Menise xatın Mehseti Gencevi

  1. XII esr Azerbaycan edebiyyatında yeni bir şer mektebinin, şer sergisinin tesisçilerinden biri olan Menise xatın Mehseti Gencevi edebiyyatımızda hümanizmin yaranması ve inkişafında mühüm rolu olan senetkarlardandır. Şairenin haqqında çeşidli fikirler mövcuddur. Şaire hem de dünyada dövr nüsxesi olan "emir ehmed ve Mehseti" dostanının da qehramanlarından biridir. Yaşadığı dövrden Mehsetinin eserlerinin üzü köçürülmüş, divanı yaradılmışdıre, Abdulla xan Özbek Herat şeherini tutan zaman şairenin divanı itib batmışdır. Mehsetinin bir rübaisinde dediyine göre o qelemini tekce gözel rübailer yaratmaqla sınamamış, hem de qezeler ve qiteler de yazmışdır. İndiki dövrdee şairenin divanı itmiş, sayıldığından onun esasen rübailerden ibaret olan şerleri müxteif tarixi-edebi menbelerden, bir de "emir ehmed ve Mehseti" dostanından toplanmışdır.

    Mehseti dövründen başlayaraq şaire haqqında menbelerde melumatlar verilmesine baxmayaraq böyük rus alimi Y.E.Bertels şairenin dastan qehremanı olduğunu ve bele bir şairenin tarixde yaşamadığı qenaetine gelmişdir. Halbu ki, şairenin tarixi şexsiyet kimi yaşaması böyük Nizaminin "Xosrov ve Şirin"inin müqedimesinde selcuq sultanı II Toqrulun medhinden, hem de Mehseti ile hemesr olan böyük sufi şairi Ferideddin ettarın "İlahiname" eserinde verilmiş bir hekayetden melum olur.

    İlk defe XX esrin 20-30-cu illerinde Mehsetiden danışan Mir Abbas Mirbağırzade şairenin anadan olma tarixini "emir ehmed ve Mehseti" dostanında verilmiş Mehsetinin 20 yaşı olduqda, o, sultan Mahmud Selcuqi (1117-1132) sarayına yaxınlaşdığından bele neticeye gelmişdir ki, şaire 491-ci ilde (1097-1098) doğulmuşdur. İran müellifleri de Mehsetiden danışarken bu tarixi esas kimi vermişler. Azerbaycan tedqiqatçıları 1984-cü ilde alman alimi Frits Meyerin "Gözel Mehseti" eserinde eksini tapmış, bir maddeyi tarixi verilmiş rübaini şerh ederek hemin tarixin (491 (1097-1098) düzgünlüyünü testiqlemişdirler. "Mehsetinin doğum ve ölüm tarixleri" adlı meqaleAMEA-nın "Meruzeleri" jurnalında çap edilmişdir. Bu vaxta qeder 200-den artıq müəllif ve tedqiqatçı Mehsetiden danışmışdır.

    1) İranda Şehab Tahiri ilk defe ayrı-ayrı menbelerde olan rübai, qite ve qezelleri toplayıb 1957-ci ilde 200 yaxın şer parçasından şairenin ilk divanını tertib etmişdir.

    2) Alman alimi Frits Meyer 1963-cü ilde Almaniyada 20 illik zehmetin neticesi olan "Gözel Mehseti" monoqrafiyasını yaratmış, burada 257 rübai ve 30-a qeder şer parçasını toplamışdır.

    3) Azerbaycan alimi professor, filologiya elmler doktoru Xelil Yusifov "Mehseti Gencevi" eserini yaratmış, eserinin sonunda 190-qeder Mehseti rübaisini öz vezninde eruzla Azerbaycan diline tercüme etmişdir.

    4) Refail Hüseynov "Mehseti nece varsa" elmi-publisistik monoqrafiyasını yazıb neşr etdirmişdir.

    Mehseti o esrde debde olan fars dilinde yazmışdır. Bu vaxta kimi Mehsetinin "emir ehmed ve Mehseti" dastanından alınmış rübaileri on bir defeheca vezni ile Azerbaycan diline tercüme etilmişdir. Bundan başqa Mehsetinin rübaileri rus, ingilis, alman, fransız ve italyan dillerine de tercüme edilmişdir.
    Alintidi

     

     

    Leyl-i Lal - 01.12.2009 - 16:33



Benzer Konular

  1. Nizami Gencevi
    Konuyu Açan: iraisayeva, Forum: Soru - Cevap.
    Cevaplar: 1
    Son Mesaj : 20.03.2013, 20:47
  2. Qadın Xanım Xatın Ana - İsmayıl Cəmili
    Konuyu Açan: Leyl-i Lal, Forum: Azərbaycan Ədəbiyyatı və İncəsənət.
    Cevaplar: 0
    Son Mesaj : 21.06.2010, 03:14
  3. Mənisə xatın Məhsəti Gəncəvi
    Konuyu Açan: Leyl-i Lal, Forum: Azərbaycan Ədəbiyyatı və İncəsənət.
    Cevaplar: 0
    Son Mesaj : 18.03.2010, 00:37
  4. Axisxa Mehseti Trklerinin ezabli surgun tarixi
    Konuyu Açan: Leyl-i Lal, Forum: Azərbaycan Tarixi Ve Coğrafiyası.
    Cevaplar: 0
    Son Mesaj : 14.01.2010, 13:40
  5. Nizami Gencevi
    Konuyu Açan: Leyl-i Lal, Forum: Azərbaycan Ədəbiyyatı və İncəsənət.
    Cevaplar: 0
    Son Mesaj : 05.12.2009, 14:16

copyright

Soru Cevap