Ana şeiri...

  1. Əgər bütün bəşəriyyət ədüvvi-canım ola,
    Ürək süqut etməz aldığı mətanətdən.
    Ricavü-xəfvə məkan vermərəm gər alimlər
    Min ildə vəz edələr dəhşəti-qiyamətdən.

    Pələnglər tuta dövrüm, çəkinmərəm əsla,
    Və ya ki, vəd edələr dövləti-cahanı mənə.
    Ki bir kəsə baş əyibiczimi bəyan eyləyim
    Əyilmərəm nə ki yer, versələr səmanı mənə.

    Yanımda gər dura cəllad, əlində şəmşiri,
    Ölüm gücüylə mənə hökm edə olum təslim.
    Əyilmərəm yenə haşa! Ölüm nədir ki, onun
    Gücüylə xalqa həqiranə eyləyim təzim.

    Cahanda yox elə bir qüvvə baş əyim ona mən,
    Fəqət nə güclü, zəif bir vücud var yahu!
    Ki hazıram yıxılıb xaki-payinə hər gün
    Öpüm ayağını icz ilə. Kimdir o? Nədir o?

    Ana, ana... O adın qarşısında bir qultək
    Həmişə səcdədə olmaq mənə fəxarətdir.
    Onun əliylə bəla bəhrinə yuvarlansam
    Yenə xəyal edərəm bəzmi istirahətdir.

    Əs, ey külək, bağır, ey bəhri-biaman, ləpələn!
    Atıl cahana sən, ey ildırım, alış, parla!
    Gurulda, taqi-səmavi, gurulda, çatla, dağıl!
    Sən, ey Günəş, yağışın yağdır, ey bulud, ağla!

    Bütün bunlar mənə əsər eyləyərmi? Mütləqa yox. Yox.
    Fəqət ana... O adın qabağında,
    O pak bağrına bassın məni desin layla
    Təbəssüm oynadaraq, titrəyən dodağında...

    Bütün vücudum əsər, ruhum eyləyər pərvaz,
    Ucar səmalara o aləmi-xəyalətdə.
    Yatar, ölər bədənim, nitqdən düşər bir söz:
    ANA, ANA... SƏNƏ MƏN RAHİBƏM İTAƏTDƏ!


    Cefer Cabbarli

     

     

    YaSMiN - 22.09.2009 - 14:48
  2. eladi cox sagol

     

     

    Lady_rap - 28.09.2009 - 22:08
  3. insa lazimdi

     

     

    bitti ruya - 15.10.2012 - 12:37



Benzer Konular

  1. Ana Şeiri
    Konuyu Açan: Leyl-i Lal, Forum: Azərbaycan Ədəbiyyatı və İncəsənət.
    Cevaplar: 8
    Son Mesaj : 04.12.2013, 18:36
  2. Bu şeiri sənə ağlamışam.... Bakı!
    Konuyu Açan: Ceylan, Forum: Azərbaycan Ədəbiyyatı və İncəsənət.
    Cevaplar: 0
    Son Mesaj : 27.12.2012, 09:37
  3. Sevgi Şeiri
    Konuyu Açan: Sarsın, Forum: Azərbaycan Ədəbiyyatı və İncəsənət.
    Cevaplar: 0
    Son Mesaj : 19.10.2012, 17:53
  4. Ayrılıq şeiri
    Konuyu Açan: Sarsın, Forum: Azərbaycan Ədəbiyyatı və İncəsənət.
    Cevaplar: 0
    Son Mesaj : 25.06.2012, 23:41
  5. Eşq Şeiri təhlili
    Konuyu Açan: Nerissa-Su, Forum: Azərbaycan Ədəbiyyatı və İncəsənət.
    Cevaplar: 0
    Son Mesaj : 10.04.2012, 11:47

copyright

Soru Cevap