Koroğlu dastanı

  1. Eposun meydanagəlmə amillərindən ilk dəfə əsaslı şəkildə bəhs açan türkmən alimi B.A.Karrıyevin gətirdiyi dəlillər bizdə və başqa ölkələrdə irəli sürülən qənaətlərin özəyini təşkil edir. Daha doğrusu, E.Muşeq, A.Təbrizi, Ö.Çələbi, İ.Şopen, A.Xodzko, S.S.Penn, İ.Petruşevski, H.Samuelyanın və b. Koroğlu haqqında söylədiklərinə onun tədqiqatında daha geniş şərh verilmiş, bu səbəbdən də tarixi məxəzlərdən gətirdiyi statlar sonralar dərslikləri bəzəmişdir.

    Alim H.Samuelyanın belə bir qənaəti ilə razılaşır: "Doğrudan da, XVII yüzildə böyük şöhrət qazanmış Koroğlu adlı şəxs yaşamışdır. Azərbaycan və türkmən vari-antlarında göstərilir ki, Koroğlu tuk (daha dəqiq desək, təkə) tayfasından çıxmış türkmən idi və onun atası sultan Murada xidmət etmişdir». H.Samuelyanın bu qənaətlərinin Arakel Təbrizinin (1670-ci ildə ölmüşdür) və Eliyas Muşeqin (XVIII əsr) şahidliyinə əsasən irəli sürüldüyünü bildirən alimə görə, bunlar eposun meydanagəlmə səbəblərini və yerini müəyyənləşdi-rən yeganə mənbələrdir. Arakel Təbrizi İran şahı I Abbasın hakimiyyəti dövründəki hadisələrdən bəhs açmış və baş verən üsyana başçılıq edən şəxslərdən birinin adının Koroğlu olduğu-nu bildirmişdir. Qəribədir ki, o, indi aşıqların oxuduğu mah-nıların çoxunun da Koroğlu tərəfindən qoşulduğunu vurğulayırdı. «Arakel Təbrizi söyləyirdi ki, üsyankarlar özlərini «cəlalilər» (ərəb sözü «cəlal» - məşhur, şöhrətli, qorxu yaradan deməkdir) adlandırırdılar. Onlar şaha və tərəfdarlarına qarşı amansızcasına vuruşurdular. O yazırdı: «Cəlalilər monarxa bütünlüklə tabe olmurdular; onların heç yerdə daimi yaşayış məskənləri yox idi; qabaqlarına nə çıxırdı, hamısını dağıdırdılar; haralara onlar haqqında heç bir məlumat çatmamışdı, tez oralara üz tutur, soyğunçuluğa başlayır, qənimətlər toplayır və yerdə qalan hər şeyi oda atırdılar".

    Beləliklə, tarixi mənbələrdə Koroğlunun şəxsiyyəti haqqında ilk dəfə Arakel Təbrizi özünün 1662-ci ildə qələmə aldığı «Ta-rix» kitabında məlumat vermişdir. Şəhərlərin kasıb əhalisi-nin və kənd camaatının üsyan qaldırmasından bəhs açarkən o gö-stərmişdir ki, üsyan başçılarının birinin adı Koroğludur. Öv-liya Çələbinin XVII yüzilliyə aid «Səyahətnamə»sində də Koroğlu cəlalilər hərəkatının ən görkəmli nümayəndələrindən biri tək xatırlanmışdır. Eləcə də Cənubi Azərbaycanda yaşayan tacir Eliyas Muşeqin də məlumatları böyük maraq doğurur. B.A.Karrıyev H.Samuelyana istinadən bildirir ki, Eliyas Muşeq İran şahı tə-rəfindən Ruyiyaya göndərilmişdi. Ancaq Həştərxanda İranın gizli agenti kimi həbs edilmiş və topladığı «Nəğmələr» dəftəri əlindən alınmışdı. Bu topluda Koroğlu barədə 1721-ci ildə erməni əlifbası ilə yazıya alınmış 13 qəhrəmanlıq nəğməsi var. Həmin şerlər 1954-cü ildə Yerevanda , 1969-cu ildə Bakıda işıq üzü görmüşdü. Maraqlıdır ki, Eliyas Muşeq nəğmələri yerli ağsaqqalların və xanəndələrin dilindən eşitdiyini qısa, izahate-dici mətnlərdə bildirir və şerlərlə yanaşı verir. Onun qeydlə-rindən məlum olur ki, Koroğlu osmanlı ölkəsinin dağ və meşələ-rində yaşamışdır. Başına topladığı çoxsaylı qaçaq atlılarla yollarda ağalıq etmiş; hərdən ötüb-keçən tacirləri basqınla soy-muş, hərdən də özlərinin razılığı ilə onların pullarını əllə-rindən almışdır. Bu hadisələr iranlı şah Abbasın və türk sul-tanı Muradın hakimiyyətdə olduğu çağlarda baş vermişdir".

