Koroğlu



  1. Koroğlu - yarı mistik xalq qəhrəmanı (təqribən XVI əsrin II yarısı). Cəlalilər hərəkatının başçılarından biri. XVI əsrin ortaları - XVII əsrdə Türkiyə şəhərlərini, Azərbaycan və s. əraziləri kəndli hərəkatı bürümüşdü. Azərbaycandakı cəlali dəstələrindən birinə Koroğlu başçılıq edirdi. Rəvayətə görə Koroğlunun əsl adı Rövşən olmuşdur. Koroğlu və silahdaşları haqqında yazılı mənbələrdə məlumat çox azdır. Tədqiqatçıların bəziləri Koroğlunun Xorasanda, digərləri Anadoluda, əksəriyyəti isə Azərbaycan ərazisində fəaliyyət göstərdiyini qeyd edirlər.

    Şifahi xalq ədəbiyyatında Koroğlunun adı ilə bağlı hadisələr əfsanəviləşərək öz əksini "Koroğlu" dastanında tapmışdır. Dastanla hadisə və şəxsiyyətlər silsiləsinin tarixilik xətti pozulmamış, Koroğlunun igid döyüşçü, gözəl qoşmalar müəllifi olan istedadlı şair və aşıq olması tarixi həqiqət kimi qorunub saxlanılmışdır. Dastanda adları çəkilən şəxsiyyətlərin (Giziroğlu Mustafa bəy, Kosa Səfər, Cəfər paşa, Həsən paşa və b.) əksəriyyəti tarixi simalardır. Koroğlunun əsas istinadgahı Çənlibel qalası olmuşdur (müxtəlif ərazilərdə "Çənlibel" adlı çoxlu qalalar mövcuddur). XIX əsrə aid mənbələrdə yaşayış məntəqəsi kimi Çənlibelin adı çəkilir.

    A.Təbrizlinin "Tarixlər kitabı" əsərində cəlali dəstələrindən 20-dən çox başçısının, o cümlədən Koroğlunun adı xüsusi qeyd edilir. Koroğlunun vuruşmalardakı mərdlik və şücaəti, kasıbların dostu, zülmkarların düşməni xalq qəhrəmanına çevirmişdir.

    Azərbaycan EA Əlyazmalar İnstitutundakı əlyazmalarda aşıq-şair Koroğlunun çoxlu şerləri qorunub saxlanır.

    MEYDAN MƏNİMDİR

    Məndən salam olsun əcəm oğluna,
    Meydana girəndə meydan mənimdir.
    Qıratım köhləndir, özüm mərdanə,
    Çalaram qılıncı, düşmən mənimdir.

    Meydana girəndə meydan tanıram,
    Haqqın vergisini hər an qanıram.
    Əl verirsə, İran, Turan xanıyam,
    Zəbt etmişəm, indi Yəmən mənimdir.

    Adımı soruşsan, Rovşən Aloğlu,
    Atamdan, babamdan cinsim Koroğlu.
    Aldım Hələb, Qeysər, şəhr İstanbulu,
    Gün doğandanla gün batan mənimdir.

    OLDU

    Ay həzarat, ay camaat,
    Ürək zərd oldu, zərd oldu.
    Yenə namərdin sözləri
    Mənə dərd oldu, dərd oldu.

    Dostumu atdım damana,
    Rəqibi gəlsin yamana.
    Kor olsun belə zamana -
    Namədr mədr oldu, mərd oldu.
    Koroğluyam, dad-hazaram,
    Adım dəftərə yazaram.
    Nə qədər səfil gəzərəm,
    Adım qurd oldu, qurd oldu.

    GƏRƏK

    İyit meydana girəndə
    Qaynayıb daşmaya gərək.
    Əgər olsa haqq vergisi
    Həddini aşmaya gərək .

    Biz düşdük Tona çayına,
    Haqq bəla versin xayına.
    İyid iyidin payına
    Köndələn düşməyə gərək.

    Gəldik, düşdük biz bu yurda,
    Haqq bəla versin namərdə,
    Mətai keçməyən yerdə
    Yükünü açmaya gərək .

    Qoç Koroğlu çıxar düzə,
    Heç baxmaz əlliyə, yüzə.
    Mən dəlidən doğru sizə -
    Qənimdən qaçmaya gərək .

    QIRAT

    Canım Qırat, gözüm Qırat,
    Bu dövranlar ərzənimdir.
    Səni minən alar murad,
    Uzaq yollar ərzənimdir.

    Qıratı minərəm körpə,
    Hayqıranda çıxar sərpə,
    Hər dönədə on tas arpa,
    İpək tüllər ərzənindir.

    Koroğluyam, oxlarınan,
    Döyüş etdim çoxlarınan,
    Baş polad mıxlarınan
    Gümüş nallar ərzənimdir.

    OLMAZ

    Aman, atam mənim, səhmin itirmə,
    Bu qılıqda cobər olmaz, hay olmaz.
    Beş-beş deyər, on beşini bağışlar,
    Bu qılıqda cobər olmaz, hay olmaz.

    Cobər deyil, gəmikləri kəsəndir,
    Düşmən çolu bir-birinə basandır.
    Ya, Koroğlu, ya da Dəli Hasandır,
    Bu qılıqda cobər olmaz, hay olmaz.

    Qarğı qəmiş bir-birinə yapılmaz,
    Cobər malı belə baha satılmaz.
    Axtararsan, Eyvaz bala tapılmaz,
    Eyvaz sənə oğul olmaz, hay olmaz.

     

     

    Leyl-i Lal - 09.03.2010 - 10:25



Benzer Konular

  1. Koroğlu Haqqinda Melumat
    Konuyu Açan: SU-PERISI, Forum: Azərbaycan Ədəbiyyatı və İncəsənət.
    Cevaplar: 0
    Son Mesaj : 17.10.2012, 20:49
  2. Füsun Koroğlu
    Konuyu Açan: MiSS-FENER, Forum: İş Adamları - Kadınları.
    Cevaplar: 0
    Son Mesaj : 02.08.2011, 01:02
  3. Koroğlu operası İstanbul Opera Festivalında
    Konuyu Açan: Lady_rap, Forum: Azərbaycan Ədəbiyyatı və İncəsənət.
    Cevaplar: 0
    Son Mesaj : 21.07.2010, 16:20
  4. Koroğlu dastanı
    Konuyu Açan: Leyl-i Lal, Forum: Azərbaycan Ədəbiyyatı və İncəsənət.
    Cevaplar: 0
    Son Mesaj : 09.03.2010, 10:25
  5. Koroğlu Azеrbaycanfilm-1960
    Konuyu Açan: Leyl-i Lal, Forum: Azərbaycan Ədəbiyyatı və İncəsənət.
    Cevaplar: 0
    Son Mesaj : 18.01.2010, 02:16

copyright

Soru Cevap