Dilare Eliyeva

  1. Eliyeva Dilare Elekber qızı (1929-1991) - edebiyyatşünas,tercümeçi, 1960-cı ilden Azerbaycan Yazıçılar Birliyinin üzvü, Gürcüstanın emekdar medeniyyet işçisi, filologiya elmleri doktoru, aparıcı elmi işçi, Azerbaycan Respublikası Ali Sovetinin deputatı (1990).
    1929-cu il dekabrın 14-de Tbilisi şeherinde demirçi ailesinde anadan olub. Burada 97 nömreli Azerbaycan orta mektebini bitirdikden sonra ADU-nun şerqşünaslıq fakültesinde tehsil almışdır. Azerbaycan EA Nizami adına Dil ve Edebiyyat İnstitutunun aspiranturasına daxil olandan sonra Gürcüstan EA-nın Şota Rustaveli adına Edebiyyat İnstitutuna ezam edilmişdir. Burada "Azerbaycan-gürcü edebi elaqelerinin XIX esr edebiyyatında inikası" mövzusunda namizedlik dissertasiyasını tamamlamış, 1954-cü ilde müdafie etmişdir.
    Azerbaycan EA Nizami adına Dil ve Edebiyyat İnstitutunda kiçik elmi işçi, Nizami adına Edebiyyat Muzeyinde baş elmi işçi, Qedim ve orta esrler edebiyyatı şöbesinde müdir, sonra Nizami adına Edebiyyat İnstitutunun edebi elaqeler şöbesinde böyük elmi işçi, Nizamişünaslıq öbesinde böyük elmi işçi, institutun edebi elaqeler şöbesinde aparıcı elmi işçi olmuş, eyni zamanda bölme müdiri kimi çalışmışdır.
    1988-ci ilde Azerbaycanda Xalq herekatı başlandıqda bu vetendaş alim de kenarda qalmamış, azadlıq çarpışmasında yaxından iştirak etmiş, AXC İdare Heyetinin üzvü olmuşdur. "Nizami ve gürcü edebiyyatı" mövzusunda doktorluq dissertasiyası müdafie etmişdir.
    Dilare Eliyevanın rehberlik etdiyi, sonralar onun adını daşıyan Azerbaycan Qadın Hüquqlarını Müdafie Cemiyyetinin fealiyyeti hüququ tapdanmış, pambıq tarlalarında beli bükülmüş, tütün plantasiyalarında zeherlenmiş, analıq seadetinden mehrum olmuş qadınlarımızın haqqının müdafiesine yöneldilmişdir.
    1991-ci il aprelin 19-da müemmalı avtomobil qezasında facieli şekilde helak olmuş, Bakıda Fexri xiyabanda defn edilmişdir.

     

     

    Leyl-i Lal - 28.02.2010 - 14:00



Benzer Konular

  1. Arzu Eliyeva - Veten gozel
    Konuyu Açan: Sarsın, Forum: Azerice Videolar.
    Cevaplar: 0
    Son Mesaj : 07.10.2011, 19:50
  2. Arzu Eliyeva - Muğam
    Konuyu Açan: Sarsın, Forum: Azerice Videolar.
    Cevaplar: 0
    Son Mesaj : 11.09.2011, 06:52
  3. Arzu Eliyeva - Veten gözel
    Konuyu Açan: Sarsın, Forum: Azerice Videolar.
    Cevaplar: 0
    Son Mesaj : 27.07.2011, 11:53

copyright

Soru Cevap