REKLAM




+ Konuyu Cevapla

Ahmed Cavad

  1. Yazan: Leyl-i Lal
    Leyl-i Lal - ait Kullanıcı Resmi (Avatar)

    REKLAM


    Register

    Axundzade Cavad Mehemmedeli oğlu (1892-1937) – şair, tercümeçi, 1934-cü ilden AYB-nın üzvü, professor (1933). 1892-ci il mayın 5-de Azerbaycanın Gence qezasının Şemkir dairesinin Seyfeli kendinde anadan olmuşdur. Gence ruhani seminariyasında (1906-1912), Azerbaycan ali pedaqoji institutunun tarix ve filologiya fakültesinde (1922-1927) tehsil almışdır. Quba Xalq Maarif şöbesinin müdiri (1920-1922), Gencede Azerbaycan Kend Teserrüfatı İnstitutunda Azerbaycan ve rus dilleri kafedrasında müellim, dosent, kafedra müdiri (1930-1933), Azerbaycan Dövlet Neşriyyatının tercüme şöbesinde redaktor (1934), «Azerbaycanfilm» studiyasında senedli filmler şöbəsinin müdiri (1935-1936) işlemişdir.

    Şeirleri 1913-cü ilden çap edilmişdir. Yaradıcılığa lirik şerle başlayan şairin 1916-cı ilde "Qoşma" adlı ilk kitabı çapdan çıxmışdır. 1919-cu ilde ise "Dalğa" adlı kitabı neşr olunmuşdur. Onun meşhur "İstiqlal uğrunda şerler" kitabı ise 1928-ci ilde İstanbulda buraxılmışdır. esrin evvellerinde Türkiyenin düşdüyü ağır veziyyet bir türk övladı kimi ehmed Cavadı ciddi narahat etmişdir. O, Könüllü esger kimi kömeye getmiş, Türkiyenin müsteqilliyi uğrunda türk qardaşları ile çiyin-çiyine vuruşmuşdur.

    Birinci dünya müharibesi zamanı, 1915-ci ilde Türkiyede rus veermeni istilasına, özbaşnalığına qarşı çıxaraq "Azerbaycan xeyriyye cemiyyeti" vasitesile vaxtaşırı türk xalqına kömek göstermişdir. Azerbaycan Cümhuriyyetinin qurulmasını sevincle qarşılayan e.Cavad gece-gündüz çalışmış, emeli işi, bedii yaradıcılığı ile xalqının xoşbextliyi, azadlığı üçün elinden geleni esirgememişdir.

    «Şeirler» (1958), «Sen ağlama, men ağlaram» (1991) kitablarının, F.Rablenin «Qarqantua ve Pantaqruel (1961), V.Şekspirin «Otello», «Romeo veCülyetta» (1962), S.Rustavelinin «Peleng derisi geymiş pehlevan» (1978) tercüme kitablarının müellifi olmuşdur. Azerbaycanı müsteqil, doğma xalqını xoşbext görmek isteyen Ahmed Cavad, haqsız olaraq hebs edilmiş, dehşetli işgencelere meruz qalmış, 1937-ci il komunist terrorunun qurbanı olmuşdur.


    Facebook




    Üyelik

  2. Yazan: Leyl-i Lal
    Leyl-i Lal - ait Kullanıcı Resmi (Avatar)
    Yaradıcılığı



    Seçilmiş əsərləri. - B.: "Şərq-Qərb", 2005. - 295 s.

    Seçilmiş əsərləri: 2 C-də. - B.: Azərnəşr, 1992.- C.Iş. 326 s.; C.II. - 236 s.

    Sən ağlama, mən ağlaram... (Şerlər buklet; poemalar).-B.: Yazıçı, 1991. - 208 s.

    Haqq bağıran səs / Tərt. və ön söz A.Əliyevanındır. - B.: Nicat, 1991.- 31 s.

    Çırpınırdı Qara dəniz: (Şer) // Yeni Azərbaycan.- 2001. - sent. - s.4

    Azərbaycan marşı / Musiqisi Ü.Hacıbəyovundur // Xalq qəzeti. - 1992. - 4 iyul.-s.3.

    Gəlmə Bismillah: Şerlər // Azərbaycan.- 1994.- 6 der.-s.4.

    Едва на свет явилось чудо…; Гейгель: Стихи//Вышка.-1992.-23 апрель.-С.3.

    Однажды: Стихи//Юрддаш.-1992.-12 февр.–С.2.

    Что значит. разлука…; Не плачь: Стихи/ Пер. В.Кафарова//Бакин.рабочий.-1992.-30 июня.-С.3.



    Haqqında olan əsərlər



    Salmanlı R. İstiqlal şairi Əhməd Cavad haqqında // Azərbaycan.- 2003.- 28 may.- s.6.

    Rzalı R. Altunlar yurdudur bu kasıb ölkə. - Azərbaycan himninin müəlliflərindən biri // Azərbaycan. - 2002.- 28 may.- s.8.

    Rzayeva M. Əhməd Cavadın haqqını tanıyan Türkiyə oldu // Şərq.- 2006.- 28 fevr.- s.6.

    Mustafayeva G. Müstəqil Azərbaycan respublikasının Əhməd Cavad yaradıcılığında rolu // Ədalət.- 2006.- 10 mart.- s.7.

    Qusarda ilk dünyəvi məktəbi Əhməd Cavad təşkil edib: (Qabaqcıl maarif xadimi, müharibə və əmək veteranı Sabir Piroğlanovun Əhməd Cavad haqqında xatirələri) // Azərbaycan. - 2005.- 28 may.- s.16.

    Гурбанов Ш. Я певец свободы!: Ахмед Джавад-100//Баку.-1993.-6 марта.-С.2.

    Саледдин А. Свет очей моих-Азербайджан!: К 100 летию со дня рождения Ахмеда Джавада//Литературный Азербайджан.-1992.-№4.-С.3-8.


  1. Yazan:
    no avatar


    REKLAM



Benzer Konular

  1. Cavad Rəcəbov - Leyla
    Konuyu Açan: Leyl-i Lal, Forum: Azerice Videolar.
    Cevaplar: 0
    Son Mesaj : 22.01.2013, 12:23
  2. Əhməd Cavad - Susmaram
    Konuyu Açan: CANIM_OL_CANIM, Forum: Azerice Videolar.
    Cevaplar: 0
    Son Mesaj : 02.12.2012, 17:28
  3. Sən Ağlama - Əhməd Cavad
    Konuyu Açan: Sarsın, Forum: Azərbaycan Ədəbiyyatı və İncəsənət.
    Cevaplar: 0
    Son Mesaj : 22.07.2012, 22:20
  4. Cavad Rəcəbov - Milana
    Konuyu Açan: Sarsın, Forum: Azerice Videolar.
    Cevaplar: 0
    Son Mesaj : 04.06.2012, 08:00
  5. Cavad Şəfizadə
    Konuyu Açan: MARDINLI1986, Forum: Azərbaycan Tarixi Ve Coğrafiyası.
    Cevaplar: 0
    Son Mesaj : 20.03.2010, 02:54

copyright

Soru Cevap

grafimx