Ayriliq Mesajlari(Azeri)

  1. Uşağın itirməsin deyə bərk-bərk sarıldığı bülbül balasının bir az sonra öldüyünü bilən uşağın göz yaşlarını anlasan səni itirən məni anlayarsan.

    Artıq daha yaxşı anlayıram ki, nəfəs almaq deyilmiş yaşamaq. Atəşlərdə yanmaq kimi bir şey, səni sevərkən sənsiz olmaq.

    Nədən bu qədər çətin səni sevmək və tapmamaq. Toxunmaq istədikcə uzaqlaşmaq, düşündükcə unutmaq, səni sevdiyim halda söyləyə bilməmək, hər bir şeyi gizlətmək, sənə sahib olacağım yerdə səni itirmək.

    Sanmışdım yeni bir eşqə başlayıram çox yanılmışam. Bu eşqin sonu da ayrılıq olacaq və yaşadıqlarım geridə qalacaq. Geriyə acı və gözəl xatirələr qalsa belə, onları xatırlamaq ayrılıq qədər acı olmayacaq.

    Səni mən deyil gözlərim seçdi, onlar sevdi onlar bəyəndi. Sən mənim deyil onlarınsan. Gedərsənsə mənə nə onlar ağlasın.

    O gün bu günümü bilsəydim, bu gün o günü yaşamaq istəməzdim.

    Ayrılıq belə ağlayardı, ayrılığı yaşasaydı. Utanardı etdiyindən fələk əgər bu eşqi tanısaydı.

    Həyatımız boyunca ayrılmayacağımızı bir-birimizə söz verib əhd etmişdik. Amma nə oldu bir qış günü, ulduzların baxışlarında ayrılmağımızı söylədik.

    Artıq gedirəm, həyatındakı son yerimi alaraq. Bəlkə bir daha görüşmədik. Səndən son bir arzum olacaq. Gözlərinin güldüyü an, sevgilim dediyin zaman dilindən həyatım sözü çıxacağı zaman xatırla məni.

    Çox sevdiyin biri gəlib ayrılmaq istədiyini söyləyərsə ağlama, çünki susduğunu görmək daha çox acı çəkdiyinin isbatıdır.

    Ayrıldıqdan sonra dost olaq dedilər. Gülün adını dəyişdirsək başqa cür qoxuyarmı ?

    Gül dedi bülbül gülə, gül gülmədi getdi. Gül bülbülə, bülbül gülə yar olmadı getdi.

    Ayrılığı sən istədin məsum gözlərlə baxma mənə. Artıq bu qəlb kölən deyil. Yolun açıq olsun gülə-gülə.

    Bir-birindən ulduzlar qədər uzaqda yaşayanlar var ikən, sevgilim ayrı olsaq da biz səninlə iki nar dənəsi kimi iç-içə, yan-yana, can-cana, qan-qanayıq.

    Sənə məni sevmi dedim, mənim üçün ölmü dedim. Dizlərinə qapananda qəlbimə girmi dedim. Sən istədin, sən istədin ayrılmağı. Məni eşqə kölə edib gəncliyimdən nə istədin.

    Səni tanımadan öncə yalnızlığı, səni tanıdıqdan sonra varlığımı, səni sevdikdən sonra yaşadığımı, səni itirdikdən sonra puç olduğumu anladım.

    İstərdim bitməsin ümidlərimiz. İstərdim bitməsin duyğularımız. Nə çıxar sel olsa göz yaşlarımız. Hər şey bitdi artıq bil bundan sonra.

    İçimdəki qığılcım atəşlərini söndürməzdən öncə ardınca gələn acı ayrılıqların qoxusu var idi bədənimdə. Yağan yağmurların islatdığı küçələrdə yaşanmamış sevgilərin çığırtısı var idi içimdə və sən arxana baxmadan çıxıb gedərkən məni bir deyil min dəfə öldürdün. Yenə sən yaşanacaq eşqlərin, anların, sevgilərin ən böyük qatili oldun, mən isə sənin qurbanın.

    Biz ayrıldıq amma bunu unutma. Yaşadığın şəhərdə məni sənə xatırladacaq çox şey var. Baxdığın hər yer, gördüyün hər nöqtə və ayaq basdığın hər torpaqda məndən izlər var. Məni unutmayacağının səbəbi də bu. Çünki bu şəhərin hər guşəsində bizim anlarımız yaşayır.

