Qanli Gece - 20 Yanvar faciəsi haqqında 20 il əvvəl yazılmış şeir







  1. Bakıdakı 147 saylı texniki-humanitar liseyin müəlliməsi Gülsüm xanım 20 il əvvəl - 1990-cı il fevralın 9-da yazdığı, Qanlı Yanvar faciəsinə həsr olunmuş şeirini “Media forum” saytına təqdim edib. 20 Yanvar faciəsinin 20-ci ildönümündə “Media forum” saytı Qanlı Yanvara 20 il əvvəl həsr edilmiş şeiri oxucuların diqqətinə çatdırır. Şeir ilk dəfədir çap olunur.

    Bir qalanın sirri kimi
    Sirli oldu qanlı gecə.
    “Humanist” “Qızıl ordu”nu
    Ürəklərdən sildi necə...
    Quduz canavarlar kimi
    Qıcıdaraq dişlərini,
    Yeridi şəhər üstünə,
    Yeridi insan üstünə.
    Silahları sağa-sola,
    Yerə-göyə fırlatdılar.
    Qarşısına çıxanlara -
    Qoca, cavan, körpə uşaq,
    Canlı-cansız demədilər,
    Gördüklərin məhv etdilər,
    Ərşə qalxdı nalə səsi,
    Ana!” səsi, “Kömək!” səsi...
    “Bala!” - deyib ayaqyalın
    Küçələrə qaçana bax!
    “Bakı yanır!” harayıyla
    Tez özünü yola atan
    Ataya bax, oğula bax.
    Vətən, gəldim!” harayıyla
    Evdən çıxan o ərə bax!
    Arxasınca nalə çəkən,
    Həyatını məhv eyləyən
    Sədaqətli gəlinə bax!
    “Aman Allah!” deyə-deyə
    Küçələrdə qaçana bax!
    Arxasınca açılacaq
    “Alabəzək“ güllələrdən
    Xəbərdardır bu qaçanlar,
    “Ordumuzu”, vəhşiliyi
    Görüb qaçdı, bu qaçanlar,
    Hər tərəfdən güllələrlə
    Qarşılaşdı bu qaçanlar.
    Küçələrdə izi qaldı,
    Səkilərdə izi qaldı,
    Ürəklərdə közü qaldı
    qaçanların.
    Neçə-neçə oğlu qaldı,
    Neçə-neçə qızı qaldı
    Əliyalın qaçanların.
    Adı Azərbaycan ilə
    Birgə qaldı qaçanların.
    Eyvanlarda duranlara,
    Evlərində gəzənlərə,
    Güllə atan tanklara bax,
    Yolda durub sinəsini
    Quduzların tanklarına
    Sipər edən igidlərə,
    ərlərə bax!
    Yaxşı baxın, bir də baxın!
    Koroğlular, Cavanşirlər
    Yetişdirən yurda bax!
    Azğınlaşmış “Qızıl ordu”
    Bir cəhənnəm yaratdı, bax.
    Qandan göllər yaratdı, bax!
    Bakımızın ürəyində
    Qanlar axdı igidlərdən.
    Sanki Bakı cana gəldi,
    Sinəsindən damar-damar
    axan qandan.
    Azərbaycan ürəyindən
    axan qandan.
    Ona baxın, yaxşı baxın!
    İgid cırıb yaxasını
    Durur tankın qarşısında,
    “Yol vermərəm
    tapdayasan torpağımı!”
    Tankı sürən bir an durur,
    Gözlərindən qəzəb yağır.
    “Oğlandakı hünərə bax,
    cürətə bax?”
    Göz qırpmadan
    qıcıdıb dişlərini
    İrəliyə hücum çəkir.
    “Vətən!”, “Anam Azərbaycan!”
    Son sözlərin deyən oldu.
    Bu igidim, bu eloğlum.
    Xırçım-xırçım xırçımladı,
    Sızım-sızım sızıldadı,
    Gizil-gizil gizildədi,
    Tırtılların arasında
    İgidimin sümükləri.
    Axdı isti qızıl qanı
    Soyuq asfalt üzərinə.
    O, məhv oldu, həlak oldu
    Deməyin siz bu igidə.
    Bir göyərçin olub uçdu
    Azərbaycan göylərinə.
    Bir idisə, min-min olub
    Girdi yanar ürəklərə.
    Şəhid kimi, qardaş kimi,
    Sirdaş kimi, oğul kimi
    Yaşayacaq böyüklərin,
    Kiçiklərin dillərində.
    Yetişəcək, böyüyəcək
    Anaların o bətnində.
    Doğulacaq igidlərim.
    Bir körpənin qədəmində,
    Bir göyərçin uçuşunda,
    Qərənfilin ləçəyində
    Yaşayacaq igidlərim,
    Şəhidlərim, şəhidlərim!

    GÜLSÜM
    09.02.1990

     

     

    Leyl-i Lal - 09.03.2010 - 11:40



Benzer Konular

  1. 20 yanvar faciəsinin faciəsi
    Konuyu Açan: Ceylan, Forum: Azərbaycan Tarixi Ve Coğrafiyası.
    Cevaplar: 0
    Son Mesaj : 18.01.2013, 08:58
  2. 20 Yanvar 1990 ci il Qanli Yanvar haqqında qısa məlumat
    Konuyu Açan: Leyl-i Lal, Forum: Azərbaycan Tarixi Ve Coğrafiyası.
    Cevaplar: 3
    Son Mesaj : 16.01.2012, 20:05
  3. Mirzə Xəzər - 20 yanvar faciəsi
    Konuyu Açan: Züleyha Günel, Forum: Azerice Videolar.
    Cevaplar: 0
    Son Mesaj : 20.01.2011, 11:38
  4. 20 Yanvar Faciəsi-Gara Yanvar
    Konuyu Açan: Leyl-i Lal, Forum: Azerice Videolar.
    Cevaplar: 0
    Son Mesaj : 19.01.2010, 23:30
  5. 20 Yanvar Ümumxalq Matəm Günüdür - 20 Yanvar Faciəsindən 20 İl Ötür
    Konuyu Açan: Leyl-i Lal, Forum: Azərbaycan Tarixi Ve Coğrafiyası.
    Cevaplar: 0
    Son Mesaj : 19.01.2010, 23:20

copyright

Soru Cevap