Sağlığında qiymət verin insanlara

  1. Cabir Novruz Sağlığında qiymət verin insanlara Seiri - Cabir Novruz Siirleri



    Bir arzum var, ay adamlar,
    qoyun deyim,
    Sağlığında qiymət verin insanlara,
    Yaxşılara sağlığında yaxşı deyin,
    Sağlığında yaman deyin yamanlara.
    Yalnız, yalnız sağ olanda,
    Hər kəs əsl qiymətini bilər onda;
    Bu sözlərim düz olmasa
    töhmət edin.
    Sizdən rica eləyirəm milyon kərə,
    Şairlərə sağlığında hörmət edin,
    Sağlığında heykəl qoyun ölməzlərə...
    Gələcəyə çox da ümid bağlamayın,
    Sözünüzü sonralara saxlamayın.
    Zəhləm gedir sonralardan,
    Vaxtsız dinən zurnalardan,
    Boşboğazdan, avaradan,
    Toydan sonra nağaradan.
    Sağlığında sevindirin təmizləri,
    Siz həyatda bu amalla addımlayın.
    Sağlığında ifşa edin xəbisləri,
    Satqınlara sağlığında satqın deyin,
    Tülkü deyin tülkülərə,
    aslan deyin aslanlara;
    Sağlığında qiymət verin insanlara...
    Hər kəs bilsin öz yerini
    necə sağdır,
    Bu, pislərin həyatını qısaltmaqdır,
    Yaxşıların həyatını uzatmaqdır...
    Bu nədəndir ölən kimi, qəlbimizdə
    Adamlara sevgi, hörmət aşıb-daşır.
    Ölən kimi yaxşılar da yaxşılaşır,
    Yamanlar da yaxşılaşır...
    Çirkinlər də təmiz olur ölən kimi...
    Yadlar belə əziz olur ölən kimi...
    Xatirələr söyləyirik,
    nekroloqlar qollayırıq,
    Hamısını ucdantutma yaxşı deyib
    o dünyaya yollayırıq.
    Bu gecikmiş xeyir-dua kimə gərək?
    Bundan məzar böyüyəcək,
    ya ölənmi diriləcək?
    Xoşum gəlmir
    bu köhnəlmiş adətlərdən,
    xoşum gəlmir...
    Bu sərdaba sevgilərdən,
    hörmətlərdən xoşum gəlmir.
    İstəmirəm vaxt-vədəsiz şöhrəti mən,
    Bir an ömrü milyon qızıl ölüm gələ,
    dəyişmərəm...
    Diri üçün iynə boyda hörməti mən
    Ölü üçün min heykələ dəyişmərəm...
    Düz deməsəm, onda məni bağışlayın,
    Üz tutaram uşaqlara,
    qocalara, cavanlara,
    Sağlığında qiymət verin insanlara,
    Yaxşılara sağ olanda yaxşı deyin,
    Sağlığında yaman deyin yamanlara...

    Cabir Novruz

     

     

    Leyl-i Lal - 24.02.2010 - 12:44



Benzer Konular

  1. sagliginda qiymet verin insanlara
    Konuyu Açan: Kayıtsız Üye, Forum: Soru - Cevap.
    Cevaplar: 1
    Son Mesaj : 25.04.2013, 07:28
  2. Sağlığında qiymət verin insanlara - inşa
    Konuyu Açan: Ceylan, Forum: Azərbaycan Ədəbiyyatı və İncəsənət.
    Cevaplar: 0
    Son Mesaj : 25.04.2013, 07:27
  3. Gözlə bizi Qarabağ
    Konuyu Açan: Ceylan, Forum: Azərbaycan Ədəbiyyatı və İncəsənət.
    Cevaplar: 0
    Son Mesaj : 20.12.2012, 09:22
  4. Cabir Novruz - Sağlığında qiymət verin insanlara
    Konuyu Açan: Leyl-i Lal, Forum: Azerice Videolar.
    Cevaplar: 0
    Son Mesaj : 14.07.2010, 00:39
  5. Sağlığında qıymet verın insanlara
    Konuyu Açan: CADIKIZ, Forum: Azərbaycan Ədəbiyyatı və İncəsənət.
    Cevaplar: 0
    Son Mesaj : 28.08.2009, 00:11

copyright

Soru Cevap

grafimx