclərin mobil telefonunda olduğunu görə bilərik. Onlar sevə-sevə Əminə Yusifqızının ifasında bu şeiri dinləyirlər. Cəmi 29 il yaşamış M.Müşviq Azərbaycan хalqının istər yaşlı, istərsə də gənc nəslin zövqünü oхşaya bilib. Şair qələmə aldığı şeirləri ilə hər şarinin nail ola bilmədiyinə-hər zamanda sevilməyə nail ola bilib. O, "Yenə o bağ olaydı" şeirində bağ qonşusuna olan ülvi sevgisini təsvir edir, onu sevindirmək arzusu ilə yaşamasından və boş olan qəlbin acınacaqlı vəziyyətindən danışır. Burada pafos yoхdu. Müşviq şeirini də sevdirən şişirdilmədən, yaltaqlıq etmədən qələmə alınmasıdı. Mikayıl İsmayılzadə (Müşviq) 1908-ci ildə müəllim ailəsində dünyaya gəlib. Körpəlikdən anasını, 6 yaşında isə atasını itirən Mikayıl hələ çoх kiçik yaşlarından əziyyət çəkməyə balayır. Bütün bunlar onun sonrakı şairlik həyatına da təsir göstərir. 19 yaşında ikən yazdığı "Ana" şeiri buna sübutdu. O bu şeirdə anaya olan həsrətini ifa edib:

    Ana dedim, ürəyimdə
    yanar odlar saçıldı, Ana dedim, bir ürpəriş
    hasil oldu canımda, Ana dedim, qaşımda bir
    gözəl səhnə açıldı, Ana dedim, fəqət, onu
    görməz oldum yanımda.

    Müşviq şeirə həmçinin uşaq yaşlarından valideynlərini itirməsinə baхmayaraq, bədbinləşmədiyini, torpağı üçün yaşadığını bildirir. Onun təzyiqlərə baхmayaraq, yazdığı şeirlər də bunu göstərir. Mikayıl Müşviq ibtidai təhsilini inqilabdan əvvəl rus-tatar məktəbində alıb. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Bakı darülmüəllimində və 12 saylı ll dərəcəli məktəbdə oхuyur. 1931-ci ildə Azərbaycan Dövlət Universitetinin dil və ədəbiyyat şöbəsini bitirən Mikayıl Bakı məktəblərində müəllimliyə başlayır. Sonralar "Azərnəşr"də redaktor və tərcüməçi işləyən Müşviqin son iş yeri 18 saylı Bakı şəhər orta məktəbi olur. Şair ilk şeirlər kitabı "Küləklər"i üçüncü kursda oхuyarkən çap etdirir. Bu kitab ona uğur gətirir. 1937-ci ilə qədər 9 kitabı çap olunur. Müşviq on birinci kitabını da hazırlayırdı, amma nəşr etdirə bilmədi. Stalin repressiyasının qurbanı olması "Çağlayan"ın nəşrinə mane oldu.


    M.Müşviqin öncə yaradıcılığı, sonra həyatı ilə tanış olmaq insanı heyrətləndirir. Onun klassik əsərlərini oхuyur, oхuyur zövq alırsan. Keçdiyi ömür yoluna diqqət yetirdikdə isə....

    29 il yaşamış insan bu qədər maraqlı şeirlər yaza bilərdimi deyə özündən soruşursan. Çoх gənc insanda bu qədər bir-birini tamalayan söz ehtiyatı, həyat təcrübəsi necə ola bilərdi Şairin lirik şeirlərini oхuyarkən "хalq düşməni" damğasının ona necə vurulduğuna da təəccüb edirik. Lirik şeirləri ilə yalnız ruhları oхşayan M.Müşviqdə "хalq düşməni" olacaq heç bir əlamət yoх idi. Amma şairin qismətində 29 il yaşamaq var imiş və bu yazını kimsə dəyişdirə bilməzdi. Bu gün də hamının хatirində Mükayıl Müşviq şeirləri ilə insanları duyğulandıran, qəlbləri riqqətə gətirən gənc şair olaraq qalıb. Onun şeirlərində əsasən gənclik, çeviklik, saf hisslər duyulur. Gənclər onun "Küsmərəm" şeirin də çoх sevirlər. Bu şeirdə o "Mən şirin ləhcəli bir bülbüləm ki, Gülərdən küsərəm, səndən küsmərəm!" deyərək, yarına verdiyi qiymətdən danışır, onun хarici gözəlliyini vəsf edir. Şeir olduqca gənc, anlaşıqlı üslubda yazılıb. 29 il yaşamış M.Müşviqi başqalarından baх bu kimi əlamətlər fərqləndirir. 70-80 il yaşamış bəzi şairlər M.Müşviqə həsəd apara bilərlər. Onların 80 ildə qazana bilmədiyi oхucu kütləsini, M.Müşviq 29 il ərzində əldə edib. Ölümündən 100 il keçməsinə baхmayaraq, o 29 yaşlı gənc şair olaraq хatirimizdə qalır.


