REKLAM




+ Konuyu Cevapla

Ehmed Cavad

  1. Yazan: YaSMiN
    No Avatar

    REKLAM


    Əhməd Cavad

    Axundzadə Cavad Məhəmmədəli oğlu (1892-1937) – şair, tərcüməçi, 1934-cü ildən AYB-nın üzvü, professor (1933). 1892-ci il mayın 5-də Azərbaycanın Gəncə qəzasının Şəmkir dairəsinin Seyfəli kəndində anadan olmuşdur. Gəncə ruhani seminariyasında (1906-1912), Azərbaycan ali pedaqoji institutunun tarix və filologiya fakültəsində (1922-1927) təhsil almışdır. Quba Xalq Maarif şöbəsinin müdiri (1920-1922), Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda Azərbaycan və rus dilləri kafedrasında müəllim, dosent, kafedra müdiri (1930-1933), Azərbaycan Dövlət Nəşriyyatının tərcümə şöbəsində redaktor (1934), «Azərbaycanfilm» studiyasında sənədli filmlər şöbəsinin müdiri (1935-1936) işləmişdir.

    Şeirləri 1913-cü ildən çap edilmişdir. Yaradıcılığa lirik şerlə başlayan şairin 1916-cı ildə "Qoşma" adlı ilk kitabı çapdan çıxmışdır. 1919-cu ildə isə "Dalğa" adlı kitabı nəşr olunmuşdur. Onun məşhur "İstiqlal uğrunda şerlər" kitabı isə 1928-ci ildə İstanbulda buraxılmışdır. Əsrin əvvəllərində Türkiyənin düşdüyü ağır vəziyyət bir türk övladı kimi Əhməd Cavadı ciddi narahat etmişdir. O, Könüllü əsgər kimi köməyə getmiş, Türkiyənin müstəqilliyi uğrunda türk qardaşları ilə çiyin-çiyinə vuruşmuşdur.

    Birinci dünya müharibəsi zamanı, 1915-ci ildə Türkiyədə rus və erməni istilasına, özbaşnalığına qarşı çıxaraq "Azərbaycan xeyriyyə cəmiyyəti" vasitəsilə vaxtaşırı türk xalqına kömək göstərmişdir. Azərbaycan Cümhuriyyətinin qurulmasını sevinclə qarşılayan Ə.Cavad gecə-gündüz çalışmış, əməli işi, bədii yaradıcılığı ilə xalqının xoşbəxtliyi, azadlığı üçün əlindən gələni əsirgəməmişdir.

    «Şeirlər» (1958), «Sən ağlama, mən ağlaram» (1991) kitablarının, F.Rablenin «Qarqantua və Pantaqruel (1961), V.Şekspirin «Otello», «Romeo və Cülyetta» (1962), S.Rustavelinin «Pələng dərisi geymiş pəhləvan» (1978) tərcümə kitablarının müəllifi olmuşdur. Azərbaycanı müstəqil, doğma xalqını xoşbəxt görmək istəyən Əhməd Cavad, haqsız olaraq həbs edilmiş, dəhşətli işgəncələrə məruz qalmış, 1937-ci il komunist terrorunun qurbanı olmuşdur.


    Facebook




    Üyelik

  2. Yazan: pivolli
    No Avatar
    sagol
  3. Yazan: pivolli
    No Avatar
    tesekkur


  1. Yazan:
    no avatar


    REKLAM



Benzer Konular

  1. Susmaram!!! - Əhməd Cavad
    Konuyu Açan: Ceylan, Forum: Azərbaycan Ədəbiyyatı və İncəsənət.
    Cevaplar: 0
    Son Mesaj : 27.12.2012, 07:45
  2. Əhməd Cavad - Susmaram
    Konuyu Açan: CANIM_OL_CANIM, Forum: Azerice Videolar.
    Cevaplar: 0
    Son Mesaj : 02.12.2012, 17:28
  3. Sən Ağlama - Əhməd Cavad
    Konuyu Açan: Sarsın, Forum: Azərbaycan Ədəbiyyatı və İncəsənət.
    Cevaplar: 0
    Son Mesaj : 22.07.2012, 22:20
  4. Şeyx Ehmed-I Xani
    Konuyu Açan: Gül_yarasi, Forum: Bilim Adamları.
    Cevaplar: 0
    Son Mesaj : 14.06.2010, 23:58
  5. EHMED - TUT SATİRAM
    Konuyu Açan: stormysea, Forum: Fıkralar.
    Cevaplar: 25
    Son Mesaj : 28.02.2007, 13:48

copyright

Soru Cevap

izmit düğün salonları - grafimx