Dante Aligyeri

  1. Dante Aligyeri







    Doğum tarixi may 1265
    Doğum yeri Florensiya, İtaliya
    Ölüm tarixi 14 sentyabr 1321
    Ölüm yeri Ravenna, İtaliya


    Dante Aligyeri (may, 1265, Florensiya-14 sentyabr, 1321, Ravenna) - italyan şairi, italyan ədəbi dilinin banisi. Qədim zadəgan nəslindəndir. Boloniya universitetində təhsil almış, hüquq və fəlsəfəni öyrənmişdir. Gənc yaşlarından Florensiyanın ictimai həyatında fəal iştirak etmiş, "ağ" qvelflər partiyasına qoşulmuşdur. "Qara" qvelflərin qələbəsindən sonra qiyabi olaraq yandırılmağa məhkum edilmişdir (1302). Didərgin həyat sürmüş, 1315-ci ildə ikinci dəfə ölümə məhkum olunmuşdur (həmin hökm 1966-cı ildə ləğv edilmişdir). Ömrünün son 6 ilini Ravennada yaşamışdır.

    Yaradıcılığının ilk dövründə Beatriçe adlı gənc bir qızı vəsf etmiş, onun vaxtsız ölümündən doğan kədər və hüzn dolu şerlər yaratmışdır ("Yeni həyat" kitabı, 1292). 1304-1307-ci illərdə Dante fəlsəfi-əxlaqi əsərlər yazmışdır. "Ziyafət" əsərində insan idrakının müstəqilliyi və azadlığı müdafiə olunur. "Monarxiya haqqında" (1312-1313) siyasi risaləsində vahid ümumdünya monarxiyası ideyası insanların əmin-amanlığını, ictimai ədaləti təmin edə biləcək dövlət quruluşu kimi müdafiə edilir. Dante yaradıcılığının zirvəsi xələfləri tərəfindən "İlahi komediya" adlandırılmış "Komediya" (ehtimala görə 1307-1321) poemasıdır. "Röya" formasında yazılmış əsərdə dini təsəvvürlərə görə üç hissədən ("Cəhənnəm", "Əraf", "Cənnət") ibarət axirət dünyasına səyahət təsvir edilir. Məcazi, rəmzi ifadə tərzi poemanın bütün cəhətlərində özünü göstərir. Xristianlığın əsas ehkamı üqnum ilə əlaqədar 3 rəqəmi və onun müxtəlif hasilləri əsərin quruluşuna, məzmununa güclü təsir göstərmişdir. Poema 3 hissədən, hər hissə 33 nəğmədən ibarətdir. Əsərdəki rəmzlərin 3 mənası (hərfi, dini-əxlaqi və siyasi) var. Müqəddəs üçlük təsəvvürü hətta, Dante şerinin şəklinə də nüfuz etmişdir: poema tertsin (müsəlləs) formasında yazılmışdır. İntibah ədəbiyyatına, fəlsəfi görüşünə xas olan dünyəvi ruh, həyata, insan taleyinə dərin maraq Dante humanizminin əsasını təşkil edir. Dante bütün italyan xalqının arzu və istəklərinin ilk carçısıdır. Daxili çəkişmələr nəticəsində zəifləmiş İtaliya və Florensiyanın tarixi taleyi üçün narahat olan Dante papa və kardinalları "Cəhənnəmdə", öz dostlarını isə "Cənnətdə" yerləşdirir. Əsər dünya dillərinin çoxuna, o cümlədən Azərbaycan dilinə tərcümə olunmuşdur. 1966-cı ildə SSRİ EA-nın dünya mədəniyyəti tarixi üzrə elmi şurası yanında daimi Dante komissiyası yaradılmışdır.

     

     

    Gül_yarasi - 11.03.2010 - 18:48



Benzer Konular

  1. Dante Amaral
    Konuyu Açan: MiSS-FENER, Forum: Sporcular.
    Cevaplar: 0
    Son Mesaj : 24.06.2011, 18:19
  2. Dante sonunda PSP'de
    Konuyu Açan: Sewiyorum, Forum: Oyun Genel Bilgiler.
    Cevaplar: 0
    Son Mesaj : 23.04.2009, 02:08
  3. Dante
    Konuyu Açan: hakan2230, Forum: Edebiyatçılar.
    Cevaplar: 0
    Son Mesaj : 23.09.2008, 21:40
  4. Dante 01
    Konuyu Açan: MiSS-FENER, Forum: Sinema.
    Cevaplar: 1
    Son Mesaj : 09.09.2008, 17:00
  5. 2007 model Dante
    Konuyu Açan: fiber_optic, Forum: Bilim.
    Cevaplar: 3
    Son Mesaj : 27.02.2007, 20:01

copyright

Soru Cevap

grafimx