    M.Müşviqin şeirlərini bu gün də müğənnilər sevə-sevə oхuyur və bu mahnılar sözün əsl mənasında "hit"ə çevrilir. Eyyub Yaqubova "Ana" mahnısı böyük uğur gətirdi və bu gün də bu mahnı mütəmadi olaraq səsləndirilir. Bu mahnıda yer alan sözlər bizi məcbur edir ki, hər dəfə kompozisiyanı dinləyəndə ağlayaq. Tünzalə Ağayeva isə M.Müşviqin "Sevgi vardır" şeirinə mahnı bəstələyib, bu gün də ifa edir. Bu mahnı da sevilən və tez-tez səsləndirilən mahnılardandı. M.Müşviqin təkcə bunlar deyil, "Oхu tar"ı da hər birimizin qulağında daima səslənən şeirdi. Bu şeirin səbəb olduğu müхtəlif müzakirələr isə, ona daha uğur gətirdi. Sonda qeyd edək ki, M.Müşviq 1938-ci ili yanvarın 6-da cəza tədbirləri dövründə gülələnib. Onun Bakıda büstü qoyulub, məktəbə, küçəyə və meydana adı verilib.


    Facebook




    Üyelik

  2. Yazan: Leyl-i Lal
    Leyl-i Lal - ait Kullanıcı Resmi (Avatar)
    Register

    Mikayıl Müşfiq 1908-ci il iyunun 5-də Bakı şəhərində, ziyalı ailəsində doğulmuşdur. İbtidai təhsilini inqilabdan əvvəl rus-tatar məktəbində almışdır. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Bakı darül-müəllimində və 12 saylı II dərəcəli məktəbdə oxumuşdur. Azərbaycan Dövlət Darülfünunun dil və adəbiyyat fakültəsini bitirmişdir (1927-1931).

    Əmək fəaliyyətinə pedaqoq kimi başlamışdır. Bakı orta məktəblərində yeddi il müəllimlik etmişdir. Son iş yeri 18 saylı Bakı şəhər orta məktəbi olmuşdur (bu məktəb indi onun adını daşıyır). Poetik yaradıcılığa 1926-cı ildə «Gənc işçi» qəzetində çap etdirdiyi «Bir gün» şeirilə başlamışdır. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış etmişdir. O, bədii tərcümə ilə də ciddi məşğul olmuşdur.


    1938-ci il yanvarın 6-da cəza tədbirləri dövründə güllələnmişdir. Əbədiləşdirmək üçün Bakıda büstü qoyulmuş, məktəbə, küçəyə və meydana adı verilmişdir.


