Söz haqqında deyilənlər

  1. 1. Ağıllı adamlardan başqa heç vaxt, heç kəslə zarafat etməyin. (Arif Qəzvini)

    2. Yumor - zarafat arxasında gizlənən ciddilikdir. (P.E.Veys)

    3. Az bilib, çox danışmaq axmaqlıq əlamətidir. (S.Ə.Şirvani)

    4. Səfeh adamla dil tapmağı bacar, ağıllı adam özü səninlə dil tapacaq. (Adıgey atalar sözü)

    5. Heyvanı qulağından tanıyarlar, insanı sözündən. (Qırğız atalar sözü)

    6. çərənçi adam hamının oxuya bildiyi açıq məktubdur. (J.A.Kastro)

    7. Ən ağıllı filosoflar belə, axmaq suallara cavab verməyə çətinlik çəkirlər. (X.Nikolas)

    8. Deyirlər ki, adamlara iki qulaq və bir dil * çox eşidib, az danışmaq üçün verilmişdir. (Plutarx)

    9. Sözlər yarpaqlara bənzəyir, çoxlu yarpağı olan ağac az bəhrə verir. (A.Pop)

    10. Hər kəs öz dilinin altında gizlənmişdir. (Harun ər-Rəşid)

    11. Kim özündən çox bilənlə mübahisə etsə ki, biliyi meydana çıxsın, biliksizliyi ortaya çıxar. (Sədi)

    12. Əvvəlcə fikirləş, sonra danış. Sənə 'Sus' deməmiş özün sus. (Sədi)

    13. Söz var insanı yola gətirər, Söz var insanı yoldan çıxarar. (Humam Təbrizi)

    14.İnsana danışmağı öyrənmək üçün iki il, danışmamağı öyrənməyə isə altmış il lazımdır. (L.Feyxtvanger)

    15. Söz böyük şeydir. Ona görə böyükdür ki, sözlə insanları birləşdirmək də olar, ayırmaq da, sözlə məhəbbət də qazanmaq olar ədavət və düşmənçilik də. (Tolstoy)

    16. Birisi ilə mübahisə edəndə çalış ki, sözlərin yumşaq olsun, dəlillərin möhkəm. Rəqibini sudurmağa yox, inandırmağa cəhd et. (Uilks)

    17. Söz yağış kimidir- birinci dəfə yağanda bərəkət olur, dördüncü dəfə yağanda- fəlakət. (R.Həmzətov)

    18. Köynəyin ləkəsi su ilə gedər, ürəyin ləkəsi söz ilə. (Qaraqalpaq atalar sözü)

    19. Demədiyim sözdən heç vaxt peşman olmamışam, lakin çox olub ki, dediyimdən qan və torpaq içində yatmışam. (Ə. Cami)

    20. Sözün atası ağıl, anası dildir. (Qaraqalpaq atalar sözü)

     

     

    Leyl-i Lal - 29.11.2009 - 14:06



Benzer Konular

  1. Qadınlar haqqında deyilənlər
    Konuyu Açan: Sarsın, Forum: Qadınlar üçün.
    Cevaplar: 1
    Son Mesaj : 20.05.2012, 11:52
  2. Pullar haqqında deyilən fikirlər
    Konuyu Açan: Sarsın, Forum: Azərbaycan Həyat tərzi.
    Cevaplar: 0
    Son Mesaj : 17.04.2011, 18:52
  3. Qadınlar haqqında deyilənlər
    Konuyu Açan: Sarsın, Forum: Qadınlar üçün.
    Cevaplar: 0
    Son Mesaj : 13.04.2011, 19:54
  4. Nəfs haqqında deyilən dəyərli aforizmlər
    Konuyu Açan: Lady_rap, Forum: Azərbaycan Həyat tərzi.
    Cevaplar: 0
    Son Mesaj : 12.05.2010, 11:22
  5. Azərbaycan mətbəxi haqqında deyilənlər
    Konuyu Açan: Leyl-i Lal, Forum: Azərbaycan Mətbəxi.
    Cevaplar: 0
    Son Mesaj : 04.02.2010, 12:43

copyright

Soru Cevap