    "Tarixi mənbələrdə göstərilir ki, 1518-ci ildə Toqatda Şeyx Cəlali ilk böyük üsyan qaldırmışdır, çox güman ki, cəlalilər onun adı ilə əlaqədardır".

    Paris nüsxəsində qəhrəmanlar Cəlali Koroğlu və Nəzər Cəla-li adıyla verilir. Molla Cumanın düzüb-qoşduğu dastanların biri ndə də bu addan istifadə olunur: «Cəlali Məhəmməd və Tavat xa-nım».

    1571-1573-cü illərdə Təbrizdə sənətkarlar və şəhər yoxsulla-rının böyük bir üsyanı olmuşdur. Çəkməçi, mahud toxuyan, şalvar-duz, dəvəçi, səbzəfruş və b- iştirak etdiyi üsyanı şah amansızca-sına yatdırmışdır. H.Rumlunun, İ.Münşinin yazdıqlarına görə, üsyanda qəssablar silki mühüm rol oynamışdır. H.Rumlu pəhləvan hərəkatının başçılarından birinin adının Əvəz olduğunu yazır. İ.T.Petruşevski bunun Eyvaz ola biləcəyi fikrini irəli sürür . P.Əfəndiyev faklar üzərində müqayisələr apararaq belə qənaətə gəlir ki, Eyvaz əvəzsiz bir pəhləvan, həm də Qəssab Alının oğlu-dur. Belə olduqda dastandakı Eyvazın tarixi Əvəz-Eyvazın prototi-pi olmasına şübhə yeri qalmır .

    1577-1578-ci illərdə Şirvanda yeni bir xalq üsyanı olmuşdur. Tarixçi h.rumlunun təsvir etdiyinə görə üsyan qəddarcasına yatı-rılmış və onun iştirikçılarından 400 nəfərin başı kəsilib şahın sarayına göndərilmişdir. P.Əfəndiyev İ.P.Petruşevskiyə istinadən göstərirdi ki, Azərbaycan kəndəlrində 35 növ vergi və mükəlləfiyyat tətbiq edilirdi.

    Əndəlib Qaracadaği 1804-cü ildə İrivan istila edildiyi zaman rus ordusunun mayoru Şubinin xahişi ilə soydaşlarının dilin-dən qələmə alıb sistemləşdirdiyi «folklor toplusu»nda Koroğlu-nun adı ilə bağlanan çoxsaylı aşıq şerləri verir.

    Xalq qəhrəmanı Koroğlunu saz-söz sənətkarı adı ilə tanıtmaq ənənəsi keçən əsrin otuzuncu illərinədək davam etdirilmişdir. Azərbaycan EA-nın Memarlıq və Arxeologiya İnstitunun arxivin-dən tapdığımız 1938-ci ilə aid bir «Aşıq şerləri» toplusunda Koroğlu adlı aşığa ünvanlanan qoşma və gəraylılara rast gəli-rik. Doğrudur, gənc Ərtoğrul Cavidin (Hüseyn Cavidin oğlu) rəyi ilə çapa hazırlanmış bu toplu müəyyən səbəblərdən işıq üzü gör-məmişdir. Eləcə də şerlər eposun ayrı-ayrı qolları ilə səsləşir. Daha dəqiq desək, məzmununda eposun hadisələrini tam əks etdirir.

    Vikipediya

     

     

    Leyl-i Lal - 09.03.2010 - 10:25



Benzer Konular

  1. Koroğlu Haqqinda Melumat
    Konuyu Açan: SU-PERISI, Forum: Azərbaycan Ədəbiyyatı və İncəsənət.
    Cevaplar: 0
    Son Mesaj : 17.10.2012, 20:49
  2. Yaralı bir uşağın dastanı
    Konuyu Açan: Sarsın, Forum: Azərbaycan Ədəbiyyatı və İncəsənət.
    Cevaplar: 0
    Son Mesaj : 06.02.2012, 20:13
  3. Füsun Koroğlu
    Konuyu Açan: MiSS-FENER, Forum: İş Adamları - Kadınları.
    Cevaplar: 0
    Son Mesaj : 02.08.2011, 01:02
  4. Koroğlu
    Konuyu Açan: Leyl-i Lal, Forum: Azərbaycan Ədəbiyyatı və İncəsənət.
    Cevaplar: 0
    Son Mesaj : 09.03.2010, 10:25
  5. Koroğlu Azеrbaycanfilm-1960
    Konuyu Açan: Leyl-i Lal, Forum: Azərbaycan Ədəbiyyatı və İncəsənət.
    Cevaplar: 0
    Son Mesaj : 18.01.2010, 02:16

copyright

Soru Cevap