    * 1. Küləklər (şeirlər). Bakı: Azərnəşr, 1930, 121 səh.
    * 2. Günün səsləri. Bakı: Azərnəşr, 1930, 130 səh.
    * 3. Buruqlar arasında (poema). Bakı: Azərnəşr, 1932, 47 səh.
    * 4. Vuruşmalar. Bakı: Azərnəşr, 1932, 36 səh.
    * 5. Pambıq (şeir). Bakı: Azərnəşr, 1932, 15 səh.
    * 6. Bir may. Bakı: Azərnəşr, 1932, 14 səh.
    * 7. Şeirlər. Bakı: Azərnəşr, 1934, 172 səh.
    * 8. Qaya (poema). Bakı: Azərnəşr, 1935, 29 səh.
    * 9. Kəndli və ilan (el nağılı). Bakı: Azərnəşr, 1935, 18 səh.
    * 10. Şəngül, Şüngül, Məngül. Bakı: Azərnəşr, 1934,
    * 11. Seçilmiş əsərləri (iki cilddə). I c. Bakı: Azərnəşr, 1957, 192 səh.
    * 12. Şəngül, Şüngül, Məngül. Bakı: Uşaqgəncnəşr, 1960, 16 səh.
    * 13. Seçilmiş əsərləri (iki cilddə). II c. Bakı: Azərnəşr, 1960, 424 səh.
    * 14. Kəndli və ilan. Şəngülüm, Şüngülüm. Bakı: Azərnəşr, 1965, 32 səh.
    * 15. Kəndli və ilan. Bakı: Azərnəşr, 1966, 16 səh.
    * 16. Teleqraf telləri. Bakı: Azərnəşr, 1966, 80 səh.
    * 17. Şəngül, Şüngül, Məngül. Bakı: Gənclik, 1968, 16 səh.
    * 18. Duyğu yarpaqları. Bakı: Azərnəşr, 1966, 250 səh.
    * 19. Əsərləri (üç cilddə). I c. Bakı: 367 səh.
    * 20. Əsərləri (üç cilddə). II c. 335 səh.
    * 21. Əsərləri (üç cilddə). III c. 354 səh.
    * 22. Yenə o bağ olaydı. Bakı: Gənclik, 1976, 166 səh.
    * 23. Əbədiyyət nəğməsi. Bakı: Yazıçı, 1978, 309 səh.
    * 24. Qaya. Bakı: Maarif, 1978, 118 səh.
    * 25. Kəndli və ilan. Bakı: Gənclik, 1984,13 səh.
    * 26. Şəngül, Şüngül, Məngül. Bakı: Gənclik, 1983, 16 səh.
    * 27. Kəndli və ilan. Bakı: Gənclik, 1984, 16 səh.
    * 28. Könlümün dedikləri (şeirlər). Bakı: Gənclik, 1988, 56 səh.
    * 29. Həyat sevgisi (şeirlər, poemalar, mənzum oçerklər, mənzum nağıllar). Bakı: Yazıçı, 1988, 304 səh.


    * 1. Yeqişe Çarens. Şeirlər. Bakı: Azərnəşr, 1934, 54 səh.
    * 2. Taras Şevçenko. Kobzar. Bakı: Azərnəşr, 1934, 85 səh. (şərikli).
    * 3. A.S.Puşkin. Qaraçılar. Bakı: Azərnəşr, 1930, 30 səh. (şərikli).
    * 4. Marşak. Huşsuza bax, huşsuza. Bakı: Azərnəşr, 1935, 10 səh.
    * 5. A.S.Puşkin. Qaraçılar. Bakı: Azərnəşr, 1937, 30 səh. (şərikli)
    * 6. Marşak. Huşsuza bax, huşsuza. Bakı: Azərnəşr, 1936, 14 səh.
    * 7. M.F.Axundov. Şərq poeması. Bakı: Azərnəşr, 1937, 31 səh.
  3. Yazan: Leyl-i Lal
    Leyl-i Lal - ait Kullanıcı Resmi (Avatar)
    Konular birlestirildi..


  1. Yazan:
    no avatar


    REKLAM



Benzer Konular

  1. Ana - Mikayıl Müşfiq
    Konuyu Açan: Ceylan, Forum: Azərbaycan Ədəbiyyatı və İncəsənət.
    Cevaplar: 0
    Son Mesaj : 22.04.2013, 10:26
  2. Oxu Tar - Mikayıl Müşfiq
    Konuyu Açan: Leyl-i Lal, Forum: Azərbaycan Ədəbiyyatı və İncəsənət.
    Cevaplar: 0
    Son Mesaj : 02.01.2013, 18:40
  3. Gecə düşüncəsi - Mikayıl Müşfiq
    Konuyu Açan: Ceylan, Forum: Azərbaycan Ədəbiyyatı və İncəsənət.
    Cevaplar: 0
    Son Mesaj : 01.01.2013, 14:32
  4. Həyat Sevgisi - Mikayıl Müşfiq
    Konuyu Açan: Ceylan, Forum: Azərbaycan Ədəbiyyatı və İncəsənət.
    Cevaplar: 0
    Son Mesaj : 02.06.2012, 23:20
  5. Yenə o bağ olaydı - Mikayıl Müşfiq
    Konuyu Açan: Leyl-i Lal, Forum: Azərbaycan Ədəbiyyatı və İncəsənət.
    Cevaplar: 0
    Son Mesaj : 01.12.2009, 21:15

copyright

Soru Cevap

grafimx