    Həyatın tək yaşanmayacağını səndə mənim qədər yaxşı bilirsən. O zaman söylə mənə nədən bu ayrılıq.

    Nə unudacaq qədər nifrət etdin nədə xatırlayacaq qədər sevdin. Sənə mənsizliyi buraxıb səni içimdən tərk edirəm birtanəm.

    Məndən sənə söylənməsi çətin yazılması asan olan bir sözcük əlvida!

    Keçən gün köhnə bir dostumu gördüm. Səndən söhbət etdi mənə. Nişanlanıb bundan xəbərin varmı ? dedi mənə. Doldu gözlərim, dayana bilmədim soruşdum nişanlısı kim? "Dostum" başını əyərək söylədi mən.

    Əgər dünya əbədi olsaydı sənə getmə qal deyərdim, amma dünya fani olduğundan sənə sevincli anlar arzulayıram.

    Sən getdin. Sən gedəndən ölü kimiyəm. Bumu idi əhdin, bumu idi sevgin!

    Onu bu qədər sevincli görüncə getmə qal deyə bilmədim.

    Ürəyimdəki nifrəti söndürməyə yetmədi ayrılıq küləkləri. Gəl gör nə çox sevmişəm səni.

    Bir gün o heç vaz keçə bilmədiyin qürurundan vaz keçib mənə dönmək istəsən, bunu əsla etmə çünki səninkinin bitdiyi yerdə mənimki başlayacaqdır.

    Uğrunda yanan bir qəlbi sən rədd etdin. İndi isə onun peşindəsən amma onu çoxdan itirdin!

    Olmayan səndən çoxdan vaz keçdim. Dilim susdu ürəyimdə ahların qaldı. Aramızda ödənəcək tək bir hesab qaldı. Mən bağışlasam səni Allaha nə deyəcəksən. Ürəyimə bir ah borcun var əlbət bir gün ödəyəcəksən.

    Bir axşam gün batarkən ayrılığımızı sən istəmişdin. İndi isə barışaq deyirsən. Unutma hər doğan günəş bir gün batacaq.

    Səni tanıdığım gün eşqi tanıdım. Məni tərk etdiyin gün acı nədir deyə anladım.

    İndi get deyirsən, gedərəm sevgili. Amma arxamdan ağlayacaqsan. Bilmədin bir gün olsun belə dəyərimi, getdikdən sonra anlayacaqsan.

    Bəlalım son dəfə gəldim qarşına. Sıxıldım bu ayrılıqların əzabından. Sən də nə söyləyəcəksənsə söylə. Bitəcəksə indi bitsin gözlətmə. Sənə söyləyəcək tək bir sözüm yox. Diləyim budur, səndə mənim qədər sevərsən bir gün, yalançı gözlərə vurularsa gözlərin, yarpaq kimi sovrularsa acılara ürəyin, bəlkə bir az anlayarsan çəkdiyimi tərk edərsə səbəbsiz səni sevdiyin.

     

     

    Leyl-i Lal - 12.11.2009 - 01:57



Benzer Konular

  1. Ayriliq Mesajlari
    Konuyu Açan: Şayeste, Forum: Azərbaycan Ədəbiyyatı və İncəsənət.
    Cevaplar: 2
    Son Mesaj : 21.03.2010, 13:13
  2. Great Azeri Turk Singers Ququş and Yaqub Zurufçu - Ayriliq
    Konuyu Açan: Leyl-i Lal, Forum: Azerice Videolar.
    Cevaplar: 0
    Son Mesaj : 26.01.2010, 14:56
  3. Googoosh -Ayriliq in Azeri Turkish
    Konuyu Açan: Leyl-i Lal, Forum: Azerice Videolar.
    Cevaplar: 0
    Son Mesaj : 01.01.2010, 13:46
  4. Azeri dilinde sevgi mesajlari
    Konuyu Açan: Leyl-i Lal, Forum: Azərbaycan Ədəbiyyatı və İncəsənət.
    Cevaplar: 0
    Son Mesaj : 05.11.2009, 13:24
  5. Azeri ask mesajlari
    Konuyu Açan: 1sidelya, Forum: Azərbaycan Ədəbiyyatı və İncəsənət.
    Cevaplar: 2
    Son Mesaj : 07.10.2009, 15:43

copyright

Soru Cevap